Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin qarşıdakı danışıqlarının əsas vəzifəsi Qarabağda hərbi əməliyyatların bərpa edilməsindən sığortalanmaqdır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.
Onun sözlərinə görə, qarşıdakı danışıqlar çətin keçəcək: "Rusiya Prezidenti ayrıca görüşlər keçirəcək: əvvəlcə Ermənistan Prezidenti Serj Sarkisyanla, sonra isə Azərbaycan Prezidenti İlham Əliyevlə ayrıca görüş olacaq. Daha sonra ayrıca söhbət olacaq, bunun ardından Vladimir Putin, İlham Əliyev və Serj Sarkisyanın iştirakı ilə işçi naharı təşkil ediləcək".