şənbə günü, 07 noyabr 2026
     

Ermənilərin işğal etdikləri Sərsəng su anbarının suyunu başqa istiqamətə axıtmaq layihəsi...

Image


Ermənilər işğal edilmiş ərazilərə açıq investisiya qoyuluşunu, iri layihələrin həyata keçirilməsini davam etdirirlər. Məlum olduğu kimi, Ermənistan bu günlərdə Qarabağa Arazboyu əraziləri birləşdirəcək yeni Qafan-Xocavənd yolunun çəkilişinə başlayacağını elan edib. Bu, Qarabağı Ermənistana birləşdirən üçüncü yol olacaq və Arazboyu işğal edilmiş ərazilərin məskunlaşdırılmasına hesablanıb. Bunun ardınca isə onlar işğal etdikləri Azərbaycan ərazilərində daha bir irimiqyaslı infrastruktur layihəsi başladıblar.

Erməni KİV-nin verdiyi məlumata görə, bu dəfə işğalçılar Matagis kəndini Ağdərə şəhəri ilə birləşdirən su kanalı çəkirlər. Məqsəd həm də işğal edilmiş Ağdam rayonunun əkin sahələrini suvarmaqdır. Layihə barədə qondarma “DQR”in keçmiş “baş naziri”, hazırda “Sərsəng SES”in rəhbəri olan Araik Arutyunyan məlumat verib. O deyib ki, layihə Sərsəng SES-in davamı olacaq. 4 yeni su elektrik stansiyası və 2 kanal tikiləcək, ardınca beşinci SES inşa ediləcək və nəticədə 200 milyon kilovatt saat elektrik enerjisi hasil olunacaq. Habelə 10 min hektar əkin sahəsi suvarılacaq. Layihəyə 100 milyon dollar investisiya qoyulacaq, bu Qarabağda son illərdə həyata keçirilən ən iri layihələrdən biridir.

Arutyunyan deyib ki, su kanalının tikintisi Ağdərə, Ağdam, Xocavənd rayonlarında indiyə qədər susuzluqdan əkilib-becərilməyən əkin sahələrinin suvarılması problemini həll edəcək.

Qeyd edək ki, indiyə qədər ermənilər onsuz da Sərsəng su anbarından Azərbaycanın nəzarətində olan ərazilərə yaz-yay aylarında suyun ötürülməsinə məhdudiyyətlər yaradırdılar, payız-qış aylarında isə artıq suyu anbardan buraxmaqla Tərtər ərazisində subasmaya səbəb olurdular. Azərbaycan dəfələrlə ATƏT və digər beynəlxalq təşkilatlar qarşısında Sərsəng su anbarı ilə bağlı məsələni qaldırıb.

İndi isə belə görünür ki, yeni su kanalının çəkilməsi ilə işğalçılar Azərbaycanın nəzarətində olan ərazilərə gələn suyu daha çox məhdudlaşdıracaqlar. O cümlədən işğal altındakı Ağdamın əkin sahələrini suvarmaya yönəldiləcək və beləliklə də Ağdamda məskunlaşdırma üçün daha geniş imkan yaranacaq.

Çox maraqlıdır ki, bütün bu proseslər dünya birliyi və vasitəçilik missiyasını üzərinə götürən ölkələrin gözü qarşısında baş verir. Ermənilərin işğal faktını açıq sübut edən bu əməllərinə niyə beynəlxalq reaksiya verilmir, bu proseslərin dayandırılması üçün  hansı addımlar atılmalıdır?

  • Hatəm Cabbarlı: “Azərbaycan yeri gəlsə hərbi vasitələrdən istifadə etməklə Ermənistanın bu layihəsini əngəlləməlidir”

Siyasi elmlər doktoru Hatəm Cabbarlı baki-xeber.com-a bildirdi ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktına bölgədə marağı olan böyük dövlətlər  təəssüf ki, barmaqarası baxır: “Bunu başqa cür ifadə etmək mümkün deyil. Bu  biganəlik uzun müddətdir ki, davam edir. Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edildiyi vaxtdan indiyə qədər dünyanın nüvuzlu ölkələri və təşkilatları Ermənistana qarşı heç bir siyasi və iqtisadi embarqo tətbiq etməyiblər. Vəziyyət belə olan təqdirdə, əlbəttə ki, Ermənistan işğalçı siyasətini davam etdirəcək və həmin ərazilərin potensialından maksimum istifadəyə çalışacaq. Erməni  KİV-ində yeni su kanalının tikilməsi barədə informasiyalar gedir. Bu, kanal Ağdam ərazisinin suvarılması və yeni su elektrik stansiyalarının tikilməsi üçün nəzərdə tutulur. Bu barədə, hətta “DQR” rəsmiləri də məlumat verib və layihənin əhəmiyyətini yüksək dəyərləndiriblər. Bu amil həm də Sərsəng su anbarından Azərbaycanın istifadə etmə imkanlarını maksimum məhdudlaşdırır. Xatırlayırsınızsa bir neçə il əvvəl Ermənistan tərəfi Sərsəng su anbarının Azərbaycanla birgə işlətmək məsələsini gündəmə gətirmişdi. İşğalın davam etdiyi zamanda Azərbaycanın belə təklifə müsbət cavab verməsi mümkün deyildi. Ancaq bu gün Ermənistan bütün beynəlxalq hüquqa məhəl qoymadan, işğal etdiyi ərazilərdə abadlaşdırma adı ilə mühüm iqtisadi layihələr həyata keçirir. Verilən məlumatdan görünür ki, layihənin dəyəri 100 milyonla ölçülür. Bu olduqca yüksək bir rəqəmdir. Qondarma rejim və Ermənistanın iqtisadi problem içində çabaladığı bir vaxtda belə bir məbləğin ayrılması olduqca şübhəlidir. Azərbaycan bununla bağlı problemin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupuna, Avropa Şurasına müraciət edib, onlar qarşısında Ermənistanın konkret olaraq bu layihələrin dayandırılması ilə bağlı tələb qoymalıdır. Sözügedən qurumların məsələyə münasibətinin necə olacağından asılı olmayaraq bu addımlar atılmalıdır. Ermənistan layihəni həyata keçirərsə, bu Azərbaycanın həmin əraziyə yaxın rayonlarında ciddi su probleminə gətirib çıxara bilər. Bu, həm də bizə qarşı ekoloji, iqtisadi cinayətdir. Azərbaycan yeri gəlsə hərbi vasitələrdən istifadə etməklə Ermənistanın bu layihəsini əngəlləməlidir”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ