Cümə axşamı günü, 12 noyabr 2026
     

İgid ömrü - FOTO

Image


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyası ilə “Bakı-Xəbər” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından “İgid ömrü” adlı növbəti kitabı çapa hazırlayırıq. Kitab Azərbaycanın Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmovun vətənpərvərlik nidalı həyat, döyüş, qəhrəmanlıq yollarından bəhs edir.

“Şuşa zəfəri”nin eyforiyası altında yazılan Füzuli həqiqətləri

“Azərbaycan bayrağı” ordenli  Xaqani Səlimov: “ Zamin təmənnalı qəhrəman deyil, əsl vətənpərvər igid idi”

(20-ci yazı)

Füzuli haqqında yazılarımın bu hissəsini qeydə aldığım zaman Qarabağdan şad xəbərlər bir-birini əvəz edirdi. Daha maraqlı fakt artıq Azərbaycan əsgərlərinin Xocalının da iki kəndini alması oldu. Əvvəlcə qəhrəmanın bacısı Fiqurə xanıma zəng edib gözaydınlığı verdim. Tez-tələsik Facebook səhifəmdə “artıq Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmovun və bütün Xocalı şəhidlərinin də ruhu şaddır!” paylaşımını etdim. Paylaşıma xeyli sayda “müjdəli bəyənmələr” gəldi. Bəyənmələrin içərisində qəhrəmanımızın bacısı, artıq sizləri tanış etdiyim Fiqurə Rüstəmovanın “Füzuli Fiqurə Rüstəmova Rüstəmov” səhifəsinin də sevincli bəyənməsinə rast gəldim. Bu fərəhli anların ağuşunda daha yazını davam etdirə bilməyib komputeri söndürüb səhəri gözlədim.

Səhər – 08 noyabr 2020-ci il tarixində bizə daha möhtəşəm xəbər qol-qanad verəcəkmiş. Azərbaycan xalqının 28 il gözlədiyi Şuşa həsrətinə son qoyulacaqmış. Ali Baş Komandan, Prezident İlham Əliyevin xalqa bu qələbə xəbərli müraciətindən sonrakı sevincli anlarımızı, sevinc göz yaşlarımızı bütün təfərrüatları ilə qələmə almaqda acizəm. Bu haqda daha çox bilgilər almaq niyyətilə yenidən televizor, internet saytları, facebook xəbərləri arasında var-gəl etməyə başladım. Şükür ki, bu xalqın taleyində belə gözəl çağlara da yer varmış. Budəfəki paylaşımlarımdan biri 28 il qəlbimdə daş kimi asılı qalan ifadənin üzə çıxması oldu: “Şuşalı Azərbaycana eşq olsun!” və “İllərlə xalqımızın düşüncələrinin üzərində hökmranlıq edən duman götürüldü...” Bu dumanı adi məişət həyatımızdan tutmuş beynəlxalq səviyyəli tədbirlərdəki mövqeyimiz, təhsildə, səhiyyədə, hətta futboldakı uğursuzluqlarımıza qədər hər yerdə hiss edirdim. Qənaətim beləydi ki, Qarabağı uduzan Azərbaycan xalqı duman içindədir... Əlqərəz, bu statusuma da xeyli fərəhli bəyənmələr aldım. Təbii ki, bunun ardınca Türkiyə xalqına təşəkkürlərimi və “Şəhidlərimizin ailələri və balaları hamımıza əmanətdir. Bunu məmur da, sadə vətəndaş qədər dərk etməlidir...” statusunu paylaşdım. Bunları həm də ona görə tez-tələsik yazdım ki, bəzi unutqanlarımız bu son dərəcə vacib “boyun borclarımızı” arxa plana ötürməsinlər. 

...Xocalıdan növbəti həmsöhbətimsə “Azərbaycan Bayrağı” ordenli Xaqani Səlimovdur. Xaqani polis orqanının əməkdaşıdır. Əvvəlcə Xocalı milis şöbəsində başlayıb işinə. Onun işə başladığı dövrsə artıq ictimai asayişin qorunmasından çox, ermənilərə qarşı mübarizə dövrü kimi yaddaşlara həkk olunub. Bu zaman Qarabağda  ictimai asayişin ən kobud şəkildə, həm də millətçilik zəminində pozulması halları baş verirdi ermənilər tərəfindən. Özü də bıçaq-xəncərlə yox, havadarlarının onlara “pay” verdiyi odlu silahlarla. Bu səbəbdən milis (polis) də öz işinin standartlarını dəyişdirməyə məcbur idi. Onlar Füzuli kimi qəhrəman oğullarımıza qoşulub Xocalının müdafiəsində iştirak etməyə başlamışdılar. Xaqani də başqa həmsöhbətlərim kimi Füzuli qəhrəmanlıqlarının bir çox epizodlarının şahidlərindən və onun qoçaqlığına heyranlardan biridir. Gəlin, onu da dinləyək:

- Zamini uşaq vaxtlarından tanıyıram. Bacısı mənimlə bir sinifdə oxuyub. Hər iki valideynləri rəhmətə getdiyindən babaları Kərim kişi saxlayırdı onları. Xalası Səkinə isə bir növ analıq edirdi onlara. Zamin hələ uşaqlıqdan çox qoçaq oğlan kimi tanınmışdı, ad çıxarmışdı.

- Siz xocalılısız?

- Bəli, mən əslən elə Xocalının özündənəm.

- Onda mərtiqlə, siz Füzulini Şuşadan internat məktəbindən qayıdandan sonra tanımısız...

- Bəli. O zamandan tanımışam. Fiqurə 9-10-cu sinifləri mənimlə bir sinifdə oxudu. Xocalı isə, bilirsiniz ki, üç hissədən ibarət idi. Kəndin mənim yaşadığım Qaladərəsi hissəsində 1948-50-ci illərdə ermənilər də yaşamışdılar, lakin onlar köçüb getdikdən sonra orada Dərələyəzdən və Laçın rayonundan gəlmiş soydaşlarımız məskunlaşmışdılar. O biri kəndlərdə məktəblər 8 illik idi, bizim məktəb isə 10 illik. Ona görə də Fiqurə 9-10-cu sinifləri gəlib bizim məktəbdə oxudu.

Zamingilin yaşadığı ev çayın üstündə yerləşirdi. Bir tərəfi də Kətik dağı deyilən yer, meşəlik-filan. Bunu ona görə deyirəm ki, belə bir relyefdə yaşayan Zamin çox qoçaq bir çöl-bayır adamı, bacarıqlı birisi kimi yetişmişdi. Bütün gizli-aydın yolları, cığırları belə çox yaxşı tanıyırdı.

Mən əsgərlikdən hadisələr başlayanda gəldim. Gələndə eşitdim ki, Zamingil ermənilərə cavab vermək məqsədilə onlara xeyli ziyan vurublar. Ona görə də bunları tutub aparmışdılar Şuşa həbsxanasına.

- Xaqani müəllim, bunları yeri düşdükcə həmkəndlilərinizin dilindən yazmışam. Siz xüsusi olaraq nələri xatırlayırsınız Füzuli ilə bağlı?

- Danışım. Təmiz, açıq müharibəyə keçəndən sonra rəhmətlik Zamin neylədi? Bilirsizniz, bizim xocalılıların Milli Qəhrəman adı almış oğulları çoxdu. Amma əsl Milli Qəhrəmanlarımız ki var, onlardan biri Zamindi. Yəni o, nəyinsə xatirinə, təmənnalı qəhrəman deyil, əsl vətənpərvər igiddi. Özü də mənim bildiyimə görə o, əməliyyatlarına adətən tək gedərdi. Dağların üstündə o cığırları yaxşı tanıyırdı, ondan gözəl tanıyan yox idi buraları. O vaxt biz dövlət tərəfindən silah, patron-filan, bu mənada hər hansı bir dəstək almırdıq, hamısını ya cibimizin pulu ilə, ya da Sovet əsgərlərinin qarşısını kəsməklə tutub alıb toplayırdıq. Zaminin bu işdə əvəzi yox idi. Gedirdi pay-piyada Ağdama gecəylə təkbaşına, silahları gətirirdi.

“Bir çoxları Ağdama özünü çatdıran kimi yoxa çıxırdı, amma Zamin...”

Söhbətimizin bu yerində müsahibimi Xocalı soyqırımı gecəsi baş verənlərin fonunda Füzulinin göstərdiyi igidliklərə, əvəzsiz bələdçi ola bilməsi məqamına yönəldirəm. Danışdıqlarımız əsnasında həyatımızı mənfi yöndə təqib edən bir sıra xoşagəlməz, hətta deyərdim ki, ürək bulandıran məqamlar da üzə çıxır. Oxucuların ovqatını təlx etmək istəməsəm də, onların bəzilərini qeyd etməyə məcburam. Həm də ona görə ki, yaxşı, ya pis, bunlar bizim tariximizdir. Ağ ləkələr də, qara ləkələr də...

- Elə Xocalı qətliamı gecəsi bələdçilikdə də onun gizli yolları tanıması nə qədər xocalılının dadına çatıb...

- Bəli. Tamamilə haqlısız. Yolları tez-tez dəyişirdi. Çünki satırdılar ermənilərə.

- Kimlər idi bu satqınlar, Xaqani müəllim?

- Kimlər olacaq? Anası, gəlini erməni olanlar... Milli tərkibi təmiz olanlar öz qardaş-bacılarını satmaz ki!.. Deməli, Zamin gedib-gəlirdi deyə, ermənilərin Kətik dağındakı meşəlikdə postlar quraraq Xocalıya burdan nəzarət etmək istədiklərini də görürdü. Mən şahidəm ki, o, gecə ilə nə qədər belə postların altını üstünə çevirib. Bu həmin qorxulu yerlər idi ki, fevralın 26-da camaatı elə bu ərazidə daha çox qırmışdılar. Həmin gecə Zamin camaatı dəfələrlə gətirib keçirib Ağdam ərazisinə qayıdıb. Bir çoxları Ağdama özünü çatdıran kimi yoxa çıxırdı. Amma Zamin, sayını dəqiq bilməsəm də, dəfələrlə qayıdıb camaatı xilas edib. Elə bu yolda da erməni gülləsinə tuş gəlib şəhid olmuşdu.

- Siz həmin gecə onu görə bildiniz?

- Yox, həmin gecə görməmişəm. Həmin gecə xocalıdan ən axırıncı çıxan mən olmuşam.

- Siz hansısa batalyonda döyüşürdünüz?

- Bəli, mən Xocalı milisində olmuşam. Bir çox əməliyyatlarda iştirak etmişəm. O cümlədən Meşəli kəndinin azad edilməsində. Yadımdadır ki, 12 nəfər getdik. 6-sı kəndə girməyə ürək eləmədi, amma 6 nəfər girdik bütün kəndi ermənilərdən azad elədik. Xocalı aeroportunda milis işləyən Zaminin dostu Nazim (söhbət artıq oxuculara yaxşı tanış olan, Füzuli Rüstəmovun dostu və qonşusu Nazim Hüseynovdan gedir – N.Z.) də bizimlə iştirak edib bu əməliyyatda. Orda 20-yə yaxın erməni öldürdük. 30-40 nəfər qız-gəlini, yaralıları azad elədik. Onlar evlərdə gizlənmişdilər. Mal-qaranı aparırdılar ermənilər. Əllərindən aldıq. Aparanları güllələdik. Bircə dənə NİVA maşınını aparmışdılar. Nazimə də burda alnından güllə dəydi. İki nəfər onu çıxartdı, üç nəfərimiz qaldı kənddə. Kəndi belə azad elədik.

- İndi xocalıların Goranboy rayonu ərazisində məskunlaşdığı Ağcakənd kəndinin yaxınlığında vaxtilə ermənilərin yaşadığı, hazırda qaçqınların yaşadığı, indiki adı elə Meşəli olan kənd də var. Bu həmin eyni adın daşıyıcısıdır?

- Bəli-bəli.

- Başqa hansı əməliyyatları xatırlayırsız?

- 1991-ci ilin axırları idi. Efirdə eşitdik ki, Ağdamdan Xankəndiyə gedən qatar gəlir. İçərisində iki vaqon undu, 60 ton da benzin. Dəmir yolunu partlatdıq. Qatarın içindəkiləri daşıyıb payladıq xocalılılara. Zaminin o qədər belə işlərdə igidlikləri olub ki...zaman keçdikcə bəzilərini unuduruq. Elə bunlar unudulmamaq üçün yazılsa yaxşıdır.

- Aydındı. Sizin də təltifləriniz var deyəsən...

- “Azərbaycan Bayrağı” ordeni almışam. Ancaq ordeni yaxama taxa bilmirəm. Düşünürəm ki, nə zaman Qarabağı, Xocalını azad edərik, onda həm şəhidlərimizin ruhu şad olar, həm də biz rahatlıq taparıq, o ordeni də yaxamda gəzdirməyə haqq edərəm.

- Xocalı gecəsi siz harda olmusuz, Qaraqayada?

- Yox, mən səhərə qədər qaldım Xocalıda. Yaralanmışdım.

- Ermənilər o zaman Xocalıya girməmişdilər?

- Girmişdilər. Mən erməni dilini təmiz bilirəm. Orta məktəbin bir neçə sinfini Xankəndidə oxumuşdum deyə, erməni dilində ləhcəsiz danışırdım. Yaralıydım deyə qaldım bir tövlədə. Özümlə də 17 yaşlı bir erməni uşağını girov götürdüm. Xocalıda bir neçə ermənini də neytrallaşdırdım. BMP-də oturan bir rus mayorunu da vurdum. Hardasa günorta saatlarında erməni qarətçilər mülki geyimdə doldular Xocalıya. Züleyxa adlı uşaqlıqdan şikəst bir qız var idi. Onu həyətin ortasında mənim gözlərimin qabağında düz mədəsindən güllələdilər. Bunu görmək çox ağır təsir etdi mənə!..

- Erməni uşağı da gətirdin özünlə?

- Hə, gətirdim meşəyə. Çayı keçəndə ayağım sürüşdü, yıxıldım suya. Ayağım da dizdən çıxmışdı, ancaq donub keyimişdi deyə, çıxığı hiss eləmirdim. Don açılandan sonra bərk ağrı verdi. Bu zaman keçib gəlmişdim artıq Ağdama. Sınıqçı tapıb sağaltdılar.

- Siz yıxılanda erməni uşağı qaçıb getdi?

- Yox, qaçmadı. Gətirdim bunu meşəyə. Meşədə Aslanov Tofiq və Əliyev Cavidlə rastlaşdım. Gəldim gördüm Cavidin atası Ələkbər kişi və iki qızı da burdadı. Erməni uşağına da söz vermişdim ki, səni buraxacam. Artıq bunları tapandan sonra buraxmadım, elə başından bir güllə vurdum qaldı orda.

- Bəs niyə gətirmədiniz onu?

- Artıq o bizə əlavə yük olurdu. İki qız uşağı vardı yanımızda. Onları gətirməliydik. Həm də hardan gəlirsən gəl, mütləq asfaltdan keçməlisən, camaatı da elə orda dayanan BMP və yaraqlılar qırırdı.

- Yolda meyitlər var idi?

- Yox.

- Artıq yığmışdılar meyitləri?

- Yox, sadəcə biz başqa bir yolla gəldik. Bir arx var idi, içində böyürtkən kolları. O kolların içərisində oturub gözlədik. Hava qaranlıqlayanda mənə dedilər Qaraağacı qəbiristanlığı görünür, get orda Qatır Məmmədin (Yaqub Rzayev) dəstəsinə de ki, biz burdayıq. Getdim xəbər verdim, gəlib kömək elədilər.

- Bəs sizin ailə üzvləriniz gəlmişdi?

- Yox, iki bacım gəlmişdi. Anamla qardaşım şəhid oldular.

- Allah rəhmət eləsin!

(ardı var)

Nəzirməmməd ZÖHRABLI
jurnalist-publisist



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ