Bazar günü günü, 28 iyun 2026
     

İgid ömrü - On beşinci yazı

Image


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyası ilə “Bakı-xəbər” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından “İgid ömrü” adlı növbəti kitabı çapa hazırlayırıq. Kitab Azərbaycanın Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmovun vətənpərvərlik nidalı həyat, döyüş, qəhrəmanlıq yollarından bəhs edir.

Cabbar: “Kürkümü çıxarıb sərdim yerə ki, Zamini üstünə qoysunlar”

...Mərdəkana tələsirəm. Füzulinin döyüş, əqidə dostları İman Allahverdiyevlə Füzulinin dünyamızdakı sonuncu anlarının şahidi Cabbar Cəfərovun burada məskunlaşdığı sorağını almışam. Qədim qəsəbənin mərkəzində, əvvəlcədən telefonla danışdığımız kimi, Cabbar qarşılayır məni. Doğması kimi. Onunla İmanın iş başında olduğu seçki məntəqəsinə yan alırıq. Yolboyu Cabbardan bir sıra məlumatlar alıram. Füzuli barədə həyəcanla danışmağa başlayır. Bu təbiidir. Təcrübəm düşünməyə əsas verir ki, bir azdan qaydasına düşəcək dialoqumuz. Bax belə... İndi o, suallarımı çox həvəslə cavablandırır:

Cabbar:

- Biz onu elə Zamin kimi tanımışıq. Əsl adının Füzuli olduğunu gəlib burda bilmişəm.

- Məlum. Siz əvvəldən Xocalıda yaşayanlardan olmusuz, yoxsa bir çoxları kimi sonradan köçüb gəlmisiz ora?

- Yox, sonradan gəlməmişik. Mən elə Xocalıda doğulmuşam, orda da böyümüşəm. (dərindən ah çəkərək!!!) Daha doğrusu, elə orda da qocalmışam. Baxmayaraq ki, 59 yaşıma hələ indi çatıram...mən 28-30-35 il bundan qabaq qocalmışam...

- Amma Füzulini yəqin ki, babası Kərim kişi gəlib Xocalıda məskunlaşandan və Füzuli ilə bacısını da öz yanına gətirəndən sonra tanımısınız...

- Bəli. O zamandan tanımağa başlamışam Zamini. Həm də tanımamaq mümkün deyildi onu. Zamin özünü qoçaqlığı, qorxmazlığı ilə təkcə mənə yox, bütün xocalılılara tanıtmış və sevdirmişdi. Ermənilər əleyhinə bir döyüşümüz, bir planımız, bir fəaliyyətimiz belə Füzulisiz baş tutmayıb. Hamısının o, mütləq iştirakçısı, əksəriyyətinin isə plan-proqnozunun, belə deyək ki, ideya müəllifi olub. 

- Cabbar, sən mənə Füzulini son anda – yaralı durumda görmüş dostlarından biri kimi də maraqlısan. Onu sənin paltona büküblər yaralanmış halda çıxaranda...

- Hə. Gördüm ki, gətirirlər. Dörd tərəfdən belə tutublar (əli ilə göstərir – N.Z.).

- Hardan gətirirdilər?

- Qaraqayadan.

- Deməli, dəqiq Qaraqayada vurmuşdular onu?

- Bəli-bəli, Qaraqayada.

- Mən Adilə adlı qadını danışdırmışam. Adilə xanım söylədi ki, bax sizin Füzulini yaralı vəziyyətdə gördüyünüz o ana qədər Füzuli onlara bələdçilik edib gətirib. Onlara söyləyib ki, artıq dördüncü dəfədi gecəylə bu yolu qayıdıb həmkəndlilərinə bələdçilik edir o müdhiş gecədə. Amma Nazim deyir ki, o, növbəti dəfə insanları Ağdama gətirib çıxaran zaman orda Mehdi adlı bir xocalılı deyib Nazimi vurdular, biz onun meyitinin üstündən keçib gəldik, bu dəfə Füzuli məhz dostunun meyitinin arxasınca getmək üçün geriyə qayıdır. Artıq neçənci dəfə qayıtdığını dəqiq bilmirik, bunun bir o qədər önəmi də yoxdur, əsas odur ki, Füzuli bu dəfə daha başqa bir azərbaycançılıq dəyəri nümayiş etdirərək, dostunun meyitinin sorağıyla yenidən düşmən qabağına - od-alovun içinə dönür və burda da düşmən gülləsinə tuş gəlir...

- Nazimi də yaxından tanıyıram. Nazim yalan danışmaz. O da qəhrəman oğlandı. Nazim də xeyli adamı çıxarıb. Mən də o cümlədən. Anamgili gətirib ötürəndən sonra, Teymur kişi vardı, adına “poçt Teymur” deyirdilər, onu da çıxartdım. Onunla yanaşı nə qədər qadın, uşaq çıxartdıq. Onu dəqiq deyə bilmərəm neçənci dəfəydi, ancaq qayıdanda gördüm ki, Zamini çıxarırlar, bu əziyyət çəkir. Mənim də əynimdə kürküm vardı. Çıxartdım sərdim yerə ki, üstünə qoysunlar. Bir az da “qorxma-qorxma” deyib ürək-dirək verdim ona.

- Danışa bilirdi?

- Elə belə. Çox çətinliklə.

- Güllə boğazından dəymişdi?

- Hə. Birtəhər gətirdik xəstəxanaya. Sağ gətirdik. Bir-iki söz dedi çətinliklə. Onları böyüdən Səkinə xalasını soruşmuşdu deyəsən. Allah rəhmət eləsin! Çox danışa bilmirəm bu barədə. Yadıma düşən kimi kövrəlirəm.

- Necə olsa da danışmalıyıq ki, yazılsın bunlar, gələcək nəsillərə də çatsın. Üstəlik, daha bir məsuliyyət də var bizim çiynimizdə. Bu da onun bacısından, dostlarından savayı kimsəsinin, bir övladının belə qalmaması ilə bağlıdır. Bu adamı bütün varlığı-yoxluğu ilə bu xalq çiynində daşımalı, yaşatmalı, rəhmət oxumalı, onun gerçəklikdən qidalanan qəhrəmanlıq dastanını yaddaş-tarixçə kimi gələcəyin azərbaycanlılarına çatdırmalıdır...

- Təbii ki, müəllim, onun əziyyətlərini bir kimsə dana bilməz. Zamini xatırlamamaqsa ümumiyyətlə günah olar. Sadəcə deməyim o idi ki, kövrəldiyimə görə danışmaqda çətinlik çəkirəm. Mənə elə gəlir, İmanın yaddaşı daha güclüdü, o daha çox şeyləri danışa bilər Füzuli haqqında.

- İndi onu da dinləyəcəyik. Ümumiyyətlə çalışaq yalnız müsahib kimi tək-tək danışmayaq. Qoy söhbət xarakteri alsın qarşılıqlı fikirlərimiz. Fiqurə xanımın sözlərindən belə anlaşıldı ki, Füzuli daha çox ev adamı deyil, çöl-bayır adamı olduğundan, onun haqqında da ailə üzvlərindən çox dostları geniş, həmçinin detallı məlumat verə bilərlər. Mən də bunu əsas götürüb sizin yaxşı tanıdığınız həmyerliləriniz Nazimi də danışdırmışam, Eldarı da, Bəhramı da, başqalarını da. İndisə sizinlə görüşümüz baş tutub...

Cabbar:

- Üzr istəyirəm bu ifadəyə görə, ancaq deməyə məcburam ki, onun haqqında kimsə danışmırsa və ya danışmaq istəmirsə, onun heç insanlığı yoxdu (axtarışlarım zamanı, təəssüf ki, Cabbarın dediyi belələri ilə də rastlaşası olmuşdum – N.Z.). Çünki o çox əziyyətlər çəkib. Bildiyi, tanıdığı yerə də gedib, tanımadığı yerə də. Hər yerə can atıb, hər yerdə də özünü qabağa verib.

Bəzən “Vətəni, torpağı, yurdu, namus-qeyrəti canından artıq sevənlər”ə nümunələr axtarırıq. Onların haqqında deyilib-yazılanları əksərən şişirdilən, pafoslu cümlələrdən alırıq. Bu pafoslu yanaşmalarsa çox zaman oxucunu, dinləyicini, tamaşaçını diksindirir, hamılıqla onun həqiqəti yamsıladığını, imitasiya etdiyini yəqin edirik. Amma görün sizləri nə boyda gerçəkliklə baş-başa buraxıram, əziz oxucular! Görün qəhrəmanlıqlar bizim içərimizdəki nə qədər oğulların qanında, genində yaşayır. Nəticəni mənim bənzətmələrimdən yox, Füzulinin döyüş dostlarının dilindən eşidib qənaətinizi yaradın. Mən həm bu dostlara, həm də sizlərə uyğun şəraiti yaratmaqdan ötrü bu yola çıxmışam. Nüanslara diqqət edin: kimsəsiz Füzulinin insani, vətənpərvər, igid xarakterinə münasibətlərdən tutmuş, ona “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adının verilməsi, əslində xocalılıların böyük əksəriyyətinin tələbilə bu fəxri adın təqdimatının verilməsi anlamlarına qədər. Orda bitib-qurtarıb Füzulinin yaşam və axirətdə özünə yer etmiş dünyası. Bitib ki, əbədi doğulsun! Bunlar mənim həmsöhbətlərimlə təmaslarım zamanı faktlardan doğulan düşüncələrimdəndir...

İman: “Krunk”un 55 üzvündən biri - Yeqlaryan Volodya bizim fabrikdə işləyirdi”

Söhbətimizə isə Füzulinin dostu və qohumu olduğunu söyləyən İman Allahverdiyev qoşulur bu anda. İman ali təhsil aldıqdan sonra Xankəndidə mebel fabrikində ermənilərlə birgə fəaliyyət göstərmiş o zamanın gənc kadrlarından olub. İmanın fəaliyyət dairəsi də Qarabağ hadisələrinin başlandığı, erməni nankorluğunun büruzə verildiyi zamanlar baş verən hadisələrin, təxribatların bir qisminə aydınlıq gətirməyə əsaslar vermiş olur. Xatırladıram ki, İman həm də Xocalı aeroportunu Füzuli ilə birgə partladanlardandı. Onun danışdıqları Füzuli haqqında əvəzsiz mənbələrdəndi. 

İman:

- Füzuli bizim qohumumuzdu. Dayıoğlu, dayınəvəsi düşürük. Onun lap uşaqlığını xatırlayıram. Füzuli çox çılğın, emosional bir uşaq idi. Tez-tez bizə gələrdi.

- Üzr istəyirəm, Füzuli sizinlə dayıoğlu necə ola bilərdi? Onun atası Naxçıvandan, lap əvvəli isə Dərələyəz mahalından – Qərbi Azərbaycandan gələnlərdən olub...

- Elə qohumluğumuzun kökü də buna bağlıdı. Bizim də əslimiz dediyiniz həmin Dərələyəz mahalındandı. Ona görə biz Füzulinin atasına da, babası Kərim kişiyə də qohumuq. Kərim kişi mənim atamın dayısıdı. Həm də Kərim kişi çox istiqanlı, ünsiyyətcil qohumlardan idi. Bəzən qohum olur, o qədər soyuqqanlı olur ki, onu yaddan çıxarırsan. Kərim kişi isə çox yaxşı, ədalətli və qohumcanlı adam idi. Elə Füzuli də istiqanlılığı ilə tanınmamışdımı?!.. Bunlar gendən-qandan gələn məsələlər idi. Bax, Füzulini böyüdən Səkinə xalası var ha, onun bizim evlərimizə qonaq gəlməsi ilə bizdə yaranan gözəl, mehribançılıq ab-havasını görsəniz, mənim dediyim bu istiqanlılığın nə demək olduğunun tam mənasilə şahidinə çevrilərsiniz.

Füzulinin özünə gəldikdə isə, o, dediyim kimi, çox qeyri-adi bir uşaq idi. Mən iş-güclə əlaqədar onu uşaq vaxtı daim görə bilmirdim, amma hər görüşümdə bu uşaqda nə isə qeyri-adi bir bacarıqmı, hamıda olmayan qeyrət hisslərimi, nəsə kəşf edirdim mütləq.

- Harda işləyirdiniz o zaman siz?

- Qarabağda hadisələr başlayana qədər ali məktəbi bitirib Stepanakertdə mebel fabrikində işə düzəlmişdim gənc mütəxəssis kimi. Bəzən orda qalırdım, bəzənsə gəlirdim Xocalıya evimizə. Orda əvvəlcə mühəndis kimi işə başlamışdım, sonra sexdə usta, nəhayət texniki şöbənin rəisi oldum. Deməyim budur ki, hadisələr başlayanda çox şeylərin şahidi oldum. Orda mənə qarşı təxribatlar törətdi ermənilər. Hətta ölümlə üz-üzə dayandığım məqamlar oldu. İndi fikirləşirəm ki, həqiqətən bəlkə də ağılsızlıq edirmişəm orda qalıb işləməkdə, çünki təsadüflər nəticəsində sağ qaldım. Amma bütün təxribatlara baxmayaraq tərk etmirdim iş yerimi. Hətta ermənilərin özləri də buna görə məəttəl qalmışdılar ki, bu adam görəsən niyə getmir burdan? Hamını qovmuşdular, mən hələ də orda – işimin başındaydım. Fabrikdə təxminən 360 adam işləyirdi, hamısı ermənilər idi, yeganə azərbaycanlı mən qalmışdım.

Bir dəfə hay gəldi ki, Ağdam gəlir guya bunların üstünə, inanın, fabrikdəki bütün işçilər çıxıb qaçırdı ki, neyləyəcəyik?! Mən də, Cabbar, bunlarla lağlağı eləyirdim ki, qorxmayın-qorxmayın, gələndə imkan vermərəm sizə toxunsunlar. Belə epizodlar bir dəfə yox, çox baş vermişdi. Amma Sumqayıt hadisələri törədiləndən sonra Sumqayıt ermənilərindən Xankəndiyə köçənlərdən bizim fabrikə işləməyə gələnlər oldu. Ondan sonra vəziyyət, xüsusilə bizim fabrikdə, çox gərginləşdi. Bir də “Krunk”un 55 nəfər üzvündən biri bizim fabrikdə işləyirdi. Yeqlaryan Volodya. Onunla yola getmək çox çətin idi həmin günlərdə. Onlar necə təbliğat apardılarsa, bir həftənin içində heç kim işdə mənə salam verib-almadı. Təbliğat nələrdən ibarət idi? Birinci deyirdilər ki, İman şəhərdəki azərbaycanlılara silah paylayır. Bu bir az yumşaq formada deyilirdi. Çünki içərisində inananlarla yanaşı, inanmayanlar da vardı. Sonra söz yaydılar ki, İman Sumqayıt hadisələrində iştirak edib, hətta şəkilləri var sübut kimi, orda bizim erməniləri öldürüb və s. Ona görə bir həftə içərisində mənim sexlə əlaqəm kəsildi, ancaq texniki heyətlə və rəhbərliklə görüşə bilirdim. Çünki sexdə işləyən azərbaycanlıların üstünə taxta-tuxta atmaqla onları bezdirib qaçırtmışdılar artıq. Bircə mən qalmışdım orda. Mənimlə bir otaqda Stepanakert şəhər milis şöbəsinin keçmiş rəisi Aram Avakyan otururdu. Fabrikin hüquqşünası işləyirdi. Çox savadlı adam idi, həm də rus dilini yaxşı bilirdi. Ancaq aramızda “pərdə” saxlayırdıq, çalışırdıq o sahələrə girməyək.

- Yəni milli məsələlərə...

- Hə, milli məsələlərə. Əlqərəz, bu adamla otaqda oturub, əslən Xocalıdan olan iki nəfər, Albert və Elbrusla söhbət edirdik. Onların ataları azərbaycanlı, anaları erməni idi. Çoxdan orda yaşayan idilər, ikisi də erməni qızları ilə evlənmişdilər. Bu zaman bir dəstə adam gəlib girdi içəri. Bu dəstə elə bir atmosferdə içəri girdi ki, gördüm yox, “bu həna artıq o hənadan deyil”. Cavan oğlanları yığıb göndəriblər, idmançı görkəmində, bazbrutlu-filan. Bir neçəsini də tanımıram, onlar Sumqayıtdan gələnlərdi, azərbaycanca da, ermənicə də, rus dilində də sərbəst danışırlar. Birinci sözləri rus dilində bu oldu: davay naçalnik, sobiraysa, uxodi otsyuda (rəis, yığış, get burdan – N.Z.). Mən də başladım soruşmağa ki, nə baş verib? Bax belə. Bu vaxtdan bütün addımlarımı izləməyə başladılar. Sonra getdim təhlükəsizlik orqanının rus millətindən olan rəisinə şikayət etdim. Onu da dedim ki, fabrikdə belə-belə hərəkətlər edirlər, “Krunk”-un üzvləri var. O da bir kəlmə ilə cavab verdi ki, ərizə ver, biz onlarla tərbiyəvi iş aparaq, xeyri olmasa başqa tədbirlər də görərik. Vəssalam. Mən onun qəbuluna gedəndən sonra vəziyyət bir qədər də pisləşdi. Bir gecə də növbədə olarkən mənim həyatıma qəsd etmək istədilər, alınmadı, Allah məni qorudu. Amma artıq  sona yaxınlaşırdı. Bundan sonra da bir-iki epizod baş verdi. Daha qalmaq mümkün deyildi. Yığışıb gəldim Xocalıya.

- Aydındı. Bunun söhbətimizə bir o qədər dəxli olmasa da soruşum, Albertlə Elbrus qalıb orda yaşadılar?..

- Hə, qalıb yaşadılar. Onların anaları, arvadları erməni idi deyə, onlara toxunmadılar. Amma sonralar Elbrus köçüb gəlmişdi Bakıya. Onu Bakıda gördüm. Deyəsən sonradan arvadını Bakıdan qaçırtmışdı. Belə eşitdim ki, evinə giriblər, hədəliyiblər-filan, o da qorxub arvadını ölkədən çıxarıb. 

Yenə İman:

- Füzuli, dediyim kimi, çılğın və istiqanlı bir uşaq idi.

Cabbar xatırlatma verir:

- Kəndin başında, ya ayağında deyəydin ki, bir hadisə baş verib, nəsə olub, Zamin bir neçə dəqiqəyə özünü həmin yerə çatdırmalıydı. Necə gəlirdi, necə çatırdı, bilmirdim. O qədər qaynar uşaq idi ki, həm də cavan idi də. Hələ şəhid olanda uşaq idi, onun nə yaşı vardı ki (kövrəlir)...

Sovxozda işləyirdi. Bir az işləməyə də çəlimsiz idi, amma qırqayışdı (bu söz zirək mənasını bölüşür – N.Z.). Onunku o idi ki, tezbazar həll eləsin öhdəsindəki işi. Deyirdi nəyi deyirsiz gedim həll eləyim, ancaq mənə deməyin bunu qaldır burdan bura qoy.

- Aeroportu partladıblar. İman da iştirakçılardan olub...

(Ardı var)

Nəzirməmməd ZÖHRABLI
jurnalist-publisist



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

Ermənistan hakimiyyətinə qarşı 102-ci Rusiya bazası hərəkətə gətirilir - İrəvan panikada...

Trampa partiyadaşlarından ağır zərbə - İranla müharibəyə girməyi qadağan etdilər...

SON XƏBƏRLƏR

28.06.2026 / 10:46
Türkiyəyə 700 milyon dollarlıq təyyarə mühərrikləri satışı erməni lobbisinin yuxusunu qaçırdı - ANCA hərəkətə keçdi

28.06.2026 / 09:58
İstilər səbəbindən Parisdə 100-dən çox ölüm faktı qeydə alınıb

28.06.2026 / 09:11
Reuters: “İranın regional hücumları davam edir”

28.06.2026 / 09:06
Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür

28.06.2026 / 08:36
Kılıçdaroğlu Özəli fraksiya sədrliyindən də uzaqlaşdırır - Bacaracaqmı?..

28.06.2026 / 08:06
Hizbullah İsrail-Livan sazişinə etiraz etdi - “…rüsvayçılıqdır”…

28.06.2026 / 07:32
ABŞ yenə İranı vurdu, İran Küveyt və Bəhreynlə qarşılıq verdi - savaş yenidən başlayır?..

28.06.2026 / 07:18
Avrokomissiyanın qərargahında kondisioner söndürüldü - anomal istilər səbəbindən…

27.06.2026 / 21:08
Pentaqonda əsrin ən böyük qalmaqalı - Rusiya, Çin kəşfiyyatlarının izində olduğu Ağ Evdəki iki gizli casus ifşa edildi...

27.06.2026 / 20:35
Üzərində Trampın portreti olan yeni ABŞ pasportu təqdim edildi - Amerika tarixində bir ilk...

27.06.2026 / 19:48
Fransa Afrikada daha bir zərbə aldı - Burkina Faso Parislə diplomatik əlaqələri kəsdi...

27.06.2026 / 19:10
Azərbaycan və Türkiyə XİN rəhbərləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər

27.06.2026 / 17:51
Milyarder ABŞ səfirinin 450 milyonluq superyaxtası Venesiyanı ayağa qaldırdı – onun əyləncəsini məhv edəcəyik...

27.06.2026 / 17:29
Azərbaycan milli komandası aktivinə bir qızıl və bir bürünc medal yazdırıb

27.06.2026 / 17:14
İsrail və Livan Vaşinqtonda tarixi saziş imzaladı – “Hizbullah” silahı yerə qoymaqdan imtina etdi...

27.06.2026 / 16:39
Ukraynadan Putini özündən çıxaracaq addım - Volqoqradda hərbi zavod vuruldu...

27.06.2026 / 16:10
Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi yekunlaşdı

27.06.2026 / 15:59
Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbir keçirib...

27.06.2026 / 15:46
Netanyahu qondarma " erməni soyqırımını" tanısa, ağır cavab zərbəsi alacaq...

27.06.2026 / 15:28
“Uğurlu gələcək” adlı sərgi təşkil olundu

27.06.2026 / 15:15
"Soyqırım və deportasiya qurbanlarına dəstək" adlı layihənin icrası davam edir

27.06.2026 / 11:49
Tramp NATO Zirvəsi ərəfəsində Avropa ölkələrini 100 faiz tariflə hədələdi...

27.06.2026 / 11:30
DİN son sutka ərzində keçirilən əməliyyatların nəticələrini açıqladı

27.06.2026 / 11:23
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib - FOTO

27.06.2026 / 11:17
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO

27.06.2026 / 11:11
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - FOTO

27.06.2026 / 10:36
Rusiya Ermənistandan balıq idxalını tam dayandırdı – “Ermənistan iqtisadiyyatı çökə bilər” xəbərdarlığı...

27.06.2026 / 10:15
Yol Polisindən piyada və sürücülərə müraciət - görünüş məsafəsi məhdudlaşır...

27.06.2026 / 09:50
Venesuelada son 126 ilin ən DƏHŞƏTLİ ZƏLZƏLƏSİ - ölənlərin sayı minə çatır, ən azı 50 min nəfərdən xəbər yoxdur...

27.06.2026 / 09:32
Yaxın Şərqdə müharibə yenidən başladı – ABŞ İranı, İran Körfəz ölkələrini bombaladı...

26.06.2026 / 23:56
Belarusu da Ukrayna ilə müharibəyə sürükləyirlər - Lukaşenko Zelenskiyə mesaj göndərdi...

26.06.2026 / 23:41
İran Körfəz ölkələrinə sərt xəbərdarlıq - qumar oynamayın...

26.06.2026 / 23:10
Silahlı Qüvvələr Gününə həsr olunmuş "Vətənə Sadiqlik" adlı sərgi təşkil olundu

26.06.2026 / 21:10
Silahlı Qüvvələr Günündə iki qızıl medal

26.06.2026 / 20:44
Hörmüzdə gərginlik yenidən artdı - İran yük gəmisini vurdu, ABŞ ordusu hərkətə keçdi..

26.06.2026 / 19:10
Əlincə qalasının 14 illik (1387–1401-ci illər) qəhrəman müdafiəsinin əsil səbəbləri nədir?

26.06.2026 / 18:49
Aşura qazanı və Kərbəlanın kölgəsi

26.06.2026 / 17:20
Kılıçdaroğlunun “nəhəng karvanlı” İstanbul səfəri alınmadı…

26.06.2026 / 16:44
Nazirliyin hərbi qulluqçularına ali hərbi rütbələr təqdim edildi - FOTO

26.06.2026 / 16:25
Tramp Suriyanı Hizbullahla müharibəyə təhrik edir - Şəraa narazı, Netanyahu narahat...

26.06.2026 / 16:10
ABŞ-İran müharibəsi OPEC-i dağıdır – BƏƏ-nin ardından İraq da gedir...

26.06.2026 / 16:08
Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri Xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət etdi - FOTO

26.06.2026 / 15:46
Xeyrəddin Qocadan deputata sərt reaksiya - “A kişilər, yaltaqlığın başqa yollarını axtarın!..”

26.06.2026 / 15:30
18 yaşında ölümə meydan oxudu - Şəhriyar Mirişli

26.06.2026 / 15:18
Nəsimidə oğurluq edən şəxslər saxlanıdı...

26.06.2026 / 14:57
Türkiyə MN-dən Azərbayan Ordusuna təbrik - hər zaman bir ürək, bir yumruq olacağıq...

26.06.2026 / 14:25
Rusiya-Ukrayna müharibəsi cəbhəboyu dondurulur - ABŞ və Avropanın böyük razılaşması...

26.06.2026 / 14:17
"Vətənpərvərlik Etüdləri" Lənkəranda sərgiləndi

26.06.2026 / 14:07
Azərbaycanın da marağında olan Rəşt-Astara dəmiryolundan təzə xəbər - "dondurulmayıb"...

26.06.2026 / 13:59
ABŞ-la İran razılaşsa da, Fars körfəzində 1150 gəmi gözləyir, 125 milyard dollarlıq tıxac yaranıb...

26.06.2026 / 13:56
Moldova Dnestryanı ilə birlikdə Rumıniyanın tərkibinə daxil olur...

26.06.2026 / 13:49
Bütün qadınları evlərdə dustaq edirlər - daha bir dözülməz müsəlman ölkəsi...

26.06.2026 / 13:38
SEPAH ABŞ-a İsraillə bağlı xəbərdarlıq edib

26.06.2026 / 13:35
Təbəs dünyanın ən isti şəhəri oldu

26.06.2026 / 13:22
Lənkəranda keçmiş məhkum 26 kq narkotiklə tutuldu

26.06.2026 / 13:15
Nazir Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.06.2026 / 13:09
DİN-dən narkotik əməliyyatı - 46 kq narkotik, 2087 psixotrop həb... 9 nəfər həbs olundu - VİDEO

26.06.2026 / 12:57
Naxçıvanda hərbi yürüş olub - FOTO

26.06.2026 / 12:45
Silahlı Qüvvələr Günü Laçında hərbçilər yürüş ediblər - FOTO

26.06.2026 / 12:10
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirildi

26.06.2026 / 11:00
" Kılıçdaroğlu, Ünal Erzenin verdiyi 270 milyon lirəni neynədin? Televiziya filan da qurmadın"- Dəniz Zeyrək pis yerdən vurdu...

26.06.2026 / 10:50
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel göndərildi

26.06.2026 / 10:32
İyunun 26-sı Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günüdür

26.06.2026 / 10:23
Xankəndidə hərbi yürüş keçirilib

26.06.2026 / 09:00
Avropa İttifaqı Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini bir il uzadıb

26.06.2026 / 08:46
Vens: "ABŞ və İran Dohada birbaşa hərbi rabitə kanalı barədə razılığa gəliblər"

26.06.2026 / 08:43
Bloomberg: "Körfəzdən neft ixracı müharibədən öncəki səviyyənin 75%-nə qədər bərpa olunub

26.06.2026 / 08:34
Tramp açıqladı - İran ABŞ-ın kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni bazara çevrilir

26.06.2026 / 00:38
İranın vurduğu F-15 pilotunun səmada gördüyü sirli texnologiya ABŞ-ı qarışdırdı - "yadplanetli işi"... Pentaqon və ABŞ kəşfiyyatı ŞOKDA...

26.06.2026 / 00:24
Mehriban Əliyeva 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

26.06.2026 / 00:05
Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

25.06.2026 / 23:22
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı VİDEOÇARX paylaşılıb

25.06.2026 / 23:04
Vüsal Tahirov haqqında deyilənlərdən…

25.06.2026 / 22:57
Netanyahudan ABŞ-a ilginc mesaj - “İran üçün icazə istəmədim, sadəcə planlarımı dedim….”

25.06.2026 / 22:48
İsrail prezidentinin helikopteri qəza enişi etdi

25.06.2026 / 22:33
"Bu məsələ Kamal bəylə mənim yox, əməkçi teyzə ilə Ərdoğanın məsələsidir"...

25.06.2026 / 22:25
‘’BAYATI-ARAZ’’ AZƏRBAYCAN HƏRB ƏDƏBİYYATI TARİXİNDƏ HADİSƏDİR

25.06.2026 / 22:10
Prezidentin sosial şəbəkə səhifələrində 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edilib

25.06.2026 / 21:30
Kreml G-7 zirvəsindən sonra Trampın Ukrayna siyasətinin dəyişdiyinə hələ inanmaq istəmir...

25.06.2026 / 21:06
Ermənistan konstitusiyasının dəyişdirilməsi problemlə üzləşdi - Paşinyan yeni üsula əl atır...

25.06.2026 / 20:35
Prezident İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub

Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

XƏBƏR ARXİVİ