çərşənbə günü, 11 noyabr 2026
     

Öz torpaqlarımızda erməni vandallığının qurbanı olmuş tarix-mədəniyyət abidələrimiz…

Image


Ermənistan silahlı qüvvələri  torpaqlarımızı işğal etmək, insanlarımızı qətlə yetirmək, bir qismini qaçqına çevirməklə yanaşı, həm də tarixi mədəniyyət abidələrimizi dağıdıb, yerlə-yeksan edib.  Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında, sözün həqiqi mənasında, böyük vandalizm aktları törədib.

Bu gün bütün dünyada mədəni irsin qorunması məsələsi prioritet sayılsa da, Ermənistanda bu nəzərə alınmır. Onlar Azərbaycana aid tarixi mədəniyyət abidələrini dağıtmaq yolunu tuturlar.

Ekspertlər qeyd edirlər ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən əməllər törədib. Ekspertlər vurğulayırlar ki, bu ərazilərdə qalan tarix-mədəniyyət abidələrini ya dağıdaraq izlərini silir, ya da onları erməni abidələri adı altında saxtalaşdırır.

Mədəni irs üzrə ekspert Fariz Xəlilli bizimlə söhbətində qeyd etdi ki, erməni mənbələrində ayrı-ayrı vaxtlarda yer alan məlumatlara, peyk çəkilişlərinə, ATƏT-in işğal olunmuş ərazilərdəki vəziyyəti araşdıran missiyasının hesabatına, habelə digər mənbələrdən toplanan məlumatlara görə, bu ərazilərdə indiyədək yüzlərlə tarixi abidə tamamilə dağıdılıb. Digər abidələr isə erməni abidələri adı altında pasportlaşdırılır. 

Mütəxəssis bildirdi ki, Ermənistan silahlı qüvvələri dinc əhalinin başına gətirdiyi oyunları abidələrin də başına gətirib. Onun sözlərəinə görə, işğal altındakı Azərbaycan ərazilərində tarix-mədəniyyət abidələrinin kütləvi məhvi və saxtalaşdırılması 1954-cü ildə qəbul edilmiş Haaqa Konvensiyasına (Hərbi konfliktlər zamanı mədəni dəyərlərin qorunması haqqında maddə) ziddir.

Ekspert vurğuladı ki, bu konvensiya hərbi münaqişələr zamanı hər bir dövlətin ərazisində yerləşən  arxitektura, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini iştirakçı dövlətərin qarşısında vəzifə kimi qoyur. O bildirdi ki, həmçinin, işğal ərazilərində tarix-mədəniyyət abidələrinin dağıdılması və saxtalaşdırılması UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının pozulmasıdır. Ekspertin fikrincə, Azərbaycanın tələbi əsasında ATƏT iki dəfə işğal altındakı ərazilərdəki vəziyyəti öyrənmək üçün missiya təşkil edib, bu zaman tarixi abidələrin vəziyyəti də qismən araşdırılıb. Bununla belə, Ermənistanın UNESCO-nun işğal altındakı ərazilərdə tarixi abidələrin vəziyyətini öyrənmək üçün bitərəf missiya göndərməsini əngəllədiyini qeyd edən ekspert bildirdi ki, Azərbaycanın Mədəniyyət Nazirliyi bir il əvvəl işğal altındakı ərazilərdə tarix-mədəniyyət abidələrinin dağıdılmasına dair hesabat hazırlayaraq UNESCO-ya təqdim edib.

F.Xəlilli onu da vurğuladı ki, işğal altındakı Azərbaycan ərazilərində qalan tarix-mədəniyyət abidələrinin əksəriyyəti SSRİ dövründə sənədləşdirilməmiş qalıb ki, bu da sovet hakimiyyətinin Azərbaycana qarşı qərəzli siyasətinin bir hissəsi idi. “İşğala qədər isə Azərbaycan tərəfi bu ərazilərdə 8 dünya, 166 ölkə və 588 yerli əhəmiyyətli abidə qeydə almışdı. Dağlıq Qarabağ və ona bitişik rayonlarda mövcud olan minlərlə tarixi abidə isə rəsmi qeydiyyatdan kənarda qalıb. Nəticədə ermənilər bu abidələri öz adlarına rəsmiləşdirmək üçün fürsət əldə ediblər. Son illərdə Qarabağda alban dövrünə aid 100-ə yaxın ibadətgaha erməni kilsəsi statusu verilib. Təkcə 2006-cı ildə ermənilər tərəfindən Şuşa şəhəri ətrafında 500-dən çox abidə “erməni abidəsi” kimi qeydiyyata alınıb. 2010-cu ildə işğal altındakı ərazilərə səfər edən isveçrəli jurnalist, “Wochenzeitung” və “Neues Deutschland” nəşrlərinin əməkdaşı Andre Vedmer də tarixi abidə və qəbiristanlıqların acınacaqlı vəziyyətinin şahidi olub. Vidmer Azərbaycanın Şuşa və Ağdamdakı bir çox mədəniyyət abidəsinin məhv edildiyini və ya ciddi zədələndiyini təsdiqləyib. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun topladığı faktlara əsasən, işğal olunmuş ərazilərdə qalan və İslam dövrünə aid tarixi abidələr xüsusi amansızlıqla dağıdılır. Çünki bu abidələrin üzərində müsəlman epiqrafiyası ilə yazılar olduğundan, onları erməniləşdirmək və qeyri-Azərbaycan abidələri kimi təqdim etmək mümkün deyil. Bura qəbirüstü abidələr, türbələr və məscidlər daxildir. İnstitutun araşdırmalarına görə, 1994-cü ildə atəşkəsin əldə edilməsindən sonrakı 18 il ərzində işğal altındakı ərazilərdə dağıdılan tarix-mədəniyyət abidələrinin sayı hərbi münaqişə zamanı dağıdılmış abidələrin sayından çoxdur” - deyə mütəxəssis vurğuladı.

O qeyd edir ki, ermənilər işğal etdikləri ərazilərdə qalan tarixi abidələri dağıtmaqla və saxtalaşdırmaqla kifayətlənməyib, bu ərazilərdə arxeoloji qazıntılar da aparmaqdadırlar. O hesab edir ki, məqsəd ermənilərin Qarabağa 19-cu əsrin əvvəllərindən etibarən köçürüldüyünə dair təkzibolunmaz tarixi faktları ört-basdır etmək, ermənilərin guya min illər boyu bu torpaqlarda yaşadıqlarına dair saxta tarixi dəlillər ortaya çıxarmaqdır. Onun bildirdiyinə görə, arxeoloji qazıntılar əsasən 2000-ci illərin əvvəllərindən başlayıb. Həmin vaxt Ermənistan Ekspedisiya, Arxeologiya və Etnoqrafiya İnstitutunun bir qrup əməkdaşı işğal altındakı Ağdam rayonu ərazisində, vaxtilə Qarabağ xanlarının yay iqamətgahlarının yerləşdiyi Şahbulaq yaylağına ezam edilib. Onların qarşısında mifik “Böyük Ermənistan” dövlətinin paytaxtı “Tiqranakert”in izlərini tapmaq vəzifəsi qoyulub. 2006-cı ilin avqust ayında Ermənistan Ekspedisiya, Arxeologiya və Etnoqrafiya İnstitutu daha bir qrup əməkdaşını Şahbulaq yaylağına ezam edib. Qısa müddətdən sonra arxeoloqlar uydurma “Tiqranakert” şəhərinin qalıqlarını aşkar etdikləri barədə xəbər yayıblar. Lakin çox keçmədən onların bu “kəşfi” biabırçı faktla üzləşib, məlum olub ki, ekspedisiya üzvləri qazdıqları çalalara müasir texnikanın köməyi ilə yonulmuş mişar daşları düzüblər və onları “tarixi dəlillər” kimi təqdim ediblər.

Arxeoloq alimlərin fikrincə, ermənilərin öz saxtakar əməllərinin miqyasını genişləndirməsi olduqca mənfi haldır. Alimlər qeyd edirlər ki, erməni arxeoloqları Şahbulaq yaylaqlarında tikintisi 1751-1752-ci illərdə başa çatan və Qarabağ xanlarının iqamətgahı olan Qıfıl xan sarayı kompleksi ərazisində qazıntı işlərini hələ də davam etdirməkdədirlər. Ermənilərin apardıqları qazıntılar nəticəsində Qıfıl xan sarayı tarixi abidəsinin böyük ölçüdə dağıdıldığı bildirilir.

Ermənilər, həmçinin, işğal altındakı Füzuli rayonu ərazisində yerləşən, ən qədim insan məskənlərindən biri olaraq tanınan Azıx mağarasında, Xocavənd və Ağdərə rayonları ərazisində də arxeoloji qazıntılar aparırlar. Azıx mağarasında arxeoloji qazıntılar 2001-ci ildən başlayıb. Qeyd edək ki, bu mağaranı ilk dəfə 60-cı illərdə Azərbaycan alimləri kəşf ediblər və orada qədim insan sümüklərini tapıblar. Bu sümüklər indiyədək tapılmış ən qədim insan sümükləri hesab edilir.

O da vurğulanır ki, Azərbaycan Mədəniyyət Nazirliyinin rəsmi arayışına görə, hərbi təcavüz nəticəsində işğal edilmiş ərazilərdə ilk insan məskənlərindən olmuş Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılıb. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Füzuli, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və azərbaycanlılara aid digər milli abidələr məhv edilib. Mütəxəssislər nazirliyin topladığı faktlara istinad edərək qeyd edirlər ki, erməni işğalçıları, həmçinin, Şuşa tarixi-memarlıq qoruğunun ərazisində Aşağı və Yuxarı Gövhərağa, Mərdinli, Cümə məscidlərini, Natəvanın saray kompleksini, milli üslubda inşa edilmiş əksər yaşayış evlərini, ziyarətgah və ibadətgahları, daş heykəlləri, qədim qəbirləri, kurqanları dağıdıblar.

Ermənistanın işğal altındakı Azərbaycan ərazilərində mədəni irsi məhv etməyə yönələn siyasətinin bir hissəsi də bu ərazilərdə qalan muzeylərdə saxlanan misilsiz tarixi eksponatları, qiymətli incəsənət və mədəniyyət nümunələrini talan etməsidir. Azərbaycan Mədəniyyət Nazirliyinin statistikasına görə, işğal olunmuş ərazilərdə 40 mindən çox eksponata malik olan 22 muzey qalıb. Bu muzeylərdən Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, digər qiymətli eksponatlar talan edilib. Qədim sikkələr, qızıl və gümüş məmulatlar, nadir və bahalı daşlar, xalçalar və digər əl işləri ilə zəngin olan Kəlbəcər rayonunun Tarix Muzeyi, Şuşa rayonunun Tarix Muzeyi, Ağdam rayonunun dünyada nadir olan Çörək Muzeyi, Qubadlı Tarix-diyarşünaslıq Muzeyi (3 mindən çox əşya), Zəngilan rayonunun Tarix-diyarşünaslıq Muzeyi (6 minədək əşya), Daş abidələr muzeyi və bir çox başqa muzeylər bura daxildir. Bu muzeylərin, demək olar ki, heç birini xilas etmək, köçürmək mümkün olmayıb.

Tarixçilər vurğulayırlar ki, erməni işğalı nəticəsində eksponatları ilə birlikdə talan olunan, məhv edilən muzeylər sırasında, şübhəsiz ki, ən unikalı Ağdam Çörək Muzeyi sayılır. Ağdamda Çörək Muzeyi ilə yanaşı, Tarix Ölkəşünaslıq Muzeyi, tarzən Qurban Pirimovun Xatirə Muzeyi, Ağdam Şəkil Qalereyası da fəaliyyət göstərib. Erməni işğalı zamanı təkcə Şuşada 8 muzey dağıdılıb, talan edilib. Bunlardan yalnız Xalça və Tətbiqi Sənət Muzeyinin Şuşadakı filialı, Üzeyir Hacıbəyovun Şuşadakı Ev Muzeyinin eksponatları çıxarılıb, amma həmin muzeylərin fondu da tam xilas edilməyib. Şuşa şəhərində Natəvanın, Bülbülün, Əbdürrəhim bəy Haqverdiyevin və başqalarının ev muzeyləri, şəkil qalereyası, Şuşa və Xankəndi diyarşünaslıq muzeyləri tamamilə dağıdılıb. Şuşa şəhərinin Tarixi Muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialının, Dövlət Qarabağ Tarix Muzeyinin 1000-dək əşyası, görkəmli bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin eksponatları talan edilib. Ermənilər Üzeyir Hacıbəyovun və Bülbülün, habelə şairə Xurşudbanu Natəvanın heykəllərini Şuşa şəhərindən Ermənistan ərazisinə aparıblar. Bu abidələr bütün əxlaq normalarına, beynəlxalq humanitar prinsiplərə, sivilizasiyaya zidd olaraq vəhşicəsinə güllələnib və ağır texnika vasitəsilə zədələnmişdi. Sonradan həmin abidələri çox çətinliklə Bakıya gətirmək mümkün olub.

Onu da vurğulayaq ki, ermənilər tərəfindən məhv edilən muzeylərdən biri də Kəlbəcər Tarix-diyarşünaslıq Muzeyi olub. İçərisində 30 mindən artıq tarixi əhəmiyyətli əşyalar olan bu muzey abidəsi 1980-ci illərin əvvəllərində yaradılmışdı. Muzey ermənilər tərəfindən bütünlüklə məhv edilib. Zəngilan Rayon Tarix-diyarşünaslıq Muzeyi də bu rayonun tarixi, mədəniyyəti barədə məlumat ala bilmək üçün vizit kartı rolunu oynayıb. Muzey 1980-ci ildə fəaliyyətə başlayıb və rayon mərkəzində yerləşib. Orada 6000-ə yaxın eksponat qorunub saxlanırdı. Bura müxtəlif növ xalçalar, kilimlər, palazlar, müxtəlif mis və gümüş qablar, nimçə ,dolça, xurcunlar, gümüş xəncərlər və XVIII əsrə aid Zəngilan kəndlərindən birinin kənd həyatının maketi daxil olub. İşğaldan sonra muzey dağıdılıb, eksponatları talan edilib. Qubadlının işğalı zamanı ermənilər 5 mindən çox nadir eksponat saxlanan Qubadlı Tarix-diyarşünaslıq Muzeyini də talan ediblər. Oradakı eksponatlardan heç birini xilas etmək mümkün olmayıb.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü 1 milyona yaxın insanın öz evlərindən qaçqın-köçkün düşməsinə, çoxsaylı şəhər, qəsəbə, kəndlərin tamamilə dağıdılmasına, onlarla milyard dollarlıq maddi ziyana səbəb olmaqla yanaşı, Dağlıq Qarabağda və ona bitişik ərazilərdə azərbaycanlılara aid mədəni irsin planlaşdırılmış şəkildə məhvinə səbəb olub. Münaqişə bölgələrində erməni vandalizminin Azərbaycanın milli mədəniyyət ocaqlarına vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyil. Ən azından ona görə ki, talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ