Cümə axşamı günü, 12 noyabr 2026
     

İgid ömrü - On dördüncü yazı

Image


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyası ilə “Bakı-xəbər” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından “İgid ömrü” adlı növbəti kitabı çapa hazırlayırıq. Kitab Azərbaycanın Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmovun vətənpərvərlik nidalı həyat, döyüş, qəhrəmanlıq yollarından bəhs edir.

Eldar Mahmudov: “Füzuli kimi on nəfər qorxmaz, vətənpərvər oğlan olsaydı”

Ələ keçmiş “Xocalının yol xəritəsi”

- Mənim əslim Laçınlıdı. Ancaq Xankəndidə doğulmuşam. Xankəndidə yaşamışam. Evlərimizi ermənilər yandırandan sonra gəlib məskunlaşmışdıq Xocalıda. Fin evlərində.

Aradan ötən illər bir çox xocalıların yaddaşını da korşaldıb. Baş verən olayları təfsilatlı xatırlamalarına, bir-birini dəqiq tanımalarına belə problemlər yaradıb. Belə də olmalıydı. Qaçqın həyatı, pərən-pərən ölkənin hər tərəfinə səpələnmək, illərlə görüşməmək, ailə-məişət qayğıları, bir də insanları qocaldan illər. 15 yaşında Xocalı dəhşətlərindən keçərək salamat qala bilmiş hansısa azərbaycanlının indi ən azından 44-45 yaşı var. Amma bu insanları danışdırdıqca onların yaddaşlarını oyatmaq mümkün olur. Bütün olub-keçənləri yada sala bilməsələr də, ən azı başlarına gətirilənlərin, gördüklərinin müəyyən detallarını xatırlayırlar. Danışmağa yuxarıdakı abzasda qeyd etdiklərimlə özü başlayan Eldar Mahmudov da Füzuli və ümumən Xocalılı günlər barədə kifayət qədər bilgili görünür.

- Siz onda Adiləgillə bir yerdə gəlmisiniz. Tanıyırsınızmı, o da Xankəndi qaçqınıdı, sonradan Xocalıda fin evlərində yaşayıb. O da Xocalı gecəsi salamat çıxmağına səbəbkar olduqlarındandı Füzulinin...

- Tanıyıram. Həyat yoldaşı da qəssab idi. Hə, biz də onlarla birlikdə Xocalıya gəlib çıxmışdıq. Xocalı gecəsi də bir yerdə çıxmışıq hamımız. Qırılan qırıldı yolda, salamat qalanlar gəlib Ağdama çıxdıq birtəhər.

- Xocalı faciəsi gecəsi çıxanda Füzulini gördünüz?

- Əlbəttə görmüşəm. Füzuli ilə bir yerdə idik. Füzuliyə dedim ki, getsin qabaqda mənim uşaqlarımı da götürüb aparsın. Füzuli həm etibarlı yoldaş idi, həm də rəhmətlik çox qoçaq, qorxmaz, elin dili ilə desək “ciyərli uşaq” idi.

- Adilə deyir ki, Füzuli onlara bələdçilik edib çıxarıb. Qoymayıb Kətik kəndi tərəfdən getsinlər. Çünki bura çox qorxulu olduğundan onları istiqamətləndirib Naxçıvanik kəndi tərəfə ki, buralar bir qədər təhlükəsiz imiş...

- Hə, ola bilər. Biz arxadan gəlirdik. Camaatı zəncirvari şəkildə əhatə etmişdik. Füzulini dediyim kimi özüm göndərmişdim qabağa ki, irəlidə mənim ailə-uşağımı, eləcə də xeyli sayda kənd camaatını götürüb aparsın.

- Hamınız da pay-piyada. Bir at belə yox idi...

- Yalnız piyada. Atla mümkün deyildi hərəkət etmək.

- Bəs Füzuli Ağdama gedib-gəlirmiş axı son günlərə qədər atla. Silah-ərzaq gətirirmiş...

- Çox olub bu hallar. Amma son günlər, belə deyək zəncirin halqası daraldıqca bu gediş də artıq kəsilmişdi.

- Elə rəhmətlik Aqilin Ağdama aparılmasını əngəlləyən də bu gediş-gəlişin kəsilməyi olubmuş yəqin...

- Bəli. Nəinki onu, çox planları yarımçıq qoydu vəziyyətin bu həddə çatması. Biz özümüz altı nəfər kəşfiyyatçı idik. Hər yeri tanıyırdıq. Ramiz idi, mən idim, İsrail idi, Əbülfəz idi...altımız da Allaha şükür ki, sağıq. İstəyirdik ki, hadisə baş verən gecəyə qədər arvad-uşağı, dinc əhalini çıxaraq. Amma buna imkan vermədilər. Nə isə. Xocalı hadisəsindən bir ay beş gün qabaq ermənilərin kəşfiyyatı “Xocalının yol xəritəsi”ni çəkdiyi yerdə kəşfiyyatçıları öldürdük, xəritəni ələ keçirdik. Rudik adlı ermənini tutub gətirən biz olmuşduq. Bu Rudik Əsgəranın komendantı Vitalikin dayısı oğlu və topatanı idi.

- Bildim. Bunu Nazim də demişdi. Nazimgil meyitləri götürəndə bu Vitalik orda olub deyəsən...

- Bilirəm. Biz də orda olmuşuq. İki erməni meyitinə 240 nəfər girov azərbaycanlını dəyişdirmişik. Biz bu tərəfdən meyitləri verdik, onlar da KAMAZ maşınları ilə əsirləri gətirib sonuncu erməni postunun yanında boşaltdılar, ordan bizimkilər camaatı təhvil götürdülər.

- Xəritə necə oldu bəs? Orda təsvir olunanların qarşısını almaq üçün hansısa addımlar atıldı?

- Xəritəni gətirib verdik Xocalı Rayon İcra Hakimiyyəti aparatının başçısı Elman Məmmədova. O da alıb qoydu seyfinə. Yəqin o xəritə elə o seyfdə də qaldı...

 “Füzuli hücum üçün, döyüş üçün doğulmuşdu”

- Füzulini gördüyünüz sonuncu an elə bu oldu?

- Bəli. Qaraqaya deyilən yerin yanında donuzçuluq ferması vardı. Bax, o fermanın ərazisinə çatanda Füzuliyə son sözüm bu olub ki, biz arxadakı camaatı əhatəyə alıb mühasirədən çıxarmaqla məşğul olacağıq, sən get qabaqda bizim uşaqlarla gedən camaata bələdçilik elə. Bir tərəfdən dediyim kimi onun bələdçiliyinə və etibarına güvənirdim, digər tərəfdən erməniyə qarşı saymamazlıq edəcəyindən ehtiyatlanırdım. O, sonuncu günə qədər “erməni kimdi ki?!..”, “erməni bizə neyləyə bilər axı?!..”, “siz mənə görə narahat olmayın, erməni məni vura bilməz” kimi iddialarından əl çəkməmişdi. Onun gözündə qorxu anlayışı yox idi, ermənidən ümumiyyətlə. Ona görə fikirləşdim ki, bu burada qalsa yeri gələndə erməninin qabağından nə qaçmağı, nə gizlənməyi özünə sığışdırmayacaq və tələf olacaq. Bax, Füzuli gerçəkdə belə bir xarakterin daşıyıcısı olub. 

- Bu söhbətiniz hardasa gecənin tən yarısında olub?

- Yox, səhərə yaxın. Ona and verib yola salmışam ki, sən qabağa get. Ancaq özüm qalmışam bu mühasirənin ortasında. Artıq camaatın sonu çıxandan sonra mən atışa-atışa çıxmışam. Atışa-atışa gəlib qoşulmuşam Elman müəllimin dəstəsinə. Yəni tək mən yox, başqa döyüşçülərlə birlikdə. Bu vaxt Qaraqaya ermənilərin əlindəydi. Bu əraziyə çatanda biz yenidən ermənilərin mühasirəsinə düşdük. Burdan bizi rəhmətlik Canpoladın (söhbət Azərbaycanın Milli Qəhrəmanı, tankçı Canpolad Rzayevdən gedir – N.Z.) dəstəsi xilas elədi.

Həmsöhbətimi yenidən Füzuli həqiqətlərinə yönəldirəm. Deyir, Füzuli kimi on nəfər qorxmaz, vətənpərvər oğlan olsaydı, Xocalını başqa cür qorumaq, müdafiə etmək olardı. Amma dinc əhalini, arvad-uşağı çıxarmış olsaydılar vaxtında, bu faciənin miqyası o dərəcədə olmazdı. Eldar mənimlə razılaşır. Deyir, hətta o zaman dinc əhalinin qabaqcadan çıxarılmasını təklif edərkən fikrini belə əsaslandırıbmış ki, döyüş başlayan anda istənilən döyüşçü birinci ailəsinin, övladlarının xilası üçün evinə yollanacaq. Onları zamanında bu yükdən xilas etmək lazımdı. Tək qalarıqsa, son damla qanımıza qədər vuruşarıq, ölərik-ölərik, qalarıq-qalarıq. Əfsuslar olsun ki, bu sözlər eşidilməyib, qulaqardına vurulub.  Füzuli xarakterinə gəlincə, Eldar köks ötürüb söylədi ki:

- Füzuli hövsələsiz idi. Kəşfiyyat-filan çətin olardı onunla. Amma Füzuli hücum üçün, döyüş üçün, elə bil ki, ermənilərə qan uddurmaq üçün doğulmuşdu.

- İlkin tanışlığınız Füzuli ilə nə zaman olub?

- Bizim bir qədər qohumluğumuz vardı. Babası, el ağsaqqalı Kərim kişi tərəfdən. Hər günümüz ölüm-itimlə üz-üzə qaldığından Füzuli ilə belə bir sövdələşməmiz olmuşdu. Demişdi əgər başıma bir iş gəlsə, Fiqurə sənə əmanətdi, mən də demişdim ki, əgər mənim başıma bir iş gəlsə, mənim ailə-uşağım sənə əmanətdi.

Kərim kişinin evinin ilk yandırılması təsadüf idimi?!.

Eldardan öyrənirəm ki, Füzuligil təkcə aeroportu, dəmiryolunu yox, erməni yaşayış məntəqələrinə gedən su xəttini də partladıb sıradan çıxarıbmışlar. Onun özünün  Xocalı özünümüdafiə batalyonuna qoşulması ilə maraqlanıram. Deyir, əlbəttə. Burda vuruşublar, daha doğrusu, ermənilərin Xocalıya mütəmadi hücumlarının qarşısını almaqla məşğul olublar. Batalyonun komandiri mərhum Milli Qəhrəman Tofiq Hüseynov olub, sonradan komandirliyi məshəti türkü Sərvər davam etdirib. Amma Eldara indiyədək müharibə veteranı statusu tanınmayıb. Nə qədər çalışsa da, nə qədər məhkəmə proseslərindən keçsə də. Onu nə Xocalıdakı döyüş və kəşfiyyatçı xidmətlərinə, nə də xocalıları 26 fevral gecəsi Ağdama gətirərkən apardığı döyüş şücaətlərinə görə qiymətləndiriblər...

- Özünümüdafiə batalyonunda silah qıtlığı olub?

- Əvvəl hə. Amma sonradan silah gətirildi.

- Füzulini gəlib Ağdam xəstəxanasında gördünüz?

- Yox, mən gec çıxdım. Mən çıxanda artıq eşitdim ki, Füzuli rəhmətə gedib. Dedim axı mən Füzulini uşaqlarla göndərmişdim...

- Bəs onu harda vurmuşdular?

- Qaraqayada. Qaraqaya o zaman ermənilərin əlindəydi.

- Sizin övladlarınız böyük idi onda?

- Yox, balacası lap çağaydı.

- Gəlib çıxmışdılar da sağ-salamat?

- Hə, şükür ki, gələ bilmişdilər. Onlar asfaltı qaranlıqda keçmişdilər.

- Camaatı da hava işıqlaşanda gülləbaran ediblər...

- Düzdü.

- Yolboyu 366-cı alayın heyətinin əhalini qırmasından nədənsə danışmır müsahiblərim...

- Bilirsiniz, bu alayın heyəti Xocalıda öz işini görmüşdü. Qırdığını qırmışdı, qalanlarını pərən-pərən salmışdı, çəkilərək sonrakı vəziyyətə nəzarəti ermənilərin özünə təhvil vermişdi. Yolboyu camaatı qıran, əsir götürən, meyitləri təhqir edən ermənilər özləri olmuşdu. Bir də muzdlulardan istifadə etmişdilər. O zaman ermənilər tərəfdə muzdla döyüşən çoxlu ərəb də vardı. Məsələn, Xocalı faciəsindən xeyli əvvəl Xocavənddə mənim əmim oğlunu ərəblər güllələmişdi.

- Meyitini verdilər?

- Yox, meyitini də vermədilər.

Xocalı faciəsi başlayan kimi Kərim kişinin – Füzulinin son günə qədər yaşadığı evin vurulub yandırılması, ermənilərin Füzulidən qisas almaq niyyətinin nəticəsi ola bilər? - bu sual məni çox düşündürdü. Eldar dedi, bu təsadüfən düşən güllə yağışından da ola bilər. Amma bir əlamət də var ki, Eldargilin ələ keçirdiyi xəritədə Xocalıda yaşayış olan və yaşayış olmayan evlərə qədər hər şey dəqiqliklə təsvir olunubmuş... bunun belə zərgər dəqiqliyi ilə işlənməsinə “sapı özümüzdən olan baltalar” da səbəb ola bilər. Təəssüf ki, dünyamız satqınçılığı özünə peşə bilənlərdən xali deyil. Hətta güllə yağışının altında, mühasirə şəraitində də belə...bu barədə indiyədək çox deyilib, çox yazılıb... Amma ürəkbulandıran bu nüanslar bizim axtarışlarımızın, araşdırmalarımızın bilavasitə mövzusu deyil. Biz Füzulinin qəhrəman, igid ömrünün detallarının araşdırılması məqsədilə yola çıxmışıq.

(Ardı var)

Nəzirməmməd ZÖHRABLI
jurnalist-publisist



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ