çərşənbə günü, 11 noyabr 2026
     

Ermənistanda “Qriqoryan işi” Azərbaycana təcavüz siyasətini rəsmən təsdiqləyən fakta çevrilir…

Image


Daşdəmir Əliyev: “Ermənilərin özləri həmin prosesdə iştirak edən adamların qatı cinayətkar olduğunu ortaya qoyurlarsa, beynəlxalq dairələr əməli fəaliyyətə keçməlidirlər”

 

Azərbaycan torpaqlarının işğalında öncül şəxslərdən olmuş general Manvel Qriqoryan həbs edilib. Milli Məclisin üzvü olan generalın toxunulmazlığının ləğvinə parlament iyunun 19-da razılıq verib, həbs qərarını həmin gün paytaxt İrəvanda məhkəmə çıxarıb.

İyunun 16-da Milli Təhlükəsizlik Xidmətinin tutduğu Manvel Qriqoryan qanunsuz silah-sursat saxlamaqda, özgə əmlakını talamaqda təqsirli bilinir. Ona məxsus ev və ərazilərdən külli miqdarda silah-sursat, hərbi və xüsusi texnika, cəbhə bölgəsi üçün yığılmış tibbi ləvazimat, ərzaq aşkarlanıb. Generalın onlarca maşına, hətta şəxsi zooparka sahib olduğu açıqlanıb. M.Qriqoryan 1956-cı ildə Eçmiədzinin Arşaluys kəndində doğulub. İrəvan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Azərbaycan torpaqlarının qanlı işğalının fəal iştirakçısıdır. Dağlıq Qarabağda müxtəlif hərbi hissələrə komandirlik edib, Ermənistan ordusunda korpus komandiri olub. 1996-cı ildə general-mayor, 2000-ci ildə general-leytenant ali hərbi rütbəsi alıb. 2000-2008-ci illərdə müdafiə nazirinin müavini postunu tutub. 2012 və 2017-ci illərdə Ermənistan Respublika Partiyasının proporsional siyahısından parlamentin deputatı seçilib. “Yerkrapa” könüllülər birliyinin sədridir. M.Qriqoryanın oğlu Karen Qriqoryan həbsdən sonra Eçmiədzin meri postundan istefa verib.

Ermənistan müdafiə nazirinin sabiq müavini, deputat M.Qriqoryanın həbsinə münasibət bildirən Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Ermənistanın milli qəhrəmanı M.Qriqoryan Xocalı soyqırımının törədilməsi, Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalı zamanı azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, kütləvi qətlə yetirilməsi, həmçinin, mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində iştirak edib.

H.Hacıyev xatırladıb ki, 2014-cü ilin noyabrında "Azadlıq" radiosunun erməni bürosuna verdiyi müsahibəsində M.Qriqoryan Qarabağ döyüşlərindən yüzlərlə azərbaycanlı girovla geri qayıtdığını və hətta onları şəxsi evində işlətdiyini açıq şəkildə və “fəxrlə” bəyan edib: “Bu etirafına görə hətta erməni hüquq müdafiəçiləri tərəfindən tənqid olunan və bu kimi əməlləri ilə Cenevrə konvensiyalarının pozulmasında ittiham olunan M.Qriqoryan həqarətlə Cenevrə konvensiyaları-filan tanımadığını bəyan etmiş, erməni olması ilə fəxr etdiyini demişdi. Ermənistanın milli qəhrəmanı olan bu şəxs həmin açıqlamalarından sonra da Ermənistanın Respublika Partiyasının imtiyazlı üzvü kimi fəaliyyətini davam etdirmişdi. Demokratiyadan və insan hüquqlarından dəm vuran Ermənistanın yeni hakimiyyəti əsl mahiyyətini indi sübut etməlidir. Təəssüf ki, M.Qriqoryana qarşı başlanan cinayət işi onun yalnız Ermənistanda törətdiyi iqtisadi cinayətlərlə məhdudlaşır. Cinayət işinin tərkib hissəsi olaraq onun müharibə dövründə törətdiyi hərbi cinayətləri, xüsusilə özünün etiraf etdiyi kimi, əsir və girov götürülmüş yüzlərlə azərbaycanlının taleyi və onlara qarşı törədilmiş əməllər araşdırılmalıdır. Ümid etmək istərdik ki, beynəlxalq insan hüquqlarının müdafiəsi təşkilatları, o cümlədən Avropa Şurası bu məsələdə fəallıq nümayiş etdirəcəklər”.

Bütün bu faktlar Azərbaycan torpaqlarının cinayətkar xislətli erməni məmurları tərəfindən işğal olunduğunun, talan edildiyinin ən bariz nümunəsi sayıla bilərmi? Bu hal beynəlxalq ictimaiyyətə Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün əlavə hansı əsasları vermiş olur?

Hərbi ekspert Daşdəmir Əliyev qəzetimizə bildirdi ki, bu faktların özü bizimlə kimlərin hansı üsullarla mübarizə apardığını təsdiqləmiş olur: “Biz dəfələrlə bəyan etmişik ki, Azərbaycan torpaqlarının işğalı zamanı ermənilər tərəfindən misli görünməmiş vəhşiliklər, vandallıqlar törədilib. Hətta müharibə qanunları ilə belə uzlaşmayan vəhşiliklərin şahidi olmuşuq. Barəsində sual verdiyiniz M.Qriqoryan Dağlıq Qarabağda gedən hərbi əməliyyatlara başçılıq edib və xüsusi qəddarlığı ilə seçilən generallardan olub. İndi Ermənistan hakimiyyətinin özü rəsmi olaraq onun törətdiyi cinayətlər barədə cəmiyyətə məlumat verir. Məlum olur ki, həmin adam əsl cinayətkar mafiya bosları kimi həyat tərzi sürüb. Hələ ki, Ermənistan rəhbərliyi onun İrəvanda, dinc dövrdə törətdiyi cinayətlərin xırda bir qismini ictimailəşdirib. Nəticədə bütün dünyanı heyrət bürüyüb. İndi görün bu adam müharibə gedən ərazilərdə nələr edib? Onun əli bizim vətəndaşlarımızın  qanına batıb. Bu adam Dağlıq Qarabağda bəşəriyyət əleyhinə törədilən cinayətlərə rəhbərlik edib. Təbiidir ki, Ermənistan rəhbərliyi həbs edilən generalın Dağlıq Qarabağdakı əməllərinə hüquqi qiymət verilməsində maraqlı olmayacaq. Ancaq biz bütün resurslarla həmin adamın kimliyini açıqlamalıyıq və beynəlxalq ictimaiyyətdən onun beynəlxalq konvensiyaların tələblərinə uyğun şəkildə cəzalandırılmasını tələb etməliyik. Bir faktı da qeyd edim ki, həmin adam Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın ən yaxın silahdaşı olub. Bu faktın özü uzun illər ərzində Ermənistanın kimlər tərəfindən idarə olunmasına bir işarə vermiş olur. Əminəm ki, nə vaxtsa sarkisyanlar, balayanlar, qriqoryanlar layiq olduqları cəzanı alacaqlar. Bu faktlar, eyni zamanda, beynəlxalq ictimaiyyət üçün Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı əməli fəaliyyətə keçmək üçün tam əsas verir. Ermənilərin özləri həmin prosesdə iştirak edən adamların qatı cinayətkar olduğunu ortaya qoyurlarsa, beynəlxalq dairələr əməli fəaliyyətə keçməlidirlər”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ