çərşənbə günü, 11 noyabr 2026
     

S-400 qalmaqalı ABŞ-Türkiyə müttəfiqliyinə son qoyur

Image


Türkiyənin Rusiyadan S-400 tipli zenit-raket kompleksləri almaq niyyətində israrlı olması ABŞ-da yaranan narazılığın daha açıq müstəviyə keçməsinə səbəb olub. Bu vəziyyətdə Vaşinqton artıq daha aydın formada Ankaranı sanksiyalarla hədələyir.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçell də vurğulayıb ki, Türkiyə Rusiyadan S-400  kompleksləri alacağı təqdirdə ABŞ rəhbərliyi Ankaraya qarşı sanksiyalar tətbiq edəcək: “Biz açıq-aydın Türkiyəyə anlatdıq ki, S-400-lərin əldə edilməsi fəsadlarla nəticələnəcək. Biz “Sanksiyalar vasitəsilə ABŞ-ın düşmənlərinə qarşı mübarizə” haqqında qanuna uyğun olaraq sanksiyalar tətbiq edəcəyik”. Onun sözlərinə görə, adıçəkilən sövdələşmə Türkiyə-ABŞ münasibətlərinə zərbə olacaq və əvvəlki əlaqələrin bərpasını çətinləşdirəcək.

Xatırladaq ki, ötən ilin dekabrında Türkiyə və Rusiya S-400 kompleksləri ilə bağlı kredit sazişi imzalayıb. Müqaviləyə əsasən, Ankara iki zenit-raket batareyası satın alacaq. Tərəflər S-400 komplekslərinin Türkiyədə istehsalı istiqamətində texniki əməkdaşlıq barədə də razılığa gəlib. ABŞ və NATO üzvləri bu sövdələşməyə görə Ankaranı dəfələrlə tənqid edib. ABŞ S-400 komplekslərinin alınmasının Türkiyəyə F-35 təyyarələrinin çatdırılmasına mənfi təsir göstərəcəyini bildirib. Ankara buna cavab olaraq digər ölkələrdən qırıcı təyyarə alacağını deyib. Düzdür, bir neçə gün əvvəl ABŞ Türkiyəyə 2 ədəd F-35 təyyarəsi verib. Amma həmin təyyarələr hələ də ABŞ-da saxlanır və bu gedişlə Türkiəyə çatdırılması böyük sual altındadır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə yaranmış vəziyyətdə ABŞ-ın addımlarının mütəffiqlik münasibətlərinə ciddi zərbə vurduğunu bildirir. Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Konstantin Kosaçov isə, ABŞ-ın mövqeyinə rəğmən, ölkəsi ilə Türkiyənin əlaqələrinin daha dinamik inkişaf edəcəyini vurğulayıb. O bildirir ki, Ərdoğanın yenidən Türkiyə prezidenti seçilməsindən sonra Moskva ilə Ankara arasında münasibətlər yüksək səviyyədə qalacaq, ikitərəfli gündəliyin əsas istiqamətləri üzrə əməkdaşlıq davam edəcək: “Ərdoğan nə Türkiyənin NATO-dakı müttəfiqlərinin, nə də daxili qüvvələrin təsir edə biləcəyi müstəqil siyasət aparır. Hazırda əlaqələrimiz yüksək səviyyədədir və regionda kəskin dəyişikliklər baş verməsə, ikitərəfli əlaqələrimizin pisləşməsinə heç bir səbəb yoxdur”.

K.Kosaçovun sözlərinə görə, bu, hərbi-texniki sahədə də əməkdaşlığın davam etdirilməsi deməkdir: “Brüsseldən onun ünvanına tənqidlər artdıqca, - əsasən də Rusiyanın S-400 komplekslərinin alınması barədə, - Türkiyə prezidenti özünü daha inamlı aparır. Ərdoğan NATO-nu ikili standartlarda ittiham edir, çünki bu təşkilatın digər üzvü Yunanıstan Rusiya istehsalı olan S-300 əldə etdiyi halda, onu heç kim qınamır. Ərdoğan hətta Rusiyaya S-500 sisteminin birgə istehsalı təklifi ilə öz prinsiplərini yeritməkdə davam edir”.

Xatırladaq ki, Ərdoğan Rusiya lideri Vladimir Putinə S-500 zenit-raket komplekslərinin müştərək istehsalını təklif edib:  “Rusiya S-400 kompleksləri üçün bizə çox sərfəli şərtlərlə kredit təqdim edib. İkinci və üçüncü mərhələlərdə biz müştərək istehsalata başlayacağıq”. Bundan başqa, Türkiyə lideri S-400 komplekslərinin alınması ilə bağlı ABŞ və NATO-nun tənqidlərinə də cavab verib: “Onlar nə üçün Yunanıstanda olan S-300 komplekslərinə görə səslərini çıxarmadılar? Türkiyəyə qarşı belə siyasəti başa düşmək olmur. Bizim müdafiə sənayemizin öz tələbləri var və biz onları təmin etməyə çalışacağıq”.

“Hürriyət” qəzeti diplomatik mənbələrə istinadən bildirir ki, S-400 kompleksləri haqqında məsələ son aylarda Türkiyə-ABŞ danışıqlarında dəfələrlə gündəmə gəlib. Məsələ sonuncu dəfə ABŞ dövlət katibi Maykl Pompeo və Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlunun Vaşinqtondakı görüşündə müzakirə edilib. ABŞ üç əsas səbəbə görə Ankara-Moskva razılaşmasına qarşı çıxır. Birincisi bu, Rusiyanın təcrid edilməsi üzrə ABŞ-ın planlarına ziddir. 2017-ci ilin iyulunda ABŞ Konqresi tərəfindən qəbul edilmiş qanun layihəsi Rusiyadan silah alan ölkələr və şirkətlər barəsində sanksiyaların tətbiqini nəzərdə tutur. İkincisi, ABŞ-da qorxular var ki, S-400-lər NATO təyyarələri, xüsusi halda, F-35 beşinci nəsil qırıcı-bombardmançıları üçün təhlükə yaradacaq. Üçüncüsü, müttəfiqlərinə “Patriot” zenit-raket sistemlərini çatdıran ABŞ-ın ticarət maraqları var: “ABŞ Türkiyəni təhdid edir ki, S-400-lərin alınması barədə sazişin ləğv edilməməsi Ankaraya qarşı sanksiyalara səbəb ola bilər. Türkiyənin rəsmi şəxsləri bu tələbi qətiyyətlə rədd edib. Türk tərəfi öz mövqeyini onunla əsaslandırıb ki, Suriyada vəziyyətə görə bu ölkə ilə münasibətlər pisləşərsə, İran tərəfindən raket hücumu təhlükəsi mövcuddur. Eyni zamanda ABŞ təkid edirdi ki, S-400 alınsa belə, Türkiyə onlardan istifadə etməməlidir. “Hürriyyət” nəşrinə danışan mənbənin sözlərinə görə, bu real gözlənti deyil.

ABŞ-ın tələbini rədd edən Türkiyə NATO-nun təyyarələrinin təhlükəsizliyi haqqında ABŞ-ın narahatlığının aradan qaldırması üçün birgə iş aparmağı təklif edib. ABŞ prezidenti Donald Tramp türk həmkarı Rəcəb Tayyib Ərdoğanı inandırmağa çalışırdı ki, ABŞ əvvəlki Amerika administrasiyasından fərqli olaraq, Türkiyəyə “Patriot” zenit-raket sistemlərini verməyə hazırdır. Ankara cavabında bildirib ki, Amerika administrasiyası Konqresin razılığını təmin edə biləcəyi halda, “Patriot”ların alınması haqqında məsələyə baxa bilər”. Amma indi görünən odur ki, tərəflər daha çox biri-birinə qarşı ziddiyyətli mövqe tutur və bu da Ankaranı Vaşinqtondan daha çox uzaqlaşdırır. Bu arada bir daha xatırladaq ki, ABŞ Senatında Müdafiə Nazirliyinin “Milli Müdafiə Səlahiyyəti Qanunu” adlı qanun layihəsi qəbul edilib. Qanunda F-35 tipli qırıcı təyyarə, “Patriot” havadan müdafiə sistemi, “Tsinuk” tipli ağır yük helikopteri, AH-1 tipli “Kobra”, H-60 “Black Hauk” tipli F-16 təyyarələrinin Türkiyəyə satılmasının blok edilməsi bölməsi də yer alıb. Buna səbəb, qeyd olunduğu kimi, rəsmi Ankaranın Rusiyadan S-400 müdafiə sistemi almasıdır.

Qanunun tətbiqi üçün ABŞ prezidenti Donald Trampın təsdiqi lazımdır. Bu baş verəcəyi təqdirdə Türkiyənin ABŞ-dan uzaqlaşaraq Rusiya ilə daha çox yaxınlaşması gözlənir və belə vəziyyət geosiyasi müstəvidə də mühüm dəyişikliklərə rəvac verəcək.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ