13/11/2019 22:24
728 x 90

Qırğızıstan xüsusi təyinatlıları keçmiş prezident Atambayevi ikinci cəhddə həbs edə bildi - FOTO / YENİLƏNDİ

img

Qırğızıstan xüsusi təyinatlıları ölkənin sabiq prezidenti Almazbek Atambayevin saxlanılması üçün ikinci dəfə əməliyyata başlayıb. Baki-xeber.com xəbər verir ki, əməliyyat bir az əvvəl başlayıb.

Günorta saatlarında təhlükəsizlik qüvvələri, Atambayevi tutmaq üçün paytaxt Bişkekdən cənubda, Çuy bölgəsindəki Koy-Taş kəndindəki evinin qarşısına gəlib.

Şahidlərin sözlərinə görə, dünən gecə girov götürülən 6 xüsusi təyinatlısərbəst buraxılıb və təhlükəsizlik qüvvələri Atambayevin evinin ərazisinə girmək üçün səs qumbaralarından istifadə ediblər.

Sosial mediada yayılan görüntülərdə sabiq prezidentin yüzlərlə tərəfdarı, o cümlədən bir çox qadın, Atambayevin evinin yerləşdiyi ərazidə təhlükəsizlik qüvvələrinə müqavimət göstərir.

Əməliyyatın başlamasından sonra polis Koy-Taş kəndinə aparan bütün yolları bağlayıb.

Bölgədə mobil telefon və internet də kəsilib, Atambayevi dəstəkləyənlərlə onun evinə girmək istəyən etmək xüsusi təyinatlılar aralarında tez-tez qarşıdurmalar baş verir.

Son məlumatlara görə, Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev təhlükəsizlik qüvvələri tərəfindən saxlanıb.

Qeyd edək ki, avqustun 7-də xüsusi təyinatlıların Atambayevin saxlanılması üçün keçirdiyi birinci əməliyyat uğursuz olub. Həmin vaxt Atambayevin tərəfdarları ilə xüsusi təyinatlılar arasında qarşıdurma yaranıb. Məlumatlara görə, xüsusi təyinatlılar sabiq prezidentin tərəfdarlarına qarşı xüsusi vasitələrdən istifadə ediblər. Atambayevin tərəfdarları isə cavab atəşi açıblar. Sabiq prezidentin tərəfdarları isə bildirir ki, xüsusi təyinatlılar əməliyyat zamanı əvvəl rezin güllələrdən, daha sonra isə həqiqi güllələrdən istifadə ediblər. Ancaq qarşıdurmalarda yaralanmalar və bir nəfərin öldürülməsindən sonra əməliyyat yarımçıq dayandırılıb. Keçmiş prezidenti saxlamaq mümkün olmayıb. Bir neçə xüsusi təyinatlı isə əsir düşüb.

Son xəbərlər