çərşənbə günü, 04 noyabr 2026
     

İlham Əliyev Münhendə Paşinyanın “yandan çıxartma” tarix “faktlarını” yerə vurdu - Ermənistanın elm cəmiyyəti də susdu

Image


Saxtakarlıq elə bir məfhumdur ki, gec-tez ədalət qarşısında parça-parça olur, dağılır. Uzun illərdir ki, saxtakarlığı özlərinə həyat tərzi seçən ermənilər artıq bunu XX əsrdə Azərbaycan ərazilərində qurduqları Ermənistan ölkəsinin dövlət siyasətinə çeviriblər.

Yalan, riya, hiylə, məkr, terror üzərində qurulan Ermənistan özü bu gün bütün dünyaya yalan saçır. Yalanlar, uydurmalar əsasında yaratdıqları qondarma tarix və mifik qəhrəmanları, “öndər”ləri artıq iflasa uğramaqdadır. Tarixdə heç bir dövləti olmayan, bir millət, xalq kimi özünə mədəniyyət yaratmayan, başqa xalqların mədəniyyətini mənimsəyən ermənilər artıq dünyada rəzil duruma düşüblər. Məlumdur ki, ermənilər tarix boyu yalan danışıb, uydurma tarixlər yaradıblar. Erməni kilsəsinin hazırladığı plan əsasında yaradılan qondarma erməni tarixini yazan, yaradan adamların özləri belə yaratdıqları dolaşıqlıqların içində itib batıblar. Ermənistana rəhbərlik edən şəxslərin hamısı erməni tarixçilərinin uydurduqları tarixləri əzbərləyiblər. Yaratdıqları saxta və qondarma tarixləri isə bu gün onların xeyrinə işləmir.  

Məlum olduğu kimi, fevralın 15-də keçirilən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil olunan debatda Azərbaycan və dünya ictimaiyyəti bir daha Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanı, necə deyərlər, daşdan keçən tutarlı faktlarla çıxılmaz vəziyyətə və aciz duruma salmasının şahidi oldu. Dağlıq Qarabağın tarixi, müxtəlif dövrlərdə bu ərazilərin kimə mənsubluğu ilə bağlı tarixi həqiqətləri əks etdirən faktlar Ermənistanın işğalçı olduğunu açıq-aşkar bir daha təsdiq etdi. Bu mənada, Prezident İlham Əliyevin Dağlıq Qarabağın Azərbaycana məxsus olması ilə bağlı söylədiyi təkzibolunmaz faktlara əsaslanan tarixi həqiqətlər qarşısında Paşinyanın əsl erməni xislətinə xas olan, eramızdan əvvəlki dövrə mücərrəd və dolayı ekskursu və digər sayıqlamaları beynəlxalq auditoriyanı və dünya ictimaiyyətini  çaşdırmaq cəhdindən başqa bir şey deyildi. 

Prezident İlham Əliyev XlX əsrin əvvəlindən başlayaraq 200 il ərzində imzalanmış çoxsaylı saziş və müqavilələri xronoloji ardıcıllıqla sadaladığı halda, Paşinyan bir dənə də olsun hüquqi cəhətdən əsaslandırılmış fakt ortaya qoya bilmədi. Bununla da Prezident İlham Əliyev Dağlıq Qarabağın həm hüquqi, həm də coğrafi baxımdan Azərbaycana məxsus olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.

Müzakirələr zamanı əsasən uydurma, qondarma fikirlərdən istifadə edən Paşinyan pərt vəziyyətə düşdü. Diqqətçəkən əsas məsələ isə o oldu ki, Paşinyanın Münhendəki çıxışına Ermənistanın elm adamları, tarixçiləri müsbət reaksiya vermədilər. Elm adamlarından, tarixçilərdən heç bir dəstək qazana bilməyən Paşinyan bununla daha ağır duruma düşdü. Paşinyan özbaşına danışmırdı ki, o bu “fakt”ları erməni tarixçilərin uydurmalarına, sayıqlamalarına istinad edərək söyləyirdi. 

Qeyd edək ki, Paşinyan erməni elm adamlarından, Ermənistan Elmlər Akademiyasından dəstək qazana bilməsə də, tarixi savadsızlığına görə elm adamları, politoloqlar, yazıçılar tərəfindən sərt şəkildə tənqid edildi. Məsələn, bütün dünyanın diqqətində olan debata şərh verən erməni alimləri İlham Əliyevin tarixi bilgisinə, siyasi ustalığına, peşəkarlığına, liderliyinə, sözün həqiqi mənasında, həsəd hissi ilə yanaşıblar.  

Ermənistanın əksər media orqanlarında və sosial şəbəkələrdə Baş nazirin debatdakı çıxışı onun məğlubiyyəti kimi dəyərləndirilib və sərt tənqid atəşinə tutulub.

Ermənistanın keçmiş müdafiə naziri Artak Zakaryan “Facebook” səhifəsində Paşinyanın Azərbaycan Prezidentinə məğlub olduğunu qeyd edib: “Mən heç vaxt Paşinyandan Qarabağ məsələsində müsbət irəliləyiş və ya həll gözləmirdim və bu barədə deyirdim. Münhendə baş verənlər – bu qeyri-mütəşəkkil, yarımçıq söhbət, yumşaq desək, olan bütün ümidləri sarsıtdı. Aydındır ki, Paşinyan hətta Qarabağ məsələsinin həlli ilə bağlı fasiləyə belə tab gətirə bilmir. İlham Əliyev danışıqlar prosesində məsələni mərhələli həll yoluna yönəltdiklərini bir daha qeyd etdi”.

Keçmiş nazir etiraf edib ki, Paşinyan İlham Əliyevin fikirlərinə tam cavab verə bilməyib: “Birtəhər Düşənbə haqqında danışdı. Buna hətta Məmmədyarov da güldü. ­İlham Əliyev bizə öz müqəddəratımızı təyin etmək üçün başqa bir yer tapmağı tövsiyə edərkən, Paşinyan niyə yenidən Tiqran dövrünə qayıdır və orada olanlarda gülüş doğurur? Keçmiş xatirələrə və tarixi mübahisələrə nə ehtiyac var axı?”

Separatçı rejim nümayəndəsi Vaqram Balayan “tert.am” saytında görüşlə bağlı açıqlamasında Paşinyanın debatda çıxışını tənqid edib. Qeyd edib ki, o, İlham Əliyev tərəfindən təqdim edilmiş tarixi hadisələrə adekvat reaksiya verə bilməyib. Xüsusilə də Xocalı məsələsində.

Ermənistanın müxalif Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov özünün “Facebook” səhifəsində ölkəsinin Baş nazirini tənqid edib: “Paşinyan-Əliyev debatına baxdınız? Bir neçə dəqiqə ərzində Ermənistan qapısından o qədər avtoqol buraxdı ki...”

Erməni politoloq Andranik Tevanyan isə ölkə rəhbəri yükünün Paşinyanın çiyinlərinə ağır gəldiyini qeyd edib: “Əliyevin davranışı, onun duruşu, Paşinyanın çıxışlarına rişxəndlə gülməsi onu göstərdi ki, bu savaşdan məğlub ayrılan tərəf biz olduq. Hətta Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov belə özünü gülməkdən saxlaya bilmirdi. Paşinyan onunla belə davranılmasına görə özünü qınamalıdır. Belə göründü ki, Paşinyan-Əliyev debatı ağır psixoloji təəssürat oyatdı. Biz, əslində, Nikol Paşinyanın əsl çəkisini gördük. Paşinyanın bunun üçün nə siyasi savadı, nə operativ reaksiya qabiliyyəti, nə də cürəti var. Bunun əvəzində bizə hələ də “Tiqran”dan danışır. O, bir daha göstərdi ki, ölkə rəhbəri kostyumu ona çox böyük gəlir.”

Politoloq Aleksandr Manasyan Paşinyanı bu debata kifayət qədər hazırlaşmamaqda ­günahlandırıb. ABŞ-da yaşayan yazıçı Anna Terkott-Astvaçaturyan sosial şəbəkə hesabında Ermənistan Baş nazirinin Münhendəki çıxışını “biabırçılıq” adlandıraraq, “ayıb olsun!” - deyib.

Erməni müğənni, şair Anna Hovner isə Paşinyanın “heç nə” olduğunu deyib: “Utandığımdan yerin dibinə girirəm. Nikol Paşinyan, məişət adamları sənin çıxışının parlaq bir performans olduğunu söyləsə, inanma. Özünü reallıqdan uzaqlaşdırma və bil: sən, sadəcə, sıfırsan, heç nəsən!”

Erməni analitik, “Alternativ layihələr qrupu”nun rəhbəri Vahe Ovhannisyan Azərbaycan Prezidentinin sağlam məntiqə fokuslanaraq öz təcrübəsi sayəsində debatda qalib gəldiyini vurğulayıb: “Münhendən sonra Paşinyanın komandası yeraltı vəziyyətə düşdü. Onun 88 nəfərlik şanlı parlamentindən heç bir səs çıxmadı. Onlar öz liderlərini qoruya bilmədilər. Bu, təkcə Paşinyanın faciəsi deyil, həm də o deməkdir ki, ölkədə siyasi sistem, siyasi düşüncə yoxdur və buna görə də böyük uğursuzluğun qarşısını almaq üçün zəmanət mövcud deyil.”

  • “Paşinyan erməni alimlərinin, yazıçılarının yazdıqlarına inanıb ona istinad etmək istəyirdi ki, gördüyünüz kimi, bununla da özünü biabır vəziyyətə saldı”

Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, Paşinyanın debatdakı “arqument”ləri ermənilərin özləri tərəfindən mənfi qarşılanıb. Erməni saxtakarlığının mahir ifaçısı olan Paşinyanın siyasi naşılığının və tarixi savadsızlığının ona nifrət qazandırdığını bildirən Q.Hacıyev vurğuladı ki, erməni tarixçiləri, akademikləri o qədər yalan, uydurma, saxta fikirlər söyləyiblər, bu dəfə Azərbaycan Prezidenti İlham Əliyevin parlaq məntiqi qarşısında susmağa məcbur olublar. Bundan başqa, Paşinyanın erməni alimlərindən heç bir dəstək almadığını, əksinə, onlar tərəfindən daim tənqid edildiyini deyən Q.Hacıyevin sözlərinə görə, Paşinyan bir Baş nazir kimi Ermənistanda arzuedilməz rəhbərdir: “Əslində, Paşinyanın hakimiyyətə gəldiyi dövrlə indiki dövrü müqayisə etdikdə görürük ki, erməni cəmiyyəti, elmi ictimaiyyəti artıq ona inanmır. Əvvəllər haradasa onun ölkəni ağır durumdan çıxaracağını gözləyirdilər, amma onun heç bir bəyanatı, vədi özünü doğrultmadı. Paşinyan öz ölkəsində tamamilə imicini itirib. İndiyə qədər cəfəngiyyat danışa-danışa gəlirdi. Hətta Dağlıq Qarabağda keçirdiyi görüşdə də, çıxışda da özünü o ki var öymüşdü. Bu da erməni xalqında, elm adamlarında narazlıq doğururdu. Paşinyanın Münhendəki məğlubiyyəti elə bir final idi ki, bu onu məhv etdi. Biri var özü deyib, erməni xalqı eşidirdi. Bu dəfə isə onun saxtakarlığını, yalanlarını bütün dünya ictimaiyyəti eşitdi və onun səviyyəsinin necə aşağı olduğunu gördü. Cənab Prezident İlham Əliyev onun danışdıqlarına, hətta danışmadıqlarına elə tutarlı faktlar, dəlillər, arqumentlər gətirdi ki, bizim Prezidentin qarşısında nəinki Paşinyan, hətta o uydurma tarixi yaradanların heç biri duruş gətirə bilməzdi. Bir şeyi də qeyd etməliyəm ki, təkcə Paşinyanın deyil, bütün erməni xalqının fikri bizim və dünya üçün maraqlıdır ki, onlar Paşinyanın səhvləri haqqında nə düşünürlər. Paşinyan həqiqət, ədalət olmayan bir mövqedə durub və o yalan danışmağa məcburdur. Baş verən hadisələr də, tarix də sübut edir ki, erməni alimlərinin tarix boyu etdiyi saysız saxtakarlığı Paşinyan 45 dəqiqə ərzində duruya çıxara bilməzdi. O, tarixin hansı dövründən danışmaq istədisə, alınmadı, yalanı tez ifşa olundu. Paşinyan erməni alimlərinin, yazıçılarının yazdıqlarına inanıb ona istinad etmək istəyirdi ki, gördüyünüz kimi, bununla da özünü biabır vəziyyətə saldı. Paşinyana o qədər inamsızlıq, nifrət var ki, öz uydurma, zərərli yazıları ilə erməniləri ideoloji cəhətdən zəhərləyən alimlər belə ona dəstək vermədilər. Halbuki, dediyimiz kimi, Paşinyan da o zərərli, qondarma tarixdən danışırdı. Erməni alimləri XX əsrin əvvəllərindən xüsusi tapşırıqlar əsasında saxtakarlıqla, tarixi saxtalaşdırmaqla məşğul olublar. Onlar hətta özlərinin obyektiv yazan əcdadlarını da tənqid ediblər və onların yazdıqlarını da saxtalaşdırıblar. Erməni tarixşünaslığı başdan-başa saxtadır. Bu gün erməni cəmiyyəti, elmi ictimaiyyəti Paşinyana dünya ictimaiyyəti qarşısında buraxdığı səhvləri bağışlaya bilmir. Əvvəllər Paşinyan kiçik auditoriyalarda yalan danışırdı, onu o qədər də çox insan dinləmirdi, amma bu dəfə onun yalanları ifşa olundu, bu da ermənilərin imicini çox pis formada aşağı saldı. Onsuz da ermənilərin imici həmişə aşağı səviyyədə olub, bu dəfə Paşinyan onu lap dərənin dibinə yuvarladı”.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - VİDEO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ