çərşənbə günü, 11 noyabr 2026
     

Avroittifaqda Dağlıq Qarabağ problemi üçün xüsusi nümayəndə statusu...

Image


Yeganə Hacıyeva: “Ümidvarıq ki, Aİ məhz bu konfliktlə də bağlı xüsusi nümayəndənin təyin edilməsində maraqlı olacaq”

 

Avropa İttifaqının rəsmi saytında dərc olunan Ermənistan-Avropa İttifaqı münasibətləri haqqında sənəddə qeyd olunur ki, Dağlıq Qarabağ problemi beynəlxalq qanunvericiliyin norma və prinsipləri çərçivəsində təcili həll olunmalıdır:

“Həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi regionda sabitlik və tərəqqiyə mane olur. Avropa İttifaqı hesab edir ki, münaqişə təcili şəkildə siyasi yolla həllini tapmalıdır. 2003-cü ildən etibarən Avropa İttifaqının xüsusi nümayəndəsi qurumla region ölkələri arasında dialoqun təşviqinə çalışır. Avropa İttifaqı, o cümlədən, Cənubi Qafqaz üzrə xüsusi nümayəndə vasitəsilə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin münaqişənin sülh yolu ilə nizamlanmasına yönəlmiş səylərini dəstəkləyir və tamamlayır”. Əslində, bu sənəddə Aİ-nin hansısa yeni yanaşmasına rast gəlmirik. Sənəddə diqqətçəkən məqamlardan biri Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin təcili həlli ilə bağlı arzusunu ifadə etməsidir. Belə olan halda sual yaranır: Aİ belə tələsirsə, niyə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi nümayəndə təyin etmir? Qeyd edək ki, Aİ bənzər münaqişələrin yaşandığı bəzi ölkələrlə bağlı bu nümayəndəliyi yaradıb. Məsələn Cənubi Qafqaz və Gürcüstan Böhranı üzrə Nümayəndəliyi buna misal göstərə bilərik.

Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, münaqişənin hələ ilk illərində - 92-93-cü illərdə Aİ Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə tərəfləri atəşkəsə və beynəlxalq qanunvericiliyin norma və prinsiplərinə hörmət çağırışı ehtiva edən 6 bəyanat verib: “Bu sənədlər daha sonralar konfliktin nizamlanması addımlarında baza sənədlər kimi, BMT də daxil, digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunub. Lakin sonralar, xüsusilə 2003-cü ildən sonra isə Avropa İttifaqı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konfliktini Cənubi Qafqazdakı digər konfliktli halları cəm şəklində birləşdirərək region üzrə xüsusi nümayəndəlik formalaşdırdı. Bu yanaşma fikirimcə, çox yanlış idi və illər keçdikcə, Aİ bu yanlış yanaşmasını etiraf etdi”. Politoloqun sözlərinə görə, 2009-cu ildən sonra Aİ Cənubi Qafqaz üzrə Nümayəndəliyi yeni mandatla əvəzlədi və bu ofis Aİ-nin Cənubi Qafqaz və Gürcüstan Böhranı üzrə Nümayəndəliyi adlandırıldı: “Bu addıma 2008-ci ildə Gürcüstanda baş qaldıran konflikt səbəb oldu. 2014-cü ildən isə eyni proqram üzrə Aİ-nin Ukrayna Böhranı üzrə də Nümayəndəliyi fəaliyyət göstərir.

Göründüyü kimi, Aİ-nin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konfliktinin həllinə olan  yanaşması digərlərindən fərqlənir. Belə demək olarsa, ayrıseçkilik mövcuddur. Aİ-nin  yanaşmasının bir neçə məqamdan ibarət izahı var. Məsələ ondadır ki, Gürcüstan və Ukraynadan fərqli olaraq, Azərbaycan torpaqlarını işğal edən tərəf BMT-nin tamhüquqlu üzvü olan dövlət - Ermənistandır. Digər iki ölkədən fərqli olaraq, işğal olunmuş Azərbaycan torpaqlarında qondarma quruluşun qanunları, qanunsuz hərbi birləşmələri deyil, Ermənistanın qanunvericiliyi, məhkəmə institutları, ordusu fəaliyyət göstərir. Yəni burada, digərlərindən fərqli olaraq, BMT- nin bir üzv dövlətinin digərinin torpaqlarını işğalı və təcavüzü faktı, beynəlxalq hüquq və normaların aşkar pozulması halı mövcuddur. Qeyd edim ki, Avropa İttifaqının bu kimi konfliktlərin həllində mandatı olan Təhlükəsizlik Şurası mövcud deyil və bu məsələnin həlli  artıq BMT Təhlükəsizlik Şurasının mandatı çərçivəsində olan bir məsələdir. İkinci bir məqam Aİ və beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konfliktinin ATƏT-in Minsk Qrupunun mandatına uyğun həllini tanıyır. Aİ 2014-cü ildən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin münaqişənin sülh yolu ilə nizamlanmasına yönəlmiş səylərini dəstəkləyir və tamamlayır. Ancaq bu heç də Aİ-nin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konfliktinin həllində digər təşəbbüslərin və ya alətlərin olmasından imtina etməsi anlamına gəlməməlidir. Məsələ ondadır ki, Azərbaycan və bölgəmiz Avropa İttifaqının strateji maraq dairəsindədir. Avropa İttifaqı Azərbaycanı özünün strateji tərəfdaşı kimi qəbul edir, Azərbaycan Aİ-nin enerji  təhlükəsizliyində aparıcı rol oynayır, Cənub və Şərq nəqliyyat dəhlizinin strateji bəndidir. Bu kimi məqamlara görə Aİ Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konfliktinin regionun stabilliyi  üçün yaratdığı hədələrin aradan qaldırılmasında və Dağlıq Qarabağ məsələsinin həlli yolunda  böyük rol oynamaqda maraqlı olmalıdır. Biz son illər daha çox Aİ-nin münaqişənin daha fərqli fazaya keçməsi və danışıqlara stimul vermək üçün öz səylərini gücləndirəcəyi haqqında fikirlərinin şahidi oluruq. Aİ-nin Qarabağ münaqişəsinin həlli prosesinə cəlb edilməsi məsələsi qurumla Azərbaycan arasında üzərində işlənən strateji tərəfdaşlıq sazişı sənədində ayrıca bənd kimi müzakirə olunur. Ümidvarıq ki, Aİ məhz bu konfliktlə də bağlı xüsusi nümayəndənin təyin edilməsində maraqlı olacaq”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ