çərşənbə günü, 11 noyabr 2026
     

Hərb müstəvisində də Azərbaycan Ermənistandan nə qədər üstün olduğunu 26 iyunda bir daha göstərəcək

Image


Hərb müstəvisində Azərbaycanın Ermənistan üzərində kifayət qədər böyük üstünlüyə malik olması və bu üstünlüyünü də davamlı şəkildə artırması dünya miqyasında qəbul edilən birmənalı həqiqətdir. Qeyd olunan xüsusda ən son vacib açıqlmalar isə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrin yaranmasının 100 illiyi münasibətilə Bakı ətrafında, “N” saylı hərbi hissənin Qaraheybətdəki döyüş poliqonunda media nümaynədələri ilə görüşündə verildi. Burada səslənən fikirlərdən bəlli oldu ki, son 3-4 ildə Azərbaycanda ordu quruculuğunda olduqca genişimiqyaslı işlər görülüb.

Nazirin sözlərinə görə, 2014-cü ildə Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən Silahlı Qüvvələrdə irimiqyaslı, köklü islahatların keçirilməsi ordunun ən müasir, yüksək dəqiqlikli və böyük dağıdıcı gücə malik olan silah və hərbi texnika ilə təchizatı vəzifəsini qarşıya qoyub. Bu vəzifənin icra edilməsi çərçivəsində cəmi 3-4 il ərzində ordunun zirehli döyüş texnikası parkı böyük ölçüdə yenilənib. Böyük sayda T-90S döyüş tankları alınıb, ordunun silahlanmasında olan T-72 tankları əsaslı modernizasiyadan keçib və nəticədə onların imkanları ən müasir döyüş tanklarının imkanlarına yaxınlaşıb. Bundan əlavə, piyadalar üçün böyük sayda yeni BMP-3 zirehli döyüş maşınları, BTR-82A zirehli transportyorları, tank əleyhinə idarəedilən raket kompleksləri daşıyan “Xrizantema” döyüş maşınları, “Sandcat” zirehli döyüş maşınlarının bir neçə növləri əldə edilib.

Nazirin sonrakı açıqlamaları isə daha maraqlı olub. Onun dediklərindən belə bəlli olur ki, ötən dövr ərzində çox böyük miqdarda yeni artilleriya sistemləri alınıb, həmin artilleriya qurğuları ən müasir atəş idarəetmə sistemləri edilib, nəticədə atəş dəqiqliyi çox yüksək səviyyəyə çadırılıb. Müdafiə nazirinin dediyi kimi, hazırda Azərbaycan ordusunun raket-artilleriya qoşunlarının silahlanmasında yer alan artilleriya qurğuları, reaktiv artilleriya sistemləri o qədər çoxsaylıdır ki, onlardan eyni vaxtda bir yaylım atəşi açılsa düşmənin bütün mövqeləri darmadağın olar: “Biz son illərdə alınan yeni hərbi texnikalar barədə müntəzəm olaraq ictimaiyyəti məlumatlandırmışıq. Bu baxımdan mən hansı texnikanın, silahların alındığı barədə geniş danışmaq istəmirəm, onu deyə bilərəm ki, ordunun zirehli texnika parkının 80 faizdən çoxu yenilənib. İslahatların başlıca istiqamətlərindən biri də ordunun idarəedilməsinin təkmilləşdirilməsi idi. Mən tam məsuliyyətimlə bəyan edirəm ki, Azərbaycan Ordusu bu gün dünyada avtomatlaşdırılmış komanda-idarəetmə mərkəzlərinə malik olan çox azsaylı ordulardan biridir. Həm mərkəzi idarəetmə sistemi, həm müxtəlif qoşun növlərinin avtomatik komanda mərkəzləri qurulub, bu işlərin 90 faizi artıq görülüb. Biz bu avtomatik idarəetmə mərkəzlərindən artıq istifadə edirik, yaxın vaxtlarda bu işlər tamamilə başa çatacaq”. Müdafiə nazirinin bildirdiyinə görə, ordunun yeni, müasir silahlarla təchizatına dair qarşıya qoyulmuş vəzifə yaxın bir ildə, il yarımda yerinə yetirilib başa çatdırılacaq. Yəni yeni silahların, texnikanın alınması böyük ölçüdə artıq tamamlanıb. Zakir Həsənov onu da vurğulayıb ki, silah, texnika alınması məsələsində qərar verilərkən əvvəlcə qarşıda duran döyüş vəzifələr təhlil edilir. Bu döyüş vəzifəsini yerinə yetirmək üçün hansı silahların lazım olduğu müəyyənləşdirilir. Sonra həmin silahların ən yaxşı nümunələri seçilir və onların taktiki-texniki göstəriciləri öyrənilir. Yalnız bundan sonra bu və ya digər silahı almaq barədə qərar verilir: “Yəni biz təkcə yeni silah almaq naminə, say xatirinə qərar vermirik. Silahlanma ciddi təhlillər əsasında və Azərbaycan Ordusunun qarşısında dayanan döyüş vəzifəsi nəzərə alınmaqla aparılır”.

Qeyd edilənlərdən əlavə belə bəlli olur ki, Azərbaycan düşməni lərzəyə gətirən digər silahlara da malikdir. Elə Zakir Həsənov da iyunun 26-da keçiriləcək hərbi paradda son illərdə alınmış yeni silahların və texnikanın bir qisminin nümayiş etdiriləcəyini təsdiqləyib. Bildirib ki, bu paradda Azərbaycanın hava və raket hücumlarından müdafiə sahəsində hansı imkanlara malik olduğunu da görə biləcəyik. Nazirin bildirdiyinə görə, paradda “barəsində çoxdandır danışılan” döyüş sistemi ilk dəfə nümayiş etdiriləcək. Lakin nazir bu sistemin adını açıqlamayıb. Müdafiə naziri əlavə edib ki, bəzi yeni alınan silah sistemləri də var, amma onlar parada çıxarılmayacaq: “Biz hələlik bu sistemləri öyrənirik, tətbiq edirik, hələlik onları ictimaiyyətə açıqlamayacağıq”.

Daha bir maraqlı açsıqlama isə Hərbi Hava Qüvvələri ilə bağlı olub. Hərbi Hava Qüvvələri üçün yeni qırıcıların alınması məsələsi barədə danışan nazir qeyd edib ki, Azərbaycan Ordusu işğal altındakı ərazilərin relyefini, potensial döyüş əməliyyatları teatrında vəziyyəti nəzərə alaraq bu sahədə əsasən hücum vertolyotlarına üstünlük verir. Zakir Həsənovun bildirdiyinə görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin vertolyotları hazırda bilavasitə döyüş əməliyyatları zonasına daxil olmadan 50 kilometrə qədər məsafədən hədəfləri müəyyən edib yüksək dəqiqliklə məhv etməyə imkan verən sistemlərlə təchiz olunub: “Əlbəttə, biz 2016-cı ilin aprel döyüşlərindən lazım olan nəticələri çıxarmışıq. Vertolyotlarımız indi birbaşa döyüş əməliyyatları zonasına daxil olmadan hədəfləri 10 kilometrdən tutmuş 50 kilometrə qədər məsafədən məhv etmək imkanındadır. Yəni daşınan zenit-raket komplekslərinin atəş məsafəsinə daxil olmadan. Ümumiyyətlə, Ali Baş Komandanın müəyyən etdiyi vəzifə bundan ibarətdir ki, ordu düşmənin əsas qüvvələrini mümkün qədər az itki ilə, uzaq məsafədən endirilən dəqiq zərbələrlə məhv etmək imkanında olmalıdır. Biz silahlanmada bu vəzifədən çıxış edirik”. Z.Həsənov qeyd edib ki, ordumuz yeni formalaşanda bəzi problemlər var idi: "Dövlətin imkanı yox idi və bir çox silahları satmırdılar. Ali Baş Komandan İlham Əliyevin fəaliyyəti nəticəsində hətta onların müttəfiqləri bizə silah satır. Çalışırdılar ki, bizim İsraillə olan münasibətlərimizi pozsunlar. Ali Baş Komandanın siyasəti nəticəsində onların bu fəaliyyəti keçmədi. Bizə bu gün ən müasir silahları satırlar. Onları almaq üçün isə pul lazımdır. Ermənistanın bu pulu yoxdur və dilənir. Amma Azərbaycan ordusu xalqın qazandığı pulla ən müasir silahları alır və alacaq". 

Ekspertlər isə bütün bu açıqlamaları birbaşa Ermənistana ünvanlanmış mesaj sayır. Bununla Azərbaycan açıq şəkildə bildirir ki, hərb müstəvisində Dağlıq Qarabağ münaqişəsinin həlli üçün lazımi gücə, qüvvəyə malikdir. Bu gücün qarşısında Ermənistanın davam gətirməsinin mümkünsüzlüyü də yenə açıq mətnlə erməni tərəfinin diqqətinə çatdırılır. Digər tərəfdən yuxarıda səslənən açıqlamalardan aydın görünür ki, ordumuz ən müasir texnika ilə təmin edilib, digər istiqamətlər üzrə də onun təchizatı yüksək səviyyədədir. Bunun qarşılığında isə erməni ordusunda tamam əks vəziyyət qeydə alınır. Elə erməni mediasının yaydığı yeni məlumatlar da bunu təsdiq edir. Belə ki, Ermənistan ordusunda növbəti qalmaqallı və rəzil cinayət işi gündəmi zəbt edib. Bildirilir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) silahlı qüvvələrin bir neçə hərbi məntəqəsində xidməti vəzifəsindən istifadə edərək küllü miqdarda mənimsəmə və korrupsiya halları aşkarlayıb. MTX mətbuat xidməti bildirib ki, "N" saylı hərbi məntəqənin bir neçə bölməsinin komandirləri 2017-ci ilin dekabrından 2018-ci ilin iyununadək dövlətin hərbi hissələrə verdiyi yanacağı oğurlayaraq şəxsi mənfəət üçün istifadə ediblər. İstintaq nəticəsində aydın olub ki, yanacaq və sürtkü yağları materialları xidmətinin rəisi hərbi məntəqənin rəhbərliyi ilə sövdələşərək qanunsuz fəaliyyətlə məşğul olub. O, hərbi hissələrə verilən yanacağı oğurlayaraq qonşuluqda fəaliyyət göstərən avtoyuyucu məntəqələrə satıb. İş üstündə yaxalanan hərbi xidmət rəisinə qarşı cinayət işi açılıb. 
Ermənistan ordusunun digər hərbi hissəsində isə hərbi qulluqçuların maddi təminatına cavabdeh zabitlər hərbi maşınların hissələrini, hətta motorlarını, ötürücü qutuları və təkər şinlərini də işə yararsız və köhnəlmiş kimi qələmə verərək satıblar. Onlar hətta təmir zamanı maşınların təzə elementlərini köhnələrlə əvəzləyiblər. Bu cür əməllərin Ermənistan Müdafiə Nazirliyinin imicinə xələl gətirdiyini və ölkənin müdafiə qabiliyyətinə mənfi təsir etdiyini deyən MTX vətəndaşlara xəbərdarlıq edərək, hərbi komandir və zabitlərin qanunsuz fəaliyyətində iştirakdan uzaq durmağa çağırıb. Əks halda, hərbçilərin cinayətinə görə mülki vətəndaşlar da cəzalandırılacaq. Lakin erməni mediası yazır ki, bu xəbərdarlıqlara heç kim məhəl qoymur. Əksinə, ordunun talan edilməsi daha böyük sürətlə gedir. Erməni mediası vurğulayır ki, belə bir ordu ilə Azərbaycanın qarşısında duruş gətirmək sadəcə, mümkünsüzdür. Məhz bu vəziyyətdə Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin “prezidentinin” “müşaviri” Tiqran Abramyan müharibə qorxularını açıqlayıb. Abramyan Azərbaycan Ordusunun təmas xəttində yeni istehkamlar inşa etdiyini, cəbhəni möhkəmləndirdiyini iddia edib: “Son bir həftədə Azərbaycan Ordusu aktiv şəkildə yerdəyişmə edir və hərbi texnikanı gücləndirir. Aktiv mühəndislik işləri aparılır. Həmçinin, xüsusi təyinatlı qüvvələrin aktivliyi müşahidə olunur”. Qeyd edək ki, Ermənistan tərəfi ordumuzun işğal altındakı Günnüt kəndini azad etməsindən sonra daha çox qorxuya düşüb. İndi Zakir Həsənovun yuxarıda qeyd olunan açıqlamaları, ardınca erməni ordusunun hansı rəzil durumda olmasına dair verilən yeni məlumatlar İrəvanın daha çox təşvişə düşməsinə səbəb olur. Düşmən daha aydın şəkildə görür ki, yaxın tezlikdə Qarabağ məsələsinin dinc yolla həlli üçün əməli addımlar atmasa, ordumuz zəbt olunmuş ərazilərdə erməni silahlı qüvvələrini qısa zaman kəsiyində darmadağın edərək Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcək.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ