Cümə axşamı günü, 12 noyabr 2026
     

Əlyazmalar arxivlərinin elektronlaşdırılması problemi - plagiatlığın da qarşısı nisbətən alına bilər...

Image


Əlyazmalar özündə böyük tarixi, ədəbi, elmi, mədəni, ictimai-fəlsəfi, siyasi hadisələri yaşadır, ifadə edir. Ölkəmizdə əlyazmaların toplandığı bir neçə mühüm məkan var ki, əlyazmaları tədqiq edib öyrənmək istəyən araşdırmaçılar, elmi işçilər həmin ünvanlara üz tuturlar.

Müxtəlif dövrləri və ayrı-ayrı sahələri əks etdirən əlyazmalar Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutu başda olmaqla, respublikamızın müxtəlif elmi təşkilatlarının əlyazmalar fondlarında qorunur. Alimlər, tədqiqatçılar həmin əlyazmalardan, o əlyazmalarla bağlı aparılan tədqiqatlardan istifadə edirlər. Çox təəssüf ki, bəzi hallarda əlyazma fondlarında saxlanan əlyazmalar plagiatlığa məruz qalır, oğurlanır. Bundan xilas yolunu isə mütəxəssislər əlyazmaların saxlandığı arxivlərin, fondların elektronlaşdırılmasında, hər bir əlyazmanın, onun barədə aparılan tədqiqatlara aid əlyazma materiallarının elektron kataloqunun hazırlanmasında görürlər. Bir sözlə, bu gün əlyazmaların saxlandığı arxivlərin elektronlaşdırılması çox aktual məsələdir. Bildiyimiz qədər, bu istiqamətdə elə də böyük işlər görülməyib. Onunla razıyıq ki, əlyazmaların elektronlaşdırılması, hər birinin ayrıca elektron kataloqunun yaradılması bir günə, beş günə həyata keçirilməsi mümkün olmayan məsələdir. Amma, gec-tez, bu proses getməlidir. 

Ekspertlər deyirlər ki, dünyanın əksər ölkəsində əlyazmalar elektronlaşdırılıb, onların hər birinin xüsusi elektron kataloqları hazırlanıb, bu da həm o əlyazmaların əlçatanlığını təmin edir, həm də plagiat hallarının qarşısını alır.

Verilən məlumata görə, 12 mindən artıq əlyazmanın mühafizə olunduğu Əlyazmalar İnstitutunda bu prosesə başlanmalı idi, amma prosesin nə yerdə olduğunu bilmirlər.

Qeyd edək ki, bir xeyli müddət bundan əvvəl Əlyazmalar İnstitutundan mətbuata bildirilirdi ki, arxivlərin elektronlaşdırılma işinin aparılması üçün institutun əməkdaşları bir sıra ölkələrdə təkmilləşdirmə kursları keçirlər. Bu o deməkdir ki, artıq sözügedən elm müəssisəsində bu məsələnin gerçəkləşdirilməsi əsas hədəflərdən biridir.

  • Ənvər Çingizoğlu: “Əlyazmalar, birmənalı şəkildə, elektronlaşdırılmalıdır”

Uzun illər əlyazmalarla işləyən və bir sıra maraqlı tədqiqatların müəllifi olan tarixçi-etnoqraf Ənvər Çingizoğlu “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycanda əlyazmaların elektronlaşdırılması və elektron kataloqlarının hazırlanması çox zəruridir. Ə.Çingizoğlunun sözlərinə görə, artıq dünyanın bir sıra ölkələrində bu prosesə çoxdan başlanıb. Ekspert qeyd etdi ki, kitabxanalar, kitablar kimi, arxivlərin də elektronlaşdırılması qarşımızda duran əsas məsələlərdən biridir. “Azərbaycanda hələ əlyazma arxivlərinin, əlyazmaların elektronlaşdırılmasına, elektron kataloqlara rast gəlməmişəm. Əlyazmaların oğurlanması, plagiatlığa məruz qalması məsələsi var, amma elektronlaşdırılması yoxdur. Əlyazmalar İnstitutunda əlyazmaların kağız daşıyıcılarda kataloqu var. Amma hesab edirəm ki, əlyazma arxivlərinin, əlyazmaların elektronlaşdırılması, hər bir əlyazmanın, onun tədqiqat tarixinin, tədqiqatçılarının adları qeyd edilən elektron kataloqlar hazırlanmalıdır. Əlyazmaların elektronlaşdırılması çox vacib bir məsələdir. Ümumiyyətlə, kitablar, əlyazmalar, birmənalı şəkildə, elektronlaşdırılmalıdır ki, həm bu əlçatan olsun, həm də plagiatlığın qarşısı alınsın. Sabah kimsə hansısa bir tədqiqat əsərini öz adına çıxmasın. Bu gün dünya elektronlaşmaya gedir, biz də bu prosesdən geri qala bilmərik. Əlaqədar qurumlar, təşkilatlar əlyazma arxivlərinin kütləvi olaraq elektronlaşdırılması prosesinə diqqət yetirməlidirlər, bu vacib məsələdir”.

Ə.Çingizoğlunun fikrincə, bu həm də ona görə lazımdır ki, əlyazmalar korlanmasın, çünki bəzən bir əlyazmanın üstündə onlarla tədqiqatçı işləyir, bu da, istər-istəməz, əlyazmalara təsir edir. “Ümumiyyətlə, əlyazmaların tərtibatının da elektronlaşdırılması daha vacibdir. Tutaq ki, Füzulinin “Bəngü Badə” alleqorik və satirik əsəri filan dövrdə yazılıb, onu kimlər tədqiq edib və sair. Bir də vacib olan məsələlərdən biri o əlyazmaların üzünün köçürülüb saxlanması məsələsidir. Bu da olmalıdır. Unutmayaq ki, əlyazmalar bir abidədir” - deyə Ə.Çingizoğlu qeyd etdi.

  • Paşa Kərimov: “İndiyə qədər xeyli sayda əlyazmanı elektronlaşdırmışıq, amma hələ internetə yükləməmişik”

Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov “Bakı-Xəbər”ə bildirdi ki, artıq prosesə başlanıb: “Artıq prosesə başlanıb, pandemiyaya baxmayaraq, bu istiqamətdə işləri davam etdiririk. İndiyə qədər xeyli sayda əlyazmanı elektronlaşdırmışıq, amma hələ internetə yükləməmişik, çünki proses davam edir. Biz həm əlyazmaların hamısını elektronlaşdırırıq, həm də onların elektron kataloqlarını hazırlayırıq. Hazırda çəkilmə prosesi gedir, işlər başa çatdırıldıqdan sonra onları internet resurslarında yerləşdirəcəyik.

Bilirsiniz ki, 2021-ci il Prezident İlham Əliyevin Sərəncamı ilə “Nizami Gəncəvi İli” elan edilib. Bizdə Nizami Gəncəvinin 27 əlyazması var. “Nizami Gəncəvi İli” ilə əlaqədar istəyirik ki, bu əlyazmaların elektron variantlarını yaradaq, internet resurslarında yerləşdirək. Birinci Nizami Gəncəvinin əlyazmalarını internetdə yerləşdirmək istəyirik”.

Əlyazmaların elektronlaşdırılmasının və elektron kataloqlarının hazırlanmasının onların plagiatlığa məruz qalmasının qarşısının alınmasına nə dərəcədə kömək göstərib-göstərməyəcəyinə gəlincə, P.Kərimov qeyd etdi ki, bir sıra istiqamətlərdə bu sahədə elektronlaşdırmanın getməsi faydalıdır: “Əlyazmaların tədqiqi elə də asan məsələ deyil, kitabxana deyil ki, gəlib hər kəs əlyazmalardan istifadə etsin. Amma əlyazmalar internetdə yerləşdirilsə, tədqiqatçılar onlardan sərbəst istifadə edə biləcəklər. Əlyazmaya da az ziyan dəyər. Siz plagiatdan danışırsınız, amma əlyazmlar plagiatlığa məruz qalmır, tədqiqatlar bir-birindən plagiat olunur. Bu başqa məsələdir. Əlyazmalardan birbaşa plagiat etmək mümkün deyil. Deyim ki, əlyazmalarla məşğul olanların da, mətnşünasların da sayı azalıb. O qədər tədqiqatçı da çox deyil. Biz çalışırıq ki, tədqiqatçıların sayı artsın” - deyə P.Kərimov vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 15:08
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:04
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:03
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ