“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Manqistau” raket-artilleriya gəmisi iyulun 30-da Bakıya gəlib.
Bu barədə baki-xeber.com-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Bundan başqa, İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri də iyulun 30-da Bakıya gəliblər.