çərşənbə günü, 11 noyabr 2026
     

Ermənistana hərbi balans xəbərdarlığı...

Image


Hərb müstəvisində elə ilk həmlədəcə Azərbaycan ordusunun işğalçı Ermənistana məxsus qüvvələri darmadağın edərək zəbt edilmiş torpaqları azad etmək iqtidarında olması düşmənin özü tərəfindən də etiraf edilən birmənalı həqiqətdir.  

Ötən illər ərzində hərbi balansın daha böyük sürətlə ölkəmizin lehinə dəyişməsi isə qarşıya qoyulan istənilən vəzifəni, o cümlədən erməni qüvvələrinin torpaqlarımzdan çıxarılması missiyasının daha tez və  minimal itki ilə yerinə yetrilməsinə imkan verir. Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü ərəfəsində ordunun əsas prioritetləri, aparılan uğurlu islahatlar, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşən müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirib ki, ordumuzun silahlanmasına yüksək texnologiyaların tətbiqi ilə hazırlanmış ən müasir, geniş ərazidə dəqiq məhvetmə qabiliyyətinə malik silah-sursat və döyüş texnikası qəbul edilib: “Bu da ordumuzun qüdrətinin artmasına əvəzsiz töhfələr verib. Ali Baş Komandanın tapşırığına əsasən bu proses mərhələlərlə, davamlı surətdə həyata keçirilir.

Son illər ərzində hərbi potensialımız xeyli dərəcə artaraq Ermənistanla Azərbaycan arasında hərbi balansı bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib. Məhz 2016-cı ilin aprel ayında Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində və cari ilin may ayında Naxçıvanda həyata keçirilən əks-həmlə əməliyyatlarında qazanılan uğurlar Ali Baş Komandanın diqqət və qayğısı ilə orduda həyata keçirilən kompleks islahatlar nəticəsində mümkün olub. Biz müxtəlif ölkələrdən müasir tipli döyüş təyyarələri, döyüş və hərbi nəqliyyat helikopterləri, artilleriya qurğuları, zirehli texnika, rabitə vasitələri, pilotsuz uçuş aparatları alırıq. Eyni zamanda, ordumuz Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən istehsal edilən hərbi təyinatlı məhsullarla da təchiz olunur. Rusiya, Belarus, Ukrayna kimi tərəfdaşlarımızla yanaşı qardaş Türkiyə, o cümlədən İran, Pakistan, İsrail, Cənubi Afrika Respublikası və digər inkişaf etmiş dövlətlərlə qarşılıqlı əməkdaşlıqda hərbi imkanlarımızı genişləndiririk”.

Bütün bu qeyd edilənləri erməni tərəfi də yaxşı bilir və hərbi balans məsələsində Azərbaycandan çox geridə qaldığını aydın sezir. Məsələ ilə bağlı  “Moskva-Bakı” jurnalı yazır ki, Azərbaycan Ordusunun arsenalında Belarusdan və İsraildən alınmış yeni raket komplekslərinin əmələ gəlməsi qüvvələr balansının yenidən hissolunacaq dərəcədə dəyişməsinə səbəb olub: “ Bu faktı hətta Ermənistanın özündə də ucadan təsdiqləyirlər. Yeni raketlərin dəqiq sayının hərbi sirr olmasına baxmayaraq, ehtimal olunur ki, Azərbaycan Belarusdan 10 ədəd “Polonez” reaktiv yaylım atəşi sistemi (RYAS (RSZO)), həmçinin “İsrael Aerospace İndustries” firması tərəfindən hazırlanmış “LORA” operativ-taktiki raket kompleksləri (OTRK) alıb.

Maraqlıdır ki, son günlər erməni mətbuatı diqqətini yalnız “Polonez”lər üzərində cəmləşdirib və İsrail raketlərini, demək olar ki, nəzərə almayıb. Ermənistan hərbi ekspertləri “Polonez”ləri Ermənistanın 2016-cı ilin payızında əldə etdiyi “İsgəndər” raket kompleksləri ilə müqayisə etmişdi. Belə müqayisəli analiz respublikanın ictimai rəyinə sakitləşdirici təsir göstərmişdi, çünki “Polonez”lər doğrudan da dəqiqlik baxımından “İsgəndər” komplekslərindən geri qalır. Lakin birincisi “Polonez”, “İsgəndər”dən fərqli olaraq, bir dəfəyə bir-iki deyil, səkkiz raketlə atəş açır və birbaşa 10 kvadratkilometr ölçüsündə sahəni əhatə edir. Bundan əlavə, Azərbaycanın ixtiyarında indi “LORA” İsrail raketləri də mövcuddur.

Onların dəqiqlik baxımından “İsgəndər” raket komplekslərinə nə dərəcədə yaxın olması barədə “Moskva-Baku” portalına müsahibəsində Rusiya hərbi eksperti Pavel Felgenhauer öz fikirlərini söyləyir: “İsrail raketləri çox yaxşı, dəqiq raketlərdir. Düzdür, onlarda döyüş hissəsinin çəkisi “İsgəndər”ə nisbətən azdır. Azərbaycanda bundan əvvəl də İsrail raketləri vardı, lakin onların uzaqlığı hardasa 120 kilometr idi və gücü çox da böyük deyildi. Buna baxmayaraq, onlar da yüksək dəqiqliyə malik idilər. Onları artıq Bakıda keçirilmiş hərbi paradda nümayiş etdirmişdilər. İndi daha yüksək məsafəyə malik raketlər və bir neçə ədəd Belarus raketi alınıb. İsrail sistemləri dəqiqlik baxımından “Polonez”dən yaxşıdır”.

Yaranmış vəziyyətdə  Ermənistan mətbuatı şikayət edir ki, Azərbaycan 2016-cı ilin payızında raket sahəsində yaranmış hərbi disbalansı aradan qaldırıb. O zaman İrəvandakı paradda “İsgəndər” raketləri nümayiş etdirilmişdi və mətbuatda Moskvanın Ermənistanı 4 ədəd bu cür raket kompleksi ilə təmin etdiyi barəsində məlumatlar verilib. Məsələnin bu tərəfinə nəzər salan Pavel Felgenhauer  bildirir: “İndiyə qədər Ermənistanın hansı növ “İsgəndər” kompleksi aldığı aydın deyil. Uzaqlığı 300 kilometrdən artıq olmayan “İsgəndər-E” kompleksləri var. Bu, ixrac üçün hazırlanmış variantdır, onlardan cəmi bir neçə ədəd hazırlanıb və onları daim beynəlxalq sərgilərdə nümayiş etdirirlər. Bundan başqa, real olaraq seriya şəklində istehsal olunan və uzaqlığı 500 kilometr olan “İsgəndər-M” kompleksləri var. Qarabağdakı hərbi əməliyyatları nəzərə alsaq, bu prinsipial deyil, lakin, bəzi fərqlər var. Məsələn, nişanalma sisteminin müxtəlifliyi. Rusiya öz üzərinə raket silahlarının yayılmaması ilə əlaqədar öhdəliklər götürüb və buna görə də, digər ölkələrə uzaqlığı 300 kilometrdən artıq olan sistemlər satmamalıdır. Bu səbəbdən indiyə qədər Ermənistanın hansı uzaqlığa malik “İskəndər”lərə malik olması barədə məsələ açıq qalır. Mən şübhələnirəm ki, onların uzaqlıq məsafəsi 300 kilometrdən çoxdur, çünki Ermənistan Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzrə müttəfiqidir, onun ərazisində Rusiya orduları yerləşir. Hətta ola bilər ki, paradda göstərilmiş “İsgəndər”lər əslində rəsmi olaraq hələ də Rusiyaya məxsusdur”. Ekspert onu da bildirir ki, Azərbaycandan fərqli olaraq, Ermənistanda ümumiyyətlə ciddi aviasiya sistemi yoxdur, onların yalnız helikopterləri var: “Məsələ həm də ondadır ki, hazırda Azərbaycan silahlı qüvvələrin ümumi sayına, ağır silahların sayına və indi də raket sahəsində, xüsusilə də İsrail raketlərinin hesabına keyfiyyətcə hərbi üstünlüyə malikdir. Bir daha təkrar edirəm, onlar daha çox təkmilləşdirilib”.

Elə polkovnik Şair Ramaldanov da bildirir ki, İrəvanın bütün bunları nəzərə alması çox vacibdir. Əks təqdirdə uduzan elə Ermənistan özü olacaq. O bildirib ki, Qarabağ münaqişəsi sülh yolu ilə həllini tapmasa, Azərbaycan əldə olan bütün imkanlardan istifadə edərək öz torpaqlarını geri qaytaracaq: “Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə deyib ki, Azərbaycan heç vaxt öz torpağında ikinci erməni dövlətinin qurulmasına izn verməyəcək. Bu, birinci növbədə Azərbaycan Ordusu üçün bir tapşırıqdır. Ordumuz hər zaman Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazır olmalıdır”. Polkovnik vurğulayıb ki, Azərbaycan Ordusunun Ali Baş Komandan tərəfindən təsdiqlənmiş döyüş hazırlığı planları var: “Hərb planına uyğun olaraq, hər il Azərbaycan Silahlı Qüvvələri irimiqyaslı təlimlər həyata keçirir. Ən sonuncu təlimlər artilleriya hissələri tərəfindən həyata keçirildi. Təlimlər ilk növbədə döyüş hazırlığının yüksəldilməsi üçün keçirilir. Müharibə onsuz da davam edir. Aktiv antiterror əməliyyatları formasında, əks-hücum əməliyyatı fonunda Azərbaycan öz torpaqlarını azad etməyə hər an başlaya bilər. Bunun üçün Azərbaycan Silahlı Qüvvələri hər zaman hazır olmalıdır. Ordumuz yeni texnika, silah-sursatla təmin olunur”. Polkovnik qeyd edib ki, Azərbaycanın yeni aldığı hərbi texnikalar şəxsi heyətin minimum itkilərlə məqsədə nail olmasına və işğalçı qüvvələrə maksimum şəkildə zərbə vuraraq, darmadağın etməyə hədəflənib: “Dövlət başçısı çıxışında da demişdi ki, əgər Azərbaycan və Ermənistanı münaqişənin həllində tək qoysalar, Azərbaycan qısa bir zamanda əldə olan imkanları ilə işğalçı qüvvələri darmadağın edərək, ərazi bütövlüyünü bərpa edəcək”. Digər ekspertlərin qənaətincə də, hazırda Azərbaycan Ordusu öz silahlı qüvvələrinin texniki-təchizat göstəricisinə görə təkcə Ermənistan yox, ümumiyyətlə, bir çox dünya ölkələri ilə müqayisədə daha əlverişli vəziyyətdədir. Digər tərəfdən, danışıqların dalana dirənməsi gərginliyi və hərbi əməliyyatların bərpası risqini artırır.  Ordumuz belə əməliyyata tam hazır olduğu vaxtda Ermənistanda bunun tamam əksi qeydə alınır. Pavel Felgenhauer  də bildirir ki, döyüş qabiliyyəti baxımdan Azərbaycan çox irəlidədir: “Ermənistan ordusu texnoloji cəhətdən Azərbaycan ordusundan çox geridə qalır. Azərbaycan ordusu texnoloji cəhətdən müharibəyə daha yaxşı hazırlaşıb. Ordunun sərəncamında təkcə Rusiyadan alınan yox, həm də İsraildən alınan müasir texnikalar var. İsraildən alınan pilotsuz uçuş aparatları ilə Azərbaycan Ermənistan ordusunun içinə belə daxil ola bilir. Ona görə də, hazırki vəziyyətdə Ermənistan üçün hücum müharibəsi qəbuledilməzidr. Bu müharibədə Ermənistan məğlub olmağa məhkumdur. Texnoloji qeyri-bərabərlik bunun əsas səbəblərindən biridir. Dağlıq Qarabağdan başqa, digər 7 rayon da işğal altındadır. Uzun illərdir ki, həmin rayonların ilkin mərhələdə geri qaytarılması ilə bağlı danışıqlar gedir. Lakin bu danışıqların heç bir nəticəsi olmayıb. Ona görə də bundan sonra da danışıqlarda bu məqamın öz həllini tapacağı inandırıcı deyil. Bu səbəbdən savaş ehtimalı yüksəkdir. Lakin bu savaş indiki şərtlər daxilində qətiyyən erməni tərəfi üçün sərfəli sayıla bilməz”.  Beləliklə, qeyd edilənlərdən də aydın görünür ki, Azərbaycan böyük üstünlüyə malikdir və erməni tərəfi bundan lazımi nəticə çıxarmasa, əsgəri müstəvidə sarsılmaz zərbələrə məruz qalmalı olacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ