çərşənbə günü, 11 noyabr 2026
     

Rusiya dövlət rəsmisindən Ermənistana “Qarabağı və 7 rayonu Azərbaycana qaytar” çağırışı...

Image


Nəzakət Məmmədova: “Rusiya çevrilişdən sonra Ermənistanın yeni baş nazirinin fəaliyyətini təmkinlə, səssizliklə izləyən passiv müşahidəçi rolundan çıxaraq...”

 

Rusiya Federasiyası Dövlət Dumasının komitə sədrinin müavini Dmitri Savelyev deyib ki, Dağlıq Qarabağ və ətrafındakı işğal olunmuş yeddi rayon Ermənistan tərəfindən azad edilməli və heç bir əlavə şərt irəli sürülmədən Azərbaycana qaytarılmalıdır:

“Bu gün Ermənistanda həm Rusiya, həm də Azərbaycan üçün qətiyyən gözlənilməz siyasət yeridilir. Böhran (Ermənistan-Azərbaycan) ATƏT MQ-yə daxil olan amerikalıların mövqeyi, həmçinin, ABŞ-da, Kanadada və Avropada mövcud olan nüfuzlu erməni diasporlarının mövqeyi nəzərə alınmaqla daha da kəskinləşə bilər. Qayıq çox möhkəm silkələnməyə başlayacaq. Rusiya hər zaman bəyan edir – böhran sülh yolu ilə həllini tapmalıdır. Qarabağ və yeddi rayon Azərbaycana hər hansı əlavə şərt irəli sürülmədən qaytarılmalıdır”.

Onun sözlərinə görə, Ermənistan ABŞ və Avropa İttifaqı istiqamətinə meyllənməyə başlayır və müəyyən mənada Ukraynanın yolu ilə gedir: “Şübhəsiz ki, Rusiyada biz bunu heç istəmirik. Lakin bəzi əlamətlərə görə sezirik ki, ssenarinin bu cür inkişafı mümkündür. Əgər, Allah göstərməsin, belə bir şey baş verərsə, Azərbaycan təmas xəttində amerikalı hərbi müşavirlərlə, beynəlxalq muzdlularla və müasir hərbi komplekslərlə üz-üzə qala bilər. Bu həm Rusiya, həm də Azərbaycan üçün ümumiyyətlə gözlənilməyən bir yoldur və Ermənistan hazırda bu yolu seçir”.

Rusiyada böyük bir rəsmi posta sahib olan Savelyev bu açıqlaması ilə, birmənalı şəkildə, həm həqiqəti, həm də ondan doğan Azərbaycanın haqlı mövqeyini müdafiə edib. Bu açıqlamanı necə dəyərləndirmək olar?

Politoloq Nəzakət Məmmədova qəzetimizə bildirdi ki, Rusiya özünün Qafqazda 300 illik geosiyasi strategiyasının yeni konturlarını cızmaq üzrədir, əsas vektoru isə artıq əvvəlki kimi Ermənistan yox, Azərbaycandır: “Rusiya siyasi elitasına daxil olan nümayəndə heyətinin qatıldığı, işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində keçirilən konfransın adı, məkanı və zamanı kimi, orada iştirak edən şəxslərin səsləndirdiyi fikirlər də olduqca önəmlidir. Gördüyümüz kimi, Rusiya cari ilin aprel ayından etibarən Ermənistanda baş verən hadisələrə göstərdiyi təmkinli münasibəti, sükutunu nəhayət ki, Azərbaycan torpağında məhz erməni işğalından azad olunmuş ərazilərdə pozdu. Həm də birbaşa Ermənistanı hədəfə alan bəyanatlarla.

Nümayəndə heyətinin tərkibində Kremlin baş ideoloqu, "Putinin beyni" adlandırılan Duqinin, Ermənistana mənfi münasibəti ilə seçilən Şevçenko, habelə Dumanın deputatlarının olması Rusiyanın öz əsas müttəfiqi kimi görmək istədiyi Azərbaycana verdiyi əhəmiyyətin göstəricisidir. Orada səsləndirilən bəyanatlarda da Rusiyanın Azərbaycanı Qafqazda ən əsas müttəfiqi görməsi, Türkiyə və İranla əlaqələrdə Azərbaycanın mərkəzi mövqedə dayanması vurğulansa da, əsas əhəmiyyətli məsələ əlbəttə ki, Dağlıq Qarabağ məsələsinə dair səsləndirilən fikirlərdir”.

N.Məmədovanın sözlərinə görə, Dövlət Dumasının deputatı Dmitri Savelyevin bu fikirləri olduqca böyuk əhəmiyyət kəsb edir: “Artıq Ermənistan birmənalı şəkildə Qərbə inteqrasiya yolunu seçib və Rusiyanın maraqlarına zidd addımlar atmağa başlayıb. Rusiya çevrilişdən sonra Ermənistanın yeni baş nazirinin fəaliyyətini təmkinlə, səssizliklə izləyən passiv müşahidəçi rolundan çıxmağa və artıq dəyişən regional siyasətini açıq şəkildə bəyan etməyə başlayıb. Həm Duqin, həm də Savelyev Kremlə yaxın şəxslər hesab olunurlar və təbii ki, onların mövqeyi Rusiya dövlətinin rəsmi mövqeyi hesab oluna bilər. Artıq Rusiya aşkar surətdə münaqişənin həllini 7 rayonun işğaldan azad olunmasında görür. Bu, Ermənistanın Qərbpərəst mövqeyinə görə ona Rusiya tərəfindən verilmiş cavabdır. Artıq Rusiya Ermənistanın xəyanətkar, etibarsız müttəfiq olduğunu görərək Qafqazda əsas müttəfiq kimi Azərbaycanı görməyə başlayıb. Təbii ki, Azərbaycanla dostluğa və müttəfiqliyə gedən yol Qarabağdan keçir. Rusiya indiyədək Qafqazda əsas müttəfiq, özünə dayaq ölkə kimi Ermənistanı görürdü. Lakin hazırda Ermənistanın siyasəti hansı istiqamətdə apardığı göz qabağındadır. Üstəlik də Ermənistanda həm Qərb güc mərkəzlərinin, həm də erməni diasporunun təsiri xeyli artıb. Artıq bu ölkədə Rusiyanın sıxışdırılıb çıxarılması prosesi başlayıb”.

Politoloqun fikrincə, Gürcüstanda hakimiyyətdə olan qüvvələr Rusiyaya yaxın olsalar da, əhali arasında Rusiyaya rəğbət yoxdur: “Hazırda bu ölkədə qeyri-sabitlik hökm sürür, hakim elitanın öz arasında, eləcə də xalqla iqtidar arasında ziddiyyətlər mövcuddur. Cənubi Qafqazın iki qeyri-sabit, dövlət çevrilişləri yaşamış ölkələrindən fərqli olaraq, Azərbaycan ən güclü, sabit, inkişaf edən ölkədir. Üstəlik, Rusiyanın maraqlarını da inkar etmədən onunla əməkdaşlıq münasibətlərini davam etdirir. Lakin artıq Qərb Ermənistan iqtidarı üzərində mütləq təsirə malik olaraq bir çox məsələləri, o cümlədən Qarabağ məsələsini də özlərinə uyğun şəkildə həll və ya ondan manipulyasiya aləti kimi istifadə edə bilərlər. Həll olunmamış münaqişə, cəbhə xəttində, eləcə də Naxçıvanda üz-üzə dayanmış iki qoşun istənilən an Ermənistanın təxribatı ilə hərbi əməlyyatlara başlaya bilər və regionda vəziyyət Rusiyanın nəzarətindən çıxa bilər.

Odur ki, Rusiya Ermənistanın xarici qüvvələrin təhriki ilə münaqişəni öz xeyrinə həll etmək üçün ata biləcəyi mümkün təxribatların qarşını almaq məqsədilə Kremlə yaxın olan rəsmi şəxslərin dilindən bu cür bəyanatlar verməyə başlayıb. Bu konfrans və orada belə əhəmiyyətli bəyanatlar həm Paşinyan iqtidarına, həm də onun xarici havadarlarına, erməni diasporuna, ümumilkdə, Rusiyanı bölgədə sıxışdırmağa çalışan bütün qüvvələrə verilmiş mesajdır.

Bütün bunların qarşılığında Rusiya ATƏT-in Minsk Qrupunda söz sahibi mövqeyini itirməmək, eyni zamanda Cənubi Qafqazın öz nüfuz dairəsindən sıxışdırılıb çıxarılmasının qarşısını almaq üçün proseslərə bu istiqamətdə davam etmək, Azərbaycanın haqlı mövqeyini müdafiə etməklə və onu özünün əsas müttəfiqi elan etməklə Qafqazdakı hegemonluğunu qoruyub saxlamaq strategiyasına üstünlük verməyə başlayıb. Savelyevin və Duqinin fikirləri də bunun bariz nümunəsidir.

İyulun 15-də Rusiyada Dünya Çempionatı başa çatdıqdan və avqust ayında Putin-Əliyev görüşündən sonra danışıqlarda və cəbhədə, qoşunların təmas xəttində müəyyən proseslər baş verə bilər. Prosesləri məhz Azərbaycan və Rusiya prezidentlərinin avqust danışıqları həll edəcək. Rusiya nümayəndələrinin Cocuq Mərcanlıdakı konfransı və bəyanatları isə bu mühüm görüş ərəfəsində Azərbaycana dəstək, Ermənistana xəbərdarlıq səciyyəsi daşıyır”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ