Cümə axşamı günü, 12 noyabr 2026
     

Gizir, kəşfiyyatçı-snayper Aydın Abdullayevin şəhid olmasından 7 il keçir...

Image


Şəhidlik elə uca məqamdır ki, ora ucalmaq hər insana nəsib olmur, şəhidlikdən nəsib alanlar isə Tanrının sevib-seçdikləridir. Mənim qəhrəmanım da Tanrının belə bəndələrindəndir, şəhidlik badəsi içirdiyi Vətən oğullarından biridir. Düz yeddi ildir ki, o, şəhidlik zirvəsində özünə əbədi məskən salanlardan biridir.

Yeddi ildir ki, şəhid gizir, kəşfiyyatçı-snayper Aydın Əmirsoltan oğlu Abdullayev şəhidlik zirvəsinə ucalıb. Yeddi ildir ki, Abullayevlər ailəsinin sonbeşiyi canını uğrunda fəda etdiyi Vətənin bir ovuc torpağına çevrilib. 2013-cü ilin payız günündə, oktyabrın 26-da cəbhənin Tərtər rayonu istiqamətində erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində şəhid olan Aydın Abdullayev öz cəsarəti, qorxmazlığı ilə, sözün həqiqi mənasında, tarix yazıb. Ürəyi Vətən boyda olan Aydınımızın şəhidliyə qovuşduğu bu yeddi ildə Sevil ananın gözü yollardan yığılmır, sonbeşiyini gözləməkdən gözlərinin kökü saralıb! Yeddi il dediyin xeyli ömürdür, bir ömürlük həsrətdir, dərya-dərya göz yaşıdır. Ananın indi bircə təsəllisi var - sənin əbədiləşən şəhid adın, şəhid ünvanın.

Şəhid gizir, kəşfiyyatçı-snayper A.Abdullayev 1990-cı il sentyabr ayının 29-da dünyaya gəlib. Yaşasaydı, bu il 30-nu tamamlayacaqdı qəhrəmanımız. Ailənin sonbeşik övladı olsa da, yaşa dolduqca ağlı, zəkası, cəcarəti ilə yaşıdlarından fərqlənir, seçilirdi. Aydın nağıllardakı, dastanlardakı bahadırlar kimi böyüyürdü.

Aydın idmançı idi. Boksla məşğul olurdu, yarışlarda özünü sınayardı, geri medallarla, diplomlarla dönürdü. Bu da Əmirsoltan dayını və Sevil ananı birəbeş qürurlandırırdı. Bu gün isə onlar Aydının şəhid adı ilə fəxr edib, qürur duyurlar. Aydının kəşfiyyatçı-snayper kimi təmas xəttində düşmənə qan uddurması xəbərləri ata-ananın qulaqlarına çatanda daha da sevinirdilər. Aydın, əvvəllər səninlə yalnız ailən, oxuduğun məktəb, müəllimlərin, sinif yoldaşların fəxr edirdilərsə, indi bütün Azərbaycan fəxr edir. 

Aydının dostu Elməddin şəhid olanda onun nəşinin düşmən əlinə keçməməsi üçün ölümü gözünün qarşısına alaraq minalanmış əraziyə daxil olub və Elməddinin nəşini oradan çıxarıb. Aydın belə fədakar oğlan idi. Sonradan elə özü də dostu Elməddinin vurulduğu ərazidə snayperlə düşmən tərəfindən şəhid edilir. Qəribədir, elə deyilmi... 2012-ci ildə həmin ərazidə dostu Elməddin şəhid olmuşdu, 2013-cü ildə isə özü şəhid oldu.

Mən Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru, görkəmli ziyalımız, şairə Nəzakət Məmmədovanın təklifi ilə Aydın Abdullayev haqqında “Gözlə, gələcəyəm” adlı sənədli povesti yazarkən cəmi 23 il yaşayan qəhrəmanımın ömür kitabını vərəqləyəndə onun yaşadığı bu qısa ömrün neçə-neçə kitaba, dastana sığmadığının şahidi oldum. Aydının valideynlərinin, qardaşlarının xatirələrini dinlədikcə, döyüşçü dostlarının, qohumlarının, müəllimlərinin yazdıqlarını oxuduqca, əsl qəhrəmanın necə olduğunun şahidi oldum. Aydın qəhrəmanlıq üçün doğulan oğul olub.

Nişanlı idi, gözü yolda qalanı, “qurban olum, tez qayıt gəl, səni gözləyirəm” deyəni vardı... Söz vermişdi qayıdacağına, qayıtdı, amma şəhid kimi... Bu gün də yolunu gözləyənin Allahdan ümidini üzmür bəlkə də, bəlkə hələ də səni ötürdüyü yolayrıcına çıxır ki, birdən gələrsən deyə. Amma onun da təsəllisi var - səndən qalan xatirələr... O, bilir ki, sənin kimi qəhrəmanlar Vətəni, yurdu yaşatmaq üçün can verirlər. Vətən yolunda fəda olmaqdan böyük xoşbəxtlik varmi ki...  

Bu gün müzəffər ordumuz Qarabağ cəbhəsində tarix yazır, düşmənə sarsıdıcı zərbələr vurur, işğal altındakı torpaqlarımızı azad edir. Düşünürəm ki, Aydın sağ olsaydı, indi çoxdan ön cəbhədə idi, öz snayperi ilə düşmənə qan uddururdu. Amma bu gün bunu Aydının və digər şəhidlərimizin əvəzinə qəhrəman ordumuz görür. İgid Azərbaycan oğulları düşmənin nəfəsini kəsir, sənin kimi yüzlərlə qəhrəmanın qisasını qiyamətə qoymurlar, Aydın! Elə bilirəm ki, indi sənin də, sənlə bərabər başqa qəhrəman şəhidlərimizin də ruhu cəbhədədir. Axı şəhidlərin ucaldığı şəhidlik zirvəsindən hər şey, hər yan çox aydın görünür, hələ qaynar döyüş nöqtələrinə də qanadlana bilirlər. Qisasınız alındıqca ruhunuz sakitləşir, narahatlıq məngənəsindən xilas olur, Aydın! Sənin ömrün yarımçıq deyil indi, alınan intiqamlar sənin və sənin kimi canını Vətənə qurban verənlərin yarımçıq ömür dastanını bütövləşdirir, tamlaşdırır. Düşmən indi can üstədir, Aydın! Sən də düşmənin murdar nəfəsinin torpaqlarımızdan, müqəddəs şəhərlərimizdən, kəndlərimizdən birdəfəlik çəkilməsini istəyirdin. İndi sənin xəyal etdiyin bu məsələ gerçəkliyə çevrilib, şəhidim, düşmən silahlarını atıb qaçır. Özün deyirdin ki, ermənilər qorxaqdır, bu gün onların qorxaqlığını bütün dünya bilir. 

Səninlə bağlı yazını qəmli notlar üzərində yazmaq istəmirəm, çünki bilirəm ki, özün də bunu istəməzdin, mənim qəhrəmanım. Qisasın alınır, ruhun gülür indi. Şəhidlər ölmür deyirlər, onlar Vətənin yaddaşına, torpağın ətrinə, bayrağın əzəmətinə köçürlər, xatirələrin əbədi qəhrəmanına çevrilirlər. Sən ölməmisən, Aydın, əbədi şəhid adının zirvəsindən şanlı ordumuzun yazdığı zəfər dastanına öz adını da yazırsan. Çünki bu zəfər Azərbaycan oğullarının qazandığı zəfərlərdir!

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ