Cümə axşamı günü, 12 noyabr 2026
     

İgid ömrü

Image


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyası ilə “Bakı-xəbər” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından “İgid ömrü” adlı növbəti kitabı çapa hazırlayırıq. Kitab Azərbaycanın Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmovun vətənpərvərlik nidalı həyat, döyüş, qəhrəmanlıq yollarından bəhs edir.

Kamikadze “25-lər”

Tarix boyu Xeyir və Şərin mübarizəsinin hüdudlarında insan təfəkküründən süzülüb gələn müxtəlif deyimlər, müxtəlif adlar yaranıb. Adlar bəzən toponimləri, bəzən taleləri özündə yaşada-yaşada bu istilahları tarixin yaddaşına həkk edib. İlk anda onları yalnız xoş ovqatla düşünmək keçir insanın ürəyindən. Amma...

...Xocalılılar onlara “25-lər” deyirlər. Bu sözü izahsız eşitdiyim ilk anda artıq müəyyən yaşa dolmuş uşaqların hansısa uğurlara imza ataraq “25-lər” adını qazandığını zənn etdim. Ancaq yanılırmışam. Sən demə, bu söz Xocalı qətliamında hər iki valideynini itirmiş 25 nəfər - vandal ermənilərin taleyin ən ağır yükünü çəkməyə vadar etdiyi 25 uşaq anlamındaymış. Bəlkə bu siyahı daha da uzanardı, bəlkə onların heç biri sağ-salamat gəlib Ağdama çıxmazdı, bəlkə vəhşi ermənilər onların hamısını qarğa-quzgun kimi o qarın-sazağın içərisində parçalayıb məhv edərdilər. Xislətlərinə uyğun... Amma nə yaxşı ki, Xocalının “zamininə verilmiş” Füzuli kimi igid oğlanlar bu qətliamın sayını dəfələrlə azaltdılar. Onların bir çoxu Füzulinin sayəsində sağ-salamat gəlib Ağdama çıxa bilib. Öz həyatını “bu yolda” və elə sözün birbaşa mənasında da bu yolda-izdə qurban vermiş Füzulinin. Özünü doğma xocalılılarının gələcəyini yaşaması naminə qurban vermək...bunu özləri etiraf edirlər. İndi 30-dan yuxarı yaşları, hərəsi bir evin sahibi, bir ailənin başçısı olan xocalılı uşaqlar... Füzulinin onları ölümdən qurtarmağı həm də kamikadzelikdi mənim aləmimdə. Füzuli heç düşünürdümü ki, bu uşaqlar gələcəyin azərbaycanlılarına onun və Xocalı dəhşətlərinin haqqında danışmağa şahid olmaq üçün yaşamalıdırlar?! Bu barədə düşünməyə macalı da yox idi. Füzulini daha dərin mətləblər narahat edirdi. Daşıdığı missiya insanların cismən, insanlığın ruhən yaşamasına yardımçı olmaq idi. Əslində bu, bəşəri bir keyfiyyətdir. Yaxşını yamandan, xeyiri şərdən qorumaq elə bu nəcib xislətin təzahürüdür. Bu, həm də Füzulinin alın yazısı idi. “İlan gülləyə uçan kimi” Füzuli də addım-addım öz sonuna, yekununa, qismətinə, alın yazısına doğru irəliləyirdi. İnsanları xilas edə-edə, qorxu-hürkü bilmədən, göz qırpmadan, şəxsi həyatını düşünmədən:    

- Alnımda ömrün yazısı,

Yazanı varsa, mən kiməm?

Taleyimin qışı, yazı,

Xəzanı varsa, mən kiməm?

Ulu göylər həmin-həmin,

Bürc altında mən bir zəmin.

Tərəzidən tərəzimin

Asanı varsa, mən kiməm?

Bir ağ dəvənin belində,

Bir dəli səhra yelində,

Bəxtimin tanrı əlində,

Ovsarı varsa, mən kiməm?

Nə biləndər, nə halıyam,

Olum, ölüm sualıyam.

Açılmış ulduz falıyam

Yozanı varsa, mən kiməm?

Musa Yaqub

Bakıdakı Xocalı qərargahında olarkən “25-lər”in iki təmsilçisi ilə görüşüb-söhbətləşirəm. Onlar itirdikləri ən yaxın doğmaları kimi danışırlar Füzuli haqqında. Ataları, anaları, qardaşları kimi. Uşaq yaddaşlarında qoruyub saxladıqları bilgiləri söyləməklə bir qədər də ürəklərində gəzdirdikləri qubar hissindən xilas olacaqlarını, rahatlaşacaqlarını düşünürlər. Bunu mənə göstərdikləri sıcaq münasibətlərindən, davranışlarından hiss edirəm. Danışmağa başlayanda isə bir qədər utancaqlıq hissi qonur çöhrələrinə. Xəyalən o zamana qayıtmaqla özləri də uşaqlaşırlar sanki. Amma bu hisslər tez bir zamanda yox olub gedir. Necə də getməsin? Top-tüfəng səsli, vahiməli günlərdən, Xocalı qətliamından keçərək atasız-anasız böyümək kimi iztirablı həyat dramından keçən bu uşaqlar heç utancaq, nadinc uşaqlıq duyğularını yaşaya biliblərmi?! Bu düşüncələr mənə rahatlıq verməsə də, özümü toparlayıb onları yalnız xilaskarları Füzuli barədə danışdırmağa məcburam.

Həmsöhbətlərim Şahin Əzimov və Cəmşid Hüseynovla söhbətimizi təqdim edirəm sizlərə:

- Füzulini nə zamandan tanımısız? Xocalı qətliamı gecəsindən, yoxsa Xocalıda yaşadığınız vaxtlardan?

Şahin:

- Biz Xocalıya 1988-ci ildə gəlmişik. Elə o zamandan da Füzuli ilə münasibətimiz olub. Bilirsiniz niyə? Füzuli özünü heç kimdən qıraqda tutan deyildi. Hamıya qaynayıb-qarışırdı.

- Onda siz də Fin evlərində yaşayırdız?

- Bəli.

- Əvvəllər harda yaşamışdınız?

- Ballıcada.

Söhbət əsnasında öyrənirəm ki, Ballıca da Xocalının ətrafındakı kəndlərdən biri olub. Ballıca coğrafi baxımdan Xocalıya nisbətən yüksəklikdə yerləşir. Bu yazını qələmə aldığım günlərdə ordumuzun rəşadətli əsgərləri sentyabr ayının 27-dən əks-hücuma başlayaraq erməni quldurlarının bir çox atəş nöqtələrini susdurmuşdular. Onların sırasında Ballıcadakı düşmən mövqelərinin adı xüsusi qeyd olunurdu. Deməli, Ballıca həm kənd, həm də Xocalıdan yuxarıda yerləşən yüksəklik imiş.

Şahindən Xocalıya köçməklərinin səbəbləri ilə də maraqlanıram. Cavab verir ki, sadəcə öz istəkləri ilə gəlməyiblər Xocalıya. Köçməklərinə səbəb ermənilərin onlara qarşı apardığı hiyləgər siyasət olub. Ermənilər zamanla bu yüksəklikləri ələ keçirməklə azərbaycanlıların Xocalıda  yaşamasını əngəlləyirmişlər. Nəhayət, Ballıcada evlərinin yandırılmasından sonra artıq burda yaşamaq mümkünsüzləşib və Xocalıya köçməyə - xocalılara pənah gətirməyə məcbur olublar.

Şahin davam edir:

- Füzuligildən evlərimiz təxminən 500 metr məsafədə olardı. Amma qohumları bizim qonşumuz idi.

- Hansı qohumları?

- Eldargil (Əziz oxucular, artıq əvvəlki yazılarımızdan Eldar haqqında məlumatlısınız. Söhbət döyüşçü, bizim müsahibimiz olmuş Eldar Mahmudovdan gedir – N.Z.). Eldargillə yaxın qonşuyduq, hətta bir Fin evini ikimizə vermişdilər. Zamin elə bil çaya çimməyə, meşəyə gəzməyə gedəndə gəlib bizi də götürürdü, özü ilə aparırdı. İstiqanlı adam idi. Xocalı faciəsi baş verəndə isə o çox fəal oldu.

- Füzulinin 26 fevral gecəsindən əvvəlki - Xocalıdakı fəaliyyəti ilə bağlı nələrisə xatırlayırsız?

- Vosem-şestoyun dağıdılmasını, Mirzəcanyanın özü ilə bərabər ofisini yandırmalarını, 3-4 ermənini güllələmələrini xatırlayıram. Mənim qardaşım Əzimov Qədir də iştirak etmişdi bu əməliyyatların bəzilərində. Əsas xatırlayıram Əsgərana gedən su xəttini partlatmalarını. Su xətti düz bizim evimizin yanından keçirdi. Onu qardaşımla partlatdılar. Onlar bizdən böyük idilər yaşda. Sonra daşatma olurdu ermənilərlə aramızda. Biz daş atanda o, silahla vururdu erməniləri. Hətta bir dəfə tutub aparmışdılar. Zaminin Malıbəyliyə hücum olanda da köməyə getdiyini xatırlayıram. Amma gedib çata bilməmişdilər. Orda atışmaya düşmüşdülər. Yaralananları da var idi. Keçə bilməmişdilər kəndin içərisinə. Qayıtmışdılar.

- 26 fevral gecəsindən nəyi xatırlayırsız Zaminlə bağlı?

- Gecə mən Zamini görə bilmədim. Amma dedilər Zamin 2-3 dəstəni aparıb keçirib qayıdıb. Biz yolu tanımırdıq. Çar-naçar qalmışdıq yolun ortasında. Bizə göstərib dedilər bu yolu tutub gedin, qabaqda Zamin bir dəstəni aparır, çox keçməz gəlib sizi də aparar.

- Bəs ermənilərin Zamini vurmağını necə eşitdiniz?

- Biz Zaminin getdiyi yolu nişan verildiyi kimi tutub gedirdik. O, görünür yenidən qayıdıb bizim dəstəni də aparıb Ağdama keçirməyi planlaşdırıbmış. Onu şumluqda vurmuşdular. Vurulmasını gördük. Daha doğrusu, dəqiq kim olduğunu ayırd edə bilməsək də, bir adamın vurulduğunu gördük o şumluqda. Ancaq onun bələdçiliyinin hesabına biz həmin yolla gəlib Ağdam ərazisinə çıxa bilmişdik. Ona ömrümüz boyu borcluyuq. Həm də təkcə biz yox, yüzlərlə xocalılı. Zamin bizim kimilərin nəslinin kəsilməyinin qabağını almış oldu. Allah ona rəhmət eləsin!

- Siz valideynlərinizi həmin gecə itirmisiz. Şəhid olmuşdular, ya itkin düşmüşdülər?

- Şəhid olmuşdular.

Bayaqdan bizim söhbətimizi dinləyən Cəmşid dilə gəlir:

- Zamin Xocalı üçün çox şeyindən keçmişdi. Allah ona qəni-qəni rəhmət eləsin! Qəbri nurla dolsun! O çox çalışdı ki, biz Xocalımızı qoruya bilək, xocalılıları qoruya bilək. Elə xocalılıların yolunda da qəhrəmancasına şəhid oldu. Onun igidlikləri sayəsində bu gün nə qədər Xocalı sakini dünyada yaşayır. Bu insanlar, biz də daxil olmaqla, ona bütün ömrümüz boyu borcluyuq. Zaminin əlacı olsaydı, bir xocalılının da burnunun qanamasına imkan verməzdi. Allahdan onun doğmalarına səbr diləyirəm.

- Siz də öz valideynlərinizi həmin gecə itirmisiz?

- Həmin gecə atam-anam, milis qardaşım şəhid oldular. Qardaşım rəhmətlik Əlif Hacıyevin batalyonunun – Xocalı aeroportunun milis dəstəsinin döyüşçülərindən idi. Son nəfəsinə qədər vuruşdu, əlindən gələni elədi, ancaq şəhid oldu.

Şahin:

- Zaminin qeyri-adi idi hərəkətləri. Ondan nələri öyrənmək olardı?! Bunları bir yerə qruplaşdırıb danışmaq çətindir. Həm də onun epizodlarını bir yerə yığmaq da hər adamın işi deyil. Çoxunu Xocalıda bilənlər də azdı. Zaminin bizlərə göstərdiyi qayğılar da xüsusi bir mövzudu, Xocalının qorunması yolunda göstərdiyi qəhrəmanlıq nümunələri də, ermənilərdən hayıf çıxmaq üçün göstərdiyi şücaətlər də. Zamin qəhrəmanlığı, qoçaqlığı və insanlığı bitib-tükənməyən bir insan imiş. Biz bunları yaşa dolduqca, həyatı başa düşdükcə daha dərindən anlayırıq. Onun hərəkətlərini olduğu kimi sizə danışa bilsək, elə sizdə də onun qəhrəmanlığı haqqında əsl təəssürat yaranar.

Cəmşid:

- Bilirsiniz, ermənilər Xocalı soyqırımını niyə törətdilər? Çünki Xocalıya bata bilmirdilər. Əlif Hacıyev kimi, Zamin kimi oğlanlarımız başda olmaqla, Xocalının qeyrətli oğlanları sonuncu günə qədər yurdumuzu qorudular və şəhid oldular. Allah onların hamısına rəhmət eləsin! Onların haqqı boynumuzdadı. Allah hamısına rəhmət eləsin, qəbirləri nurla dolsun!

- Amin!

Nəzirməmməd ZÖHRABLI
jurnalist-publisist



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ