çərşənbə günü, 11 noyabr 2026
     

Paşinyan Rusiyanın bu ölkədəki hərbi bazasını hədəfə çevirməyə başladı...

Image


Arzu Nağıyev: “Sadəcə olaraq demokratiya və siyasət oyunu oynayırlar”

 

Politoloq Stepan Qriqoryan Ermənistanın baş nazir Nikol Paşinyanın həyat yoldaşının baş redaktoru olduğu “Haykakan jamanak” qəzetində dərc etdirdiyi və Ermənistan-Rusiya münasibətlərinə həsr olunmuş məqaləsində hesab edir ki, Rusiya hərbi bazaları üçün təmənnasız və müddətsiz torpaq sahəsi ayrılması ədalətsiz və misli görünməmiş hadisədir.

O qeyd edir ki, hətta Rusiyaya heç də az “sadiq” olmayan Belarus, Tacikistan və Qırğızıstan da öz ərazilərində Rusiya hərbi bazalarının yerləşdirilməsinin müqabilində xeyli məbləğdə pul alırlar: “Metsamor” AES-in Rusiyanın ixtiyarına verilməsi, bir sıra iri sənaye obyektlərinin və az qala ölkənin bütün energetika sisteminin Rusiyaya “hədiyyə” edilməsi ona gətirib çıxarıb ki, Ermənistan regionda bütün əsas “kozır”larını həmişəlik itirib. Eyni zamanda, Ermənistanda mövqelərini xeyli möhkəmləndirdikdən sonra Rusiya atom yanacağının qiymətlərini kəskin qaldırıb və atom elektrik stansiyasının bağlanmasından əldə edə biləcəyi bütün üstünlüklərdən istifadə etməyə çalışır. Rusiya AES-in bağlanmasına kompensasiya olaraq Aİ-nin Ermənistana təqdim etməyə hazır olduğu maliyyə dəstəyini əlinə keçirməyə hazırlaşır. Müxtəlif dəyərləndirmələrə görə, bu yardım 500 milyon dollar təşkil edə bilər. Bundan sonra, faktiki olaraq, Türkiyənin “Metsamor” AES-in bağlanması tələbini yerinə yetirdikdən sonra Moskva Ankaradan Rusiya-Türkiyə münasibətlərinin digər sahələrində bir sıra güzəştlərə nail olacaq”.

Müəllifin əlində olan məlumatlara əsasən, Rusiya erməni maraqlarını hesaba almayaraq, Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Azərbaycana kifayət qədər güzəştə getməyə hazırdır. Bir şərtlə ki, Azərbaycan da Moskvaya güzəştə getsin: “Rusiyanın niyyətləri özünü keçmiş SSRİ ərazisində mövcud olan “tanınmamış dövlətlər”ə münasibətinin analizində də görünür. RF-nin konsulluq xidmətləri Dnestryanının, Abxaziyanın və Cənubi Osetiyanın sakinlərinə tamamilə sərbəst şəkildə Rusiya vətəndaşlıq pasportları paylayır. Bu ərazilərin liderləri Moskvada dövlət səviyyəsində qəbul edilirlər. Bunu Rusiya tərəfindən açıq dəstəkdən məhrum olunmuş Dağlıq Qarabağ Respublikasının rəhbərliyi barədə demək mümkün deyil. Eyni zamanda, Ermənistan hakimiyyəti Rusiyanı özünün yeganə strateji tərəfdaşı hesab etməkdə davam edir”.

Əslində, bu olduqca maraqlı bir yanaşmadır. Xüsusilə də Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşının baş redaktoru olduğu qəzetdə Rusiya ilə bağlı belə sərt mövqenin ortaya qoyulması maraqlı görünməyə bilməz. Bu məqalə vasitəsilə Rusiya, faktiki olaraq, şantaj edilir, ondan Ermənistan ərazisindəki hərbi bazalarına görə əlavə ödəniş tələb edilir. Bu yanaşmanın arxasında daha hansı maraqları sezmək olar və Rusiyanın bu məsələyə münasibətini necə proqnozlaşdırmaq mümkündür?

Politoloq Arzu Nağıyev qəzetimizə açıqlamasında bildirdi ki, o, Paşinyan komandasının səmimi şəkildə anti-Rusiya ovqatında olmasına inanmır: “Paşinyan və onun komandasının əsas məqsədi   seçkiqabağı siyasi gedişlər etməkdir. Əgər Ermənistanda doğrudan da anti-Rusiya təbliğatı aparılırsa, onda Rusiya buna niyə reaksiya vermir? Eyni zamanda, onlar Qərb üçün bir psevdodemokratiya oyunu oynayırlar. Bu gün Ermənistanda dövlətçiliyin çöküşü gedir, müxtəlif klanlar seçkidə özlərinə yer tutmaq üçün hər cür addımlar atırlar. Bundan başqa, Ermənistan kənardan idarə olunur. Bu gün Ermənistanda dünyada yaşayan ermənilərin heç 20-25 faizi belə  yaşamır. Yəni əsas tapşırıq və göstərişlər xaricdən gəlir. Rusiya ilə bağlı fikirlər də yeni deyil. Sərhəd qoşunlarının ruslardan alınıb ermənilərə verilməsi, hava limanlarının qaytarılması və s. məsələlər çoxdan gündəmdədir. Onlar unudurlar ki, tam olmasa da, 80-90 faiz iqtisadiyyat Rusiya ilə bağlıdır və bu statistik göstəricilərə baxanda Ermənistan özü üçün nəticə çıxarmalıdır. Gümrüdəki Rusiya bazası, İran və Türkiyə ilə sərhəddəki rus əsgərlərini sanki ermənilər görmürlər. Buna görə Rusiya vəsait ödəməlidir? Təssəvvür edin ki, Rusiya Ermənistandan çıxdı. Bəyəm Rusiya üçün orada qalmaq belə vacibdir? Ermənilər də, ruslar da bilirlər ki, bu ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həlli deməkdir, istər hərbi yolla, istər digər variantlarla bu məsələ həll ediləcək. Yenə də Ermənistan bütün iqtisadi layihələrdən təcrid vəziyyətdə qalacaq. Yəni ermənilər bilirlər ki, Rusiya tək onları deyil, özünün NATO ilə olan sərhədini qoruyur və bununla da Turkiyə və İrana müəyyən qədər təsir mexanizmini saxlayır. Rusiya, təbii ki, çalışır Ermənistanı Avroasiya İttifaqına qoşduğu kimi, Azərbaycanı da  ora daxil edib sonra Dağlıq Qarabağ məsələsinin həllinə imkan versin. Bu da inandırıcı görünmür, sadəcə, nüfuz dairəsinin artırılmasından başqa bir şey deyil. Yəni bütün bu gedişlər onu göstərir ki, Paşinyanın konkret bir proqramı yoxdur, Rusiyasız onlar hətta dövlət deyillər. Bu addımları atmaqla heç bir müsbət nəticə də əldə edə bilməyəcəklər. Sadəcə olaraq demokratiya və siyasət oyunu oynayırlar. Əlbəttə ki, Rusiyanın da səbr kasası daşa bilər, bunun isə acınacaqlı nəticə verəcəyi şübhəsizdir”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ