Cümə axşamı günü, 12 noyabr 2026
     

İgid ömrü

Image


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyası ilə “Bakı-Xəbər” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından “İgid ömrü” adlı növbəti kitabı çapa hazırlayırıq. Kitab Azərbaycanın Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmovun vətənpərvərlik nidalı həyat, döyüş, qəhrəmanlıq yollarından bəhs edir.

Füzuli xilaskarlığının yaşayan izləri

Fərhad Cəfərov: “ayaqyalın, islanmış insanların durumu o qarın, şaxtanın içərisində necə olar?!..”

Füzulini Xocalıdan şəxsən tanımayıb Fərhad. Adını eşidibmiş. Qədim el misalında deyildiyi kimi: “İgidin adını eşit, üzünü görmə”. Xocalı qətliamı gecəsi isə xocalıların bələdçi-xilaskarı Zamini görmək və bir igid oğul kimi tanımaq fürsəti düşüb onun bəxtinə. Heç bir zaman unudulmayacaq, heç bir vədə yaddan çıxmayacaq o dəhşətli gecə və o dəhşətli gecənin hər dəqiqəsi ölüm saçan yaşantılarının fonunda ümid yeri – xocalıların ZAMİNİNİN misilsiz, təkrarsız qəhrəmanlıqları... Həyatının sonuncu saatlarını, sonuncu dəhşətli gecənin zülmətlərində əridən bir ömrün tarixin bütün qatlarında səs salacaq, yaddaşlarda örnək olaraq yaşayacaq izlərini unutmaqmı olar?!.. O da pərçimlənmiş ola bu dəhşətli məqamları bütün varlığı ilə öz üzərində yaşayıb, gözləri ilə seyr edən uşağın yaddaşına... Uşağın yaddaşı təmizlikdən, saflıqdan yoğrulmuş saxlanc yeridi. Bu fikri ayrı-ayrı çalarlarla məndən qat-qat əvvəlki nəsillərin təmsilçiləri də dilə gətiriblər.

İndi həmin uşaq – Fərhad Cəfərov Füzuli Rüstəmovun canı qədər sevdiyi xocalıların ictimai asayişinin keşikçisidir. Füzuli ona görə fərhadları qoruyub sağ-salamat Ağdama çatdırdı ki, Xocalının bugünkü boxçası boş, viran qalmasın, düşmən “Xocalını tamamilə məhv etdik, xocalıların kökünü kəsdik” deyə bilməsin. Füzuli yaşamasa da, onu əvəz edən xocalılar yaşasın!

Mayor rütbəsinə qədər yüksəlmiş Fərhad Xocalı Polis Bölməsinin əməkdaşı kimi Vətənə xidmətini davam etdirir. Füzuliyə - Zaminə özünü bir ömür borclu düşünə-düşünə... Gəlin onu dinləyək:

- Adını daim qəhrəman kimi eşitdiyimiz Zamini həmin gecə şəxsən tanıdım. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə...

- Harda rastlaşdınız? Qarqar çayını keçəndə?

- Deməli, ermənilər iri çaplı pulemyotlar, avtomatlar, zirehli texnika ilə Xocalının üzərinə hücuma keçəndə insanlar axışdı Qarqar çayının sahilinə tərəf. Elə burda da biz Zamini gördük. Mən o zaman uşaq idim.

- Neçə yaşınız vardı?

- On altı yaşım vardı. Hələ yeniyetməlik yaşına çatmamışdım. Zamin bizim Qarqar çayından keçməyimizi və buradan Kətik meşəsi istiqamətinə yön almağımızı təşkil elədi. Onun bələdçiliyi ilə meşəyə çıxdıq. Bura da möhkəm qar idi. Təxminən bir metr hündürlüyündəydi qar örtüyü. Təsəvvür edin ki, belə bir vəziyyətdə bir hissəsi ayaqyalın, bir hissəsi sudan keçəndə islanmış insanların durumu o qarın, şaxtanın içərisində necə olar?!.. Amma o vəziyyətdə Zamin bizi dayanmağa qoymayaraq, bələdçilik edə-edə Əsgəran rayonunun Naxçıvanik kəndinin yaxınlığına gətirib çıxardı. Səhər açılanda isə bizim, yəni kənd sakinlərinin kütləvi şəkildə keçdiyini görən ermənilər əhalini atəşə tutdular. Bu zaman insanların bəziləri meşəyə qaçdı, bəziləri Ağdamın Şelli kəndi tərəfə qaçdı. Asvaltı adlayıb şumluq deyilən bir yer vardı, həmin şuşluğa keçən yerdə camaatın bir hissəsini gülləboranla qırdılar.

- Zamin sizi şumluğa qədər gətirmişdi?

- Əlbəttə, ora qədər gətirdi. Daha doğrusu, hələ bizi Şelli istiqamətinə də keçirtmişdi. Sonra yenə qayıtdı o birilərin, arxada qalanların ardınca...

- Bunları dəqiq xatırlayırsınız da...

- Dəqiq, indi də gözlərimin qabağındadı.

- Zaminlə son görüşünüz elə bu oldu?

- Bəli, bu sonuncu görüşümüz oldu. Bunu ömrüm boyu unutmaram. Bizim dəstənin salamat keçə bilməsinə səbəb Zamin oldu. Necə danışıram, bax sanki təkrar-təkrar baxdığım qorxulu bir film kimi, hamısı gözlərimin qabağındadı.

- Fərhad, siz Ağdama gəlib çatan ilk dəstələrdən birində olmuşdunuz. Sizə atəş açmadı ermənilər?

- Atəş açdılar. Biz bəlkə də birinci atəşlərinə tuş gəldik ermənilərin. Amma yenə də gecə ilə dediyim istiqamətlərə gəlib çata bildik. Biz asvaltı adlayanda ermənilərin bir UAZ-ı keçdi. Bu UAZ-dakılar gedib xəbərləyəndən sonra ermənilər postlardan çıxıb Ağdama gedənlərin qarşısını almağa başladılar. Ona görə də orda xeyli atışma getdi. Atışmada bizimkilərdən də onlara atəş açanlar oldu. Bu zaman qarşıdan – Ağdam tərəfdən, Qaraqaya istiqamətindən bizimkilər də gəlib ermənilərə cavab atəşləri açdılar. Yoxsa onlar müqavimət görməsəydilər salamat adam buraxmazdılar.

- Keçdiniz şumluğa...

- Hə, o şumluqda xeyli adam həlak oldu. Sağ qalanlar, yaralananlarsa gəlib çıxdılar Ağdamın ərazisinə.

- Sizin ətrafınızda da öldürülənlər oldu?

- Oldu, əlbəttə. Yanımda nə qədər qırıldı insan. Yaralananlar oldu. Orda bir arx kimi yer var idi. Traktorla ki arx çəkirlər ha əkini suvarmaqdan ötrü, bax, camaat əgər o arxla sürünə-sürünə keçməsəydi, demək olar ki, hamını qıracaq idilər. Ordan iməkləyə-iməkləyə keçdilər. Kimsə ayaq üstdəydi ona güllə dəyib öldürdü.

- Valideynlərin də səninlə bərabər idi?

- Bir yerdəydik.

- Hamınız sağ-salamat gəlib çıxa bilmişdiniz?

- Hə, biz salamat keçdik. Elə bil ki, atışmanın siftəsinə düşdük, daha geriyə qayıtmadıq. Əgər bizdən də kimsə geriyə qayıtsaydı, bəlkə də salamat gəlməyəcək idi. Zaminsə bizi keçirtdi atışma olan yerdən, özü qayıtdı...

- Atəşin altında qayıtdı?

- Bəli, atəş açılmasına baxmayaraq qayıtdı geriyə. Yadımdadı, onun geri qayıtması. Dediyim kimi, atışmada meşənin içərisinə doğru qayıdıb qaçanlar olmuşdu, Zamin getdi onların dalınca, onları da gətirib keçirtməyə. Getmişdi, bizim bildiyimizə görə orda həlak olmuşdu.

- Yox, orda yaralanıb, gətirib çıxarıblar Ağdam xəstəxanasına, bu xəstəxanada dünyasını dəyişib. Deyirlər, yarasından axan qan içərisinə axıbmış deyə, onu xilas etmək mümkün olmayıb...

- Hə, bunu eşitdik sonradan. Amma, bizi onun gətirməsi, xilas etməsi danılmaz faktdır. Haqqında eşitsəm də, onu şəxsən ilk dəfə görməyim həmin gecə olub. Onun xocalıları xilas etməsi həqiqətini heç kəs dana bilməz. Bilirsiniz, tutalım, bir qrup adam, həm də çöl-bayırdan xəbərsiz, bir hissəsi uşaq, bir hissəsi qocalar, düşmüşük meşəylə yola. Zil-qaranlıq, qar-sazaq da bir tərəfdən əhdimizi kəsir. Belə bir vəziyyətdə meşə ilə bələdçisiz, heç yanı tanımadan, eləcə qarasına meşənin içərisini tutub getsəydik, kim bilir, bəlkə də gedib düz ermənilərin postlarına və ya kəndlərinə çıxa bilərdik. Meşənin içərisindəki yollar bir neçə istiqamətə doğru uzanırdı. Yəni, hara ilə gedəsən ki, gedib erməniyə əsir düşməyəsən?! Zamin olmasaydı, bizimlə rastlaşmasaydı, həmin gecə başımıza nələr gələrdi, onu bir Allah bilər! Allah ona rəhmət eləsin!

- Elə Allahın lütfü imiş onunla rastlaşmağınız...

- Əlbəttə. Bu yeganə nisbətən təhlükəsiz yol imiş ki, bunu da ancaq Zamin Ağdama gedib-gəlməsi səbəbindən tanıyırmış. Elələri olmuşdu ki, yolu tanımamaqları ucbatından dönüb gedib Stepanakertə (Xankəndi – red.) çıxmışdılar. Elələri Əsgəranın içərisinə gedib çıxıb burda ermənilərlə rastlaşmışdılar. Konkret bələdçisiz mümkünsüz idi gəlmək. Elə həmin meşə cığırlarını bir balaca səhv salmaqla erməni kəndlərinə gedib çıxanlar olmuşdu.

“Atam həyəcanla üstümüzə qışqırırdı ki, bələdçinin arxasınca gedin”

Ancaq təəssüf ki, hamıya bir yerdə bələdçilik etmək mümkün olmayıb. Çünki camaat fərqli-fərqli vaxtlarda, fərqli-fərqli yollara çıxıblar çayı keçəndən sonra. Füzulinin üstündə avtomatının olub-olmaması ilə maraqlanıram. Fərhad deyir, əlbəttə var idi. Yəqin Ağdamdan gətirdiyi silahlardan idi və ya Xocalı Özünümüdafiə batalyonunda keşikdə durarkən onlara verilən avtomat idi, bilmirəm, amma əlində avtomatı var idi. Fərhad onu da söylədi ki, onlar dörd uşaq imişlər. İki nəfər də valideynləri:

- Bəlkə bizim də qismətimizə düşməyəcək idi Zaminlə görüşmək. Rəhmətlik atam həyəcanla bizim üstümüzə qışqırırdı ki, ayə, ancaq bələdçinin arxasınca gedin, geri qalmayın! Bizi təntidərək Zaminin arxasınca dabanbasma getməyə səsləyirdi kişi. Çünki elə bir vəziyyət idi ki, dəstədən dala qalan kimi azmaq, itmək mütləq başına gələ bilərdi.

- Siz Xocalıdan təxminən saat neçədə çıxmışdınız?

- Deyim də neçədə çıxmışıq. Saat 10-a 15 dəqiqə qalmış radələrində ermənilər və 366-cı alay başladılar atmağa. Bu zaman kəndin yuxarısında, ermənilərin Noraguh kəndinə yaxın yerdə yaşayan xalamgil bizə gəldilər. Biz qonşunun evinin zirzəmisində idik. Gəlib bizi tapdılar və dedilər burda niyə oturmusuz, artıq şəhərin yarısını alıblar. Ondan sonra çıxdıq gəldik məktəbin yanına, ordan da çay aşağı düşüb Qarqarı keçdik.

- Demək istəyirəm ki, siz nə qədər tez çıxmağınıza baxmayaraq hava işıqlaşana Ağdama çata bilməmişdiniz...

- Hava işıqlaşanda Naxçıvanikə gəlib çatmışdıq, hələ Ağdama yox. İşıqlaşana qədər çatsaydıq oralara, sakitcə keçə bilərdik.          

16 yaşında yurd-yuvasından didərgin salınmış, indi Xocalısız Xocalının polis mayoru kimi fəaliyyət göstərən Fərhad Cəfərovun kəndlərini necə xatırlaması da maraqlı idi. Deyir, Xocalının son günləri dözülməz bir vəziyyət yaranmışdı. Dörd ay tamamilə təcrid olunmuş, mühasirə şəraitində yaşayıb Xocalı əhalisi. Nə avtonəqliyyat vardı, nə də digər vasitələrlə gediş-gəliş. İşıq, qaz kəsilmişdi. Evlərə xəmir paylayırmışlar. Camaat bu xəmiri evlərdə köz üstündə birtəhər bişirib yeyirmişlər.

Üç çaylı, üç kəndli – bərəkətli Xocalı

...Xocalını bütünlüklə xatırlayır Fərhad. Uşaqlıqda gördükləri - cığırlar, oynadıqları yerlər, məktəbləri - hamısı xatirindədi. İşıq-qaz olmasa da, son günlərə qadər məktəbə gediblər: “Mən sonuncu sinfində oxuyurdum məktəbimizin. Tez-tez atırdı ermənilər kəndimizə. Amma buna baxmayaraq, dərslərə davamiyyəti dayandırmamışdıq. Məktəbimizin həyətinə hətta bir neçə raket də gəlib düşmüşdü. Məktəbin direktoru, müəllimlərimiz bizi məktəbin zirzəmisinə salırdılar belə vaxtlarda”. “Uşaqlıq yaddaşınızda Xocalının təbiəti, barlı-bəhərli torpaqları necə qalıb” sualıma bir qədər kövrələrək cavab verən həmsöhbətim söylədi ki, Xocalı, doğrudan da çox bərəkətli torpağı ilə seçilirmiş. Təsərrüfatçılığın bütün sahələri üçün əlverişli imiş bu məkan. İki dağın – Bozdağla Kətiyin arasında yerləşən Xocalını bol-bərəkətli edən həm də kəndin içərisindən axan üç çayın yaratdığı geniş imkanlar imiş. Bu üç çay Xocalını bütövlükdə təşkil edən üç kəndin – Xocalı, 1948-53-cü illərdə Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın məskunlaşdığı Dərələyəz (bu kəndə Qaçqın kəndi də deyirmişlər – N.Z.), bir də Qaladərəsi kəndlərinin əhalisinin hər birinə əlçatan məsafələrdən axırmış.

1988-ci ildə isə Xocalıya şəhər statusu verilir. Şəhər statusu verilən zaman ətrafdakı bir sıra erməni kəndləri və ermənilərlə azərbaycanlıların qarışıq yaşadığı kəndlər də Xocalının tabeliyinə verilir. Məqsəd bu idi ki, Dağlıq Qarabağda azərbaycanlılar çoxluq təşkil eləsin (gecikmiş, zamanını, aktuallığını itirmiş qərar... – N.Z.). Bundan sonra Xocalıda xeyli tikinti, abadlaşdırma işləri aparılır. Artıq bilirik ki, 1988-ci ildə Xankəndindən qovulan azərbaycanlılar da Xocalıda fin evlərində yerləşdirilir. Üstəli Ermənistan adlanan Qərbi Azərbaycan torpaqlarından qovulan soydaşlarımızın da bir hissəsi burada məskunlaşdırılır. Özbəkistanın Fərqanə vilayətindən qovulan Mesxeti Türkləri də buraya gətirilir. Əhalinin artması fonunda bir sıra sənaye obyektləri də açılır və fəaliyyətə başlayır. Zavod, fabrik, idarə-müəssisələr, tikinti obyektləri, Füzulinin qoruyub-saxladığı Şəki-ipək fabrikinin Xocalı filialı kimi iri fabriklər açılır ki, həm də yerli əhali işlə təmin oluna bilsin.

...Axırıncı dəfə Gəncədən iki vertolyot gəlib. Un gətiribmişlər. Onda dinc əhalidən bir az adam çıxıb. Fərhadın sözlərinə görə, bu 14 fevral tarixində baş verib. Ondan sonra daha heç kim çıxa bilməyib. Sonra isə əhali 26 Fevral Xocalı soyqırımı faciəsininin dəhşətlərini yaşayıb...

(ardı var)

Nəzirməmməd Zöhrablı
jurnalist-publisist



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ