çərşənbə günü, 11 noyabr 2026
     

Rusiya Azərbaycanın ərazi bütövlüyünə həm dövlət, həm də cəmiyyət səviyyəsində Cocuq Mərcanlıda rəsmi dəstək verdi

Image


Ermənistanın etibarsız bir mütəffiq olması, istənilən vaxt tarix boyu ona hamilik etmiş Rusiyaya xəyanət etməyə hər an hazır olması artıq şimal qonşumuzun özündə də açıq etiarf edilməkdədir. Bu fonda Rusiyada fikirlər səslənir ki, İrəvana yardımların həcmi azaldılmalı, o cümlədən Dağlıq Qarabağ məsələsində bu ölkəyə istənilən formada köməyə son qoyulmalıdır. Daha bir maraqlı məqam hazırda Azərbaycanın bölgədə Rusiyanın yeganə və etibarlı partnyoruna çevrilməsidir.

Rusiyada indi çoxları bu mövqedədir ki, Kreml regionda maraqlarını məhz Azərbaycanın vasitəsilə, yardımı ilə təmin edə bilər. Elə bu səbəbdən hesab edilir ki, Moskva Qarabağ məsələsinin həllini Azərbaycanın istəklərini nəzərə almaqla tezləşdirməlidir. Bu fikirlər Cocuq Mərcanlı kəndində keçirilən “Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfransda da açıq şəkildə səsləndirildi. Həmin fikirlərdən belə bəlli oldu ki, Rusiyada siyasi ekspertlərin böyük əksəriyyəti Kremlin bölgədə məhz Azərbaycanla mütəffiqlik əlaqələrinin genişləndəirilməsini ölkələrinin xarici siyasətinin prioritetlərindən biri kimi görmək niyyətindədir. Bildirilir ki, bu, hər iki ölkənin marağına cavab verən vacib hal ola bilər. Elə bu fonda da Kremlin Qarabağ məsələsinin həllində nəticə verən gedişlər etməsinin vacibliyi ön plana çəkilir.  Rusiya Dövlət Dumasının üzvü, hakim Vahid Rusiya Partiyasının təmsilçisi Dmitri Savelyev bununla ilgili bildirib ki, Dağlıq Qarabağ və ətrafındakı işğal olunmuş yeddi rayon Ermənistan tərəfindən azad edilməli və heç bir əlavə şərt irəli sürülmədən Azərbaycana qaytarılmalıdır: “Bu gün Ermənistanda həm Rusiya, həm də Azərbaycan üçün qətiyyən gözlənilməz siyasət yeridilir. ATƏT Minsk Qrupuna daxil olan amerikalıların mövqeyi, həmçinin ABŞ-da, Kanadada və Avropa mövcud olan nüfuzlu erməni diasporlarının mövqeyi nəzərə alınmaqla münaqişə ətrafında vəziyyət daha da kəskinləşə bilər. Qayıq çox möhkəm silkələnməyə başlayacaq. Rusiya hər zaman bəyan edir ki,  böhran sülh yolu ilə həllini tapmalıdır. Qarabağ və yeddi rayon Azərbaycana hər hansı əlavə şərt irəli sürülmədən qaytarılmalıdır”.

Onun sözlərinə görə, Ermənistan ABŞ və Avropa İttifaqı istiqamətinə meyllənməyə başlayır və müəyyən mənada Ukraynanın yolu ilə gedir: “Şübhəsiz ki, Rusiyada biz bunu heç istəmirik. Lakin bəzi əlamətlərə görə sezirik ki, ssenarinin bu cür inkişafı mümkündür. Əgər, Allah göstərməsin, belə bir şey baş verərsə, Azərbaycan təmas xəttində amerikalı hərbi müşavirlərlə, beynəlxalq muzdlularla və müasir hərbi komplekslərlə üz-üzə qala bilər. Bu həm Rusiya, həm də Azərbaycan üçün ümumiyyətlə gözlənilməyən bir yoldur və Ermənistan hazırda bu yolu seçir”. Cocuq Mərcanlıda işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq, inkişaf işlərini təqdir edən rusiyalı deputat qeyd edib ki, Ermənistanda baş verən hadisələr nəzərə alınsa, Azərbaycanın Rusiya üçün dəyəri ikiqat artır: “Azərbaycan nadir ölkələrdən biridir ki, burada rus dili inkişaf edir. Azərbaycan Rusiyanı Avropa Şurasında dəstəkləyir. Azərbaycan Rusiyanın Cənubi Qafqazda etibarlı müttəfiqidir. Baxmayaraq ki, biz Azərbaycana külli miqdarda silah satmışıq, amma bu heç vaxt Rusiyanın öz əleyhinə yönələ bilməz. Ümid edirəm ki, Ermənistan müdrik olacaq və Qarabağ münaqişəsi öz həllini tapacaq”. Deputat onu da qeyd edib ki, SSRİ dağıldıqdan sonra Azərbaycan sürətlə inkişaf etsə də, Ermənistan geriləyib: “Bu baxımdan Ermənistanın torpaqları qaytarması onun öz iqtisadiyyatı üçün də mühüm addım olar. Rusiya Minsk Qrupunda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daha fəal olmalıdır. Biz Ermənistanı da itirmək istəməzdik. Amma təəssüf ki, Ermənistan bunu düşünmək əvəzinə NATO ilə isti münasibətlərə can atır”.

Digər rusiyalı politoloq Maksim Şevçenko da Kremli Azərbaycanın əhəmiyyətini nəzərə almağa çağırır: “Qafqaz siyasəti olmadan Rusiya marginallaşar. Qafqaz siyasəti Rusiya üçün çox vacibdir. Rusiya və Azərbaycan bir yerdə olmağa məhkumdur. Xalqların tarixi həmişə ağırdır. Lakin biz hazırkı zamanı fikirləşirik və gələcəyə baxırıq. Azərbaycan Qafqazda Rusiyanın yeganə müttəfiqidir. Aydındır ki, yeni erməni hakimiyyəti Vladimir Putini qıcıqlandırır. Bu, Paşinyanın futbol üzrə dünya çempionatının açılışında Moskvaya səfəri zamanı da görünürdü”. Onun sözlərinə görə, Vladimir Putin Serj Sarkisyanla, Karen Karapetyanla işləyib və məlumat var ki, Sarkisyan ATƏT Minsk Qrupu çərçivəsində Azərbaycanla sülh danışıqlarında iştirakla bağlı müəyyən vədlər verib: “Paşinyanın hakimiyyətə gəlişi və Sarkisyanın yaxın ətrafının həbsi Rusiya-Ermənistan münasibətlərini büsbütün dəyişdi. İndi Rusiya tədricən sülh prosesindən kənarlaşdırılır. Rusiya prezidenti isə onunla belə rəftar edilməsini xoşlamır”. Politoloqun sözlərinə görə, Cənubi Qafqazda, xüsusilə Ermənistanda vəziyyəti ABŞ və İsrail tərəfindən hazırlanan İrana qarşı müharibə kontekstində qiymətləndirmək lazımdır: “Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyi Amerika ssenarisinin tərkib hissəsidir. Paşinyanın arxasında ABŞ-ın Erməni Assambleyası durur. Onlar Paşinyanı hazırlayaraq hakimiyyətə gətiriblər”. Daha bir rusiyalı politoloq Valeri Korovin də bildirir ki, Rusiyapərəst Ermənistan Qərbin boğazında sümük idi: “Nəticədə, onlar Ukraynada və Gürcüstanda sınaqdan keçmiş ssenarini tətbiq etmək qərarına gəldilər. Ermənistanda adi maydan baş verdi. Orada bunu korrupsiya əleyhinə inqilab kimi qələmə verməyə cəhd edirlər. Lakin bu narıncı ssenaridir. Ermənistanda baş verənlərin xüsusi hal olması və xalqın küçələrə korrupsiya əleyhinə çıxması barədə deyilənlər boş sözdür. Bu, amerikalılar tərəfindən hazırlanmış maydandır və xüsusi heç nə yoxdur”. Onun sözlərinə görə, Ermənistandakı inqilabdan sonra Rusiyanın Cənubi Qafqazda faktiki olaraq yalnız bir müttəfiqi qalıb: “Azərbaycan Rusiyanın yeganə müttəfiqinə çevrilib. Bu faktdır. O ki qaldı Gürcüstana, bu ölkə amerikalılar tərəfindən ilk olaraq işğal ediib. Hazırda Rusiyanın məhz Azərbaycanla ən strateji münasibətləri formalaşır”. Eyni mövqe hərbi ekspert İqor Korotçenko tərəfindən də sərgilənir. O hesab edir ki, Moskva əsas diqqəti bölgənin ən güclü dövləti olan Azərbaycana ayırmalıdır: “Azərbaycanın güclü prezidenti var. Biz İlham Əliyevin özünü təmin edə bilən suveren dövlətin möhkəmləndirilməsi üzrə səylərini alqışlayırıq. Biz Azərbaycanın ordu quruculuğu prosesini diqqətlə izləyirik. Rusiya Azərbaycanı silahla təchiz edir. Rusiya ölkənizin ordusunun möhkəmlənməsində maraqlıdır. Bizi regionda ABŞ-ın fəallaşması da narahat edir. Qoy eşitsinlər – bizə burada Sem dayı lazım deyil. Rusiya Azərbaycanın hərbi-hava məkanını örtməlidir. Rusiya Cənubi Qafqazın bu çiçəklənən bölgəsinin müstəqilliyinin və sabitliyinin qarantı ola bilər”. Korotçenko Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə də toxunub: “Qarabağ problemi mürəkkəbdir, sadə deyil, lakin onu həll etmək lazımdır və biz bura gəlmişik ki, vəziyyətlə yerində tanış olaq”. Korotçenkonun fikrincə, ATƏT Minsk Qrupunun həmsədri, Azərbaycana dost ölkə kimi Rusiya münaqişənin tezliklə sülh yolu ilə həllini arzulayır. Onun sözlərinə görə, Paşinyanın Rusiyadan üz çevirməsi Ermənistan üçün faciəvi nəticələrə gətirib çıxara bilər:  “Hər şeyi öz adı ilə çağırsaq, Paşinyan hakimiyyətə dövlət çevrilişi nəticəsində gəlib. Əlbəttə, burada ABŞ-ın iştirakı olmadan ötüşülməyib, yoxsa Amerika İrəvanda bu böyüklükdə diplomatik korpusu niyə saxlasın ki?! Nə olubsa olub, nəhayətdə, erməni xalqı bu hökumətlə yaşamalıdır. Lakin bununla belə, Moskva maraqlıdır ki, bu ölkədə sabitlik qorunsun”. Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Dugin də məsələyə maraqlı prizmadan yanaşır. Dugin bəyan edib ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bizim burada olmağımız onu göstərir ki, Rusiya həm ictimaiyyət, həm də dövlət səviyyəsində Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir: “Azərbaycan bizim strateji tərəfdaşımızdır. Buna görə də, Moskva Bakıya lazım bildiyi həcmdə silah təchizatını öz hüququ hesab edir. Hazırda Qarabağda olmağımız təsadüfi deyil. Rusiya Federasiyası Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir, bu, dünya birliyinin də mövqeyidir. Qarabağdan azərbaycanlılar qovulduqdan sonra "DQR" heç vaxt legitim hesab oluna bilməz. Əvvəl Azərbaycan, Ermənistan və Rusiya belə qərara gəlmişdi ki, ilkin olaraq 5 rayon qeyd-şərtsiz Azərbaycana qaytarılsın. Bu, sülhə yol açardı və bu məsələdə ən yaxşı variantdır. Ermənistanın indiki hökuməti buna real yanaşaraq, razılaşmaya sadiq olmalıdır. Bu, sülhün yeganə yoludur". Digər rus eksprətləri də Azərbaycanın ərazi bütövlüyünə birmənalı şəkildə dəstək verir. Eyni zamanda onlar məsələ gündəmə gətirirlər ki, Azərbaycanla mütəffiqlik əlaqələrinin dərinləşdirilməsi üçün Kreml bu ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində fəal siyasət yürütməlidir. Adları çəkilən politoqların əksəriyyətinin Kremlə yaxınlığı nəzərə alınsa, bunların elə-belə deyilmiş boş sözlər olmadığı da bəlli olar. Bu mənada yaxın tezlikdə Kremlin Qarabağ məsələsində yeni və daha fəal siyasətə start verməsi tamamilə gözlənilən sayılır. Təbii ki, bu da Azərbaycan diplomatiyasının növbəti uğuru sayıla bilər. Hazırda Azərbaycan və Rusiya arasında yaxınlaşma vektoru ölkələrin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir. Bu hal bütün parametrlər, o cümlədən siyasi, iqtisadi, hərbi və digər məqamlar baxımından hər iki tərəfin marağına cavab verir. Azərbaycan üçün burada ən önəmli məqam, heç şübhəsiz, Qarabağ məsələsində Kremlin Bakının istəyinə uyğun müstəvidə fəallaşa biləcəyidir. Belə vəziyyət işğal altındakı ərazilərin daha qısa müddətdə azad edilməsinə də əlverişli zəmin yaradır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ