çərşənbə günü, 11 noyabr 2026
     

Şəhidlərə müqəddəs məkan, qazilərə Vətən olan Azərbaycan...

Image


1918-1920-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və mövcudluğu mənfur və məkrli düşmənilirimiz olan rus-ingilis və hay-daşnak quldurlarının xalqımıza qarşı yeni silahlı hücumların, qanlı qırğınların, kütləvi qətliamların törədilməsinə səbəb olub. Məqsəd xalqımıza qarşı soyqırım siyasəti yürütməklə dövlətçiliyimizin məhvinə birdəfəlik zəmin yaratmaq id Təsadüfi deyil ki, bu məqsədlə başlıca hədəf kimi Bakı şəhəri seçilib.

Bu qanlı ictimai-siyasi və sosial ümumazərbaycan faciəsinin qarşısının alınmasında milli vətənpərvər bütöv Vətən ailəsindən olan görkəmli siyasi, ictimai, hərbi və işıqlı xadimlərimizlə yanaşı, qardaş Türkiyənin (o dövrdə Osmanlı imperiyasının) 1-ci və 5-ci Qafqaz İslam Ordularının zabit-əsgər heyətinin də əməyi qədirbilənliklə yad edilir. Onlar əziz canlarını özlərinə qanbir, canbir, dilbir Vətən sandıqları (və bildikləri) Azərbaycana  fəda etməkdən əsirgəməyiblər. Dünyada müzəffər türk ordusunun 2000-ə qədər üzvü həmin illərdə azğınlaşmış düşmənə qarşı Azərbaycan uğrunda döyüşlərdə Şəhid olaraq yurdumuzun ayrı-ayrı guşələrində (istər Naxçıvan və Zəngəzurda, istərsə Təbriz, Göyçə və Qarabağda, istərsə də Gəncə, Lənkəran, Dərbənd və Qubada, Bakı şəhəri və ətrafında)  müqəddəs məqama qovuşaraq həm də torpaqlarımızı müqəddəs edib, o yerləri ziyarətgaha çeviriblər. 

Dövlətimizə və xalqımıza qarşı rus-ingilis və hay-daşnak qüvvələrinin soyqırım faciələrinə yerli mülli müdafiə qüvvələri ilə birlikdə mərdliklə sinə gərərək və qanlı savaşlarda qəhrəmanlıq göstərərək Qaziliyini sübut edən Türk-Ər oğullarından  Azərbaycanı sonrakı həyatları üçün xoşbəxt məkan seçənlər də olub. Onlar  ömürlərini bu yurda bağlayıb, sonrakı acılı-şirinli günlərini bu yurdla bölüşüblər. Həm də ümumilikdə Azərbaycan məkanını, ayrı-ayrılıqda isə Bakı, Gəncə, Şəki və Lənkəran şəhərlərini, Qazax, Qəbələ, Göyçay, Tovuz, Oğuz,  Şamaxı, Salyan, Ağcabədi, Qobustan...rayonlarını döğma (və yeni) ünvan kimi həyat səhifələrinə yazıblar.

1918-ci ilin iyun ayında 5-ci Qafqaz İslam Ordusunun sıralarında Göyçay cəbhəsində (Bığır – Qaraməryəm savaşlarında)  gedən döyüşlərdə ağır yaralanan 10-cu Qafqaz alayının tabor üzvlərindən biri də Osman Məhəmməd oğlu (1890-1984) idi. Taleyin hökmü ilə Göyçay rayonunun Cəyirli kəndini özünə ikinci vətən ocağı seçən Osman əfəndinin ulu baba soyu (qolu) Quzey Bolqarıstandan 1877-1878-ci illərə Osmanlı-Rus müharibəsi nəticəsində Türkiyənin Manisa bolgəsinə, oradan isə Saray elinə köç edən əski türk ailəsidir.  Bu ailə həm də 1912-ci ilin iyun-iyul aylarında Balkan savaşlarının acısını yaşayıb. Ailənin üzvü, 22 yaşlı imam Osman əfəndi bu faciələrin şahidi və iştirakçısı olub (amma dini fəaliyyətinə və imamlığına görə orduya çağırılmayıb). Osman əfəndinin sərrast atıcılıq qabiliyyəti, ovçuluğu ilə bərabər mükəmməl saz çalmağı da vardı, qardaşı Hüseynin isə şirin avazı və gözəl səsi olub.

Azərbaycanın 1918-1920-ci illərdə özgürlüyünün və xalq bütövlüyünün qorunmasında, bu günümüzə ötürülməsində  Osmanlı Türkiyəsinin (4 iyun 1918-ci il tarixli tarixi sazişin 4-cü maddəsinin tələblərinə uyğun olaraq)   Şərq cəbhəsinin  Qafqaz İslam Ordusunun əsgərləri ilə yanaşı, Türkiyənin dörd bir yanından yığılan könüllülər, ehtiyatda olanlar arasında Osman əfəndi də (baxmayaraq ki, hərbdə onun iştirak etməməsinə icazə vardı) sıra nəfəri idi.

5-ci Qafqaz İslam Ordusunun 3-cü briqadası sıralarında Göyçay cəbhəsində yarbay Osman paşanın başçılığı ilə gedən döyüşlərdə yaralanan, qəzanın Cəyirli kəndində Məhəmməd Rəhim oğlunun ailəsində müalicə alaraq sağlamlığı bərpa olunandan sonra Türkiyəyə qayıda bilməyən Osman Məhəmməd oğlu bu kənddə Hafizə xanımla ailə quraraq dinc həyata başlayır.

II Dünya müharibəsi başlayarkən Hitler Almaniyasının Qafqaza hücumu həlledici idi. Türkiyə Cümhuriyyətinin Almaniya ilə müttəfiqliyi üzündən SSRİ rəhbərliyi bu regionda türksoylu xalqların köçürülməsi planını hədəfə almışdı. Bu hədəfin ilk qurbanları isə Azərbaycanda yaşayan Qafqaz İslam Ordusunun sıralarında hay-daşnak və bolşevik quldurlarına qarşı mücadilə edən türk ərənləri idi (hay əsilli düşmənlərimiz bu fürsətdən yararlanmağı çoxdan gözləyirdi). Onlardan biri də Osman Məhəmməd oğlu oldu. 1941-ci ildən 1956-ci ilədə uzaq Sibirdə, Tomsk şəhərində sürgün həyatı yaşadı bu igid. Əzablı 15 illik ayrılıqdan sonra Vətənə dönən və ailəsinin yanında yaşayan Osman əfəndi 1984-cü ildə vəfat edib və kənd qəbirstanlığında dəfn olunub.

Qazi Osman Məhəmməd oğlunun ömür salnaməsi  barədə türk yazarı Salman Akının “Həsrət məktubları” adlı sənədli-publisistik əsəri 2014-cü  ildə İstanbul şəhərində işıq üzü görüb.

5-ci Qafqaz  İslam Ordusunun qazilərindən biri – Topallıoğlu Mustafa Mustafa oğlu da (1881-1953) sonrakı ömrünü Azərbaycanda keçirib. Mustafa əfəndi Türkiyənin Kayseri şəhərinin İncəsu qəzasının Qızılörən köyündə (kəndində) doğulub (bu kənd Quba rayonunun Xınalıq kəndi ilə oxşar təbii-coğrafi məkana malikdir), təsərrüfat işləri ilə məşğul olub.

1914-1918-ci illərdə I Dünya savaşının iştirakçısı idi. Cəbhədən qayıtdıqdan sonra elə kənddə biçin işləri zamanı (37 yaşında, ailəli, 3 övladı var ikən) qadınların ağlaşa-ağlaşa –“Azərbaycanda gavurların dinc sakinləri qətlə yetirmələri” barədə üzüntülü xəbərlərini eşitcək məscidə toplanıb namaz qılmaları və oradan “Azərbaycan” deyib yola çıxmaqları tarixi kerçəklikdir. Batumi şəhərinədək yolboyu bütün doğma el-obalarda onlara qoşulanların sayı xeyli artıq idi.

Mustafa əfəndinin 6 qardaşının hamısı Azərbaycanda 5-ci Qafqaz  İslam Ordusunun  tərkibində döyüşüb.

1918-ci ilin sentyabr ayında Bakı şəhərində icazəli gəzintidən hərbi hissəyə kecikən Ər Mustafa hərbi nəzarətçilərdən yayınaraq tramvay xəttinin qonşuluğunda indiki M.Müşfidin abidəsi yaxınlığındakı evlərdən birinin həyətinə keçir. Bu ev Biləcəri kəndindən olan Hacıbala Allahverdi oğlunun (1876-1958) imiş. Taleyin hökmü ilə ev sahibi tərəfindən oğulluğa alınan Mustafanın sonrakı həyatı Biləcəri kəndi ilə bağlanır. Bu kənddə Hafizə Şərif qızı ilə (1896-1970) evlənir, 1 oğul və 2 qız atası olur. Onun Qazi həyatı sonralar əkin-biçin  və təsərrüfat işləri ilə (bostan-tərəvəz məhsulları yetişdirir, çörək bişirib satır) əvəz olunur.

Türk döyüşçüsü olduğu üçün ölkə daxilində 1-ci sürgün həyatını Gədəbəy rayonu, Saratovka kəndində keçirir. Orada da təsərrüfat işləri görür 1941-ci ilədək. II Dünya müharibəsi başlayanda yenidən  Biləcəri kəndinə köçür. Oğlu Ağasəlim  (1922-2012) müharibə iştirakşısı kimi Pribaltika cəbhəsində döyüşür.

Qazi Mustafa zəhmətkeş olduğundan,  yaxşı üzüm bağları salır, suvarma mənbəyi kimi həyətində 3 quyu qazır və məhsullarını satmaqla məşğul olur. Növbəti sürgün həyatını isə oğlu Ağasəlimlə birlikdə 1949-cu  ildə yaşayır – bu dəfə uzaq Tomsk vilayətinin Baxçar rayonunun eyniadlı kəndində. Orada meşə təsərrüfatı işi onun əsas məşğuliyyəti idi.

Deyilənə görə, həmin əsir düşərgəsində hay-bolşevik quldurlarına qarşı döyüşlərdə iştirak etmiş, sonralar Tovuz və Oğuz rayonlarında yaşamış 5-ci Qafqaz İslam Ordusunun digər üzvləri də cəza çəkiblər.

Ər Mustafanın isə  ürəyi xiffət edib, qubar bağlayıb  ailəsi üçün, doğmaları üçün. Və 1953-cü ilin yazında o vəfat edir, orada dəfn olunur.

Ağasəlim Mustafa oğlu (1922-2012) sürgündən 1956-cı ildə qayıdır, Biləcəri kəndində yaşayıb ticarətlə məşğul olur. 1964-cü ilin may-iyun aylarında Mustafa bəyin  qərib Tomsk vilayətindəki nəşini   Vətənə gətirir və Biləcəri kənd qəbirstanlığında dəfn edir.

Türkiyə  Cümhuriyyətinin əhali sayına görə 7-ci, Daxili Anadolu bölgəsində paytaxt Ankara şəhərindən sonra 2-ci böyük sənaye şəhəri olan Kayseri şəhərindən olan İsmayıl Hacı Məmməd oğlu Haqqı (1890-1928) 5-ci Qafqaz İslam Ordusunun tərkibindəki Səlmiyyə süvariləri dəstəsində Azərbaycanın Oğüz-Şəki cəbhəsində düşmənə qarşı vuruşub. Bu bölgədə əsas vuruşlar hay quldurlarlarının məskunlaşdığı yaşayış məntəqələri ətrafında (Şəki rayonunun Səbətli, Qayabaşı, Araban kəndləri, Oğuz rayonunun  bir sıra kəndləri) baş verib.

Yevlax-Şəki yolu üstündə yerləşən döyüş səngərlərindən açılan top atəşləri hay quldurlarının susdurulması üçün kifayət edib. Qalib türk ordusu isə bu cəbhədən geri qayıdaraq Kürdəmir-Şamaxı-İsmayıllı döyüş  xəttində qüvvələri  xeyli gücləndirə bilib.

Sonrakı  həyatını doğma Azərbaycanda keçirən İsmayıl Haqqı   Oğuz rayonu, Muxas kənd sakini Xədicə Aman qızı (1887-1962) ilə ailə həyatı qurub və Şəki şəhərinin Qışlaq məhəlləsində ömür sürüb. Həyətyanı sahəsinə bitişik meşə hissəsində  təsrrüfat işləri görüb, mal-heyvan saxlayıb, əkin-biçin işləri ilə ailəsini dolandıra bilib. Ailəsində üç övlad böyüdüb, oğlanları  Məmmədəmin (1928-2005), Məmmədnuru (1922-1997), qızı Sənubər (1926-1996).

Türk ordusunun bu  Ər-qazisi hafiz olub - “Qurani-Şərif”i əzbər bilib. Onun oğlu Məmmədəmin də atası kimi irfan yiyəsi olaraq  el məclislərində xüsusi hörmətə layiq görülüb. Ər-İsmayılın dini kitablarının xeyli hissəsi sonralar məscidə hədiyyə edilib.

İsmayıl Haqqının yaşıdlarının (Məmmədiyyə Yusif oğlu (1895-1995), Abdurrəhman Əkbər oğlu  (1895-1985)  söylədiyinə görə o, qılınc çalmaqda mahir idi, birinci zərbə ilə hədəfi iki yerə bölürdü və  həmişə də üstündə xəncər gəzdirərdi.

Keçən əsrin 30-cu illərində xalqımıza qarşı növbəti qətliamlar burulğanından taleyin yazı hökmü ilə xilas ilan İsmayıl Haqqının bu “yükünü” həyat yoldaşı – Xədicə xanım çəkməli olub, uzaq sürgün ellərindən 60-cı illərdə qayıdıb, dünya işığından mərhum olmaqla. 

Qazinin oğul nəvəsi Vaqif Məmmədəmin oğlunun (1958) bildirdiyinə görə, 1970-ci illərdə Şəki şəhərində yaşayan haylar onların evinin (Əfəndilər məhəlləsindəki 5 nömrəli həyətdəki) qarşısından keçəndə həmişə uşaqlarına bildiriblər ki, bu evin yiyəsi bizim düşmənimizdir. Həmin haylar şəhərin mərkəzi hissəsində 5 saylı məktəbin ətrafında, qədim Alban məbədinin yanında məskunlaşmaqla məbədə cahib çıxmağı da unutmayıb.

İsmayıl Haqqının  rayonun  Baş və Aşağı Kəldək kəndləri əhatəsindəki meşə ətəyindəki qəbri nəvəsi Cəbrayıl  Məmmədəmin tərəfindən 2013-cü ildə bərpa edilib.

Qismət  YUNUSOĞLU
Bakı  Dövlət  Universitetinin  müəllimi 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ