Cümə axşamı günü, 12 noyabr 2026
     

İgid ömrü - On üçüncü yazı

Image


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyası ilə “Bakı-xəbər” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından “İgid ömrü” adlı növbəti kitabı çapa hazırlayırıq. Kitab Azərbaycanın Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmovun vətənpərvərlik nidalı həyat, döyüş, qəhrəmanlıq yollarından bəhs edir.

Hacı Atakişi Atakişiyev: “Xocalıda “qələbə müjdəçisi” kimi tanınırdı Füzuli”

- Atakişi müəllim, bəs qeyd etdiyiniz o dörd ili Xocalı necə tab gətirmişdi Xankəndi ilə Əsgəranın arasında?

- Camaatın, əsasən də Füzuli kimi igid oğulların sayəsində. Xocalı ətrafında qeyd etdiyim həlqə daralana qədər bu qoçaq oğullar silah-sursatın da, yeri düşdükcə ərzağın, geyimin bir hissəsini də Ağdamdan gizli yollarla at yükü ilə gətirirdilər. Heç ermənilər bilmirdi ki, biz Ağdamla necə əlaqələnirik. Amma vəziyyət gündən-günə pisləşməyə doğru gedirdi. Mənsə başa düşürdüm ki, Xocalı işğal olunsa daha biz Qarabağla üzülüşəsi olacağıq. Ona görə də teleqraflarda bildirirdim ki, Xocalı getdisə Dağlıq Qarabağ getdi, Dağlıq Qarabağ getdisə Azərbaycan getdi, başqa sözlə, müharibəni uduzduq. Həyəcan siqnalı idi bu. Həm də Xocalının içərisini bilən, gününün-güzəranının şahidi kimi yazırdım bunları. Üstəlik təbii ki, faciənin bir addımlığında olduğumuzu dərk eləyən, ürəyi yanan bir azərbaycanlı kimi yazırdım.

Sanki itmiş nəyisə tapa biləcəyəm kimi həyəcanla soruşuram:

- Sizə cavab vermədilər?

- Əvvəlki teleqramlara cavab verdilər. Vəziyyəti dərindən öyrənmək üçün məni çağırdılar Bakıya - respublika prokurorluğuna. Gəlib-qayıtmağım iki-üç gün çəkdi. Burda mənə bir neçə şey, o cümlədən avtomat gülləsi-filan da verdilər aparmağa ora – idarəyə. Bunları da götürüb gəldim Ağdama. Gördüm Ağdamdan getməyə yol tamamilə bağlanıb bu bir-iki gündə. Əsgərandan yolu bağlayıblar. Telefonla Xocalı icra hakimiyyətinin o zamankı başçısı Elman müəllimlə danışdım. Dedi üstündəki “yükü” gecəylə götür gəl bura. Gəldim. Elman mənə dedi Atakişi, mən yerli adamam, bu camaatın da dilini yaxşı bilirəm, mən qalım burda, sən get otur Ağdamda, vəziyyət çox çətinləşib, belə getsə bizi qıracaqlar. Mən gəldim Ağdama. Oturdum qərargahda. Başladım işimi davam etdirməyə.

- Vertolyotla gəldiniz...

- Bəli, vertolyotla. Başqa variant qalmamışdı.

- Ağdamda nə baş verdi?

Ağdamda qərargaha o vaxtkı Meşə təsərrüfatı naziri Musa Məmmədov rəhbərlik edirdi. Gəldim ki, qərargahı qaydaya salırlar. İclas olacaq, Müdafiə naziri Rəhim Qazıyev də, Fəhmin Hacıyev də iclasda iştirak edəcəklər. İclas keçirildi. Bu iclasda dedim Rəhim, sən xalq düşmənisən, Xocalıya kömək etmək lazımdı, Xocalı kömək gözləyir, ancaq bu köməyi görmür, Xocalı getsə səni güllələyəcəm. Nə danışıramsa, hamısı qəzetlərdə bir-bir çap olunub. Rəhim Qazıyev qayıtdı dedi ki, düzdü prokurorluq böyük orqandı, amma bunun hərbiyə nə aidiyyatı var. Bu sözü Xocalıda olarkən Ağdamda əlaqə saxladığım səhiyyə naziri də mənə demişdi. Onu da söymüşdüm. Bu danışdıqlarım hamısı var qəzetlərdə. Səhiyyə naziri çıxdı qaçdı.

Amma bir dəfə də Xocalıda olarkən Rəhim Qazıyevlə telefonla danışmışdım. Demişdim kömək göndərin. O zaman bizi eşidib, ya vəziyyəti qiymətləndirib ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adını almış, rəhmətlik Aqil Quliyevi 21 nəfərlə göndərmişdi. Onlar da şəhid oldular. Allah rəhmət eləsin onlara da, Füzuliyə də, cəmiyyən şəhidlərimizə də! 

“Özbaşına gəlmədim, məni Allah göndərdi”

“Xocalılar haqqında, Füzuli Rüstəmov haqqında nə deyim?! Bu dünyada hər bir kəsin əzizi var, qardaşları var, əziz qardaşları var. Mən Xocalıda bax belə əziz qardaşlarımı itirdim. Baxmayaraq ki, o zaman bu insanların hər biri ilə ictimai statuslarımız fərqli idi, eyni deyildi, amma biz Əliflə, Füzuli ilə, Sərvərlə və digərləri ilə elə qardaşlaşmışdıq ki...”

Artıq yaşlaşmış sabiq prokuror bu sözləri deyəndə göz yaşlarına boğulur. Ömrünün böyük bir hissəsini rəsmi qulluqda keçirməyi belə Atakişi müəllimi kövrəlməkdən saxlaya bilmir bu yerdə... Onu düşdüyü durumdan çıxartmaq üçün tez-tələsik soruşuram:

- Çətin günlər doğmalaşdırıbmış sizləri yəqin, Atakişi müəllim?

- Əlbəttə. Həm çətin günlər idi, həm də artıq axı hamımızın ürəyimiz partlamaq həddinə gəlib çatmışdı. Kömək gəlmir, ümid kəsilir, insan psixoloji baxımdan da özünü idarə eləməkdə çətinlik çəkir belə məqamlarda. Bağrım çatlayırdı. 

- Füzulinin də şəhid olduğu Xocalı qətliamı gecəsi haqqında danışın...

- O zaman qeyd etdiyim kimi mən Ağdamda fəaliyyət göstərirdim. Gecə vaxtı xəbər verdilər ki, hücum başladı. Götürüb zəng elədim Rəhim Qazıyevə, digərlərinə. Rəhim cavab vermədi telefona. Başqa kimsə də cavab vermədi telefonlara...

- Bakını yığırsınız...

- Hər yeri. Cavab çıxmadı. Başladılar meyitləri gətirməyə. Dəhşətli mənzərə yarandı. Biri qardaşını axtarır, biri atasını, biri arvadını, qızını. Mən isə tək-tənha qalmışam ortada...hamını axtarıram. Əslində Xocalıda da bu vəziyyətdəydim. Ona görə rəhmətlik Şöhrət (Xocalı İcra Hakimiyyətinin birinci müavini, şəhid Şöhrət Həsənov – N.Z.) mənə demişdi ki, “əyə qardaş, sənin yiyən yoxdu, burda gör səndən başqa Xocalıdan olmayan azərbaycanlı var?!”. Dayanmışıq bu müsibətin içində: Musa Məmmədov, Ağdamın deputatı Tamerlan Qarayev, bir də mən. İmişlidən (İmişli rayonunun  Bəcirəvan kəndi həmsöhbətimin doğulub boya-başa çatdığı kənddir – N.Z.) qardaşım gəlib mənim ardımca yeddi gün qalmışdı Ağdamda, bu yeddi gündə mənimlə görüşə bilməmişdi. Birdən Tamerlan Qarayevə təklif elədim ki, gəlin bu qərargahdan çıxaq, ya gedib icra hakimiyyətində, ya da evlərin birində oturaq. Musa Məmmədova dedik. O, əvvəlcə razılaşmadı, nə isə razı saldıq onu da birtəhər. Mən buna Allahın qisməti, qəzavü-qədər deyərdim, elə biz qapıdan çıxan kimi qərargahın binasını “qrad”la vurdular. Binanın yarısı dağıldı. Bunu görən camaat təşvişə düşdü. Bir var müharibə edib, düşmənlə savaşıb öləsən, bir də var əliyalın, dinc şəkildə düşmən gülləsinə tuş gələsən. Gördüm ki, bir yandan qradların, qranatamyotların atəşi, bir yandan Xocalının başına gətirilən faciənin yaratdığı vahiməni görmələri səbəblərindən Ağdam camaatı burda duruş gətirə bilməyəcək. Tez gəldim Bərdəyə. Bərdədə milis rəisinə dedim ki, yolu bağlayın, yoxsa Ağdam da boşalacaq. Dedi nəylə? Dedim Ağdamın çıxışına KAMAZları yığın. Ənvər müəllim idi rəis. Sağ olsun eşitdi. Bağladılar. Təxminən bir əlli metrlik məsafədə. Ermənilər bir qədər atıb dayandılar, vəziyyət sakitləşdi. Ondan sonra işimiz qaldı meyitləri daşımağa.

Ənvər sonralar deyirdi Atakişi, onda gəlib çıxmasaydın, nə olacaqdı?! Bütün Ağdam camaatı axıb gələcəkdi Bərdəyə, Azərbaycanın başqa yerlərinə, rayon boşalacaqdı. Dedim mən özbaşına gəlmədim, məni Allah göndərdi.

Bilirsiniz, insan faciəsi ağırdı, çətindi, dözülməzdi. Təsəvvür edin ki, düz bir sutka sərasər Elman Məmmədovun həyat yoldaşı Telli xanım ancaq dayanıb düz qabağa – xocalıların gəldiyi yol istiqamətinə baxdı ki, görsün Elman gəlir, ya yox. Səmtini, yönünü dəyişdirmədi. Qorxurdum  belə vəziyyətdə donar, ya infarkt alar, ona görə tez-tez gəlib ona ürək-dirək verirdim ki, Telli bacı, mən burdayam.   

- Atakişi müəllim, Füzulini yaralı halda gətiriblər Ağdam xəstəxanasına. Siz onu yaralı görmədiniz ki?

- Yox, yaralı görməmişəm. Sonra eşitdim. Yadımdaykən ədalət naminə bir şeyi də deyim, o faciəli günlərin ictimailəşdirilməsində ən çox rolu oldu “Qarabağ” qəzetinin işçiləri Çingiz Tofiqoğlu ilə Əli Mahmudun. Hamı qaçdı, onlardan başqa. Onlar sona qədər mənim yanımda oldular, bütün prosesləri yazdılar, lentə aldılar. On gün onlar mənimlə bir yerdə oldular.

Füzulini soraqladım. Dedilər dünyasını dəyişdi. Apardılar Tərtərə dəfn eləməyə. Mən də öz “NİVA” xidməti maşınımla getdim ora hüzür məclisinə. Xeyli adam var idi. Tanışlardan heç kimi görə bilmədim. Görünür, ya başqa vaxtı gəlmişdilər, ya da ki, hamının başı özünə, öz ölüsünə, yaralısına qarışdığından həmin vədə orda yox idilər. Oturdum, başsağlığı verdim qayıtdım.

Qəhrəmanlığı dastana çevrilən Füzuli!

Atakişi müəllimlə söhbətimiz çox maraqlı və ibrətamiz məcrada yekunlaşdı. İllərin təcrübəsini yaddaşında yaşadan sabiq prokuror mərhum atasından FÜZULİ QƏHRƏMANLIĞINA da işıq tutacaq bir misal söylədi: “İgidin mayası ağıldı. İgidi ağıl, düşüncə idarə eləməlidi. Ümumiyyətlə, igidlik ağılın hesabına yaranır, özünü doğruldur, həyata vəsiqə alır. Atamın sözlərini Füzuliyə də aid edirəm. O, Xocalıda nə qədər təkbaşına və ya ümumi proseslərdə iştirak etmişdi, ağlının gücü ilə həmişə ancaq qələbə qazanmışdı. Bir növ Xocalıda “qələbə müjdəçisi” kimi tanınırdı Füzuli. Ondan bütün gözləntilər hamı tərəfindən ancaq qələbəyə hesablanırdı. Ayrı bir şey heç kəsin ağlına gəlməzdi o zamanlar”.

Əziz oxucular! Bu fikrin fonunda Xocalı qətliamının nə qədər ağır, doğrudan da “əsrin faciəsi” olduğu bir daha aydınlaşır. Xocalı qətliamının ağırlığına, dəhşətliliyinə fikir verin ki, belə bir ağıl yiyəsi də ondan xilas ola bilmədi. Bu qətliam xalqımızın belə bir qəhrəman oğlunu, həmçinin yeganə bacının yeganə qardaşını da əlimizdən aldı. Çünki ermənilər nə döyüşü döyüş kimi aparırdılar, nə də elə indiki kimi dinc əhaliyə, o cümlədən arvad-uşağa, qocalara aman verirdilər. Bu onların murdar xislətindən irəli gəlirdi. Füzuli də elə dinc insanların – qarda-sazaqda meşələrə səpələnmiş, amansız düşmənlə üz-üzə qalmış xocalılıların harayına yetmək üçün özünü qurban verdi. Özünün planlaşdırdığı əməliyyatların heç birində düşmən onu nəinki aradan götürə, heç  həndəvərinə də gələ bilməmişdi. Allah onu – məharəti, qoçaqlığı, insanpərvərliyi, nəhayət tarixin yaddaşında qəhrəmanlığı dastana çevrilən Füzuli qardaşımızı qəni-qəni rəhmət eləsin!

(Ardı var)

Nəzirməmməd ZÖHRABLI
jurnalist-publisist



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ