şənbə günü, 14 noyabr 2026
     

Ermənistanın təcavüzkar Qarabağ siyasətində faşizmə pərəstiş açıq fakta çevrilir

Image


Ermənistanın həyata keçirdiyi işğal siyasətinin regionda ciddi təhdid mənbəyi olması, düşmənin zəbt olunmuş ərazilərdə törətdiyi vəhşiliklərə dünya birlyinin hələ də lazımi reaksiya verməməsinin ciddi fəsadlar yaratması barədə rəsmi Bakı indiyə qədər beynəlxalq səviyyədə dəfələrlə məsələ qaldırıb.

Düzdür, bütün bunların nəticəsi olaraq Ermənistanın işğal siyasətini pisləyən çoxsaylı qərar və qətnamələr, müxtəlif sənədlər qəbul olunub. Amma məsələnin narahatlıq yaradan tərəflərindən biri Ermənistanın bu bəd əməllərinin durdurulması üçün beynəlxalq birlik tərəfindən lazımi addımların atılmaması, məsələn, Ermənistana qarşı sanksiyalar tətbiq olunmamasıdır. Elə bu vəziyyət hələ də işğal siyasətinin davam etməsinə, eyni zamanda Ermənistanın daha təhlükəli addımlar atmasına səbəb olur. Məsələn, zəbt olunmuş ərazilərdə ermənilərlə yanaşı digər terror təşkialtlarının da yuva salması, bu yerlərin narkoticarət üçün istfiadə edilməsi qeyd edilənlərin real təsdiqi sayıla bilər.

Məsələnin ciddi təhdid sayıla biləcək digər tərəfləri də var. Belə ki, davam edən işğal siyasəti fonunda Ermənistan, Azərbaycanla yanaşı, digər qonşu ölkələrin də ərazilərinə açıq iddiasını ortaya qoyur. Bu səpkidə Ermənistanda məqsədyönlü şəkildə faşizm ideologiyası da inkişaf etdirilir. İndi iş  o yerə çatıb ki,  faşizmin Ermənistanda sürətlə yüksəlişi hətta işğalçı ölkənin əsas hamisi sayılan Rusiyanı belə ciddi şəkildə narahat edir. Belə ki, Ermənistan rəhbərliyinin milyonlarla insanın ölümünə səbəb olan faşizmi dövlət siyasəti seçməsi Rusiya Müdafiə Nazirliyinə məxsus “Zvezda” telekanalı tərəfindən  də kəskin tənqid olunub. Kanal diqqəti ona yönəldir ki, Ermənistanda faşizmə xidmət göstərmiş Qaregin Njdenin həyat yolu hökumət səviyyəsində təbliğ olunur. Hətta nasistlərin simvolu bu  ölkənin hakim partiyasının rəmzidir.

Xatırladılır ki, faşizmin təbliğini aparan rəsmi İrəvan bunu 2016-cı ilin mayında Ermənistanda Qaregin Njdeyə heykəl qoymaqla bir daha sübut edib. Verilişin müəllifi Veronika Kraşeninnikova deyib ki, 1942-ci ildə Njde üçüncü Reyxə sovet Ermənistanını alman koloniyasına çevirmək üçün müraciət edir. Məhz o, erməni nasist legionunu yaradıb. Njde əsir erməniləri inandırıb ki, kim Almaniya üçün ölür, deməli Ermənistan üçün ölmüş olur. Qeyd olunur ki, indi Ermənistanda qoyulan abidə İkinci Dünya müharibəsində Ermənistanda faşizmə qarşı döyüşənlərin xatirəsinə təhqirdir. Müəllif Ermənistanın mövcud iqtidarını sərt tənqid edib. Bildirib ki, faşizmi dəstəkləyən hökumət hər zamankı kimi ikili oyun oynayır: “Njde Ermənistanı idarə edən hakim Respublika Partiyasının qəhrəmanı və simvoludur. Onun ideologiyası milli konservatizmə çevrilib. Partiyanın loqotipi mənə üçüncü Reyxin simvolunu xatırlatdı. Bu yaxınlarda mən hakim Respublika Partiyasının rəhbərliyi ilə görüşdüm və loqotiplə bağlı sualı onlara verdim. İnanmazsınız, hakim partiyanın rəhbərlərindən biri bunu təsdiqlədi. Deyəsən, biz Ermənistanı idarə edənlər haqqında çox şeyi bilmirik”. Burada onu da xatırlatmaq yerinə düşərdi ki,  Ermənistan hakimiyyətinin ideallaşdırdığı faşist Qaregin Njde, həmçinin, hələ Qafqaz sovetləşməzdən əvvəl Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı kəndlərdə yüzlərlə soydaşımızın qətlə yetirilməsində şəxsən iştirak edib. Ermənistanda bu nasist haqqında işğalçı ölkənin kino tarixində ən böyük büdcəyə malik film də çəkilib. Bu film yeddi milyon dollara başa gəlib. İşğalçı ölkədə vətəndaşlar səfil həyat tərzi yaşadığı bir vaxtda Ermənistan hökuməti faşizm ideologiyasının təbliğinə külli miqdarda vəsait sərf edir. Azərbaycan Ermənistanda bu təhlükəli olaylar haqqında vaxtında məsələ qaldıranda dünya buna lazımi reaksiya vermədi. Məhz həmin reaksiyanın yoxluğunun nəticəsidir ki, indi Ermənistanda faşizm tüğyan edir.

“Dro” ləqəbi ilə daha çox məşhur olan erməni antisemit Drastamat Kanayanın Ermənistanda qəhrəmanlaşdırılıması da qeyd edilənlərin real təsdiqi sayıla bilər. Bu şəxs də indi erməni tarixinə aid dərsliklərdə əsl qəhrəman kimi təbliğ olunur.  Xatırlatmaq yerinə düşər ki, “Dro”  İkinci Dünya müharibəsi illərində minlərlə yəhudinin məhv edilməsində şəxsən iştirak edib. Amma indi o, Ermənistanda qəhrəman kimi təqdim olunur. Ekspertlərin fikrincə, bu faşist Ermənistanın indiki hakim dairələrinə özlərinin işğalçı planlarına haqq qazandırmaq və böyüməkdə olan nəsli başqa xalqlara nifrət ruhunda tərbiyə etmək üçün bir simvol kimi lazımdır. Erməni faşistlərə göstərilən bu diqqət  bir daha təsdiq edir ki, müasir Ermənistanda faşistlərə pərəstiş kampaniyası təşkil edilib. Şübhə yoxdur ki, Ermənistanın bugünkü rəhbərliyi faşizmi təbliğ edirsə, yaxın tezlikdə  həmin rəhbərlik Hitlerin “ideya”larını da eyni dərəcədə təbliğ etməyə başalyacaq. Özü də bütün bunların arxasında müasir Ermənistan rəhbərliyi dayanır. Ermənistanda faşizmin dirçəldilməsi isə bu gün təkcə Azərbaycan yox. bütün region, dünya üçün ciddi təhdiddir. Elə bu səbəbdən, Azərbaycanın illərdir bəyan etdiyi kimi, erməni faşizminin durduruluması üçün əməli addımlar atılmalı, düşmən Azərbaycan ərazilərinin işğalı zamanı yol verdiyi cinaytələrə, törətdiyi soyqırımlara görə cəzasını almalıdır. Yəni erməni faşizminin durdurulmasının başlıca yolu işğal siyasətinə son qoyulması, Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir. Əks təqdirdə Ermənistanda faşizm, etnik millətçilik və şovinizmin daha da çiçəklənməsi qaçılmazdır. Bundan isə əzəiyyət çəkən ölkələrin sayı kifayət qədər olacaq. Hətta bu sıraya Ermənistanı ayaqda saxlayan Rusiya da daxildir. Elə bu səbəbdəndir ki, Ermənistanda çiçəklənən faşizm sözügedən ölkədə də narazılıq doğurur. Əslində, Ermənistanda möhkəmlənməkdə olan faşizmin durdurulması üçün dünyanın Dağlıq Qarabağ münaqişəsində obyektiv mövqe tutması kifayət edər. Çünki Ermənistan bu məsələdə birmənalı şəkildə işğal siyasəti yürüdən tərəf kimi qəbul olunur. Eyni zamanda, indiki Ermənistan rəhbərliyi Dağlıq Qarabağda, işğalla yanaşı, digər çoxsaylı cinayətlərə yol verdiklərini də etiarf edir. Məsələn, götürək elə  Xocalı soyqırımını. Karnegi fondunun saytında Tomas de Vaalın yerləşdirdiyi müsahibədə türk millətinin qatı düşməni, cinayətkar, törədilmiş bütün faciələrin baiskarlarından biri olan prezident Serj Sarkisyan bu etirafları edib: "Xocalıya qədər azərbaycanlılar bizimlə, sadəcə, zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu". Elə bu etirafın özü Sarksiyanın cəzalandırılması üçün lazımi hüquqi prosedurların başlanmasına imkan verir.

Digər təərfdən o da faktdır ki, bu gün Ermənistan terrora dövlət səviyyəsində dəstək verən ölkədir. Faktdır ki, ərazisi işğala məruz qalan Azərbaycan bu gün də Ermənistan tərəfindən dövlət səviyyəsində aparılan terrorizm təhlükəsi ilə üz-üzədir. Amma erməni terroru təkcə Azərbaycan üçün təhdid yaratmır. Ümumiyyətlə, ötən əsrin 70-ci illərindən başlayaraq vüsət alan erməni terrorizminin yeni dalğası ASALA və onun alt-qrupları olan “Orli Group”, “Geqaron”, “Erməni ittifaqı”, “Gənc erməni ittifaqı”, “9 iyun qrupu”, “Sui-qəsd eskadronu”, “Apostol”, “İsveç qrupu” kimi terror təşkilatlarının simasında yeni vüsət aldı. Bu qrupların Yaxın Şərq, Avropa və Şimali Amerikada törədiyi qanlı terror əməlləri hələ yaddan çıxmayıb.  Problemin digər tərəfi ermənilərin indi həmin terror qruplarını yneidən dirçəltməsidir. Həmin qruplar üçün əlverişli sığınacaq qismində isə yenə də Azərbaycanın işğal olunmuş əraziləri çıxış edir. O da faktdır ki,  Ermənistan dünyada yeganə ölkədir ki, terrorçuluq ənənələri ilə fəxr edir: Bunun bariz nümunəsi olaraq, yuxarıda qeyd olunduğu kimi, faşist müharibə cinayətkarı general “Dro”nun və ASALA-nın üzvü, qatı terrorçu Monte Melkonyanın Ermənistanın milli qəhrəmanları elan edilməsi və onların şərəfinə İrəvanda abidələr qoyulmasını göstərəmk olar.  Erməni terrorçularının əməlləri həm də  “milli qəhrəmanlıq” nümunəsi kimi orta və ali məktəb dərsliyinə daxil edilib. Elə bu da düşmən ölkədə gənc nəslin hansı ruhda tərbiyə olunduğunu aydın nümayiş etdirir.

Burada digər bir problemə də xüsusi diqqət çəkmək lazım gəlir. Söhbət erməni terrorunun Azərbaycanda təkcə insanları deyil, həm də xalqımızın maddi və mənəvi irsini hədəf götürməsindən gedir. Sirr deyil ki, bu gün Dağlıq Qarabağda işğal altında qalan maddi-mədəniyyət nümunələrimiz erməniləşdirilərək mənimsənilir. Ermənilər özününküləşdirə bilmədikləri abidələrimizi isə dağıdır, izini itirməyə çalışırlar. İşğal zonalarında maddi mədəniyyət yadigarlarımızın dağıdılması prosesi indi də davam edir. Bütün bunlar ermənilərin çirkin niyyətlərinə çatmaq üçün azərbaycanlılara və xalqımızın mədəni-mənəvi irsinə qarşı terror, soyqırım yolu seçdiklərini aydın şəkildə ortaya qoyur. Həm də aydın olur ki, ermənilərin əsas metodlarından olan terrorçuluq Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir.  Yuxarıda qeyd olunduğu kimi, bu terror, ermənilərin faşizm siyasəti təkcə Azərbaycan yox, region və dünya üçün ciddi təhdid mənəbəyidir. Bu təhdidin aradan qaldırılması üçün ilk növbədə işğal siyasəti yürütdüyünə görə Ermənistan sərt formada cəzalandırılmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycan qeyd olunan istiqamətdə dünya birlyinin zəruri addımlar atacağına ümid deir. Əks təqdirdə ölkəmiz güc variantından istifadə edərək ermənilərin yaratdığı təhdidləri aradan qaldırmaq məcburiyyətindədir.   Artıq qeyd olunan xüsusda rəsmi Bakı həm işğalçı Ermənistana, həm də dünya birliyinə öz xəbərdarlıqlarını edib.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ