Cümə axşamı günü, 12 noyabr 2026
     

İgid ömrü - On yeddinci yazı

Image


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyası ilə “Bakı-xəbər” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından “İgid ömrü” adlı növbəti kitabı çapa hazırlayırıq. Kitab Azərbaycanın Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmovun vətənpərvərlik nidalı həyat, döyüş, qəhrəmanlıq yollarından bəhs edir.

Şahmar Usubov: “Zamin ermənilərdən qisas almağı özünün həyat tərzinə çevirmişdi”

Alaqayalı Kərim kişi

İbrət məqamlarının zərb-məsəli...

Füzuli qəhrəmanlığının sorağıyla müxtəlif ictimai statuslu xocalıları arayıb-tapıram. Hamısı da Xocalının müdafiəsinin təşkilində bilavasitə iştirakçı olmuş və 26 Fevral Xocalı Soyqırımı gecəsinin dəhşətlərindən keçmiş adamlardır. Bu insanların böyük əksəriyyətinin həyatda sağ qalması, bu günümüzə gəlib yetməsi bir çox hallarda dəqiqənin, saniyənin, anın yaratdığı şansların hesabına mümkün olub. Bunu Allahın lütfü kimi də, bütöv bir mahalın əhalisinin Allah-təalanın tamamilə qırılmaqdan, məhv olmaqdan qurtuluşu kimi də dəyərləndirmək olar. Onların sağ qalması bəzi hallarda tarixdə baş vermiş möcüzələrlə də müqayisə olunasıdır. Budəfəki müsahibim də Xocalı qətliamı gecəsi postda olması səbəbindən Xocalını səhər üzü tərk etməyə məcbur olmuş, hazırda Xocalı rayon icra hakimiyyəti aparatının başçısı Şahmar Usubovdur. Şahmar müəllimin Füzuli haqqında kitab yazıldığını eşidən kimi sevincək, həvəslə “mən də Zamin barəsində danışmaq istəyirəm” söyləməsi bizim onunla Bakıda Xocalılar üçün ayrılmış qərargahda görüşümüzə vəsilə oldu. Həmsöhbətim Füzulinin qoçaq və mərd olmasının səbəblərinin qandan-gendən gəldiyini söylədi və bu qanın-genin təsdiqini əsaslandıran, el arasında “dəhşətli yuxu” kimi xatırlanan, ibrət məqamlarında zərb-məsələ çevrilən  hadisələrdən birini nəql etdi:     

- Zamingilin əsli Dərələyəzlidi. Laçında Alaqayalı Kərim kişi deyirdilər, onun nəvəsidi. Hələ Kərim kişinin qoçaqlığı, mərdliyi və ağsaqqallığı ilə bağlı ibrətə çevrilmiş bir çox nüanslar bizim ellərdə dillər əzbərinə çevrilmişdi. Təxminən ötən əsrin 30-cu illərində Kərim kişi gəlib dediyimiz Alaqayada məskunlaşıb. Həmin yer dağların arasında, 1700 metrə qədər dəniz səviyyəsindən yüksəklikdə yerləşir. Şuşadan da hündürdədi. Tək-tük yaşayışı olan bir kənd idi. Kənddən digər yaşayış məskənlərinə qədər olan məsafə 30-40 kilometr olardı. O zaman bu kənd cəmisi 5-10 evdən ibarət olur. Onların əslən Dərələyəzdən olan kolxoz sədri ilə Kərim kişi bir gün at çapışırlar. Kərimin atı sədrin atını keçir. Sədr göstəriş verir ki, o at ölməlidir. Bu əsnada baş verən faciənin sonrakı ardıcıllığını mən uşaq yaddaşımdan xatırlayıram. Hadisə baş verib 60-cı illərdə, 6-7 yaşım olanda. Sədr hökm edir böyük oğluna ki, gedib tövlədə o atın ayağını balta ilə vurmalısan. Oğlan deyirdi gedib tövlənin arxasından girdim içəriyə, ata yaxınlaşanda at mənə baxıb necə ağladısa, vurmağa ürəyim gəlmədi, qayıtdım geri. Ancaq atası onu “sən kişi deyilsən, qeyrətin yoxdu” və başqa təhqiramiz sözlərlə məzəmmət edərək növbəti dəfə tövləyə girməyə və atın ayağını balta ilə kəsməyə vadar edir. Bundan bir həftə keçməmiş oğlanın özünün üstünə ağac düşərək onun ayağını sındırmışdı. Allahın işinə baxın! Onlar Laçında, biz isə Xocalıda yaşayırdıq. Oğlanı gətirdilər bizə, apardıq Xankəndinə, həkimlər baxdı, oğlanın ayağını topuqdan yuxarı kəsməli oldular. Sağaldı, apardılar Laçına, bir az keçdi, dedilər “qanqrena” edib ayaq, bu dəfə ayağı yarıdan kəsməyə məcbur oldular. Atı isə tövlədən çıxarıb güllələdilər. Çünki atın ayağı sındımı, ya kəsildimi, o heç vaxt bitişməz. Əlqərəz, on-on beş gün də keçən kimi oğlan dünyadan köçdü. Hamımız sarsılmışdıq bu faciədən. Həyatın bu üzünü mən görmüşəm. Atın nə günahı var idi ki!.. Sadəcə dağlarda-dərələrdə yaşayanlar üçün o vaxtların əsas minik vasitəsi at olardı, həmişə Kərim kişi kimi qoçaq adamlar da öz adlarına uyğun atlar minərdilər o zamanlar. Deyirlər Allah-təala gec eləyir, güc eləyir...

- Heç gec də eləməyib bunun cavabını...

- Əlbəttə, heç gecikdirmədi də... Amma heyf o oğlandan! Oğlan istedadlı bir uşaq idi. Ağdamda musiqi məktəbində rəhmətlik məşhur xanəndə Əbülfət Əliyevlə bir yerdə oxuyurdular. Toylara, el şənliklərinə də gedirdi onunla birgə. Pis oğlan deyildi. Atası onu bu işə məcbur eləmişdi. O da uşaq idi, atasının sözündən çıxa bilməmişdi, nəticədə belə bir faciə gəldi başlarına. Kərim kişi isə yaxşı adam kimi, sülh adamı kimi, hamıya kömək edən adam kimi ad çıxarmışdı. Onun nəvəsi Zamində də bax belə gözəl xüsusiyyətlər cəmlənmişdi. Üstəlik qoçaqlıq, igidlik, qəhrəmanlıq... Zaminin qəhrəmanlığının belə tez üzə çıxmağına səbəbsə Qarabağ hadisələri, onun fonunda Xocalıdakı o çətin durum böyük rol oynadı. Zamin ermənilərin haqsızlıqları, vicdansız hərəkətləri qarşısında bir an da dinc dayana bilmirdi. Oğlan sanki ermənilərdən qisas almağı özünün həyat tərzinə çevirmişdi. Gözündə qorxu əlaməti görünmürdü. Mən onların Xocalıya ilk gəldiyi günləri xatırlayıram. Bacı-qardaş Xocalıda məskunlaşanda valideynsiz idilər. Elə bil ki, Xocalı üç para kənddən ibarət idi. Mən özüm yuxarı kənddən olsam da, həyat yoldaşım məktəbin bufetində işlədiyindən, işdən gələndə mütləq məktəbə dönərdim. Burda isə bu uşaqları görürdüm. Xocalı da o zaman elə böyük deyildi. Üç kənd bir yerdə 300 təsərrüfatdan ibarət idi. Onların yaşadığı kəndsə, bura Dərələyəz deyirdilər, əsasən dərələyəzlilərin yerləşdiyi ərazi sayılırdı ki, Kərim kişi də bunların əhatəsində, amma kəndin kənarında ev tikmişdi.

Yaşda uşaq, döyüşdə qoçaq Füzuli

Şahmar müəllimdən Xocalının “Dərələyəz” hissəsinin necə yarandığı barədə də bilgiləri alıram. Bəlli olur ki, bu kəndə camaat Qərbi Azərbaycanın Dərələyəz mahalından ermənilərin zülmündən xilas olmaq üçün köç edərək 1922-23-cü illərdə gəlib yığılmağa başlayıblar. Həmsöhbətimin atasıgil də burada ilk məskunlaşanlardan olub. Əvvəllər – onların gəlişinə qədərsə bu ərazidə dustaqlar, hərbçilər yaşayırmış. Deyir xatırlayıram ki, hərbçilərin kazarmalarından birini saxlayıb kluba döndərmişdilər, biz orda filmlərə tamaşa edirdik. Camaatın bir hissəsi isə indiki Naxçıvanda - Şərurun kəndlərində qalıb yerləşmişdilər. Bu faktlar təbii ki, bizlər üçün maraqlıdır. Bunu oxucuların diqqətinə həm də ona görə çatdırmağı vacib bilirəm ki, Kərim kişinin nəsli də eyni aqibəti yaşayaraq gəlib bu ərazilərə çıxıbmış. Ardıcıllığı tutan oxucular bunu bilməklə yanaşı, Xocalının yerləşməsi və zamanla böyüməsi faktlarına da diqqət yetirmiş olacaqlar. Şahmar müəllim bu tarixi məqamları dilə gəirdikdən sonra yenidən ayrılmaz tellərlə biri digərinə bağlı olan Füzuli-Xocalı mövzusuna qayıdırıq:

- Füzuliyə gəldikdə isə, o, çox dəliqanlı bir gənc idi. Elə harda bir hadisə olurdusa, Füzuli mütləq orda tapılırdı (bu fikri az qala bütün həmsöhbətlərim Füzuli haqqında söyləyiblər – N.Z.). Bilirsiniz, bunun səbəbi nəydi? Ona görə yuxarıdakı fikirləri sadaladım ki, vətənpərvərlik hisslərinin Füzulinin qanında-genində olmağı haqqında soydaşlarımızda tam təsəvvür formalaşmış olsun. Onun qabağını almaq mümkün olmurdu bəlkə bu və ya digər əməliyyata getməsin. Mümkün deyildi bunlar. Kimsə onu çəkindirə bilməzdi. Tutduğu yoldan da dönən deyildi. Bir neçə dəfə tutuldu, yaralandı, amma sonadək heç bir əməliyyatdan qıraqda qoymadı özünü. Mənim də Əfqanıstanda iki il döyüşmüş bir qardaşım var idi. O da Füzuli kimi iki günlə, üç günlə yoxa çıxırdı, gedirdi erməni öldürürdü, ya başqa bir ziyanlıq vururdu ermənilərə. Amma o, Füzulidən fərqli olaraq zabit idi, döyüş keçmişdi, iki il vuruşmuşdu, yolu-yolacağı bilirdi. Füzuli həm yaşca uşaq idi, orta məktəbi təzə bitirmişdi, həm də belə təcrübələrdən keçməmişdi axı. Buna baxmayaraq, o da eyni hərəkətləri edir, ermənilərə tutarlı cavablar verir, yeri düşdükcə onlara qan uddururdu. Yadımdadı ki,  Xankəndi ilə Bakının arasındakı  “vosem-şestoy”, yəni 86-cı kilometr (nəhayət, bu yerin 86-cı kilometr anlamını daşımasını dəqiqləşdirə bildim Şahmar müəllimdən. Deməli, Xankəndindən Bakıya tərəf yola çıxanda 86-cı kilometrdə yerləşirmiş bu “vosem-şestoy”  – N.Z.) deyilən bir yer vardı, Xocalının küncündə yerləşirdi, getdilər orda yeməkxananı yandırdılar, qaçdılar gəldilər. O zaman da rusların burda hökmranlıq edən vaxtları idi, əslində rusların adı altında elə ermənilərin. Bax, onda gəlib kəndi nə qədər axtardılar, heç kimi tapmadılar. Sonra onun Ağdama təkbaşına gecələr gedib-gəlməyini, silah-sursat gətirməyini xatırlayıram. Elə düz də edirdi ki tək yola çıxmağı xoşlayırdı. Çünki cüt gedənlərin sirri qoruması da çətin olur.

- Füzuli də bir neçə dəfə yolunu dəyişməyə məcbur olubmuş. Deyirmiş satqınlar satırlar onu, ermənilər duyuq düşür-filan...

- Düzdü. O meşələri, dağ-dərəni yaxşı tanıması səbəbindən yolları da dəyişə bilirdi.

- Şahmar müəllim, 26-sı gecəsi uğurlu bələdçiliyi yolları, cığırları yaxşı tanıması səbəbindən baş tutub yəqin... 

- Əlbəttə. Onun daim gedib-gəldiyini çox az adam bilirdi. Amma mən də vardım o sırada. Bunu mümkün qədər gizli saxlamağa çalışırdıq. Həm dediyiniz kimi o satqınçılıqlar səbəbindən, həm də söhbətin silah gətirilməsi ilə bağlı olması səbəbindən. Onun bu gedişlərini evdə oturan kimsə təkrarlaya bilməzdi axı.

- Kətiyin tut bağlarında müxtəlif vaxtlarda xeyli ermənini zərərsizləşdirib öldürüblər...

- Bəli. O əraziləri qarış-qarış tanıyırdıq. Atam xəstə olduğundan biz hələ uşaqlıqdan o dağlara odun gətirməyə gedib-gəlirdik. Buna baxmayaraq, mən yenə də Xocalıdan çıxanda yolu düzgün tapa bilməmişdim, baxmayaraq ki, bu əraziləri metr-metr tanıyırdım. 26-sı gecəsi mən postdaydım. Bizim kənd ən yuxarı istiqamətindəydi Xocalının. Saat 10 tamamda postu tərk edəndə mən gəldim evləri bir-bir gəzdim ki, görüm vəziyyət necədi. İçəriyə doğru uzaqlaşdıqca görürdüm ki, arxada evlər bir-bir yanır. Yanımızda arvad-uşaqla olanlar vardı. Onları qabaqca buraxmışdıq ki, gedib ailələrini aparsınlar. Mən tək idim. Gəldik meşəyə çatanda illərlə burada heyvan otarmış, ot çalmış, odun daşımış adamlar deyirdilər ki, bilmirik bura haradır, biz hara düşmüşük, tanış deyil bu yerlər bizə. İnsanlar özlərini ələ alıb fikirlərini toparlaya bilmirdilər o vəziyyətdə.

Mən isə tək gəlmişdim. Xocalı faciəsindən bir gün sonra. Çaşıb gedib çıxmışdım Martuniyə (Xocavənd rayonunun ərazisi – N.Z.). Bir də baxdım ki, ermənilərin “Ana harayı” heykəlinin böyründəyəm, mən hara gəlib çıxmışam. Təzədən ordan qayıdıb gəlib çıxdım Xocavəndə. Dumana düşmüşdüm.

- Həmin gün qar yağmışdı. Duman da var idimi?

- Həm qar var idi, həm də duman. Qar kəsən kimi duman başlayırdı. Duman imkan vermirdi ki, insanlar hərəkət eləsin. Duman çəkiləndə baxdım ki, saat dörddü, mən gəlib hara çıxmışam?! Girdim ermənilərin qoyun fermasında samanın içində gizləndim.

- Tamamilə tək idiniz?

- Bəli, tək idim. Səhər durub istiqaməti tutdum gəldim girdim Ağdama. Yəni, insanların çox qırılmasına səbəb dumana, qara, çovğuna düşməkləri oldu. Üstəlik ailə ilə gəlmək də çətin idi.

Nəzirməmməd Zöhrablı
jurnalist-publisist



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ