çərşənbə günü, 04 noyabr 2026
     

Ermənistanda kəskin “konstitusiya referendumu” qarşıdurması başlayır...

Image


İşğalçı Ermənistanda baş verənlər bu ölkə daxilində aprelin 5-də baş tutacaq konstitusiya referendumunun yeni ziddiyyətlərə yol açacağını göstərir. Ermənistanın “İravnuk” nəşri yazır ki, baş nazir Nikol Paşinyan konstitusiya referendumunun kampaniyası zamanı növbəti ifrat addımlara hazırlaşır.

Qəzetin məlumatına görə, Paşinyan yenidən “Rembo” obrazı ilə xalqın gözünə kül üfürməyə, lazım gəldiyi təqdirdə isə ifratçılıqlara əl atmağa hazırlaşır. Qeyd olunur ki, Paşinyan 650 min “bəli”ni qanuni yolla təmin edə bilməyəcəyini bilir və çox narahatdır, buna görə də, son iki ildə olduğu kimi, misli görünməmiş ifratçılıqlara gedəcək. Bu ifratçılıq yeni mitinqlər təçkil etmək, siyasi rəqibləri nümayişkaranə şəkildə həbsə atmaq və bu qəbildən olan digər hallardır. Amma əsas məqsəd konstitusiya referendumundan sonra baş nazirin bütün rəqiblərini sıradan çıxarmaq niyyətidir. Bunu Ermənistanın “168 Jam” nəşri də xüsusi olaraq vurğulayır.

Qəzet baş verənlərlə bağlı yazır: “Ermənistanda 5 aprel tarixinə təyin edilən konstitusiya referendumu, artıq başlayan hakimiyyət kampaniyası bir daha və daha parlaq şəkildə bir həqiqəti ortaya qoydu: Paşinyan “inqilab”ı, həmin inqilabı həyata keçirən cəmiyyəti satır”. Bildirilir  ki, Paşinyan “inqilab” adı ilə inqilabın həqiqi məqsədlərini aşmaq məsuliyyətindən növbəti dəfə yaxa qurtarmaq üçün onu satır:“Hakimiyyət dəyişikliyindən təxminən iki il keçib, amma Ermənistanda real hər hansı inqilabi dəyişiklik baş vermədi. Ölkədə keçmişdə mövcud olan eyni qurumlar və idarəetmə sistemi fəaliyyətdədir. Paşinyan vaxtilə özü tərəfindən dəfələrlə tənqid edilən super baş nazirlik sistemində mövqeyini bərkidib. Ölkə keçmişdəki təkanla yaşamağa davam edir. Belə bir vəziyyətdə, hətta hakimiyyətin iqtisadi inqilabı barədə danışmaq belə qeyri-ciddidir. Ona görə ki, xüsusilə iqtisadi həyatda hər hansı köklü dəyişiklik baş verməyib. Qeydə alınan dəyişiklik yalnız keçmiş oliqarxların indi “böyük sahibkarlar” adlandırılmasıdır. Yəni 2 il ərzində Ermənistanda baş verənlərin inqilabın nəticəsi olduğunu deməyə əsas verən hər hansı görünən, hiss edilən dəyişiklik baş verməyib. Nəticədə geridə qalan iki il ərzində inqilabdan yeganə miras qalan, Paşinyanın dünyaya sırımaq üçün ugursuz cəhdlərindən sonra, indi də öz vətəndaşlarına satmağa çalışdığı ritorika və ya bu ad altında olan “brend”dir.
Paşinyanın ötən gün referendum və inqilabın eyniləşdirildiyini gizlətməyən motivlərlə yazılmış bir qeydində vurğuladığı kimi, “İnqilab naminə, İnqilaba Hə, Azadlığa Hə” və digər bu kimi atəşfəşanlı şüarlar deyilənlərin sübutudur. Bundan sonrakı bütün məsələ budur ki, cəmiyyət yemi ikinci dəfə udacaqmı, hakimiyyət uğrunda ikinci dəfə inqilab olaraq “satın alacaqmı”, yoxsa istənilən halda dünya tərəfindən rədd edilmiş bu məşğələdən imtina edəcəkmi? Hər hansı bir istənilən malın öz qiyməti var. 2018-ci ildə satılan inqilabın qiyməti Paşinyanın hakimiyyəti idi. 5 aprel referendumunda satışa çıxarılan bir inqilabın qiyməti nə olacaq? Sadə bir “bəli” və ya “yox” dilemmasını seçməyə yox, bu məsələ barədə düşünmək ictimaiyyətin ixtiyarındadır”. Ermənistan Helsinki Komitəsinin sədri Avetik İşxanyan isə qeyd edir ki, Paşinyanın Konstitusiya Məhkəməsini ələ keçirmək planları işə yaramayıb və bunu referendum yolu ilə həll etməyə çalışmaqla cəmiyyəti öz cinayətinə alət etmək istəyir. Bunu Rusiyanın “Kommersant” qəzeti də xüsusi olaraq vurğulayır: “Ermənistanda aprelin 5-nə təyin edilmiş referendumdan əvvəl təbliğat-təşviqat kampaniyası başlayıb. Seçicilər Konstitusiya Məhkəməsinin  2015-ci ilədək təyin edilmiş üzvlərinin istefasının lehinə və ya əleyhinə səs verməli olacaqlar. Dəyişikliklər baş nazir Nikol Paşinyan tərəfindən irəli sürülüb. Onun üçün referendum, başqa heç bir vasitə ilə mümkün olmadığından, sözün əsl mənasında rəqibini, Konstitusiya Məhkəməsinin rəhbəri Hrayr Tovmasyanı siyasi sahədən kənarlaşdırmaq yoludur. Konstitusiya dəyişikliyini dəstəkləyən təşəbbüs qrupuna ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyan rəhbərlik edir. Ancaq bu kifayət qədər formal bir şeydir: Ermənistan baş nazirinin özü və onun “Mənim addımım” bloku islahatın lehinə əsas təşviqatçıdır.

Mövcud konstitusiya 2015-ci ildə qəbul edilib. Onun mətni faktiki olaraq keçmiş prezident Serj Sarkisyanın baş nazir kimi səlahiyyətlərini genişləndirmək üçün hazırlanıb. Yeni dəyişikliklərin məqsədi əksinədir. Nikol Paşinyan, nəhayət, dövlət başçısına etinasızlıq nümayiş etdirən köhnə elitanın nümayəndələrindən yaxa qurtarmaq niyyətindədir. Hökumətdəki genişmiqyaslı dəyişikliklərdən və erkən parlament seçkilərindən sonra belə insanlar yalnız bir dövlət orqanında qalıblar – mövcud qanunlara görə, ləğv oluna bilməz Konstitusiya Məhkəməsində. Vəziyyəti çətinləşdirən məqam budur ki, bəzi hakimlər köhnə konstitusiyaya uyğun olaraq təyin edilib, buna görə də, onların səlahiyyət müddəti 65 yaşla məhdudlaşır. Mövcud konstitusiya, öz növbəsində, Konstitusiya Məhkəməsi üzvlərinin yalnız 12 il vəzifədə qalmasına imkan verir. Nikol Paşinyan tərəfindən təklif edilən dəyişikliklər köhnə konstitusiyaya uyğun olaraq təyin olunan Konstitusiya Məhkəməsinin bütün üzvlərinin istefasını təklif edir. Bu, məhkəmə sədri və Ermənistan baş nazirinin əsas siyasi rəqibi Hrayr Tovmasyanın rəhbərlik etdiyi 9 hakimdən yeddisinin dəyişdirilməsi deməkdir. Referendum ideyasını kəskin tənqid edən “Maariflənmiş Ermənistan” parlament partiyasının rəhbəri Edmon Marukyan”Kommersant”a izah edib: “Hakimiyyət kampaniyasının bütün məntiqi “Xeyr” təşəbbüsünün formalaşmasından sonra onu “qaranlıq qüvvələr”lə, köhnə hökumətlə, korrupsioner məmurların müdafiəsi ilə bağlamaqdan ibarətdir. Sonra insanları referenduma gəlməyə inandırmaq üçün bu qrupa qarşı təbliğat aparılıb. Biz “şeytanların axtarışında” iştirak etməmək qərarına gəldik. Bu birincisi. İkincisi, prosesin konstitusiyaya zidd olduğunu söylədik. Yəni “Bəli” qərargahında iştirak və “Xeyr” qərargahında iştirak da konstitusiyaya ziddir”. Konstitusiya dəyişikliklərini avtoritarizmə doğru addım hesab edə biləcək Qərb qurumlarının tənqidini də istisna etmək olmaz. Belə vəziyyətdə ölkə daxilində ziddiyyətlərin dərinləşməsi də qaçılmaz olacaq”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - VİDEO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ