Cümə axşamı günü, 12 noyabr 2026
     

Üzünü belə görmədiyi, oxumadığı kitabların müəllif heyətinə özünü saldıran alimlər, professor və akademiklər...

Image


Elm həddindən artıq çətin, məsuliyyətli, yüksək bilik, istedad tələb edən bir sahə olmasına baxmayaraq, elmə heç bir fayda vermək potensialına malik olmayan şəxslərin də bu sahəyə can atdığının şahidi oluruq. Bu adamlar cild-cild kitablar nəşr etdirir və o nəşrləri “elmi əsər” adı ilə yayırlar. Məsələ burasındadır ki, çox zaman bu “elmi nəşr”lərə ölkəmizin yüksək titullu alimləri, professorlar, akademiklər “xeyir-dua” verirlər.

Sirr deyil ki, bəzi yüksək elmi titullu alimlər öz adlarını içərisindən xəbəri olmadıqları kitablara ön söz müəllifi, elmi redaktor, yaxud rəyçi olaraq yazdırırlar. Hətta bəzi hallarda içərisində nə yazıldığından xəbərləri olmadığı halda, öz adlarını həmin nəşrə həmmüəllif kimi qoşurlar. Amma kitabda nə yazıldıqlarından xəbərləri belə olmur. Əksər halda da nöqsanlarla dolu olan həmin kitablar elmi ictimaiyyət tərəfindən topa tutulur, tənqid hədəfinə çevrilir. Həmin nəşrlərlə bağlı problemlər ortaya çıxanda isə kitabda adları rəyçi, ön söz müəllifi, elmi redaktor kimi yazılan adamlar çıxıb deyirlər ki, o kitabdan xəbərləri yoxdur, adları ora icazəsiz salınıb. Əslində, bəzi yüksək titullu alimlər doğru deyirlər, kitabın gerçək rəyçisi, elmi redaktoru, ön söz müəllifi onlar olmur, bu işi onların əvəzinə başqaları görür, sadəcə, titullarına görə bu şəxslərin adları qeyd edilir ki, “elmi əsər” sanballı görünsün, necə deyərlər, “daşdan keçsin”. Çox təəssüf ki, çağdaş Azərbaycan elmində bu cür neqativ hallar, saxtakarlıqlar mövcuddur. Bu da, əlbəttə, mövcud cəzasızlıq mühitindən irəli gəlir.

Yüksək titullu professorlar, akademiklər hansı səbəbdən bu kimi saxtakarlıqların iştirakçısına çevrilirlər?

  • “Gerçəklik budur ki, belə kitablara “elmi redaktor”, “rəyçi”, “ön söz müəllifi”, “həmmüəllif” kimi adlarını rəsmən qeyd etdirənlərin ondan xəbəri olmur”

Filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli “Bakı-Xəbər”ə bildirdi ki, bu, çox aktual problemdir. “Olduqca maraqlı və aktual məsələyə toxunmusunuz. Nəinki kitablara, hətta elmi işlərə rəy verən adamların çoxunun bunların içində yazılanlardan xəbəri olmur. Ya kimsə istiqamət verir ki, fikankəs mənim dissertantımdır, adamımdır, tanışımdır, “ona rəy verilsin” sifarişi əsasında rəy verilir, yaxud da bu rəylər hamısı ödənilən məbləğin qarşılığında yazılır. Çox təəssüflər olun ki, bu çox yüksək həddədir. Az sayda rəyçi var ki, onlar öz imzasını pula satmır. Yəni belə rəyçilər həqiqətən də o elmi işi, kitabı oxuyur, müxtəlif cəhətlərdən təhlil edir, tənqid edir, oradakı nöqsanları göstərirlər. Rəylərin də, opponentliyin də müəyyən münasibətlər, maddi qarşılıqlar əsasında qurulması geniş hal alıb. O cümlədən də kitablara verilən rəylər və sair. Bəzən elə olur ki, nəinki “rəyçinin, elmi redaktorun, ön söz müəllifi”nin, hətta müəllifin özünün belə nə o kitabın içində yazılanlardan, nə də elmi işdən xəbəri olur. Adətən, görürsünüz ki, bir adam rus dilində təhsil alıb və Azərbaycan dilində normal danışıb fikrini çatdıra bilmir, bu halda necə Azərbaycan dilində elmi iş yazır? Çox müəmmalı məsələdir, deyilmi? Bilmədiyin bir dildə heç cür tədqiqat aparmaq mümkün deyil, hələ qaldı ki, o dili ictimaiyyətdə istifadə edə bilməyəsən, bir tərəfdən də bunun tədqiqatını, elmi cəhətdən araşdırılmasını təqdim edəsən. Tamamilə açıq-aşkar görünür ki, bu adamın elmi işdən xəbəri yoxdur, o cümlədən də adlarına çıxan kitablardan. Gerçəklik budur ki, belə kitablara “elmi redaktor”, “rəyçi”, “ön söz müəllifi”, “həmmüəllif”  kimi adlarını rəsmən qeyd etdirənlərin ondan xəbəri olmur. Bu elmi işlərə rəyçi kimi rəsmi imzalar atanların çoxunun bu əsərlərdən xəbərinin  olmaması gizlin deyil. Əslində, bunların hamısına senzura tətbiq olunmalıdır”.

V.Ağabəylinin fikrincə, senzuranı da o adamlar tətbiq etməlidirlər ki, bu adamların həqiqətən də elmdən başları çıxsın. “Nəzarət şurası yaradılırsa, bu şuraya elə adamlar üzv seçilməlidirlər ki, onlar bu işə məsuliyyətlə yanaşsınlar. İstər kitabların nəşr edilməsində, istərsə də elmi işlərin təqdim olunmasında bu cür olmalıdır. Xarici müəlliflərin xəbəri olmadan onların çap olunmuş kitablarını götürüb bir-bir tərcümə edirlər və öz adlarına çap edirlər. Bunu tərcümə edirlərsə, heç olmasa qeyd etsinlər ki, filan müəllifin elmi işindən, yaxud kitabından tərcümə edilib. Tərcümə edib öz adlarını da kitabın üstünə yazıb çap edirlər, hətta buna vəsait də tapırlar. Diqqətçəkən məqamlardan biri odur ki, belə primitiv işlər büdcə hesabına çap olunur. Yəni əsl alimlər öz kitablarını çap etmək üçün böyük əziyyətlər çəkirlər, öz hesablarına çap edə bilirlərsə edirlər, amma primitiv iş təqdim edənlər büdcədən bəhrələnirlər. Məlum olur ki, bu nəşrlərin heç bir elmi əhəmiyyəti yoxdur və sadəcə, statistika üçün tutulan nəşrlər siyahısıdır. Alimlər məcbur edilir ki, həmin kitabların adları elmi işdə istifadə edilən ədəbiyyat siyahısında da olsun, yazılan başqa əsərlərdə də onların adları qeyd edilsin ki, AAK-ın siyahısında yer alsın. Bu əsərlərin süni reklamı gedir. Mütləq şəkildə bu məsələ nəzarətə götürülməlidir. Həqiqətən də redaktor olan, rəy verən şəxs məsuliyyət daşımalıdır.  Buna görə də həm plagiatlıqla mübarizə sistemi normal fəaliyyət göstərməli, bu işə fiziki şəxsin müdaxiləsi olmamalıdır”.

V.Ağabəylinin sözlərinə görə, bu işə rəy verənlərin də, opponentlik edənlərin də, redaktorların da məsuliyyətlə yanaşmasına fikir verilməli, nəzarət edilməlidir. “Amma onu kim təşkil edəcək, nəzarət necə qurulacaq? Bu, sual altında qalır. Ona görə bu məsələ belə kütləvi hal alıb ki, cəzalandırmalar böyük “cinayətkarlara” tətbiq olunmur. Əzilən də, təqib olunan da, təəssüf ki, öz zəhməti ilə fəaliyyət göstərən alimlərdir. “Xırda balıqlar” “tora düşür”, “akulalar” isə öz fəaliyyətinə rahatlıqla davam edirlər, çünki “dəniz” onlarındır, bir-birinə rəy də verirlər, hər cür dəstək də. Şuralar onların, komissiyalar onların, seminarlar onların. Kim iddia qaldıra bilər ki? Önəmli olan keyfiyyət yox, protokoldur” - deyə V.Ağabəyli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 15:08
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:04
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:03
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ