"Sankt Peterburqda keçirilmiş dünənki görüş formatında Dağlıq Qarabağla bağlı digər görüşün də keçirilməsi gözlənilir”. APA-nın "news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Fransanın Ermənistandakı səfiri keçirdiyi mətbuat konfransı zamanı bildirib.
Oxşar görüşlərin Fransa tərəfinin təşəbbüsü ilə keçirilməsinin mümkünlüyü ilə bağlı suala cavabında isə səfir "niyə də yox” cavabını verib.