Rusiya hökuməti Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsini təsdiq edib.
Trend-in məlumatına görə, müvafiq qərarda deyilir ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin təqdim etdiyi, maraqlı federal icra hakimiyyəti orqanları ilə razılaşdırılmış və Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan tərəfləri ilə əvvəlcədən işlənilmiş Xəzər dənizinin hüququ statusu haqqında Konvensiya layihəsi təsdiq olunsun.
Sənəddə bu konvensiyanın imzalanması üçün Rusiya Prezidentinə təqdim olunması təklif olunur.
Qeyd edək ki, Xəzərin statusu haqqında Konvensiya Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan arasında beştərəfli sənəddir.
Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın iştirakçıları bu sənədə tərəf olmayan ölkələrin silahlı qüvvələrinin Xəzər dənizində mövcud olmaması prinsipinə sadiq qalmalıdır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu məqam Konvensiya layihəsində əksini tapıb.
Layihədə bildirilir ki, Xəzər dənizində sahilyanı ölkələrin fəaliyyəti ərazi bütövlüyü, suverenliyə hörmət, güc tətbiq etməmək və güc tətbiqi ilə hədələməmək, qarşılıqlı hörmət, əməkdaşlıq və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında tənzimlənəcək.
Tərəflər Xəzər dənizindən sülh məqsədilə istifadə edəcəklər, problemləri sülh yolu ilə qaydasına salacaqlar, Xəzərdə silahlanma balansını qoruyacaqlar, hərbi quruculuğu Konvensiyanın bütün
Bundan başqa, Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya layihəsində üzv ölkələrin sualtı boru kəmərləri çəkmək hüququ da təsbit olunub. Bu barədə Konvensiya layihəsinin Rusiyanın rəsmi hüquq portalında açıqlanmış mətnində deyilir.
Bildirilir ki, üzv ölkələr Xəzərin dibi ilə sualtı boru kəməri və kabel çəkə bilər. Lakin vurğulanır ki, belə layihələr tərəflərin qoşulduğu beynəlxalq müqavilələrdə göstərilmiş ekoloji tələblərə və standartlara uyğun olmalıdır.
Boru xətti çəkən ölkə onun koordinatları ilə bağlı Konvensiya tərəflərinə məlumat verməlidir.