Cümə axşamı günü, 15 oktyabr 2026
     

Braziliya dünya neft bazarında Azərbaycanın da təsir etdiyi qiymət sabitliyini pozmağı hədəflədi…

Image


Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) martda keçirilməsi nəzərdə tutulan toplantısı daha erkən vaxtda təşkil edilə bilər. Məsələ burasındadır ki, neftin qiymətinin koronavirusun bazarda tələbata zərbə vuracağına dair narahatlıq fonunda ucuzlaşmasından sonra OPEC üzvləri gələn ay təcili iclas keçirməyi düşünür. Əlcəzairin Energetika naziri Məhəmməd Arkab bu xüsusda bildirib: “Ehtimal ki, OPEC martda keçirəcəyi iclası daha tez – fevralda təşkil edəcək. Bununla bağlı yaxın günlərdə qərar verilə bilər”.

Qeyd edək ki, Əlcəzair OPEC-ə sədrlik edir, bu ona baş katib və digər üzvlərlə məsləhətləşdikdən sonra təcili iclas keçirmək hüququ verir. Xatırladaq ki, OPEC-in baş katibi Məhəmməd Barkindo daha əvvəl martda Avstriyanın paytaxtı Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatının iclasının keçiriləcəyini deyib. O, beynəlxalq ticarətdəki bəzi mübahisələrin həll olunacağını gözlədiklərini, eləcə də cari ilin birinci və ikinci rübündə sabitliyə diqqəti yönəltməkdə davam edəcəklərini bildirib.

Onu da bildirək ki, 2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC nazirlərinin görüşündə “OPEC plus” üzrə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. 2020-ci ilin yanvar ayından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır. Qurumun yeni islasında da iştirakçıların neft istehsalının daha da azaldılması barədə qərar qəbul etməsi gözlənilir. ABŞ-ın  “Citigroup Inc”i  qurumunun meneceri Ed Morse də bunu təsdiq edir. O, OPEC və tərəfdaşlarının Çində yayılan koronavirusun bazarda neft tələbatını azaltdığını nəzərə alaraq növbəti iclasda istehsal məhdudiyyətlərini daha da artıra biləcəyini qeyd edib. Amma OPEC-i təkcə barəsində bəhs edilən virus narahat etmir. Braziliya faktoru da təşkilatı narahat edən başlıca məqamlardan birinə çevrilib. Braziliyanın Energetika və Dağ-mədən Sənayesi Nazirliyinin rəhbəri Benito Albukerke bəyan edib ki, ölkəsi  OPEC-ə qoşulmayacaq və neft hasilatını kəskin artırmaq niyyətindədir: "Braziliya nə OPEC-ə daxil olmağı planlaşdırır, nə də heft hasilatının məhdudlaşdırılmasına dair razılaşmada iştirak etməyi. Biz hasilatı məhdudlaşdırmaq yox, artırmaq istəyirik". Onun sözlərinə görə, hökumət neft və qaz hasilatını dünya enerji ixracatçılarının ilk beşliyində yer təmin edən səviyyəyə qaldırmağa çalışır. Hazırda Braziliya doqquzuncudur. Baş verənlərlə bağlı RIA “Novosti” yazır: “Maraqlıdır ki, keçən ilin sonunda Braziliyanın kartelə qoşulmaqla bağlı OPEC-lə danışıqlara hazır olduğunu söyləyən də məhz o nazir idi. Bundan bir qədər əvvəl, oktyabr ayında Braziliya prezidenti Jair Bolsonaru Səudiyyə Ərəbistanının energetika naziri və OPEC-in de-fakto lideri Şahzadə Abduləziz bin Salmanın qeyri-rəsmi olaraq Braziliyanı təşkilata qoşulmağa çağırdığını açıqlamışdı. Ancaq milli neft-qaz şirkəti Petrobras və bir çox hökumət üzvləri buna qarşı çıxdı. Beləliklə, İqtisadiyyat naziri Paulo Gedes "Braziliyanın strategiyası kartelləri ortadan qaldırmaq, qloballaşan bir iqtisadiyyata inteqrasiya etmək, bütün xalqların rifahını təmin etmək və bir karteldən digərinin əleyhinə istifadə etməməkdir" dedi. Benito Albukerkenin sözlərinə görə, OPEC-lə münasibətlər məsələsi onun iyul ayında Səudiyyə Ərəbistanına səfəri zamanı müzakirə ediləcək.

Hələlik Braziliya neft hasilatını artırır. 2019-cu ildə ölkə hasilat məsələsində artıq rekord səviyyəyə çatdı: gündə üç milyon barreldən çox. Albukerke növbəti onillikdə sutkalıq hasilatın ikiqat artacağını və 2030-cu ilə qədər yeddi milyon barrelə çatacağını vəd edir. “Rystad Energy” analitiklərinin proqnozlarına görə, cari ildə Braziliya “qara qızıl” ixracına gündə 459 min barrel əlavə edəcək.

Braziliyanın OPEC-ə üzv olmaqdan imtina etməsi bütün neft karteli üçün pis xəbərdir. Xüsusilə də OPEC + sazişinə görə hasilatı hər kəsdən daha çox azaldan Səudiyyə Ərəbistanı üçün: 2015-ci ildə gündəlik hasilatı 11 milyon barreldən 9,8 milyona düşürüb.

Ümumilikdə OPEC+ sazişinin iştirakçıları hasilatı gündə 32,4 milyon barreldən 30 milyona endirdi. Nəticədə qiymətləri sabitləşdirmək mümkün oldu, lakin ümumi bazar payı 33,6% -dən 28.5% -ə qədər tarixi minimumuna endi. OPEC bu fonda Amerika şist inqilabının "qədərindən artıq oturacağına" və bumun tükənməsini gözləyəcəyinə, şirkətlərin borcların öhdəsindən gələ bilməyərək istehsalı artırmağı dayandıracağına ümid edirdi. Hesablamalar özünü doğrultdu. ABŞ Energetika Nazirliyinin Enerji Məlumatları İdarəsinin hesabatına görə, 2020-ci ildə ABŞ-da neft hasilatı gündə cəmi 400 min barrel artacaq. Bu, 2017-ci ildən bəri ən zəif artımdır.

Eyni zamanda, şist neft istehsalında əsl fəlakət gözlənilir, çünki bu il müəssisələr 41 milyard dollar dəyərində borcları ödəməli olacaqlar. Bu o deməkdir ki, növbəti aylarda 2015-ci ildən bəri iflas elan etmiş iki yüz neft və qaz şirkətinə daha bir neçəsi də qoşulacaq. İnvestorlar şistdən üz döndəriblər və onlara yeni kredit verməkdən imtina edirlər. Üfüqdə yeni bir təhlükə yaranır - ekoloqlar yeraltı suların zəhərlənməsinə və atmosferə metanın atılmasına son verilməsini tələb edir. Bu vəziyyətdə, dünya bazarındakı mövqeyini qorumaq üçün Səudiyyə Ərəbistanı yalnız Braziliyanı OPEC + sazişinə  qoşulmağa və əlavə qara qızılı bazara çıxarmamağa inandıra bilər. Digər tərəfdən, Braziliyanın bundan istifadə edərək bazarda genişlənmək barədə açıq istəyi kartel iştirakçılarının səbrini daşıra bilər”. Bunlar fonunda gözlənir ki, OPEC+ sazişinin iştirakçılarının birgə səyi Brazilayını da yola gətirəcək. Çünki bu halda neftin qiymətini yüksək həddə saxlamaq mümkün olacaq və bu da, Azərbaycan daxil olmaqla, bütün hasilatçılar üçün məqbuldur.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ