Cümə axşamı günü, 05 noyabr 2026
     

Deputatlıq iddiasına düşənlərin bəziləri namizədliyin təsdiqlənməsi ilə qeydə alınmasının fərqini bilmir, indidən hətta seçicilərlə görüş keçirənlər də var..

Image


Məlum olduğu kimi gələn ilin fevral ayının 9-da Azərbaycanda Milli Məclisə növbəti seçkilər keçiriləcək. Artıq bir sıra partiyalar və müstəqil şəxslər seçkilərdə iştiraklarını təsdiqləyiblər. Ancaq hiss olunur ki, bu prosesdə iddialı olan şəxslər bilərəkdən və ya bilməyərəkdən qanun normalarını pozurlar.

Məsələn onlardan bir çoxları yalnız DSK-ya müraciət edib, namizəd olmaq istədiklərini bəyan etdikləri halda, hələ imza vərəqələrini vermədən özlərini KİV-lərdə və sosial şəbəkələrdə artıq deputatlığa namizəd kimi göstərirlər. Qanunun tələblərinə görə, deputatlığa namizədliyin qeydə alınması üçün bir sıra prosedurlar mövcuddur, yalnız onların hamısını keçəndən sonra, namizədliyin qeydə alınması təsdiqlənir və şəxs namizədliyi qeydiyyata alınmış sayılır. Seçkiqabağı mərhələdə digər bir qanun pozuntusu isə hər hansı bir dairədən deputat olmaq istəyən şəxslərin təbliğat və təşfiqat mərhələsi başlanmadan açıq təbliğatlarının aparılması və həmin görüşlərdə seçicilərə müəyyən vədlərin verilməsi ilə bağlıdır. Bütün bu prosedurların qanunla necə tənzimləndiyinə aydınlıq gətirmək üçün, araşdırma apardıq. Qanun bu hallarda nəyi deyir? Seçki Məcəlləsinin müəyyən etdiyi qaydalara görə, deputat olmaq istəyən şəxs bir neçə mərhələdən keçməlidir.Deputatlığa namizəd olmağın ilkin şərtləri belədir:

Deputatlığa namizədlik vətəndaşın özü, seçicilərin təşəbbüs qrupları, partiyalar və partiyaların blokları tərəfindən irəli sürülə bilərlər.

Özü və ya seçicilərin təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürən şəxs dairə seçki komissiyasına yazılı bildiriş təqdim etməlidir. Seçki Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun olaraq deputat olmaq istəyənə şəxs adı, soyadı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri, məhkumluğu, vətəndaşlığı və başqa dövlətlər qarşısında öhdəliyinə dair məlumatlar, habelə deputat seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilməlidir. Əgər namizəd tərəfindən səlahiyyətli nümayəndə təyin edilibsə, həmin səlahiyyətli nümayəndənin notariat qaydasında təsdiq edilmiş vəkalətnaməsi təqdim edilməlidir. Eyni zamanda, namizədin ərizəsində onun siyasi mənsubiyyətinə dair məlumat vardırsa, bu barədə təsdiqedici sənəd olmalıdır. Seçki Məcəlləsi ilə müəyyən edilmişdir ki, dairə seçki komissiyasına təqdim olunmuş sənədlərin qəbulu barədə namizədə və ya onun səlahiyyətli nümayəndəsinə yazılı arayış verilir, təqdim edilmiş sənədlərə beş gün müddətində baxılaraq, namizədə və ya onun səlahiyyətli nümayəndəsinə namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə qərar təqdim edilir.

Namizədlərin siyasi partiyalar və siyasi partiyaların bloku tərəfindən irəli sürülməsi haqqında qərarı isə siyasi partiya öz nizamnaməsinə uyğun olaraq qəbul edir. Siyasi partiyaların bloku tərəfindən irəli sürülən namizəd bloka daxil olan hər bir siyasi partiya tərəfindən təsdiq edilir və siyasi partiyanın, siyasi partiyalar blokunun bu barədə qərarı protokolla rəsmiləşdirilir.

Deputatlığa namizədlərin irəli sürülməsinin təsdiq edilməsi üçün siyasi partiyalar qeydə alındığı barədə şəhadətnamənin və qüvvədə olan nizamnaməsinin notariat qaydasında təsdiqlənmiş surətlərini, namizədin irəli sürülməsi barədə siyasi partiyanın qurultayının (konfransının, rəhbər orqanının iclasının) qərarını və müvafiq iclasın protokolunu, hər bir namizədin irəli sürülməsi barədə ayrı-ayrılıqda tərtib edilmiş bildirişi, namizədliyi irəli sürülən şəxsin tərcümeyi-halına dair məlumatları, deputat seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilmiş ərizəsini və digər sənədləri təqdim etməlidir.

Namizəd olmaq üçün nə qədər səs toplamaq lazımdır...

Seçki Məcəlləsinə görə namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. Maksimal hədd nəzərdə tutulmayıb.

Seçki qanunvericiliyinə görə, seçici imzalarını 18 yaşına çatmış aktiv seçki hüququ olan vətəndaş toplaya bilər. Dövlət orqanlarının, bələdiyyə qurumlarının, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplamaq ixtiyarı yoxdur.

Minimal 450 səs toplandıqdan sonra lazım olan mühüm sənəd imzaların toplanmasının yekunu haqqında MSK-nın müəyyən etdiyi formada tərtib edilmiş protokoldur. Bu protokol müvafiq səlahiyyətli şəxs tərəfindən 2 nüsxədə tərtib edilir və həmin şəxs tərəfindən təsdiq edilərək müvafiq seçki komissiyasına təqdim edilir. Bu zaman namizəd dairə seçki komissiyasına mülkiyyət hüququ əsasında özünə məxsus olan əmlak barədə, gəlirlərinin miqdarı və mənbələri barədə məlumat təqdim etməlidir.

Bundan başqa namizədin qeydə alınması üçün namizədin ilkin maliyyə hesabatı da təqdim edilməlidir. Seçki prosesləri başlayandan seçkilərin nəticələri elan olunana qədər namizədlər 3 dəfə maliyyə hesabatı verir. Sənədlərin təqdim edilməsi prosesində həmin şəxsin təqdim etdiyi hesabat qanunvericiliklə ilkin maliyyə hesabatı kimi müəyyən edilir və bunun mahiyyəti ondan ibarətdir ki, həmin hesabatda seçici imzaları toplanmasının təşkilinə sərf edilən vəsait haqqında məlumatlar göstərilir. Belə ki, seçki qanunvericiliyinə görə, seçki fondunda toplanmış vəsait təbliğat prosesi başlanana qədər yalnız seçici imzalarının toplanmasının təşkilinə sərf edilə bilər.

Namizəd seçkilərə nə qədər pul xərcləyə bilər?

Namizəd, seçicilərin təşəbbüs qrupu, siyasi partiyalar və siyasi partiyaların blokları dairə seçki komissiyasına bildiriş təqdim etdikdən sonra beş gün müddətində seçki fondunu formalaşdırmaq üçün xüsusi seçki hesabları açmalıdırlar. Seçki Məcəlləsinin 156.1-ci maddəsinin tələbinə görə, hər bir namizədin seçki fondu vəsaitinin yuxarı həddi 500 min manatdan çox ola bilməz.

Seçki komissiyası, imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.

Hər bir namizəd üzrə imza vərəqələrinin yoxlanılmasının nəticələri haqqında işçi qrupunun rəhbəri, müvafiq seçki komissiyasının həlledici səs hüquqlu üzvü tərəfindən protokol tərtib edilir, imzalanır və qərar qəbul olunması üçün seçki komissiyasına təqdim edilir. Protokolun surəti namizədin qeydiyyata alınması məsələsinə baxan seçki komissiyası iclasının başlanmasına azı 24 saat qalmış namizədə təqdim olunur. Bundan sonra, müvafiq seçki komissiyası namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul edir.

Qeydə alınmış namizədlərin siyahısı dairələr üzrə səsvermə gününə azı 20 gün qalmış təsisçiləri dövlət orqanları, təşkilatları, idarələri olan və dövlət büdcəsindən maliyyələşən dövri nəşrlərdə dərc edilir.

Eyni zamanda, qeydə alınmış namizəd səsverməyə azı 10 gün qalmış müvafiq seçki komissiyasına yazılı ərizə verərək namizədliyini geri götürə bilər. Şəxsin namizədlik statusundan imtina edilməsi barədə müraciətinə 1 gün müddətində baxılır.

Həmçinin, siyasi partiya və siyasi partiyaların bloku səsvermə gününə ən geci 10 gün qalmış istənilən vaxt müvafiq dairə seçki komissiyasına yazılı ərizə verərək, birmandatlı seçki dairəsi üzrə irəli sürülmüş namizədini, qeydə alınmış namizədini geri çağıra bilər.

Namizədliyi irəli sürülmüş və qeydə alınmış şəxslər yalnız qanunla müəyyən edilmiş zaman kəsiyində qanunvericiyə uyğun qaydada öz təbliğat və təşviqat işlərini apara bilərlər. Belə işlərin qanunla müəyyən edilmiş zamandan tez və ya gec aparılması qanun pozuntusu sayılır və namizədin qeydiyyatının ləğv edilməsi ilə nəticələnə bilər. Deputat olmaq istəyənlərin əvvəlcə qanunun bu tələblərini öyrənmələri vacibdir.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ