çərşənbə günü, 11 noyabr 2026
     

Yunus Oğuz: “Gəncə hadisələri prezident seçkilərinə hesablanmışdı” - MÜSAHİBƏ

Image


Azərbaycan yenə hədəfdədir. Zaman-zaman ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağa, bununla “ərəb baharı”, Suriya ssenarisini Azərbaycana gətirməyə çalışan xarici qüvvələr və onların daxildəki əlaltıları yenə iş başındadırlar. Son həftələr ərzində ölkədə bir-birinin ardınca baş verən təxribat xarakterli əməllər, Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş qəza, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı edilən silahlı hücum və ən son sözügedən şəhərdə iki polis zabitimizin qətlə yetirilməsi onu deməyə əsas verir ki, bütün bunlar Azərbaycanda mövcud ictimai-siyasi sabitliyi pozmağa, bununla da ölkədə xaos, anarxiya yaratmağa yönəlmiş cəhdlərdir.

Sevindirici hal ondan ibarətdir ki, Azərbaycan cəmiyyəti ölkədə xaos, anarxiya yaratmağa hesablanmış bütün bu cəhdləri qəbul etmir, onu dəstəkləmir. Azərbaycan xalqı hər zaman olduğu kimi indiki situasiyada da dövlətin, dövlətçiliyin yanında yer alır. Elə yazıçı-publisist, “OLAYLAR” İnformasiya Agentliyi və eyniadlı qəzetin baş redaktoru Yunus Oğuz da bu qənaətdədir. Yunus Oğuz bu günlər ölkədə, xüsusilə Gəncə şəhərində baş verən hadisələrə toxunaraq cərəyan edən proseslərin heç də təsadüfi olmadığını diqqətə çatdırıb. Həmçinin baş redaktor bir sıra mətləblərə də toxunub.

- Yunus bəy, son günlər ölkədə mövcud ictimai-siyasi sabitliyi pozmağa cəhdlər edilir. Bir neçə gün əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı silahlı hücum oldu. Ötən gün isə Gəncədə ictimai asayişi qoruyan iki polis zabitimiz qətlə yetirildi. Sizcə, bütün bunlar bir təsadüfdür, yoxsa Azərbaycana qarşı hazırlanmış növbəti ssenaridir?

- Əslində bu düşünülmüş bir hadisədir. Əgər prezident seçkilərinin vaxtı irəli çəkilib apreldə keçirilməsəydi, bütün bunlar baş verəcəkdi. Görünür, Cənab Prezidentdə kifayət qədər faktlar varmış ki, seçkilər vaxtından əvvəl keçirilməsə ölkədə hansı təxribatlar həyata keçiriləcək. Fikir verin, əvvəlcə Mingəçevir İstilik Elektrik Stansiyasında partlayış baş verir. Yaxud partladılır. Hələlik bu müəyyən edilməyib. Ardınca Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına silahlı hücum olur. Sonra isə şəhərdə aksiya keçirilir və iki polis zabitimiz qətlə yetirilir. Yəni bütün bunlar prezident seçkiləri ərəfəsində hesablanmışdı. Ancaq seçkilərin irəli çəkilməsi baş verən hadisələri ertələdi. Əvvəlcədən müəyyən tədbirlərin görülüb seçkilərin keçirilməsi bu qüvvələrin planlarını pozdu. Çünki bütün proseslər prezident seçkilərinə hesablanmışdı.

- Deməli baş verən hadisələrdə xarici qüvvələrin də rolu var?

- Təbii ki. Burada xarici qüvvələrin də əli var. Eyni zamanda daxildə də bəzi şəxslərin və qrupların bu hadisələrdə marağı var. Həmçinin xaricdə oturub Azərbaycanın əleyhinə iş aparanlar, qrant alaraq ölkəmizə qarşı çıxanlar da bu proseslərdə maraqlıdırlar.  Bu hadisələrin baş vermə zamanı da kifayət qədər diqqət çəkir. Belə ki, TAP və TANAP-ın özülü qoyulur, Azərbaycan Ordusunun yaranmasının 100 illiyi möhtəşəm şəkildə qeyd edilir. Eyni zamanda qaz ehtiyatlarının xarici bazarlara çıxarılmasında aparıcı mövqeyə sahib olan ölkəyə çevrilir. Bu zaman da Azərbaycanın inkişafını istəməyən qüvvələr ölkədə xaos, anarxiya yaratmaq istəyir, dövlətimizi Tunis, Suriya, Liviyaya çevirməyi hədəfləyirlər.  Yəni bütün bunlar qabaqcadan düşünülmüş, planlaşdırılmış hadisələrdir.  Bu hadisələr Gəncə yox, başqa bir şəhərdə baş verə bilərdi. Tamamilə mümkün idi. Amma ssenari Gəncə üçün qurulmuşdu. Guya bu da dinlə bağlıdır. Əslində burda heç bir din amili yoxdur. Sadəcə 150-200 nəfər kəsici-deşici alətlərlə küçələrə çıxaraq polisə hücum edib və iki polis zabitimizi qətlə yetiriblər. Bunların əsas məqsədi ölkədə xaos yaratmaq idi. Ancaq cəmiyyətimiz hər zaman olduğu kimi bu dəfə də dövlətimizin yanında oldu və onu müdafiə etdi. Ölkədə xaos, anarxiya yaratmaq istəyənlərə fürsət vermədi, onlara dəstək nümayiş etdirmədi.

- Bu günlərdə Əlikram Hümbətov da sosial şəbəkə üzərindən müraciət edərək Gəncədə dövlətçilik əleyhinə çıxanlara dəstək nümayiş etdirdi. Bu amilin özü də baş verən hadisələrdə xarici faktorun olduğunu deməyə əsas vermirmi?

- Mən də sosial şəbəkədə həmin müraciətlə tanış oldum və gəldiyim nəticə ondan ibarətdir ki, deməli, ilanın quyruğu görünür. Yəni, Azərbaycana qarşı qurulan oyun haradan qaynaqlanır, harada hazırlanır. Əslində bu ssenari bir neçə ölkədə hazırlanır. Məqsəd də Azərbaycana zərbə vurmaq, onu inkişafdan saxlamaqdır. Məlumdur ki, gələn ilin əvvəlindən Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə artıq sərnişin daşınmasına da start veriləcək. Paralel olaraq oradan Naxçıvana da dəmir yolu xətti çəkilməlidir. Bundan başqa İranla Cənub dəhlizi açılıb. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın inkişafını istəməyən qüvvələri bütün bunlar ciddi şəkildə narahat edir və bu yolla ölkəmizi zəiflətməyə çalışırlar. Ona görə də hər birimiz dövlətimizin yanında olmalı, onu xaos, anarxiyadan qorumalıyıq.

- Qeyd etdiniz ki, bu hadisələr Gəncədə deyil, bir başqa regionda da baş verə bilərdi. Bu arada Əlikram Hümbətovun da məsələyə münasibəti onu deməyə əsas verirmi ki, digər regionlarla bağlı da məlum plan hazırlanıb?

- Deməyim odur ki, bu hadisə Gəncədə də baş verməsə, istənilən bir regionda ola bilərdi. Çünki artıq qərar verilmişdi və bu plan hazır idi. Qeyd etdiyim kimi əslində bütün bunlar bu ilin oktyabr ayında keçirilməli olan prezident seçkilərinə hesablanmışdı. Qərar verilmişdi, hazırlıq işləri həyata keçirilirdi. Elə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına silahlı hücum edən Yunis Səfərov 8 ay Qumda olub, Suriyada təlim keçib. Bunlar dünənin işi deyil. Bir neçə il əvvəldən hazırlaşıblar ki, oktyabr ayında keçiriləcək prezident seçkiləri ərəfəsində xaos, anarxiya yaratsınlar. Bununla da dövlətimizə böyük zərbə dəysin. Bir daha qeyd edim ki, Gəncədə də olmasa, bu bir başqa regionda baş verəsi idi. Çünki planlı şəkildə ssenari hazırlanmışdı. Hətta gəncəlilər şəhərdə indiyə qədər rastlaşmadıqları, tanımadıqları insanları gördüklərini bildiriblər. Bütün bunların hamısı araşdırılmalı və günahkarlar da cəzasına çatmalıdır.

- Yunus bəy, zaman-zaman bu cür ssenarilər baş verib və sevindirici haldır ki. həmin məkrli planların qarşısı qətiyyətlə alınıb. Sizcə, hüquq-mühafizə orqanları bu dəfə də dövlətçiliyi hədəf seçənləri zərərsizləşdirməyə nail olacaqlarmı?

- Əlbəttə, buna heç bir şübhə olmamalıdır. Çünki bu gün Azərbaycan dövləti çox güclü, qüdrətlidir. Hüquq-mühafizə orqanlarımız istənilən qeyri-qanuni addımların qarşısını alacaq, cəmiyyətimizdə sabitliyi, ictimai asayişi bərpa edəcək. İstənilən təxribat, sabitliyi pozmağa yönəlik cəhdin qarşısı qətiyyətlə alınmalıdır. Azərbaycanda xaos, anarxiya yaratmaq olmaz. Həmin xoşagəlməz prosesləri, anarxiyanı 90-cı illərdə görmüşük. Məhz həmin xaos, anarxiya nəticəsində nə qədər torpağımızı itirdik. Bu gün elə  bir situasiya yetişib ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində bizim üçün fürsət yaranıb və addım-addım irəliləyərək torpaqlarımızı işğaldan azad edirik. Görünür bu da kimlərisə narahat edir, Azərbaycanın öz torpaqlarını azad etməsini istəmirlər. Rusiyalı diplomatlar Azərbaycana gəlir və Cocuq Mərcanlıya gedərək orada açıq şəkildə bəyan edirlər ki, Qarabağ Azərbaycanın ərazisidir. Artıq bu istiqamətdə iş gedir və bunu da istəməyən qüvvələr belə cəhdlər edir, təxribatlar törədirlər. Aprel ayında keçirilən prezident seçkiləri ərəfəsində buna edə bilmədilər. Çünki həmin ərəfədə təxribat ssenarisi hazır deyildi və oktyabr üçün plan qurulmuşdu. Ona görə də indi hərəkətə keçiblər. Bir sözlə ölkədə ictimai-siyasi sabitliyi pozmaqla həm Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq, həm ölkəmizə investisiya qoyuluşunun qarşısını almaq, həm də xarici turistlərin Azərbaycana səfər etməsinə maneçilik törətmək istəyirlər.  Bir sözlə Azərbaycanı zəiflədib öz bildikləri kimi idarə etmək niyyətləri güdülür. Sevindirici haldır ki, Azərbaycan dövləti bunu qarşısını sərt şəkildə aldı. Düşünürəm ki, hələ həbslər davam edəcək.

- Hazırkı situasiyada siyasi partiyalar və ictimai təşkilatlar hansı mövqedən çıxış etməlidir?

- Yalnız dövlətin qorunmasından söhbət gedə bilər. Burada ikinci bir variant yoxdur. Düzdür, müəyyən qüvvələr Azərbaycanda anarxiya yaranmasını və bundan da öz xeyirlərinə istifadə etmələrini istəyirlər. Onların da kimlər olduğunu hər kəs bilir. Xaos yaranmasını istəməyən, Azərbaycanın güclü, qüdrətli olmasını istəyən hər bir şəxs, təşkilat, siyasi partiya dövlətin yanında olmalıdır. Dövlət də öz növbəsində bu kimi hadisələrin qarşısını sərt şəkildə almalıdır. Necə ki, siyasi partiyalar aksiya keçirmək istəyir və bunu müraciət əsasında həyata keçirirlər, eynilə dindarlar da müraciət edib rəsmi icazə aldıqdan sonra aksiya keçirib öz sözlərini deyə bilərlər. Ancaq ölkədə anarxiya, xaos yaratmaq olmaz. Onu da qeyd edim ki, bu hadisələr ərəfəsində Tale Bağırzadənin adının da tez-tez hallandırılması bir çox məqamlara diqqət çəkməyi labüd edir. Yəni bu plan hardan hazırlanır, haradan qaynaqlanır.

“Olaylar”



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ