şənbə günü, 07 noyabr 2026
     

“Şəhidlərə müqəddəs məkan, qazilərə Vətən olan - Azərbaycan”... və yaxud Acıdərə döyüşlərinin tale yazısı...

Image


“Türklə mübarizədə keçirmədiyim vaxt tarix deyil”
(Zəngəzur qəzasında azərbaycanlılara qarşı törədilən soyqırım faciəsinin cəlladı - Qaregin Nijde, 1886-1956).

 

1918-ci ilin mart-aprel aylarında Bakı quberniyasının qəzalarında yerli müsəlman-türk əhalisinə  erməni-rus nizami, silahlı quldur dəstələrinin yaşatdıqları qətliam-soyqırım faciələrinin miqyası Azərbaycan dövlətinin bütün sərhədlərini əhatə etdiyindən, xilaskar kimi göydə Allah, yerdə Osmanlı Türkiyəsinin 5-ci Qafqaz İslam Ordusunun (Nuru paşanın başçılığı ilə) və IV Ordusunun (Musa Qarabəkir paşa başda olmaqla) əsgər və zabit heyəti olub. 
Beləcə, həmin ilin artıq iyun ayından başlayaraq ölkəmizin bütün qəzalarında mənfur birləşmiş düşmən qüvvələrinə qarşı Azərbaycan Milli Ordusunun, yerli özünümüdafiə dəstələrinin, ayrı-ayrı igid el  qəhrəmanlarının (adları indi  geniş ictimaiyyətə bəlli olmayan) qüvvəsi ilə yanaşı, Osmanlı Türk ordusunun peşəkar bölmələri də layiqli müqavimət göstərərək onları geri oturtmağa nail olub, sonda isə bütünlüklə məhv edə bilib. Bu cür qanlı-faciəvi açıq səngər savaşlarından biri Şamaxı qəzasında, “Acı dərə” adlanan yerdə baş verib və tarixin bu olayı bir igid türk qazisinin sonrakı həyatına işıq tutub, onun ağrılı-acılı və fərəhli taleyini bu müqəddəs döyüşün getdiyi yerlərə bağlayıb. Söhbət 5-ci Qafqaz İslam Ordusunun zabiti Camal Əfəndi Abdulla oğlu Hüseyndən (1895-1974) gedir. Bu Qazi əslən Səudiyyə Ərəbistanından olsa da, Fələstinin Qəzza şəhərində doğulub, sonra isə Türkiyənin İzmir şəhərində ali hərbi məktəbdə oxuyaraq, zabit kimi Osmanlı ordusunun tərkibində I Dünya müharibəsinin iştirakçısı olub, hərbi xidmətdə ikən Qafqaz cəbhəsində düşmən qüvvələrinin dindaşlarına qarşı törətdiyi soyqırıma sinə gərmək amacı ilə Vətənimizdə müqəddəs savaşlarını davam etdirib. Şamaxı qəzasının “Acıdərə” döyüş meydanında yaralansa da, yürüşünü Bakı şəhərinədək  davam etdirib.
Müəyyən müddət paytaxtda qaldıqdan sonra Quba qəzasında ictimai sabitliyin və asyişin təmin edilməsi məqsədilə mayor rütbəsində bu qəzada işləyib və orada 1921-ci ildə Fatimə adlı xanımla ailə qurub, bu nigahdan Lətafət (1922-1973) dünyaya gəlib. Cavan həyat yoldaşı vəfat etdikdən sonra Camal Əfəndi Şamaxı qəzasına dəyişilib və ömrünü-fəaliyyətini birdəfəlik bu bölgəyə bağlayıb. Şamaxı Qəza Komitəsində işlədiyi dövrdə və sonrakı illərdə həm də dini-irfani dünyagörüşünə, iman əhli mənsubluğuna rəğmən elin-obanın məclislərində iştirak edib, böyük hörmət, nüfuz sahibi olub, mahalın sayılıb-seçilən insanları ilə oturub-durub, dostluq edib. Əski çağlarda Gəmüstü, sonralar Stalinkənd, axırda Nərimankənd adlanlan kənddə el şairi aşıq  Qara Hacı Yusif oğlu  (1852-1936), Ilanli kəndinin ağsaqqalı Bəyalı bəy Ağalar bəy oğli (1904-1993) ilə səmimi münasibətləri olub. Bu dostluğu onun ikinci dəfə ailə qurması ilə nəticələnib, aşıq Qaranın qızı Gülnisə xanımla (1902-1938) evlənib, onun uşaqlarına (Zəhra və Məhəmməd Səid) atalıq edib, onların tərbiyəsi ilə məşğul olub. Gülnisə vəfat etdikdə isə 3-cü dəfə nahiyənin Nabur kəndindən olan Gülüstanla (1904-1980) evlənir, bu izdivacdan iki qızı dünyaya gəlir, Həcər və Zərifə adında. 
İstəkli həyat yoldaşı Gülnisənin vəsiyyətinə görə Camal əfəndi doğma qızı Lətafəti atalıq etdiyi Məhəmməd ( Əzizov Məhəmməd Səid oğlu Sosialist Əməyi Qəhrəmanı olub, uzun müddət  Şamaxı rayonu, Dərəkənd kəndini əhatə edən E.Telman adına kolxozun sədri işləyib) verir, onları evləndirir, onların da on uşağı olub (6 oğlan, 4 qız). 
Nurani görünüşə və ağayana yerişə sahib olan Camal Əfəndi bir türk qazisi kimi hay-rus düşmənlərimizin siyahısında olduğundan, 1947-ci ildə Sibirə sürgün edilir, 9 il ərzində ağır, dözülməz çətinliklərə düçar olur, həm özü, həm də ailəsi. 1956-ci ildə sürgündən qayıtdıqdan sonra sadə və qürurlu həyatını davam etdirir. 
... Camal Əfəndinin  tərkibində olduğu dəstələrdən biri  Pirsaat çayını keçib üzü Bakı istiqamətinə gəlirmiş. Gəmüstü kəndinin iki sakni də  bu hadisələrin şahidi olub, onlar iki dəvə yükü ilə gələndə çaya çatmayan yerdə bunlarla rastlaşırlar. Atlı-süvari və piyada gəlib ordan keçən türk əsgərlərinin biri aradan bir az keçmiş geri qayıdır, dəvə yiyələrindən soruşur ki, tüfəngimin nizəsi düşüb onu axtarıram, görməmisiz? (Çünki onlar bu yoldan keçib getmişdilər.) Deyiblər ki, yox. Onda əsgər yerdə bir dairə çəkir, əlini qoyur dairənin içərisinə və yolçulara deyir ki, əgər görməmisinizsə onda əlinizi qoyun əlimin üstünə və and için. Əsgər necə buyurursa, yolçular da o cür edir, amma... onlar yalandan and içir, çünki onlardan biri həmin nizəni yoldan tapıb, dəvənin yük yerinə bərkitmişdi. 
Əsgər geri qayıdıb, dəstəsinə qoşularaq ərazidən uzaqlaşır. Yoluçular nəhayət, gəlib çaya çatırlar, suyu keçmək üçün dəvələrə minməli olurlar. Dəvələri çayın elə yerində yatırdırlar ki, üstünə minə bilsinlər. Yolçulardan biri minir, o biri minəndə necə olursa, yükə bənd edilımiş nizə onun  qarnına batır, yaralayır. Sonra o cüzi yaranı nə qədər müalicə edirlərsə, sağalmır ki, sağalmır və bir neçə aydan sonra günaha batmış yolçu dünyasını dəyişir... 
Camal Əfəndi cümə namazlarını “Diri Baba türbəsi”ndə qılardı, irfani məclislərdə hikmətli söhbətlər edərdi, o, ərəb, rus və türk dillərini mükəmməl bilirdi. 
1969-1970-ci illərdə Səudiyyə Ərəbistanından  Moskva şəhərinə gələn nümayəndə heyətinin üzvü Əbdül Xaliq əmisi Camal Əfəndi ilə görüşmək üçün Bakı şəhərinə gəlir, həyat yoldaşı ilə qazinin nəvəsi Rəfiqə Məhəmməd qızının (1938-2018) evində uzun illərdən sonra doğmalar bir araya gəlir. Həmin görüşün ən təsirli məqamı Camal Əfəndinin gəncliyində ayrıldığı istəkli xanımının ağsaçlı, bəyaz görünüşlü şəklini görməsi olur... Bu görüşdən sonra onu gözləyən xanımı ilə görüşmək istəyi ilə neçə dəfə rəsmi qaydada icazə istəsə də, buna imkan verilmir... 
Camal Əfəndi 1974-cü ildə dünyasını dəyişib və Nərimankənd kənd qəbirstanlığında dəfn edilib. 
(Yazının hazırlanmasında Hacıqabul rayonu, Qızılburun kənd sakini Hacı Məmmədfərrux Əbdülvahid oğlu Muradovun (1948) və Qobustan şəhər sakini Gülağa Səfər oğlu Abbasovun (1951) məlumatlarından istifadə olunub).
Qismət YUNUSOĞLU
Bakı Dövlət Universitetinin müəllimi 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ