Cümə günü, 20 noyabr 2026
     

Tarixdə iz buraxanlar: Sultan II Murad xan

Image


Sultan II Murad xan Osmanlı sultanlarının altıncısıdır. Sultan II Murad xan 1404-cü ildə Amasyada anadan olub. Atası Sultan Çələbi Məhməd xan, anası Dulqadir ailəsindən olan Əminə xanımdır. Sultan II Murad xanın uşaqlığı Amasya, Bursa və Ədirnədə keçib. O, kiçikliyindən başlayaraq dövrün böyük adamlarından dərs almaqla yetişib. 1415-ci ildə 12 yaşında ikən idari və hərbi bilgilərə yiyələnmək üçün Yorquç paşanın yanında Amasya valiliyinə təyin edilib.
Şahzadə II Murad xan ilk vəzifə yeri Amasyada ikən 1416-cı ildə Börklüce Mustafa üsyanını yatırdıb. 1421-ci ildə Anadolu Bəylərbəyi Həmzə bəy ilə İsfəndiyar oğullarından Samsunu alıb. Atasının vəfat etməsilə 1421-ci il iyun ayının 25-də taxta çıxan Sultan II Murad xan 1422-ci ildə Osmanlı dövləti üçün böyük bir təhlükə olan Bizansın intriqalarına son vermək və Məhəmməd əleyhissəlam tərəfindən vəd edilən mənəvi müjdəyə qovuşmaq üçün İstanbulu mühasirə altına alır. Bizans imperatoru bu hərəkatın qarşılığında Anadolu bəylərini Osmanlı dövlətinə qarşı təhrik etdi. Sultan II Murad xanın qardaşı Kiçik Mustafanın üsyan edərək Karaman və Germiyan bəylik qüvvələrilə Bursanı mühasirə altına alması nəticəsində II Murad xan İstanbulda bir miqdar qüvvə buraxıb Bursaya keçdi və Kiçik Mustafanı yaxalatdırıb cəzalandırdı. Karaman, Eflak bəyləri və venediklilərlə görüşlər keçirildi, müqavilələr bağlandı, Candarlı İsfəndiyar bəy itaət altına alındı.
İstanbulun mühasirəsini davam etdirən Sultan II Murad xan şəhəri Venedik hakimiyyətinə təslim edə biləcəyi ehtimalı ilə 22 fevral 1424-cü ildə bizanslılarla müqavilə imzaladı. Bu müqavilə ilə Egeq və Qara dəniz sahillərini osmanlılara verən bizanslılar illik otuz min ədəd qızıl pul xərac verməyi də qəbul etdilər. Anadoluda İzmir, Məntəşə, Təkə və Germiyan bəylikləri Osmanlı dövlətinə qatıldı.
1425-ci ildə Selaniki ələ keçirən venediklilər osmanlılara qarşı macarlarla ittifaq qurdular. 1426-cı ildə Qərbi Anadoludan hərəkət edən türk dənizçiləri venediklilərə aid Əyriboz, Modon və Korona səfər etdilər. Osmanlı - Venedik hərbi 1425 - 1430-cu illər arasında davam edib. Venediklilərin Qərb və Şərq dövlətləri ilə ittifaq qurmalarına baxmayaraq, Sultan II Murad xan 1430-cu ilin fevral ayında ciddi döyüşlər nəticəsində Selaniki fəth etdi. Venedik donanması Geliboluda türk donanmasına hücum etdisə də, özü dağıldı və məğlub oldu. 1430-cu ilin iyul ayında Osmanlı - Venedik döyüşünə son verən "Lapseki müqaviləsi" imzalandı. Selanik osmanlılarda qaldı. Venediklilər illik vergiyə bağlandılar.
İtalyanların hakimiyyətindəki Yanya əhalisi tez-tez baş verən despot döyüşlərindən bezmişdi. Yanyalılar o zaman Selanikdə olan Osmanlı Sultanı II Murad xana müraciət edib, səmimi qəlbdən türk ədalətinə sığınaraq hürriyyət istədilər. Rumeli bəylərbəyi Sinan paşa əhalinin hürriyyətinə dair Sultan II Murad xanın fərmanını gətirdikdə şəhərin açarları osmanlılara təslim edildi. Beləcə, 1431-ci ildə Yanya və ətrafı Osmanlı hakimiyyətinə daxil oldu.
Balkanlarda əhalinin Osmanlı ədalətini özünün irq, din və mədəniyyətindən olan idarədən üstün tutması, başda Papa idarəsi olmaqla, xristian kral və şahzadələrini təşvişə salmışdı. Onlar Balkanlardakı millətlərin Osmanlı idarəsinə üstünlük vermələrinin qarşısını almaq üçün müxtəlif bəhanələrlə əhaliyə zülm etməyə başladılar. Türklər arasında qarışıqlıq yaratmaq məqsədilə hakimiyyət mücadiləsi aparan Anadolu bəyliklərini osmanlılara qarşı təhrik etdilər və Papanın təşviqilə böyük bir xaçlı ordusu qurmaq üçün hazırlıqlara başladılar.
1435-ci ildə Karamanoğlu İbrahim bəy yola gətirildikdən sonra Sultan II Murad xan Rumelinə keçdi. Əli bəyə Macarıstanı vurmaq əmri verildi. Və 1437-ci ildə Əli bəyin qırx beş gün davam etdirdiyi Macarıstan döyüşündə Dəmirqapı keçilərək Erdelə girildi. Nəticədə, yürüşçülər Macar şəhərlərinin hərbi mövqelərini təxrib edib yetmiş min əsir alaraq böyük qənimətlərlə döndülər.
1439-cu ildə osmanlılara qarşı düşməncə tövr alan serb kralı Brankoviçdən ölkəsinin paytaxtı olan Səməndirənin açarları istəndi. Kral Brankoviç Osmanlının təklifini qəbul etmədi və bir ordu qurdurdu. Osmanlıların hücum hərəkatını xəbər alan Brankoviç Səməndirənin müdafiəsini oğluna həvalə edib Macar kralına sığındı.
Üç ay sürən mühasirədən sonra 27 avqust 1439-cu ildə Səməndirə qalası fəth edildi. Macarıstan kralı II Albert Səməndirə qalasını azad etmək üçün səfərə çıxdı. Macarıstan səfəri komandanlarından İshaq bəy və Osman Çələbi komandasındakı Osmanlı ordusu ilə qarşılaşan II Albert döyüş başlamadan ordusu ilə qaçmağa başladı. Macar ordusunun dağılmış bir halda qaçışı II Alberti qorxutdu. Belə bir təlaş içərisində qalan Albert canını çətinliklə qurtardı. Bu səfərdən hürkən Bosniya kralı Tvartko da illik iyirmi min qızıl pulu iyirmi beş minə çıxardı.
1441-ci ildə Belqradda baş verən müharibənin nəticəsiz qalması avropalıları son dərəcə ümidləndirir, onların yeni bir ittifaq yaratmalarına səbəb olur. Macarların milli qəhrəmanı Hunyadi Yanoşun Bosniyaya girişi Balkan hökmdarlarının və Anadolu bəyliklərinin də osmanlılara qarşı birləşmələrinə yol açıb. Bu zamanlar Sultan II Murad xanın Karaman oğulları məsələsi ilə məşğul olmasından istifadə edən xaçlı ordusu 1443-cü ildə Dunayı aşaraq Sofiya və Nişi öz səlahiyyəti altına aldı. 1444-cü ildə Yalvaç döyüşündə hər iki tərəf qəti bir üstünlük qura bilmir. Belə olduqda xaçlılar geri çəkilməyə məcbur olur. Nəticədə, 12 iyul 1444-cü ildə macarlarla on il müddətinə "Segedin sülh müqaviləsi" imzalanır.
Sultan II Murad xan "Segedin sülh müqaviləsi"ndən sonra Hacı Bayrami Vəlinin İstanbulu fəth edəcəyini işarət etdiyi oğlu Məhməd (Fateh) lehinə":Sağlığımda oğlumun padşahlığını görüm" - deyərək səltənətdən çəkilih. Osmanlı taxtına hələ on iki yaşında olan II Məhməd xanın gətirilməsi, on illik "Segedin sülh müqaviləsi"nə baxmayaraq, başda Papa və macarlar olmaqla, Avropa dövlətlərini xeyli ümidləndirib. Onlar osmanlılara qarşı birləşərək hazırlıqlarını sürətlə tamamladılar. Hunyadi Yanoş "Segedin sülh müqaviləsi"ni pozaraq, yanında papalıq gücləri olduğu halda böyük bir xaçlı ordusu ilə zəfər sevdasıyla hərəkət etdi.
On iki yaşındakı Sultan Məhməd xan ömrünün iyirmi səkkiz ilini millət və Vətən uğrunda müharibə meydanlarında keçirən atası II Murad xanı, az yaşından ümid edilməyəcək ifadələrin olduğu tarixi dəvət məktubu ilə yenidən taxta keçməyə çağırdı. Bu tarixi sənədi, azyaşlı oğlunun məktubunu alan II Murad xan da heç zaman itirmədən Manisadan Ədirnəyə gəldi. Nəticədə, II Murad xanın komandanlığı əlinə almasından sonra təcrübə, dəyanət və əsgərlərin daxildən II Murad xana bağlılığının verdiyi önəmli zəfərlərdən biri qazanıldı.
Təkrar taxta çıxan Sultan II Murad xan ilk səfərini Bizans imperatorunun qardaşı Mora despotu Konstantinin təcavüzcəsinə fəaliyyəti üzərinə etdi. Konstantindən Morada təcavüzləri dayandırması və işğal etdiyi ərazidən çəkilməsi istəndisə də, bu istək rədd edildi. Belə olduqda əvvəl Turaxan bəy komandanlığında öncü piyada qüvvələri göndərildi. Nəticədə, Sultan II Murad xanın komandanlığındakı Osmanlı ordusu 1446-cı ildə Korent və Balyabadranı zəbt endi.
Macarların milli qəhrəmanı Hunyadi Yanoş Varna döyüşü zamanı aldıqları məğlubiyyətin ləkəsini silmək üçün macarlardan başqa Eflaq, Bogemiya və Almaniyadan çox sayda qüvvə toplamışdı. Arnavutluq bəyi İsgəndərlə də ittifaq quran Hunyadi Yanoş özlərilə ittifaqa girməyən Serbistanı işğal edib Dunayı keçdi.
Osmanlı Sultanı II Murad xan Anadolu bəyliklərindən də yardımçı qüvvələr alıb xaçlı ittifaqına qarşı döyüş hazırlıqlarını tamalamışdı. Kosovyda düşmənə qarşı döyüşə hazır vəziyyətdə olan Sultan II Murad xan türk-islam ənənəsini nəzərə alaraq döyüşdən əvvəl qarşı tərəfə müqavilə təklif etdisə də, xaçlılar o böyük insanın təklifini qəbul etmədilər. Nəticədə, 17 oktyabr 1448-ci ildə başlayan və üç gün davam edən meydan döyüşləri xaçlıların məğlubiyyətilə nəticələndi. Hunyadi Yanoş öz canını bu döyüşdən güclə qurtara bildi.
Daha sonra Sultan II Murad xan Arnavutluq səfərinə çıxdısa da, səfərini tamamlaya bilmədi. 3 fevral 1451-ci ildə vəfat etdi. Sultan II Murad xan vəfat etmədən əvvəl yazdığı vəsiyyətnaməsini tənzim edib vəzirlərə şahidlik etdirdi. Türk dünyasının tarixi şəxsiyyəti Sultan II Murad xan Bursada dəfn edildi. Türbəsi Bursada Muradiyyə məhəlləsində tikdirdiyi caminin yanındadır.
Sultan II Murad xan böyük sarsıntıdan yeni çıxmış dövlətin hökmdarı olduğu zaman çox gənc idi. O zamanlar Anadoluda Teymur xanla yenidən ortaya çıxan türk bəyliklərinin, Rumelində isə dövlətin zəifliyindən istifadə etmək üçün fürsət axtaran Balkan və Avropa dövlətlərinin qorxunc ehtirasları ilə qarşı-qarşıya idi. Belə böhranlı bir dövrdə dövlətin idarəsini əlinə alan Sultan II Murad xan həyatı boyunca Anadoluda türk birliyinin güclənməsi üçün çalışıb. Rumelidə təbii sərhədlər içərisində yaşamağı tərcih etməsinə baxmayaraq, məmləkətinin xeyrinə vəzifədən qaçmayacaq və həyatını bu yolda fəda etməkdən çəkinməyəcək qədər cəsur, mətin, iradəli və əzmli idi. Sultan II Murad xan, daxili və xarici qayələrlə keçən hökmdarlıq həyatı, sadəcə siyasi və hərbi baxımdan deyil, mədəniyyət baxımından da türk tarixində yeni dövr açacaq olan oğlu Sultan Məhmədə hər cür elmi inkişafa hazır bir dövlət buraxmışdı.
Sultan II Murad xan incə ruhlu, həssas, lütfkar, adil, mərhəmətli, cəsur və rəhbərlik qabiliyyətinə sahib yüksək bir dövlət adamı idi. O, elmi söhbətləri sevər, alimləri himayə edər və onların ehtiyaclarını qarşılayardı. Hər həftə elmi məclislər təşkil edərdi. Oğlunu və qızlarını evləndirdikdən sonra bir gün vəziri Çandarlı İbrahim paşaya dönmüş və: "Ey qoca Çandarlı! Bu dünyada arzulanan nədir ki? Oğul evləndirmək, qız köçürmək... Bunları Allah-Təalanın izni ilə yerinə yetirdik. Geriyə iman ilə getmək qaldı..."- deyib.
Sultan II Murad xan ustaca şeirlər yaza biləcək qədər güclü bir şair idi. Alimlərə hörmət göstərib övliyaya izzət və ikramda qüsur etmədiyinə görə, onun məmləkəti alimlər yurduna çevrilmişdi. Hər kəsin duasını qazandı, çox qiymətli əsərlərin yazılmasına, tərcümə edilib türkcəyə qazandırılmasına vəsilə oldu. Yazılan əsərlərdə açıq bir dildən istifadə edilməsini əmr edər, türkcə yazmaq xüsusunda səy göstərərdi. Onun dövründə Osmanlı sarayı alim və şairlərin görüşdükləri bir yer halına gəlmişdi. Bu da Sultan II Murad xanın elmə verdiyi dəyəri ortaya qoyur. Onun dövründə görülən çoxsahəli mədəniyyət fəaliyyətləri sonrakı əsrlərə də təməl təşkil edib.
Fazil QARAOĞLU,
professor





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ