Məhərrəm Zülfüqarlı: “Demokratiya məfhumu erməni xislətinə yaddır”
Ermənistan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Samvel Fərmanyan qurumda çıxışı zamanı bəyan edib ki, guya Ermənistanda hakimiyyətin dinc yolla dəyişməsi ölkədə demokratiyanın uğurudur. Bununla yanaşı, o, yeni hakimiyyətin idarəçiliyi ilə bağlı bəzi tənqidi fikirlər səsləndirib.
Onun sözlərinə görə, erməni demokratiyası daha güclü olmaq üçün yeni imkanlar qazanıb. Hansı ki, bu imkanlar prosesin geridönməzliyini zəmanət altına alır. Fərmanyan hesab edir ki, bununla bağlı hər bir imkan yeni bir çağırışdır: “Ümid edirəm ki, son vaxtlar cəmiyyətdə baş qaldıran birlik, ümid, nikbinlik dalğası düşünülməmiş addımlar nəticəsində zəifləməyəcək. Bu, bir tərəfdən, qanunçuluğun təmin olunması sərhədlərini müəyyən etməyə, həmçinin, siyasi təqiblərə son qoyulmasına və qanunçuluğun təmin edilməsinə yönəlik addımlar atmağa şərait yaradır. Digər tərəfdən, yeni hökumətə geniş ictimai dəstək prosesində onun yanlış yozula biləcək addımlardan çəkindirilməsi vacib amilə çevrilir. “Qraparq” qəzetinə qarşı kütləvi və yaxşı təşkil olunmuş yürüş, hansı ki, buna hökumətin vəzifəli şəxsləri də cəlb olunub, narahatlıq doğurur. Ona görə də bu zaldan Ermənistan hökumətini sözügedən məsələyə reaksiya verməyə çağırıram”.
Göründüyü kimi, küçə dalğasında Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyan və onun tərəfdarları azad sözə dözüm nümayiş etdirə bilmirlər. Belə olmasaydı, o zaman ölkədəki vəzifəli şəxslər kütləvi şəkildə bir qəzetin üzərinə belə getməzdilər. Bu bir daha onların iç üzünü ortaya qoyur və ölkədə demokratiyanın boğulduğunu göstərir.
Sözügedən məsələni dəyərləndirən tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlının sözlərinə görə, demokratiya məfhumu erməni xislətinə yaddır: “Orada kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, bu özünü göstərəcək. Onların xislətinə doğma olan xüsusiyyət terrordur, digər xalqları genosidə məruz qoymaq, torpaqlarını işğal etməkdir. Belə ki, illərdir bu cür pis missiyanı həyata keçirirlər. Paşinyan küçə müxalifətinin dalğasında hakimiyyətə gəlib. İlk vaxtlar bir sıra populist vədlər versə də, çox keçmədi ki, həmin vədlər özünü doğrultmadı. Erməni cəmiyyəti də onun qeyri-ciddi bir siyasətçi obrazına malik olduğunu görür. Sadəcə, Sarkisyan rejiminə qarşı olan böyük nifrət Paşinyana narazı kütləni ətrafında birləşdirməyə şərait yaratdı. Bir məqamı qeyd edim ki, Nikol Paşinyanın komandası hələ hakimiyyətdə tam oturuşmayıb. Parlamentdə çoxluq Sarkisyan tərəfdarlarının əlindədir. Buna rəğmən, Paşinyan hakimiyyəti tənqidlərə dözmür, ölkədə azad mətbuatı boğmaq üçün müxtəlif vasitələrə əl atır. Bir qəzetə qarşı məmurların bu cür yürüşü Ermənistanda demokratiyanın boğulmasının göstəricisidir. Fikrimcə, ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra belə xoşagəlməz elementlər özünü daha çox göstərəcək”.
Vidadi ORDAHALLI