Bu gün - Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının birinci iş günündə Avropa Şurasının baş katibi Tyorbörn Yaqland assambleya üzvlərinin suallarını cavablandırıb. APA-nın Avropa bürosunun xəbərinə görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva baş katibə aşağıdakı məzmunda sual ünvanlayıb:
"Yanvarda AŞPA Sərsəng su anbarı ilə bağlı 2085 saylı qətnamə qəbul etmişdi. Həmin qətnamədə AŞPA Ermənistandan tələb edirdi ki, su ehtiyatlarından siyasi təsir və təzyiq kimi istifadə etməyə son qoysun. Amma Ermənistan bu günə qədər bu sənədin həyata keçirilməsi üçün heç bir addım atmır və on minlərlə insanın sıx yaşadığı regionlar bundan ciddi əziyyət çəkməkdə davam edir. Siz baş katib kimi bu humanitar fəlakətin qarşısını almaq, dayandırmaq üçün hansı addımlar ata bilərsiniz, bu məsələnin həllinə hansı töhfələr verə bilərsiniz?”