Rusiya maliyyə öhdəliklərini qarşılamaqda çətinlik çəkdiyi ən qiymətli şirkətlərindən birini satışa çıxarır.
Baki-xeber.com xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə iki ildən az bir müddət qalan prezident seçkilərində iştirak edə biləcəyi deyilən Vladimir Putin "Rosneft”in bir hissəsini Çin və Hindistana satmağı nəzərdən keçirir.
"Bloomberg” xəbər verir ki, mövzu haqqında məlumatlı iki mənbəyə görə, Rusiya, neft nəhəngi "Rosneft”in 19.5 faizlik payı üçün alıcı axtarır və qlobal enerji tələbatında mühüm rol oynayan iki ölkə arasında seçim edəcək. o da bildirilir ki, hər iki ilə ortaq razılaşma içzalana bilər.
Moskva rəsmiləri, ölkənin özəlləşdirmə rekordunu qıracaq bu satışdan ən az 700 milyard rubl (11 milyard dollar) qazanc gözləyir.
Ekspertlərin fikrincə, Asiyanın ən böyük üç iqtisadiyyatından ikisini, "Exxon Mobil Corp.”dan daha çox neft istehsal edən "Rosneft”də bir araya gətirmək, Putinə büdcə kəsirlərini aradan qaldırmağa kömək edə bilər. Eyni zamanda Ukrayna və Suriyadakı anlaşılmazlıqların AB və Avropa ilə əlaqələri Soyuq Savaş sonrasının ən aşağı səviyyəsinə endirdiyi bu dövrdə ölkənin geosiyasi gücünü artıra bilər.
Çin və Hindistan da dünyanın ən böyük enerji ixracatçısı Rusiyadakı fəaliyyətlərini gücləndirə bilən bir addım kimi "Rosneft”in satışı ilə maraqlandıqlarını təsdiqləyiblər. Ancaq hər iki tərəf də ortaq bir razılaşma mövzusuna açıqlıq gətirməyiblər. Bununla belə, Hindistanın neft naziri Dharmendra Pradhan bu variantın gözardı edilə bilməyəcəyini deyib.