Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının açılışında çıxış edən qurumun sədri Pedro Aqramunt Avropa Şurasına üzv ölkələrdəki ümumu vəziyyət haqqında danışarkən Azərbaycanda jurnalist Xədicə İsmayılovanın həbsdən azad edilməsini alqışladığını bildirib.
APA-nın Avropa müxbiri xəbər verir ki, P. Aqramunt bu il ərzində Azərbaycanda bir çox siyasi məhbusun azad edildiyini də vurğulayıb: "Bu, çox yaxşı təşəbbüsdür və Azərbaycan hökumətinin əməkdaşlığa açıq olduğunu göstərir. İnsan haqları, demokratiya və hüquqi dövlət sahəsində üzərinə düşən beynəlxalq öhdəliklərini yerinə yetirməsi üçün biz Azərbaycan hökuməti ilə siyasi və konstruktiv dialoqu davam etdiririk".