şənbə günü, 07 noyabr 2026
     

Qırğızıstanın sabiq prezidentinin iqamətgahında tərəfdarları ilə xüsusi təyinatlılar arasında qanlı toqquşma... Atambayev xüsusi təyinatlılara şəxsən özü atəş açdı - YENİLƏNDİ

Image


Avqustun 7-də Qırğızıstan xüsusi təyinatlıları ölkənin sabiq prezidenti Almazbek Atambayevin saxlanılması üçün paytaxt Bişkekdən 12 km aralıda olan Koy-Taş kəndində yerləşən iqamətgahına basqın edib.

Baki-xeber.com xəbər verir ki, əməliyyat zamanı Atambayevin tərəfdarları ilə xüsusi təyinatlılar arasında qarşıdurma yaranıb. Məlumatlara görə, xüsusi təyinatlılar sabiq prezidentin tərəfdarlarına qarşı xüsusi vasitələrdən istifadə ediblər. Atambayevin tərəfdarları isə cavab atəşi açıblar. Sabiq prezidentin tərəfdarları isə bildirir ki, xüsusi təyinatlılar əməliyyat zamanı əvvəl rezin güllələrdən, daha sonra isə həqiqi güllələrdən istifadə ediblər. Ancaq qarşıdurmalarda yaralanmalar və bir nəfərin öldürülməsindən sonra əməliyyat yarımçıq dayandırılıb. Keçmiş prezidenti saxlamaq mümkün olmayıb. Bir neçə xüsusi təyinatlı da əsir düşüb.

Atambayevin xüsusi əməliyyatda 52 nəfər xəsarət alıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən məlumat verir ki, Səhiyyə Nazirliyi, əməliyyat zamanı bir xüsusi təyinatlının həlak olduğunu bildirib. Bundan başqa, Daxili İşlər Nazirliyinin Çuy vilayəti üzrə idarəsinin rəisi Samat Kurmankulov travma alıb. Hazırda onun komada olduğu bildirilir.

Əməliyyat dayandırıldıqdan sonra Koy-Taş kəndindəki evindən telefonla xalqa müraciət edən Atambayev onu dəstəkləyənlərə təşəkkür edib. O, polisə yazılı bir ifadə vermək istəyini deyib: “Sizə böyük bir acı ilə müraciət edirəm. Hökumət konstitusiyanı pozaraq məni saxlamaq istədi. Məni susdurmaq istədi. Axşam saatlarında silahlarla gəldilər. Öncə rezin güllələrdən, sonra isə əsl güllələrdən istifadə etdilər. Çox təəssüflənirəm və utanıram. Atambayev terrorçu deyil. Məni dəstəkləməyə gələn vətəndaşlar terrorçu deyil. İqtidar öz xalqına qarşı silahdan istifadə etdi.

İqtidara səslənirəm - dayanın».

Qırğızıstanın Baş Prokurorluğu "Kütləvi iğtişaşlar" və "Xuliqanlıq" maddələri üzrə cinayət işi açıb.

Sputnik Qırğızıstan xəbər verir ki, ölkə prezidenti Sooronbay Jeenbekov Təhlükəsizlik Şurasının bu səhər keçirilmiş iclasında bildirib ki, Atambayev qanun çərçivəsində aparılan istintaq tədbirlərinə sərt silahlı müqavimət göstərməklə, Qırğızıstan Konstitusiyasını və qanunlarını kobud şəkildə pozub. Təhlükəsizlik Şurası son hadisələrlə bağlı qərar da qəbul edib. Lakin qərarın mətni açıqlanmır.

Bu arada, Atambayev onun Koy-Taş kəndində yerləşən iqamətgahına xüsusi təyinatlılar tərəfindən hazırlanmış əməliyyat zamanı tərəfdarlarının girov götürdüyü şəxsləri azad edəcəklərini bildirib. Sabiq prezident artıq onların bəzilərinin azad edildiyini qeyd edib. A.Atambayev deyib: "Onlar da kiminsə övladlarıdır, biz başa düşürük. Biz onları mütləq buraxacağıq. Əksəriyyətini artıq dünən sərbəst buraxmışıq".

Almazbek Atambayev, həmçinin xüsusi təyinatlılara şəxsən atəş açdığını və tərəfdarlarında silah olmadığını bildirib: “Mənim ətrafımdakı insanların silahı yox idi, ona görə də şəxsən özüm atəş açmalı oldum”.

A.Atambayev insanları hədəf almadığını deyib və saxlanan xüsusi əməliyyatçıların azad olumasında kömək göstərməyə hazır olduğunu vurğulayıb.

Ölkə parlamentinin bu gün çağırılmış növbədənkənar iclasında isə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Orozbek Opumbayev istefa verməyə hazır olduğunu bildirib. O.Opumbayev bildirib ki, Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin saxlanması üçün təşkil edilmiş əməliyyatın uğursuz olması onun səhvidir. Ölkə prezidenti Sooronbay Jeenbekov isə O.Opumbayevin istefa qərarını qəbul etmək niyyətində olmadığını deyib.

Eyni zamanda A.Atambayevin tərəfdarları əməliyyat zamanı ələ keçirilmiş yaralı xüsusi təyinatlıların buraxıldığını bildirib. Qeyd olunur ki, 6 xüsusi təyinatlı tibbi müayinədən keçirildikdən sonra hökumətə təhvil verilib.

Qeyd edək ki, iyunun 20-də Qırğızıstan parlamenti sabiq prezidentə qarşı irəli sürülmüş ittihamların siyahısını prokurorluq orqanlarına təqdim edib. Siyahı deputatlardan ibarət xüsusi komissiya tərəfindən yaradılıb.

Atambayev paytaxt Bişkekin istilik elektrik mərkəzinin təkmilləşdirilməsi zamanı korrupsiya, mütəşəkkil cinayət dəstəsinin başçısı Əziz Batukayevin saxta tibbi arayışla azadlığa buraxılması və digər qanundankənar fəaliyyətdə günahlandırılır. Atambayevin bu cinayətlərdə əlinin olduğu aşkar olunarsa, o, ömürlük həbs oluna bilər.

Sabiq prezident bu ittihamları "absurd" adlandırıb və xalq qarşısında təmiz olduğunu bildirib.

Almazbek Atambayev 2011-ci ildən 2017-ci ilədək Qırğızıstanın prezidenti olub.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ