Cümə axşamı günü, 12 noyabr 2026
     

İgid ömrü - 22-ci yazı

Image


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyası ilə “Bakı-Xəbər” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından “İgid ömrü” adlı növbəti kitabı çapa hazırlayırıq.

Kitab Azərbaycanın Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmovun vətənpərvərlik nidalı həyat, döyüş, qəhrəmanlıq yollarından bəhs edir.

Şükür: “Füzuli xocalılarçün - namus-qeyrətçün qayıdırdı”

Əli: “Avtomatı dirəyib UAZ-ı saxlatdırdıq...”

Ağcakənddə məskunlaşmış Xocalı qaçqını Əli Rəcəbov da 26 fevral gecəsi Füzulini sonuncu görənlərdəndir. Dediyinə görə, həmin gecə Füzuli ilə birgə ermənilərlə vuruşublar da.

- Fevralın 26-da gecə Xocalıdan çıxdıq. Yolda rəhmətlik Aqilin meyitini də çiynimizdə gətirirdik. Ermənilər bir neçə dəfə atdılar dəstəyə. Onların atdığı güllələrdən Aqilə də dəydi. Biz gəldik Əsgəranın üstünə. Dedilər burda post var. Ora qabaqcadan gedib-gəlmiş adamlar söylədilər. Bizimkilər bir-iki güllə də atdılar göyə. Bunu görəndə camaat yığışdı bir yerə. Məndə avtomat yox idi. Amma üstümdə 16 ölçülü tüfəngim vardı. Baxdım ki, əlində avtomatı olan var, gizləyib. Ona dedim mən çıxıram qabağa. Al bu tüfəngi, avtomatı ver mənə. Mən İsmixanın oğluyam. Ölsəm heç, ölməsəm qaytararam avtomatını. Beləcə mən çıxdım, bir başqası da çıxdı irəli. Getdik gördük heç erməni postu da yox imiş. Qara-qura görünürmüş camaatın gözünə. Gəldik, səhər açılırdı. Qabağa düşənlərdən Füzuli oldu, mən oldum, biri də bilmirəm kim idi, üçümüz irəlidə gedirdik.

Əli qəhrəmanımızı necə tanıdığını da nəql edir. Deyir, onunla yaşları uyğun deyildi, ona görə bir elə yoldaşlıqları olmayıbmış Xocalıda. Amma eşidibmiş ki, onda əsl, necə deyərlər, şir ürəyi var. Hərə özünü öysə də Əli təsdiqləyir ki, amma o kişidə ürək var idi, ciyər var idi, həqiqətən döyüşkən oğlan idi.

Müsahibim 26 fevral gecəsinin bir hissəsini isə Füzuli ilə birgə hərəkət edib. O, baş verənləri belə xatırlayır:

- Elə bil ki, səhərə yaxın, saat altı olardı, rəhmətlik Füzuli ilə gördük ki, UAZ gəlir. Bu UAZ-dakılar, sən demə erməni komandirlər imiş. Onlar aşağıda qarapaltarlıları, yuxarıda ağpaltarlıları yerləşdirib bu maşından komanda verməklə iki tərəfi də idarə edirmişlər. Dedi qaçaq UAZ-a tərəf. Bir xeyli məsafəni qarda qaçdıq. Baxdım ki, UAZ yoxdu. Soruşdum hanı bəs UAZ? Füzuli dedi gözlə indi çıxacaq. Avtomatları dirədik düz UAZ-ın çıxdığı yerə. İçəridə ən azı beş nəfər vardı. İkisi qabaqda, üçü arxada oturmuşdu. UAZ qalxdı. Qabağında rezin antenası, arxasında əlavə iki antenası. Maşının sarıya çalan rəngi vardı. İçərisindəkilər saqqallı adamlar idi. Avtomatı dirəyib maşını saxlatdırdıq. Xocalı camaatı da aralıdan gəlir. Dedim, Füzuli ataq? Mən Füzuli olan yerdə heç kim idim. Özüm də Sovet əsgərliyindən təzəcə gəlmişdim. Rus hərbçisi formasındaydım: əfqanka, botinka-filan. Ermənilər bu formanı görəndə bir az çaş-baş düşdülər. Dedim Füzuli, arxa hissədə oturanlar bizi vura bilərlər, ona görə də de qapını açsınlar. Ermənilər də eşidirdi ha bu sözümü.

“Bir qadın bir vay-şüvən qopardı ki, atmayın!”

- Robert Koçaryan da bu UAZ-da olub?

- Onu dəqiq deyə bilmərəm. Amma onlar çox qorxdu bizdən. Avtomatları 5/45 avtomatlardan idi.  Bax, orda soruşdum ki, Füzuli, ataq? Dedim, mənə görə qorxma, gizlənmişəm daşın dalında. O hələ dillənməmiş o tərəfdən bir qadın çıxdı, yüyürdü yanımıza. Bu qadın bir vay-şüvən qopardı ki, atmayın! Yaylığını atdı yerə, özün çırpdı yerə. Başladı ki, burda qan tökülməyəcək, güllələməyin!

Amma onu da deyim ki, bu zamana qədər ölüm-zad olmamışdı hələ.

- Qadın azərbaycanlıydı da?

- Azərbaycanlıydı. O da sonradan tanıdıq. Yeni Xocalıdan imiş (həmsöhbətim qadının kimliyini söyləmək istəmədi. Ancaq onu dedi ki, həmin qadın erməni deyilmiş, əsl azərbaycanlı imiş – N.Z.). Kərəm Quliyev var, o tanıdı, başqaları tanıdı.

- Bəs o nə məqsədlə bu hərəkəti etmişdi? Hay-küy düşməsin, səs eşidilməsin, yoxsa onları öldürməyəsiz deyə...

- Hə-hə. Yəni səs-küy olmasın, camaatı qırarlar deyə. Amma sən demə, UAZ-dakılar bütün erməni postlarına nəzarət eləyən komandirlər imiş. Bu zaman əslən Ağdamın Əfətli kəndindən olan, Xocalıda Qaladərəsi deyilən yerdə yaşamış rəhmətlik “çekist” təxəllüslü Bəhman da gəlib çatdı bizə. Bu arvad necə yalvarır, sizi and verirəm Allaha, namusuma-qeyrətimə, burda ölüm olmayacaq, atışma olmayacaq, camaat burdan sağ-salamat keçməlidi. Burda qırğın eləməyin, atəş açmayın, qoyun biz də salamat keçib gedə bilək. Bu sözdən sonra rəhmətlik Füzuli də, mən də yan tərəflərə çəkildik, UAZ çıxıb getdi Əsgərana sarı. UAZ təxminən əlli-altımış metr gedib Qaraqayadan Əsgərana burulanda ratsiya ilə danışmağa başladı. Elə danışan kimi BTR çıxdı.

- Xəbər verdi ki, bu ərazidədilər yəqin...

- Hə. Onları orda məhv edəcəydik, bu arvad hardan çıxdı, bilmədim?! Biz camaatdan 150 metrə qədər qabaqda gedirdik, bu arvad hardan gəldi bizə çatdı, bilmədim.

- Yəni tək gəldi çıxdı ora?

- Hə-hə. Təkcənə. Bəlkə də rəhmətlik Füzuli onu tanıyırdı. Tanıyardı, onun Xocalıda kimisə tanımaması mümkün deyildi. Mən əvvəlcə düşündüm bəlkə də bu qadın o qarışıq nigahlardan olanlardandı ki, qırğın istəmir. Amma sonradan mənə dediklərinə görə onlardan deyilmiş. Nə isə, BTR-in təpənin arxasından çıxması ilə bizə atması bir oldu.

- BTR, yoxsa BMP?

- Yox-yox, siz deyən BMP sonradan gəldi. Əvvəlki BTR idi. Üstündə TŞK-pulemyotla atır ha, bax, ondan. BTR başladı biz tərəfi atəşə tutmağa. Ancaq onun güllələri bizə dəymədi. Daha doğrusu, güllədən qorunmaq üçün təpənin arxa hissəsinə keçdik. Ardımızca gələn camaat da töküldü gəldi bu əraziyə. “Ağpaltarlılar” yuxarı hissədən başladılar 5/45 avtomatlarla atmağa. Bu avtomatın da bir xüsusiyyəti var ki, yerini bildirmir, səsi azdırır, bir az başqa səmtdən eşidilir. Belə baxırsan avtomat atılır, yerini görmürsən, ancaq gəlib camaatın yanında  torpağa girir, 7/62 avtomatından atılan güllələrsə qarı sovururdu, torpağı sovururdu. Birtəhər asfaltın böyründəki təpəyə keçdi camaat. Elə ən böyük qırğın da o təpədə oldu. Güllə göydən dolu kimi yağırdı. Qaraqayada.

“Gözlərində bir zəhm var idi ki, Füzulinin!..”

Bu yerdə Füzulinin yeznəsi, məni müsahiblərimin bir hissəsi ilə görüşlərdə sürücü və bələdçi kimi müşayiət edən Əvəz Həsənov söhbətə müdaxilə edərək, həmin ərazidən Telman adlı iri cüssəli xocalılının meyitini götürdüyündən, orda meyitlərin günlərlə yerdə qaldığından danışır. Əli isə hadisəni, o dəhşəti indi görürmüş, yaşayırmış kimi həyəcanla söhbətinə davam edir:

- Bax, orda bədən tərbiyəsi müəllimi Göyüş müəllim də bizimlə bir yerdə idi. Ağacların çılpaq vaxtı olduğundan, hər tərəf qardan ağappaq ağardığından gedib hansısa daldanacaqda gizlənmək mümkün deyildi. Sağ qalanları Allah saxlayırdı, qoruyurdu, vallah! “Qarapaltarlılar” bir tərəfdən, “ağpaltarlılar” bir tərəfdən, BTR, BMP bir tərəfdən camaatı biçirdilər silahlarla. Füzuli ilə həmin yerdə ayrıldıq.

- Niyə ayrıldız?

- Bilmirəm necə oldu ayrı düşdük? Yəni atışma düşəndə oldu bu. Birimiz atdıq ağpaltarlılara, birimiz qarapaltarlılara, zirehli texnikaya, bax belə-belə ayrı düşdük. Sonra dedilər Füzuli keçibmiş Şelliyə tarəf, bir də qayıdıb camaatı gətirməyə, onları gətirib bir də təzədən qayıdıb. Qayıdıb gedəndən sonra mənim onun barəsində məlumatım olmayıb. Amma mən eşitdim ki, dedilər Füzuli şəhid oldu...

- Gətiriblər onu Ağdam xəstəxanasına. Yaralı...

- Hə. Dedilər keçib gəlib bəri tərəfə təzədən qayıdıb gedəndə yaralanıb. Qaraqayada fermanın üst tərəfində erməni gülləsinə tuş gəlibdi.

- Bəs sən necə çıxdın o ərazidən?

- Mən gəldim aşağı hissədə gördüm ki, yeddi-səkkiz nəfər qarapaltarlı mamırlaşmış daşların arxasında dayanıb camaatı qırır. Mənim də üstümdə hazır qranat var idi bir ədəd, bir də üstümə sarıdığım 7/62 avtomatı. Dedim bunlar məni sağ buraxmayacaqlar. Qranatı hazır tutdum ki, məcbur olsam özümü öldürüm. Çünki bilirdim, diri tutsalar məni tikə-tikə doğrayacaqlar. Ən azı silahlı olduğuma və bunlara qarşı  atışmada iştirak etdiyimə görə. Birdən ani düşündüm ki, üstümdə silah ola-ola niyə qorxub özümü öldürməliyəm. Yaxşısı budur, girim bunların içərisinə, bunları güllələyim də elə...öz-özümə belə ürək-dirək verdim, həm də öz-özümə dedim qoy görüm burdan sağ çıxa bilərəmmi?! Təxminən 20 dəqiqə oturdum o çalanın içərisində. İndi baxıram altdan yuxarıya. Hesabladım ki, altdan yuxarı qalxanda mütləq “mişen” kimi hədəfə düşürsən. Ancaq məsafə bir qədər uzaqdı. Havayla 50-55 metr uzanır. Hesabımı götürdüm ki, kolluqla qaçım birtəhər aşım o biri tərəfə. Yer bütünlüklə qaratikan kollarıdı. Bunlar oturub daşın dalında. Mənsə bunlardan 250 metrə qədər uzaqlaşmalıyam yox yerində. Avtomatla bunlara ata-ata sürətlə qaçıram kolluqla. Bunlarsa mənim dəqiq yerimi tutub mənə ata bilmirlər. Gəldim yarı yolda üç maqazin gülləm qurtardı. Onların da güllələrindən böyür-başımdan keçir, ancaq məni tutmur. Allaha pənahdı! Allah saxlayır məni. Ürəyimdən nələr keçmir: Seyid Lazım ağanın cəddinə nəzir-niyaz deyirəm, bütün müqəddəsləri köməyə çağırıram. Patronum qurtaranda çığırdım. Lap yaxındadılar. Vallah, adamın Allahdan kəndiri üzülməyəndə üzülmür. Qışqırdım, avtomatı atdım, yerə uzandım ki, guya güllə dəydi mənə. Onlar mənə imkan verməz axı maqazini dolduram. Mənə üç dənə güllə atdılar. Biri botinkama (uzunboğaz ayaqqabı – N.Z.) dəydi, biri papağıma, biri isə düz qabağıma düşdü, üstümə torpaq da tulladı. Tərpənmədim. Ondan sonra mənə bir güllə də atılmadı. Böyür-başımda meyitlər uzanıb yerə. Doludu insan cəsədi. Burda vəziyyətdən istifadə edib maqazinin üçünü də doldurdum. Bu da xeyli vaxt apardı. Aradan 10-15 dəqiqə keçəndən sonra durdum bu üç maqazini onlara tərəf boşalda-boşalda 150 metrə qədər yolu qaçdım. Allaha and olsun, onlardan biri də mənə güllə ata bilmədi...

Qeyd etdiyim kimi, Füzulini Xocalıdan tanıdığını deyir Əli. O zaman uşaq olsa da. Xocalıda yoldaşlıqları olmayıb. Çünki Əli ondan iki yaş balaca imiş. Bir məktəbdə oxuyublar. Amma ermənilərə qarşı Xocalıdakı əməliyyatlarda birgə iştirak etməyiblər. Həmin ərəfədə Əli əsgəri xidmətdə olubmuş. Məktəbdə isə çox aktiv olduğunu xatırlayır qəhrəmanımızın:

- Gözlərində bir zəhm var idi ki Füzulinin!.. gedib Həsənabadda erməninin ikisini-üçünü təkbaşına atıb qaçıb gəlmişdi ey ordan. Erməni üst tərəfdən görüb qumbaranı atıb onu yaralamışdı da. Yaralı vəziyyətdə qaçıb canını ermənilərdən qurtarmışdı. Sonradan bizim uşaqlar getmişdi köməyə. O kəndlə ara məsafəmiz üç kilometrə qədər olardı. Füzuli belə oğul idi...

Şükür: “Yaşda kiçik olsa da, igidlikdə hamımızı adlayıb keçirdi”

Əli ilə xudafafizləşib Ağcakənddə digər xocalılı - Xocalı rayon mədəniyyət şöbəsinin əməkdaşı Şükür Bəşirovla söhbətləşirəm. Mümkün qədər çox adamı danışdırmaq istəyirəm ki, qəhrəmanımızın igidlik, qoçaqlıq, insan kimi istiqanlılıq simvolu olan portert cizgilərini daha dərindən aça bilim. Şükür Bəşirovun yaşı imkan verdi ki, o bizləri Füzulinin göstərdiyi igidliklərin ibtidasından belə bilgiləndirsin. Bu mənada Şükür müəllim də əvəzsiz müsahiblərimdən biri oldu. İndi sizləri onun dedikləri ilə baş-başa buraxıram:

- Füzulini gənc, qəhrəman oğlan kimi tanıyırdım.  Mən onun haqqında Qarabağ hadisələrinin başladığı 12 fevral 1988-ci il tarixdən, yəni Qarabağ hadisələri başlayan tarixdən olan fəaliyyətindən danışmaq istəyirəm. O, vətənini, yurdunu sevən gənc bir oğlan idi. Ermənilərə nifrəti isə sonsuz idi. Bu səbəbdən bəzən çılğın hərəkətlərə də yol verirdi. Xarakterindəki dəliqanlılıq hissləri ancaq onun Vətən sevgisindən qaynaqlanırdı. O məndən xeyli uşaq idi yaşda. Ancaq igidlikdə hamımızı adlayıb keçirdi. Mən özüm o mənfur ermənilərlə bir yerdə işləmişəm deyə, onların hansı xisləti daşıdıqlarını yaxşı bilirəm.

- Harda, Xocalıda?

- Yox, Martuni (indiki Xocavənd – N.Z.) rayonu deyirdilər, bax orda süd kombinatında müdir işləmişəm.

- Konkret olaraq Füzuli ilə bağlı nələri, hansı hadisələri xatırlayırsan?

- 1988-ci ilin sentyabr ayının 19-da ki ilk dəfə ermənilər Xocalıya hücum etdilər, Qaladərəsi kəndindən digər bir igid oğlumuz Tofiqlə birlikdə onun göstərdiyi igidlikləri xatırlayıram.

- Yəqin toya olan hücumu nəzərdə tutursunuz...

- Bəli. Bax o Tofiq də çox qoçaq oğlan idi. İtkin düşdü. İndiyə qədər öldü-qaldısından bir xəbər yoxdu. İki toy var idi Xocalıda həmin gün. Həm bizim Qaladərəsi dediyimiz kənddən olan bu Togiqin oğlunun, həm də rəhmətlik Göyüş müəllimin qardaşı Rasimin toyu idi həmin gün. Hücum da Rasimin toyuna olmuşdu. Biri böyük toy idi, o birisi kiçik toy məclisi. Bax, həmin gün ermənilər Xocalıya basqın eləyəndə Füzuli, gənc olmasına baxmayaraq, ermənilərə qarşı necə dayandı, bunu bütün xocalılılar yaxşı xatırlayır.

- Siz o toyda iştirak edirdiniz?

- Bəli. Düzü, mən bilmirəm bu toyda baş verənləri sizə necə danışıblar. Orda ermənilərə böyük bir “dərs” verdilər. Füzuli isə, həmişəki kimi, bu sırada da birinci yerdə dayandı. Onun hərəkətləri artıq qəhrəmanlığının sübutu oldu o zaman.

- Neylədi Füzuli orda?

- O zaman bizimkilərdə silah yox idi. Füzulisə tir tüfəngi ilə çıxdı ermənilərin qabağına.

- Ölüm olmamışdı o hadisədə?

- Vallah, şişirtmə rəqəmlərlə danışanlar çox olur. Mən sevmirəm şişirtməyi. Fakt odur ki, bizim “Qaçqın”, “Dərələyəz” adlandırdığımız kənddən iki nəfər - ər-arvad dünyasını dəyişdi. Düzdü, orda yaralananlar, əzilənlər, ziyan görənlər çox oldu. Ermənilərdən də xeyli itki oldu.

- Ermənilər hardan hücum eləmişdilər Xocalıya?

- Deməli, Xankəndidə mitinq keçirilirmiş. Həmin mitinqdə iştirak edən bütün camaatı qızışdırıb Xocalının üstünə hücuma gətirmişdilər. Qabaqda KamAZ maşınları, ardınca əhali. Amma dediyim kimi, ermənilər orda böyük bir dərs alıb geri oturduldular. Elə buna görə də Xocalı 1992-ci ilə qədər duruş gətirə bildi. Füzuli burda nə lazım idi eləmişdi, ancaq istintaq ona heç nəyi sübut eləyə bilmədi. Bundan sonra Füzuli ona həvalə olunan tikiş fabrikinin yanından keçən nə qədər erməninin üstünə atəş açmağa başladı. Mən uzun-uzadı danışıb vaxtınızı almaq istəmirəm, ancaq bir şeyi deməsəm günah olar, hər gün Xocalıdan Ağdama təkbaşına gedib qayıdan, bu gedişlərilə xocalılıları düşməndən bilavasitə qoruyan da Füzuli idi.

Füzuli mərdliyi hesablamışdı, namərdliyi heç ağlına da gətirməmişdi

Başa düşürəm Şükür müəllimin bu fikirlərini. Bu “qorumaq”, “xilaskarlıq” sözlərinin arxasında həm artıq sizlərin də bildiyi kimi silah-sursatın, həm yeri düşdükcə at yükü ilə ərzaq məhsullarının gətirilməsi kimi təkzibedilməz faktlar dayanır. Bu zaman Füzuli bir çox adamların da Ağdama çatdırılması əməliyyatlarını gerçəkləşdirib. Qonşusu İbrahim adlı müəllim Füzulidən onun ailəsini Ağdama aparmağı xahiş edibmiş. Amma Füzulinin İbrahim müəllimin bu istəyini həyata keçirməsinə zaman çatmayıb. Yaralı Milli Qəhrəman Aqil Quliyevin taleyi kimi... 

Şükür müəllim ah çəkərək söyləyir ki, elə fevralın 25-dən 26-na keçən gecə də Füzuli həmin fədakarlıqlarını, qəhrəmanlıqlarını bütün varlığı ilə sübuta yetirdi:

- Əgər o özünü, yalnız doğmalarını düşünsəydi, təkrar-təkrar geriyə qayıtmazdı ki... Füzulinin kimsəsi qalmamışdı axı Xocalıda çıxılmaz vəziyyətdə. Füzuli yenə də xocalılılarçün qayıdırdı, namus-qeyrətçün qayıdırdı.

...Füzuli özünü, kimliyini unudaraq bu yolları təkrar-təkrar qayıdırdı. Odun-alovun içinə qayıdırdı. İnsanları xilas etməyə qayıdırdı. Gözündə yalnız bunlar idi. Heç düşünmürdü ki, sərgilədiyi bu təkrarsız davranışları paralel olaraq onun həyat dastanını yaradır, qəhrəmanlıq portretini cızır...ardınca qarabaqara düşüb onu yaxşı mənada izləyən sonucu nakam, ölümlü taleyi bu qəhrəmanın həyat fəlsəfəsini insanların düşüncələrinə hopdurmaq üçün çabalayır. Amma Füzuli bütün bunlardan xəbərsiz xocalılılara vurulmuş yaranın istisini canında-qanında hiss edə-edə öz xilaskarlıq missiyasının burulğan, dolanbac yolları ilə irəliləməkdə idi. Füzuli tələsirdi...tələsirdi ki, müqəddəs əməllərini yarımçıq saxlamasın. Özünü unutmuşdu. Ona görə də onun özünü dayandırdı namərd gülləsi. Füzuli mərdliyi hesablamışdı, namərdliyi heç ağlına da gətirməmişdi. Namərdliyi düşünmək onun işi deyildi ki... 

Şükür müəllim davam edir eyni ahənglə:

- Füzuli ölümü hesablamırdı ki... bu heç onun yadına da düşmürdü.

- Həmin gecə siz onunla rastlaşmamısız?

- Yox, biz ancaq axşamdan bir yerdə olmuşuq.

- Axşamdan bir yerdə nə əcəb olmusuz? Bilrdiniz ki, hücum olacaq Xocalıya?

- Yox, bilmirdik. Bizim kəndimiz eyni – Dərələyəz, postlarımızsa çox yaxın idi. Onlar “dəmiryol post”una, biz isə “aeroport postu”na çıxırdıq. Axşamlar hamımız bir yerə yığışıb söhbətləşirdik, sonra dağılışırdıq. Həmin gün də hər ikimizin post günü idi. Söhbətləşib ayrılanda bax, həmin vaxt mən İbrahim müəllimin sifarişini Füzuliyə dedim, o da dedi baş üstə, nə vaxt desəniz. Axı biz o gecə hücumun olacağını bilmirdik!..

Şükür sonda bir daha bildirdi ki, Füzuliyə həqiqətən də “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı halaldı. Onun qəhrəmanlığı ilə bərabər müsbət keyfiyyətlərini saymaqla qurtarmaq mümkün deyil. Füzuli ən gənc yaşlarında Vətəninə, torpağına bağlılığını sübut elədi.

(ardı var)

Nəzirməmməd ZÖHRABLI
jurnalist-publisist



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ