Cümə axşamı günü, 08 oktyabr 2026
     

Siyasiləşmə və saxtakarlıq “Avroviziya” müsabiqəsinin imicini məhv etdi - İsrail son mərhələ ola bilər

Image


“Ölkələrin bir-birinə səs verməsi heç bir mədəniyyət kriteriyalarına, incəsənət dəyərlərinə əsaslanmır, yalnız siyasi meyarlara söykənir”

 

Geridə buraxdığımız həftə “Avroviziya-2019” mahnı müsabiqəsinin qalmaqalları, həyəcanları ilə yadda qaldı. Azərbaycan təmsilçisinin də qatıldığı və gerçək favoritinə çevrildiyi bu müsabiqədə bir sıra xoşagəlməzliklər yaşandı ki, bu, ölkəmizdən də yan keçmədi.

Ümumiyyətlə, beynəlxalq əhəmiyyətli “Avroviziya” mahnı müsabiqəsinin mədəniyyət hadisəsindən daha çox siyasi məna daşıyan bir yarışma olduğu dəfələrlə qeyd edilib. Türkiyənin bu yarışa qatılmaqdan imtina etməsinin səbəbi də konkret olaraq “Avroviziya”nın siyasiləşməsi göstərilir. Hətta Türkiyənin dövlət rəsmiləri dəfələrlə vurğulayıblar ki, “Avroviziya” mahnı müsabiqəsi siyasiləşib.

“Avroviziya” mahnı müsabiqələrinin bir çoxunda həm iştirakçı ölkələr, həm də sadə tamaşaçılar bu halın dəfələrlə şahidi olublar. İsrailin Təl-Əviv şəhərində keçirilən “Avroviziya-2019” mahnı müsabiqəsində də analoji proses baş verib.

Yarışmada ayrı-ayrı dövlətlərə qarşı sərgilənən münasibət, qəbul edilən ədalətsiz qərarlar dediklərimizi bir daha sübut edir. Müsabiqənin gedişində ilk ədalətsizlik Azərbaycanın ərazi bütövlüyünə qarşı edildi, təmsilçimiz Çingiz Mustafayev ifa edərkən monitorda Azərbaycanın xəritəsi təqdim edildi və xəritədə Naxçıvan və Dağlıq Qarabağ göstərilmədi. Əlbəttə, bu bir erməni oyunu idi və onlara havadarlıq edən dövlətlərin dəstəyilə bizə qarşı bu təxribat həyata keçirildi. Bu müsabiqənin siyasiləşdiyini önə çəkən digər məqamlardan biri də yarışmada çıxış edən İslandiya təmsilçilərinin ifası zamanı Fələstin bayrağının monitorda görünməsi idi. Bu kimi halların sözügedən müsabiqədə dəfələrlə təkrarlanması onu göstərir ki, bu müsabiqə siyasi qüvvələrin əlində oyuncaqdır və onlar necə istəsələr, müsabiqə o şəkildə keçirilir. Təbii ki, 2012-ci ildə Azərbaycanın evsahibliyi ilə keçirilən “Avroviziya” müsabiqəsində hansısa qüvvəllərin çirkin niyyətlərinin həyata keçirilməsinə imkan verilmədi. Amma bəzi dövlətlər evsahibliyi edərkən bu kimi xoşagəlməzliklərin baş verməsinə şərait yaradırlar. Bu gün həmin yarışmada yaşanan xoşagəlməz olaylardan biri də indi üzə çıxıb. Belə ki, açıq şəkildə səslərin saxtalaşdırıldığı aydın olub. Bu da “Avrovizya” beynəlxalq mahnı müsabiqəsinin təşkilatçılarının tamaşaçı səslərinin nəticələrini yenidən hesablaması ilə bağlıdır. Bu barədə Avropa Yayım Birliyinin (EBC) bəyanatında bildirilir. Qeyd edilənə görə, bəzi xallar düzgün hesablanmayıb. Səslərin hesablanmasında insan səhvi olub ki, bu da qeyri-dəqiq orta nəticəyə gətirib çıxarıb.

Səslərin yenidən hesablanması nəticəsində ilk üçlükdə dəyişiklik baş verməyib. Əvəzində beş və altıncı yerləri tutan Norveç və İsveç ifaçıları yerlərini dəyişiblər, həmçinin, Şimali Makedoniya 7-ci yeri tutan Azərbaycanı, Belarus isə Almaniyanı geridə qoyub. Əvvəlki nəticələrə görə, yarışmada 7-ci yeri təmsilçimiz tutsa da, yenidən hesablamaya görə, o, 8-ci yerdə qərarlaşıb. Əlbəttə, bu da onu göstərir ki, yerlərin bu şəkildə dəyişdirilməsi də bir siyasətdir. Çingizə qarşı edilənlər də onu deməyə əsas verir ki, Avropa Birliyi dövlətləri Azərbaycana, eləcə də başqa ölkələrə qarşı ikili standartlarla yanaşırlar.

  • “Burada da müxtəlif dövlətlərə qarşı ikili standartlarla yanaşma var”

Bu yarışmanın kifayət qədər siyasiləşdiyini deyən Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, 1956-cı ildən üzü bu yana bu yarışmada mədəniyyət deyil, siyasət, böyük dövlətlərin, qurumların maraqları əsas götürülüb. “Dünyada siyasiləşməmiş bir şeyə rast gəlmək mümkün deyil, bu mənada, dünya çapında keçirilən  “Avroviziya” yarışması da istisna deyil. “Avroviziya” yarışması keçirilən ildən indiyə qədər siyasi məqsədlərə xidmət edib. “Avroviziya” 1956-cı ildən bu günə kimi siyasi müstəvidə təqdim edilən bir şoudur. Bu yarışma sənət göstərən tamaşa deyil. Bu yarışmanın ana xəttini, əsas hədəfini siyasət, siyasi məqsədlər, müxtəlif dövlətlərin maraqlarının təmin olunması təşkil edir. Burada da müxtəlif dövlətlərə qarşı ikili standartlarla yanaşma var.  Bu il də “Avroviziya”da bu kimi halların baş verməsi, siyasi oyunların, maraqların ortaya qoyulması hallarına rast gəlindi və bu da həmin müsabiqənin gerçək mahiyyətinə xasdır. Bilirsiniz ki, bəzən bəzi ölkələrin yarışmada liderliyi ələ almasında maddi vəsait, bəzən siyasi təpkilər, siyasi rəğbət böyük rol oynayır. Müsabiqə iştirakçıları olan ifaçılar isə ancaq bu oyunun oyunçularıdır, bir frazaya görə, “kiçik peşkaları”dır, qalan hamısı siyasətdir. Ölkələrin bir-birinə səs verməsi heç bir mədəniyyət kriteriyalarına, incəsənət dəyərlərinə əsaslanmır, yalnız siyasi meyarlara söykənir. Ona görə də analoji hallar baş verir”.

B.Vəziroğlunun sözlərinə görə, Türkiyənin də bu yarışmadan uzaqlaşması elə bu amilə görə olub. Şair bildirdi ki, yarışmada baş verən siyasi oyunlar, onun siyasi alətə çevrilməsi başqa dövlətlərin də “Avroviziya”dan qopmasına səbəb ola bilər. “Çünki əvvəlcədən məğlubiyyətin qoxusunu hiss edən dövlətlər, eləcə də iqtisadi cəhətdən zəif olan kasıb ölkələr geri çəkilirlər. Görürsünüz ki, sənət burada neçənci yerdə gəlir... Birinci siyasi motivlər, maddi dividendlər, ölkələrin bir-birinə münasibəti gəlir. Bizim səs gözlədiyimiz, umduğumuz ölkələr vardı ki, onlar bizə heç xal vermədilər, bəziləri isə çox az xal verdilər. Amma birdən-birə Rusiya bizə ən yüksək xal verdi. Mən həmişə deyirəm ki, Rusiya belə kritik məqamlarda öz strateji partnyorlarına arxa çevirmir. Amma o biri ölkələr bizi təəccübləndirdilər. Mən uzun illər siyasətin içində olan bir şəxs kimi heç nəyə təəccüblənmirəm. Ona görə də biz heç final turuna keçə bilməsək də, təəccüblənməzdim. Halbuki, bizim Çingiz bu müsabiqədə iştirak edənlərin 90 faizindən bir baş yuxarı idi. Ancaq bunlar əsas sayılmır, istedad, mükəmməl ifa, gözəl performans, sənət dəyərləri “Avroviziya” mahnı müsabiqəsində rol oynamır, tamamilə siyasi ölçülər əsasında qaliblər müəyyənləşdirilir, ölkələrə rəğbət göstərilir, iştirakçılara münasibət sərgilənir. Sevinirik ki, neçənci yer qazanmasından asılı olmayaraq, Çingiz çox parlaq çıxış nümayiş etdirdi. O yarışmanı öz siyasi məqsədləri üçün istifadə edənlər də gördülər ki, Çingiz yaxşı çıxış etdi, sadəcə, siyasi oyunlar başqa şeylər tələb etdiyi üçün, bunu etiraf etmədilər. Gerçəklik bundan ibarətdir ki, “Avroviziya” siyasi məqsədlərin həyata keçirilməsi üçün istifadə edilən bir meydandır” - deyə B.Vəziroğlu bildirdi.

İradə SARIYEVA 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ