Cümə günü, 20 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi
Tarix: 21.06.2016 / 02:07
Bölmə: Siyasət
Məlumdur ki, istər regionda, istərsə də ondan kənarda yerləşən bütün dövlətlərlə dostluq və qarşılıqlı səmərəli əlaqələrin qurulması və inkişaf etdirilməsi, regionda və ümumilikdə beynəlxalq arenada dinc-yanaşı yaşamanı təmin etmək Azərbaycan Respublikasının xarici siyasətinin vacib prinsiplərindəndir. Bu prinsipləri Heydər Əliyev belə ifadə edib: "Bizim xarici siyasətimiz sülhsevər siyasətdir, biz hər hansı bir dövlətin suverenliyinə, ərazi bütövlüyünə toxunmaq məqsədi güdmürük.
Lakin, eyni zamanda, respublikamızın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü, nəyin bahasına olursa-olsun, xarici siyasət vasitəsilə təmin etməyə çalışacağıq".
Heydər Əliyev siyasi kursunu uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyev də bu prinsiplərə sadiqlik nümayiş etdirir və hesab edir ki, həm regional, həm də beynəlxalq səviyyədə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi mövcud problemlərin birgə səylərlə, təminatlı şəkildə aradan qaldırılması üçün etibarlı zəmin yaradır. Rəhbər tutulan prinsiplərdən biri də Azərbaycan dövlətinin strateji maraqlarını beynəlxalq güc mərkəzlərinin maraqları ilə uzlaşdırmaqdır. Məhz bu prinsipdən çıxış edən AR özünün xarici siyasət strategiyasını hazırlayarkən müxtəlif güc mərkəzlərinin regional və beynəlxalq maraqlar sistemini dərindən təhlil etdi və həmin maraqların ölkəmizin milli maraqları ilə uzlaşdırılması istiqamətində mühüm işlər gördü.
AR-nin geosiyasi mövqeyi və mövcud beynəlxalq vəziyyəti həm də balanslaşdırılmış xarici siyasətin həyata keçirilməsini tələb edir. Həmin səbəbdən müasir Azərbaycan fərq qoymadan regionda maraqları olan hər bir dövlətlə bərabərhüquqlu qarşılıqlı-faydalı əlaqələr qurub. Qeyd edək ki, ölkəmizin əksər nüfuzlu beynəlxalq və regional təşkilatlara üzv olması, onların işində yaxından iştirakı da məhz bu prinsipdən irəli gəlir.
Hesab edirik ki, demokratik inkişaf yolu ilə inamla addımlayan müstəqil Azərbaycan mövcud problemlərin böyük əksəriyyətinin öhdəsindən uğurla gəlib. Bu gün bizdən asılı olmayan səbəblər üzündən həllini tapmayan əsas problem ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ilə bağlıdır. Bu məqsədlə ölkəmiz BMT, ATƏT, AŞ, AB kimi nüfuzlu beynəlxalq təşkilatlar və ABŞ, Fransa, Rusiya, Almaniya, Türkiyə, İngiltərə, İran və s. dövlətlərlə sıx əməkdaşlıq edir.
Ar-nin dünya birliyinə inteqrasiyası onun mövcud təhlükəsizlik mühitində ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə qarşı mümkün təhdidlərin nəzarət altında saxlanmasını və aradan qaldırılmasını zəruri edir. Həmin səbəbdən AR Avropa və Avratlantik məkanında qeyri-sabitliyin, münaqişə və təhdidlərin aradan qaldırılmasında Avratlantik Tərəfdaşlıq Şurası, "Sülh naminə tərəfdaşlıq Proqramı" çərçivəsində NATO ilə əməkdaşlıq edir, Avropada və yerləşdiyi regionda vahid təhlükəsizlik sisteminin qurulması yükünü uğurla bölüşdürür. AR separatizmə, terrora, dövlət və xalqların təhlükəsizliyinə, maddi və mənəvi həyatına ziyan verə biləcək digər neqativ hallara qarşı da birgə mübarizə aparır.
Bu gün AR Avropa İttifaqı (Aİ) və Avropa Şurası (AŞ) ilə çoxspektrli, qarşılıqlı faydalı əlaqəlar qurub. Bu qurumlarla münasibətlər əsasən "MDB Ölkələrinə Texniki Dəstək" (TACİS), "Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (TRACESA) proqramları çərçivəsində inkişaf etdirilir. Ölkəmizin Aİ-nin "Yeni Qonşuluq Siyasəti"nə daxil edilməsi, Azərbaycan-Aİ Fəaliyyət Planının qəbul olunması, AR ilə Aİ arasında "Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında" Memorandumun imzalanması həmin qurumla münasibətlərin pozitiv dinamikasından xəbər verir.
AR-nin dünya birliyinə inteqrasiyasının digər prioriteti kimi ölkənin malik olduğu zəngin karbohidrogen ehtiyatlarının əlverişli şərtlərlə və təhlükəsiz marşrutlarla dünya bazarına çıxarılmasını göstərmək olar. Ölkəmiz enerji daşıyıcılarının ixracında diversifikasiya siyasətinə üstünlük verdiyi üçün həm Qərb, həm də Türkiyə, Rusiya, İran və s. kimi region dövlətləri ilə enerji sahəsində uğurlu əməkdaşlıq edir.
Ümumiyyətlə, AR istər söz sahibi olduğu regional, istərsə də beynəlxalq münasibətlər sistemində fəaliyyəti zamanı xarici siyasətinin müəyyənləşdirdiyi hər bir prinsipinə istinasız olaraq böyük həssaslıqla yanaşır, bütün öhdəliklərinə sadiqlik nümayiş etdirir. Xarici siyasətimizin məhz bu prinsipləri ölkəmizi BMT TŞ-də iki dəfə sədr seçilməsini mümkün edib.
Ölkəmizin dünya birliyinə inteqrasiyası, region dövlət və beynəlxalq təşkilatlarla əməkdaşlığı yalnız enerji yox, digər sahələrdə də uğurla inkişaf etdirilir. Buna misal olaraq Bakı və regionlarda keçirilən müxtəlif səpkili beynəlxalq sərgi, forum, konqres, idman yarışları və digər mötəbər tədbirləri göstərmək olar. Aparılan uğurlu siyasətin nəticəsi olaraq AR bu günlərdə BMT İqtisadi-Sosial Şurasına üzv seçilib.
Beynəlxalq terrorizmə qarşı mübarizədə Azərbaycanın rolu
AR-nin dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığı həm də onun beynəlxalq terrorizmə qarşı mübarizə vasitəsilə həyata keçirilir.
Müasir dövrdə terrorizmin təhlükəli xarakteri artan xətlə getdiyi üçün artıq bu problem ayrı-ayrı dövlətlərin gücü ilə yox, beynəlxalq əməkdaşlıq nəticəsində həll edilə bilər. Hazırda terrorçuların səyləri yalnız stabilliyin pozulmasına və ya hansısa qısamüddətli planların həyata keçirilməsinə deyil, mahiyyətcə daha ciddi və genişmiqyaslı siyasi məqsədlərə - siyasi hakimiyyətin ələ keçirilməsinə və yenidən bölüşdürülməsinə, suveren dövlətin ərazisinin zəbt olunmasına, yerli əhalinin oradan zorən çıxarılmasına, dini, irqi, etnik, sosial-siyasi konfrantasiyanın gücləndirilməsinə və s. yönəlib.
Müasir terrorçu təşkilatlar həm də elmi-texniki tərəqqinin nailiyyətlərindən yararlanaraq öz məkrli niyyətlərini daha təminatlı şəkildə həyata keçirir. Onlar müasir kompyuter və İKT nailiyyətlərindən istifadə etməklə geniş, mütəşəkkil, mobil terror şəbəkələrini yaradırlar.
AR terrorizmlə mübarizədə beynəlxalq birliyin səylərini həmişə müdafiə etməklə siyasi, iqtisadi, dini və digər motivlərdən asılı olmayaraq, terrorizmin bütün forma və təzahürlərinə qarşı barışmaz mövqe tutub.
Azərbaycan terrorizmə qarşı əməli mübarizəni dəstəkləmək üçün öz hava məkanını və hava limanlarını açıq elan edib. Ölkəmiz, həmçinin, qlobal və regional səviyyədə terrorçuluğa qarşı mübarizə məqsədilə qəbul edilən bütün konvensiyalara qoşulub. Vurğulamaq lazımdır ki, bu cür fəaliyyət strategiyasının banisi Heydər Əliyevdir və məhz o, Azərbaycanı beynəlxalq antiterror koalisiyasının fəal iştirakçılarından birinə çevirib. O da qeyd edilməlidir ki, Heydər Əliyev 11 sentyabr hadisələrindən xeyli əvvəl terrorizmin beynəlxalq bəlaya çevriləcəyini uzaqgörənliklə hiss etdi və məlum olaydan 2 il qabaq-1999-cu ildə "Terrorizmlə mübarizə haqqında" Qanunu imzaladı.
hazırda mühüm beynəlxalq və regional konvensiyalara qoşulan ölkəmiz 13 ikitərəfli saziş, 15 protokol və 2 memoranduma imza atıb, BMT-nin antiterrorizmə dair 13 konvensiyasını ratifikasiya edib. Respublikamız BMT TŞ-nin Terrorizmə qarşı Komitəsi ilə yaxından əməkdaşlıq edərək, həmin ali quruma Azərbaycanda terrorizmə qarşı mübarizədə görülən əməli tədbirlər haqqında müvafiq hesabatlar təqdim edib. Azərbaycanın hazırda NATO-nun tərkibində 90 nəfərlik heyəti Əfqanıstanda xidmət edir. Ölkəmiz NATO ilə terror təhlükəsi ilə bağlı kəşfiyyat mübadiləsi aparır, siyasi müzakirələrdə iştirak edir, milli qabiliyyətlərin inkişaf etdirilməsi sahəsində əməkdaşlığı həyata keçirir. Ölkəmiz Aİ, ATƏT, AŞ, MDB, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarla da yaxından əməkdaşlıq edir. Respublikamız indiyədək Avropa İttifaqının terrorizmə qarşı mübarizəni nəzərdə tutan 9 konvensiyasını ratifakasiya edib. AR, həmçinin, Avropa Şurası ilə Terrorçuluq üzrə Ekspert Komitəsi çərçivəsində birgə fəaliyyət göstərir. MDB Antiterror Mərkəzinin "MDB iştirakçı dövlətlərin ərazisində fəaliyyəti qadağan olunacağı mümkün terrorçu və ekstremist təşkilatların vahid siyahısı"nın hazırlanmasında ölkəmiz xüsusilə fərqlənib. Belə ki, bir sıra terror və ekstremist təşkilatların adları məhz Azərbaycanın təklifi əsasında bu siyahıya daxil edilib.
Məlumdur ki, beynəlxalq hüququn öz müqəddəratını müəyyən etmək prinsipindən sui-istifadə yolu ilə milli, etnik, dini və s. pərdələr arxasında dövlətlərin beynəlxalq hüquqla təsbit edilmiş ərazilərini parçalamağa yönələn istənilən fəaliyyət növü də beynəlxalq terrorçuluqdur. Buna misal olaraq təcavüzkar Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsinin işğalını göstərmək olar. Bu işğal Ermənistan dövləti tərəfindən edildiyi üçün o, dövlət səviyyəsində edilən terrordur. Şübhəsiz ki, nəzarətdən çıxan bu ərazi beynəlxalq aləm üçün də təhlükəlidir. Çünki belə ərazilərdə terrorçu düşərgələrinin yerləşdirilməsi, axtarışda olan terrorçulara sığınacaq verilməsi, yeni üzvlərə təlimlərin keçirilməsi, terror aktlarının planlaşdırılması və törədilməsi üçün əlverişli zəmin və şərait yaradılır. Belə nəzarətsiz ərazilər dünyanın müxtəlif regionlarına "terror ixracı"nı təmin etməklə yanaşı, həm də narkotiklərin daşınması, insan və silah alveri üçün əlverişli məkandır. Bunu nəzərə alaraq, BMT çərçivəsində "Nəzarətdən kənar ərazilərdən transmilli mütəşəkkil cinayətkarlıq və beynəlxalq terrorçuluq məqsədilə istifadə edilməsinə qarşı mübarizə üzrə əməkdaşlıq haqqında" qətnamənin hazırlanması çox vacib və aktualdır.
Göründüyü kimi, dünya birliyinə uğurla inteqrasiya edən AR beynəlxalq terrorizmə qarşı mübarizədə də mühüm işlər görür. Lakin təəssüflə qeyd edilməlidir ki, ölkəmizin Ermənistan tərəfindən dövlət səviyyəsində terrora məruz qalmasına beynəlxalq aləm hələ də əməli işlə cavab verməyib. Azərbaycan xalqı isə, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, "Ermənistana Azərbaycan torpaqları hesabına 2-ci erməni dövləti yaratmağa heç vaxt imkan verməyəcək".
Müstəqillik illərində daxili və xarici siyasətimizin uğurlarına toxunan cənab İlham Əliyev deyib: "...25 il ərzində Azərbaycan sübut edib ki, müstəqil ölkə kimi yaşaya bilər, yaxşı yaşaya bilər. Öz taleyinin sahibi ola bilər, bütün ölkələrlə normal münasibətlər qura bilər...". Bunu "dördgünlük müharibə"nin nəticələri də sübut etdi.
Namiq QULİYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.
DİGƏR XƏBƏRLƏR
Tarix: 20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
Tarix: 20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...
Tarix: 20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
Tarix: 20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir -
ABŞ müdafiə nazirinin yanlışı...
Tarix: 20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram”
- Paşinyan
Tarix: 20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib
- FOTO
Tarix: 20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi
Tarix: 20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib
Tarix: 20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb
Tarix: 20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...
Tarix: 20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...
Tarix: 20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...
20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır
- hər 100 nikahın 48-i dağılır...
20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur
20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir -
ABŞ müdafiə nazirinin yanlışı...
20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram”
- Paşinyan
20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib
- RƏSMİ AÇIQLAMA...
20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib
- FOTO
20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı
20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi
20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu
- Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...
20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi
20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib
20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq
20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI:
DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS
20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib
20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb
20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...
20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı
- körpülər vuruldu...
20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi
- sonra ondan üzr istəyirəm...
20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...
20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi
20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…
20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib
20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır
– nəzarət gücləndirilə bilər...
20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi
20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir
20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq
- YENİ QAYDA...
20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...
20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər
- Ombudsmandan təklif...
20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...
20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır
20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb
- FOTO/YENİLƏNDİ
20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı
– nələrin baş verəcəyini görəcəyik…
20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...
20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir
20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
- FOTO/YENİLƏNDİ
20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi
- FOTO
20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə -
yalnız ərazi güzəşti qarşılığında…
20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi -
Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir
20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib
- FOTO
20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi
20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar...
Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…
20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...
20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür
- Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...
19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri
19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…
19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...
19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir
- Rusiyadan gələn izaha cavab...
19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...
19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb
19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...
19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...
19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa
- Şok səbəblər...
19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi
- 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...
19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib
- FOTO
19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib
- niyə?
19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT
19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...
19.11.2026 / 18:43
Putindən sərt mesajlar
- Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...
19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI
- Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə
19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri
19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü
19.11.2026 / 18:21
Şəhid adı əbədidir...
19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...
19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər
19.11.2026 / 18:01
İranın ağası və... dığası
- YUNUS OĞUZ yazır
19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi
19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur”
- İddia...
19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib
19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib
- FOTO
19.11.2026 / 16:55
Çində tarixi görüş
- Putin, Tramp və Cinpin nələri müzakirə etdi...
19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı -
enerjinin gücü budur bax...
19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb -
"məhdud zərbələr"...
19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)
19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı
19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" -
qatil Monte Melkonyana kino çəkildi...
19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ