çərşənbə axşamı günü, 12 may 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Tarixdə iz buraxanlar: Uzun Həsən
Tarix: 02.06.2016 / 00:03
Bölmə: Siyasət
Türk dünyasının tanınan şəxslərindən biri olan Uzun Həsən 1423-cü ildə Diyarbəkirdə anadan olub. Atası oğuzların Bayındır boyundan olan Ağqoyunlu xanədanının qurucusu Qara Yuluk Osmanın oğlu Cəlaləddin Əli bəydir. Uzun Həsənin gəncliyi Ağqoyunlu əmiri Həmzə bəy ilə böyük qardaşı Cahangir bəyin arasında baş verən müharibələrdə keçdi.
Uzun zaman Qaraqoyunlularla mücadilə edən Həmzə bəyin vəfatından sonra Ağqoyunluların taxtına Uzun Həsənin böyük qardaşı Cahangir bəy keçdi. Qardaşı Uzun Həsənin mübarizələri nəticəsində iqtidarı ələ keçirən Cahangir bəy Erqanı və ətrafını ona həvalə etdi.
Uzun Həsən ölkə rəhbərlərilə yaxın olmasına baxmayaraq, heç bir zaman yüksək vəzifə arzusunda olmayıb. O, ömrünü dünyanı gəzib-görməyə, yeni insanlar tanımağa, onların yaşayışı və gördükləri işlər haqqında məlumat toplamağa həsr edib. Uzun Həsən son dərəcə mədəni, qeyri-adi zəka sahibi və hər kəs tərəfindən sevilən bir şəxsiyyət idi. Bütün səmimiliyinə və xoş davranışlarına baxmayaraq, gördüyü uyğunsuzluqları açıq bir şəkildə tənqid etməkdən çəkinməzdi.
Bu zamanlar Cahangir bəyin əmiləri boş durmur, aranı qarışdırırdılar. Cahangir bəy əmiləri Şeyx Həsən və Qasıma qarşı öz qardaşı Uzun Həsəni göndərdi. Uzun Həsən də əmilərini sakitləşdirib itaəti altına aldı. Bu zaman Ərzincan valisi də Cahangir bəyə qarşı üsyan etməyə başladı. Uzun Həsən onu da öz itaəti altına almağı bacardı. 1452-ci ildə Cahangir bəyin orduları Qaraqoyunlular qarşısında dağılaraq Cahan şahın hakimiyyəti altına düşdükdə, Həsən bəy qüvvələrilə hərəkətə keçib Ərzincan və Van gölünün ətrafını zəbt etdi, Malazgird hakimi Qasım bəyin qüvvələrini dağıtdı, 1453-cü ildə böyük qardaşının Diyarbəkiri tərk etdiyini öyrəndikdə isə sürətlə irəliləyib bu şəhəri də ələ keçirdi və bəyliyini elan etdi. Beləcə, Cahangir bəyin oğlanları arasında hərbi istedadı və siyasi uzaqgörənliyi ilə seçilən Uzun Həsən Ağqoyunlu taxtına çıxmış oldu.
Uzun Həsənin iqtidara gəlişindən sonra Ağqoyunlular böyük əhəmiyyət qazandılar. Uzun Həsən cəsur, tədbirli və comərd olduğuna görə ordusunun ona böyük sevgisi və hörməti vardı. Fəqət Ağqoyunluların düşməni Qaraqoyunlu Cahan şahın Ərdəbildən qovduğu səfəvili Şeyx Cüneydi öz ölkəsinə dəvət edib onu öz bacısı Xədicə Bəyim ilə evləndirməsi və Şeyx Cüneydi öz xanədanına qohum etməsi Ağqoyunluların və türk-islam aləminin əleyhinə olub.
Ağqoyunlu-Səfəvi münasibəti əvvəl gizli, Şah İsmayıldan sonra isə bir çox hadisələrə səbəb olub və nəticədə Anadolu çox böyük zərərlər görüb. Trabzon Rum imperatoru Kalo İoannes osmanlılara qarşı ittifaq təklif etdikdə Uzun Həsən Kalonun qızı Katerina Despinanı istəyib qarşılığında bu ittifaq müqaviləsini imzalayıb. Katerina Despina Ağqoyunlulara gəlin olaraq gəlincə Uzun Həsəni osmanlıların əleyhinə təhrik etməyə başladı. Trabzon Rum imperatorluğu Uzun Həsəni İstanbulun fəthindən sonra davamlı osmanlılar əleyhində təhrik etməyə davam etdi. Nəticədə, Uzun Həsən Trabzon Rum imperatorluğunun osmanlılara ödəyəcəkləri 30 min qızılından vaz keçilməsi üçün qardaşı oğlu Muradı İstanbula göndərdi.
Osmanlı Sultanı Fatehdən Trabzon Rum imperatorluğu vergisinin əfv edilməsindən başqa, Katerina Despinaya cehiz olaraq verilən Kayseri bölgəsini və əvvəlki hədiyyələri də istədi. Fateh vergi işini şəxsən bölgəyə gələrək həll edəcəyini bildirdi.
Fateh Uzun Həsən və müttəfiqi Trabzon Rum imperatorluğu ilə gürcülərə qarşı hərəkətə keçdi. 1461-ci ildə Trabzonu fəth edib o bölgədəki Rum hakimiyyətinə son verdi. Sonra Uzun Həsənin 1459-cu ildə zəbt etdiyi Qoyluhisarı geri aldı və Ağqoyunlu ordusunu Ərzincandakı Munzur dağlarında məğlubiyyətə uğratdı. Uzun Həsən anasını Fatehin yanına göndərib sülh müqaviləsinin bağlanmasını təmin etdi. Fəqət bu müqaviləyə baxmayaraq, Uzun Həsən Ağqoyunluların qərbindəki davamlı genişlənən osmanlılara qarşı o bölgədəki hakimiyyətini gücləndirmək siyasətini təqib edib.
Osmanlı ordusundan aldığı məğlubiyyətdən sonra Uzun Həsən yenidən hazırlıq görüb ordusunu topladı və Misir məmluklarından Harputu alıb Gürcüstana yürüş etdi.Azərbaycan və İraqa hakim olan Qaraqoyunluların hökmdarı Cahanşahı 1467-ci ildə məğlubiyyətə uğradaraq öldürtdü. Qaraqoyunluların müttəfiqi şeybanilərdən Əbu Səidin hücumunun qarşısını aldı (1469-cu il). Əbu Səidi öldürtdü. Qaraqoyunlu dövlətinə son verib bu ölkəyə hakim oldu. Anadolu bəyliklərindən qaramanlıları osmanlılara qarşı təhrik etdi. Avropa dövlətlərindən, venediklilərdən osmanlılara qarşı istifadə etmək üçün sursat və yardımçı qüvvə istədi. Venedik, papalıq, Genova və qaramanlılarla ittifaq bağladı.
Uzun Həsənin hakimiyyəti illərində Azərbaycan özünün xarici siyasətində yeni mərhələyə qədəm qoydu. Ölkəmiz fəal xarici siyasət meydanına çıxdı, dünyanın siyasi iqlimini müəyyənləşdirən dövlətlərdən oldu. Onun Avropa ölkələri ilə yaxınlaşmaq siyasəti xristian dünyası tərəfindən sevinclə qarşılandı. Bu siyasətə ilk "xeyir-duanı" Roma Papası verdi. Osmanlı imperatorluğunun sürətlə Avropanın içərilərinə doğru irəlilədiyi bir zamanda Roma papalarının, Qərb dövlətlərinin "arxadan zərbə vurmaq siyasəti" yenidən canlandı. Qərbin məkrli planına əsasən bu dəfə Osmanlılara Ağqoyunluların əli ilə zərbə vurulmalı idi. Buna görə də Qərb dünyası Uzun Həsəni "İkinci Teymur" adlandırır və ona çox böyük ümidlər bəsləyirdi. Bu zaman Ağqoyunlularla Venesiya Respublikası, Böyük Moskva knyazlığı, Polşa, Macarıstan, Avstriya, Çexiya, Almaniya, Vatikan və s. ölkələr arasında əlaqələr yaranmışdı. Uzun Həsənin sarayına axışan diplomatların ardı-arası kəsilmirdi. Venesiya Respublikasının isə burada daimi səfirliyi var idi. Ağqoyunlu imperatorluğu Azərbaycanın bütün tarixi ərzində Avropa ölkələri ilə geniş diplomatik əlaqələr yaradan ilk dövlətimizdir. O zaman Uzun Həsənin Osmanlı imperatorluğuna qarşı müharibəyə başlamaq planı yox idi. O, Aralıq dənizinə çıxış yolu açmaq üçün Suriyanı tutmaq istəyirdi.
Fateh Uzun Həsənin fəaliyyətlərini diqqətlə izləyirdi. Onun ciddiyyətlə hazırlıq gördüyünü və bir çox düşmən qüvvələrini yanına aldığını gördükdə qarşı hərəkətə keçib hazırlıqlarını tamamladı. Uzun Həsən və Papa Fatehin hazırlıqlarını gördükdə venediklilərdən top, texnika və hərbi sursat alaraq Almaniya, Fransa və İspaniya donanması Uzun Həsənə yardım məqsədilə Aralıq dənizinin sahilinə gəldi.
1473-cü ilin mart ayında səfərə çıxan Osmanlı ordusu avqust ayında Ağqoyunlu torpaqlarına girdi. Bayburtdan Tərcana gəldi. Uzun Həsənin ordusu ilə Fatehin ordusu 11 avqust 1473-cü ildə Otluqbelində qarşılaşdılar. Uzun Həsən zəka sahibi, cəsur bir komandan olmasına baxmayaraq, Osmanlı ordusunun üstünlüyünə və Fatehin strategiyasına qarşı
dayana bilmədi və Ağqoyunlu ordusu məğlub oldu.
Uzun Həsən Təbrizə gəlib təkrar ordusunu toplamağa başladı. Osmanlıların davamlı genişlənib hakimiyyətini artırmasını görən Uzun Həsən paytaxtı Diyarbəkirdən Təbrizə köçürdü. Onun Otluqbeli məğlubiyyətindən sonra Gürcüstan valiləri Uzun Həsənə itaətsizlik etməyə başladılar. Yaranan vəziyyət qarşısında Uzun Həsən 1477-ci ilin payızında asi olan valiləri itaət altına almaq üçün Gürcüstan səfərinə çıxdı. Tiflisə döyüşsüz girdi. Bölgədəki prinslikləri təkrar itaət altına aldı. 1477-ci ilin sonunda Gürcüstanda xəstələnib Təbrizə döndü. 1478-ci ilin başında xəstəliyi artdı və 7 yanvar gecəsi Təbrizdə vəfat etdi. Özünün tikdirdiyi Nəsriyyə mədrəsəsinin həyətində dəfn edildi.
Uzun Həsən uzaqgörən dövlət xadimi idi. O yaxşı başa düşürdü ki, uğurlu hərbi qələbələr nəticəsində Yaradılan Ağqoyunlu imperatorluğu ərazicə geniş olsa da, Daxilən möhkəm deyil. Odur ki, hər hansı xarici təhlükəni dəf etmək üçün ilk növbədə güclü mərkəzləşdirilmiş bir dövlət yaratmaq lazımdır. Bu məqsədlə Uzun Həsən islahatlar keçirdi. O, köçmə-hərbçi əyanlara deyil, oturaq əhaliyə arxalanmağa başladı. Ölkənin iqtisadi həyatını dirçəltmək, kəndli və sənətkarların vəziyyətini yaxşılaşdırmaq üçün xüsusi "Qanunnamə" hazırlatdı.
Bu "Qanunnamə" məhsuldar qüvvələrin canlanmasını təmin etməli idi. "Qanunnamə"yə əsasən kəndlilərdən alınacaq vergilər müəyyənləşdirildi və onların miqdarı dəqiqləşdirildi. Beləcə, vergi sistemi nisbətən qaydaya salındı. Yığılan vergilərin birbaşa xəzinəyə daxil olması təmin olundu. Tarixçi-salnaməçi Xandəmir yazır ki, vergi islahatı nəticəsində əkinçilik işi yaxşılaşdı. Uzun Həsənin "Qanunnamə"si yalnız vergi sisteminin deyil, dövlətin bütün daxili işlərinin qaydaya salınmasında dəyərli rol oynadı. Bu sənədin əhəmiyyəti o qədər böyük idi ki, bütün XVI əsr boyu qüvvədə qalmışdı. "Qanunnamə" sonralar "Həsən padşahın qanunları" adı ilə məşhurlaşdı.
Uzun Həsən tolerant hökmdar idi. Bunu onun dini siyasətində aydın görmək olar. Bu siyasət də dövlətin möhkəmləndirilməsinə yönəldilmişdi. Ölkənin ərazisində yaşayan müsəlman olmayan əhali dini mənsubiyyətinə görə təqib olunmurdu. Bunu ilk mənbələr də aydın şəkildə sübut edir. Uzun Həsən ölkədə məzhəb ayrılığının baş verəcəyini və bunun dövlətin qüdrətinə, ölkənin etnik-siyasi birliyinə mənfi təsir göstərəcəyini qabaqcadan görürdü.
Bəziləri Uzun Həsənin təhsil görmədiyini iddia edirlərsə də, onun İslam dinini və tarixini yüksək səviyyədə bildiyi və bir haqq aşiqi olduğu bilinir. Uzun Həsən heç vaxt kiçik məsələlərlə məşğul olmayıb. Onun toxunduğu məsələlər insanlığın ümumi taleyi, ömrün axışı, ölüm, Allah Təalaya iman, dini əsaslar, nəsihətlər və hayatın qayəsi kimi insanlığa xas məsələlərdir.
Görkəmli dövlət xadimi elmin, maarifin inkişafına xüsusi diqqət yetirirdi. O, dövrünün ən qabaqcıl alimlərini öz sarayına toplamışdı. Hökmdarın şəxsi kitabxanasında 60-a qədər alim çalışırdı. Sarayda dövrün görkəmli alimlərindən ibarət elmi məclis fəaliyyət göstərirdi.
Uzun Həsən böyük bir dövlət adamı və komandan olmasına baxmayaraq Osmanlı Sultanı Fateh ilə mübarizəyə başlaması böyük talesizlikdir. Ləqəbi Nüsrəddin Əbu Nəsrdır. Elmi, dini, sosial və dövlət təşkilatı ilə əlaqəli memarlıq abidələri inşa etdirdi. Təbrizdə Nəsriyyə mədrəsəsini tikdirib vəqflər qurdurdu. Nəsriyyə mədrəsəsinin yanında bir cami və bir xəstəxana tikdirdi. Xəstəxana çox geniş olub eyni anda mindən artıq xəstəyə xidmət edirdi. Xəstəxananın bitişiyindəki mətbəxdə kasıb və kimsəsizlərə yemək verilirdi. Təbrizdə məşhur Həşt-Behişt sarayının inşasını başlatdı. Fərat çayı üzərindən daş körpü tikdirdi.
Uzun Həsən alimləri çox sevərdi. Məşhur astronom Əli Quşçu onun sarayında etibar görüb. Uzun Həsənin sarayında Mövlanə Mahmud Şarihi, Şirazi Məhməd Münşi də olub. Uzun Həsənin hökmdarlığı zamanında böyük İslam alimi, ədib və hakim Cəlaləddin Məhəmməd Divani çox sayda kitab yazıb. Fəzlullah Ruzbehan, "Tarixi Aləmarayi Əmini" adlı kitabını Uzun Həsənin oğlu Yaqub üçün yazıb.
Uzun Həsən Ağqoyunlu dövlət təşkilatını Osmanlılar üsulunda tərtib edib gücləndirmiş, Oğuz boy ənənəsi üslubunda təşkilatlandırmışdır.
Fazil QARAOĞLU,
professor
DİGƏR XƏBƏRLƏR
Tarix: 12.05.2026 / 22:14
Putin Aİİ-nin Astana zirvəsində Paşinyana çox pis sürpriz hazırlayır
- 17 gün sonra...
Tarix: 12.05.2026 / 21:42
Putin Şröderi istədi, Avropa liderləri Ştaynmayeri də ona qoşdular
- hər ikisi iflasda...
Tarix: 12.05.2026 / 21:16
AB Azərbaycan-Ermənistan sərhəd delimitasiyasına ziyanlı müdaxilə edə bilər
- şübhəli sənəd...
Tarix: 12.05.2026 / 20:51
Putini Avropa liderlərinin üzünə qaldıran Trampdır
- Avropalıların təşəbbüsü geri çevrildi...
Tarix: 12.05.2026 / 20:28
Prezidentin sosial şəbəkə səhifələrində WUF13 ilə əlaqədar görülən işlərlə tanışlığını əks etdirən kadrlar paylaşılıb
- VİDEO
Tarix: 12.05.2026 / 19:35
Prezident İlham Əliyevlə Şahbaz Şərif arasında telefon danışığı olub
Tarix: 12.05.2026 / 18:48
Britaniya səfiri Fergus Auld Azərbaycandan gedir...
Tarix: 12.05.2026 / 18:08
"Azərbaycanın bugünkü uğurları ədalətin təntənəsidir"
- Vüqar Rəhimzadə
Tarix: 12.05.2026 / 17:43
Paşinyan Makronun hərbi texnikası ilə 28 mayda parada hazırlaşır...
Tarix: 12.05.2026 / 17:27
Ermənistan seçkiləri ilə bağlı Putinlə Avropa komissarının virtual mübahisəsi...
Tarix: 12.05.2026 / 17:23
Rizvan Nəbiyev:"Müharibə dövründə beynəlxalq humanitar hüququn tələblərinə əməl olunması Azərbaycanın prinsipial mövqeyini göstərirdi"
Tarix: 12.05.2026 / 17:10
Əliyevdən Ermənistandakı revanşistlərə sərt xəbərdarlıq:
ölkənizi məhvə sürükləməyin...
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 09.05.2026 / 17:38
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ
Tarix: 07.05.2026 / 22:18
Gürcüstanla Rusiya Zəngəzur dəhlizinə alternativ hazırlayır - qonşumuzdan yeni davranış...
Tarix: 07.05.2026 / 17:18
Azərbaycandan keçən yollar Avrasiyada müharibələrdən təsirlənməyən yeganə marşrut oldu...
SON XƏBƏRLƏR
12.05.2026 / 22:28
Trampdan ŞOK İDDİA... İran rəsmən qəbul etdi
- zənginləşdirilmiş uranı ABŞ-a verəcəklər...
12.05.2026 / 22:14
Putin Aİİ-nin Astana zirvəsində Paşinyana çox pis sürpriz hazırlayır
- 17 gün sonra...
12.05.2026 / 21:42
Putin Şröderi istədi, Avropa liderləri Ştaynmayeri də ona qoşdular
- hər ikisi iflasda...
12.05.2026 / 21:16
AB Azərbaycan-Ermənistan sərhəd delimitasiyasına ziyanlı müdaxilə edə bilər
- şübhəli sənəd...
12.05.2026 / 20:51
Putini Avropa liderlərinin üzünə qaldıran Trampdır
- Avropalıların təşəbbüsü geri çevrildi...
12.05.2026 / 20:33
Əhliman Əmiraslanov, Nuru Bayramov və Çingiz Rəhimov tərəfindən hazırlanan kitabın təqdimatı keçirildi
12.05.2026 / 20:28
Prezidentin sosial şəbəkə səhifələrində WUF13 ilə əlaqədar görülən işlərlə tanışlığını əks etdirən kadrlar paylaşılıb
- VİDEO
12.05.2026 / 20:12
Putindən Qərbə gözdağı
- dünyanın ən güclü raketi sınaqdan keçirildi...
12.05.2026 / 19:35
Prezident İlham Əliyevlə Şahbaz Şərif arasında telefon danışığı olub
12.05.2026 / 19:20
WUF13 - Bakıda bir sıra küçə və prospektlərdə müvəqqəti tənzimləmələr olacaq
12.05.2026 / 19:11
Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi
- FOTO
12.05.2026 / 19:03
Yaxın Şərqi gərginliyi artıracaq iddia
- BƏƏ ABŞ-ın dəstəyi ilə gizlicə İranı vurdu...
12.05.2026 / 18:48
Britaniya səfiri Fergus Auld Azərbaycandan gedir...
12.05.2026 / 18:25
Moskvadan qayıdan Fiko Zelenskiyə çağırış etdi
- götür telefonu Putinə zəng et...
12.05.2026 / 18:08
"Azərbaycanın bugünkü uğurları ədalətin təntənəsidir"
- Vüqar Rəhimzadə
12.05.2026 / 17:43
Paşinyan Makronun hərbi texnikası ilə 28 mayda parada hazırlaşır...
12.05.2026 / 17:27
Ermənistan seçkiləri ilə bağlı Putinlə Avropa komissarının virtual mübahisəsi...
12.05.2026 / 17:23
Rizvan Nəbiyev:"Müharibə dövründə beynəlxalq humanitar hüququn tələblərinə əməl olunması Azərbaycanın prinsipial mövqeyini göstərirdi"
12.05.2026 / 17:10
Əliyevdən Ermənistandakı revanşistlərə sərt xəbərdarlıq:
ölkənizi məhvə sürükləməyin...
12.05.2026 / 16:57
Dünyada neft çatışmazlığı böhranı başladı...
12.05.2026 / 16:54
Rizvan Hüseynov: “Fransa və bəzi transmilli maraq qruplarının Ermənistan üzərindən regionda təsir yaratmaq cəhdləri müşahidə olunur”
12.05.2026 / 16:51
Netanyahu Ərdoğanı 2 ağır məsələdə suçladı -
"aləm bir-birinə dəydi"...
12.05.2026 / 16:46
Britaniya qarışdı... Nazirlər Starmerə qarşı üsyana qalxdı
- baş nazir getməlidir...
12.05.2026 / 16:31
Rusiyanın Ermənistana qarşı 4 maddəlik seçki-təxribat planı açıldı...
12.05.2026 / 16:25
Qalibafdan Tehranın təklifini rədd edən Trampa cavab
- istənilən ssenariyə hazırıq...
12.05.2026 / 16:12
ABŞ TRIPP-lə bağlı Ermənistana nümayəndə heyəti göndərdi...
12.05.2026 / 16:04
Prezident İlham Əliyevin sülh strategiyasına həsr olunan dəyirmi masa keçirilib
12.05.2026 / 15:59
ABŞ-ın Ukraynaya silah göndərişindəki gecikmələr Avropada ciddi narahatlıq doğurub...
12.05.2026 / 15:34
Tofiq Zülfüqarov: Azərbaycana qarşı müxtəlif mərkəzlərin hələ də müəyyən məkrli planları var
12.05.2026 / 15:28
Prezident Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
- FOTO
12.05.2026 / 15:22
Natiq Məmmədli: "Prezidentin sülh çağırışına media və insanlar böyük önəm verir"
12.05.2026 / 14:50
Azərbaycanda hantavirus infeksiyasına yoluxma qeydə alınmayıb...
12.05.2026 / 14:19
Türkiyə-Yunanıstan münasibətləri ildırım sürəti ilə müharibəyə doğru gedir...
12.05.2026 / 14:16
ABŞ-dan Ukrayna barədə şok etiraf -
"sülh səylərimiz iflasa uğradı"...
12.05.2026 / 14:07
"Vaşinqtonun son bəyanatları güzəşt yox, İrana yeni təzyiqlərdən xəbər verir"...
12.05.2026 / 14:02
ABŞ kəşfiyyatı Trampın siyasətini şübhə altına alan faktlar açdı...
12.05.2026 / 13:56
Bakıda piyada keçidlərində eskalator və liftlərin yenilənməsinə başlanılır...
12.05.2026 / 13:51
Bu şəxslərə maaşın 4 misli miqdarında müavinət ödəniləcək
12.05.2026 / 13:34
İraq da gizli şəkildə İranı İsrailə satdı?..
12.05.2026 / 13:33
Lökbatanda yanan anbarla “Kontak Home”un nə bağlılığı var?
- Şirkətdən açıqlama...
12.05.2026 / 13:19
Azərbaycanın strateji valyuta ehtiyatları artdı - 15 faiz...
12.05.2026 / 13:07
Daha 18 ailə Xocavəndə yola salındı
12.05.2026 / 12:52
Azərbaycanlıların mənzillərini Qarabağda ermənilərə kim “payladı”
-katolikos ifşa olundu...
12.05.2026 / 12:31
Rusiyadan “3+3” platforması ilə bağlı açıqlama
- bərpasını gözləyirik...
12.05.2026 / 12:24
Makron anlasa, Zəngilandan ona çox şeylər deyildi...
12.05.2026 / 12:08
Əli Əsədov bp-nin yeni baş icraçı direktoru ilə görüşdü
12.05.2026 / 12:05
Bağçada mərmiyə bənzər əşya aşkarlandı...
12.05.2026 / 11:57
Bakıda “InVision Design Talks BAKU 2026” keçirilib
12.05.2026 / 11:53
Prezident İlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib
- FOTO
12.05.2026 / 11:43
Minsk Qrupu həmsədrlərinin “Şimali Qarabağ hoqqası”...
12.05.2026 / 11:40
"Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müasir milli dövlətçilik konsepsiyası formalaşdırılıb və həyata keçirilib"
- Spiker
12.05.2026 / 11:36
Moskva İrəvandakı iyun seçkilərini bəribaşdan uduzub...
12.05.2026 / 11:10
Broylerlər 30 ildir Azərbaycanı talayır
- dünya yumurta standartını ölkəyə buraxmayan kimdir?...
12.05.2026 / 10:55
Lökbatanda yanan “Bakı Logistika Mərkəzi” kimindir?
12.05.2026 / 10:33
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
- VİDEO/YENİLƏNDİ
12.05.2026 / 10:07
ADMİU-nun təşkilatçılığı ilə “Eco-Art” Festivalı keçirilib
12.05.2026 / 09:38
Balakəndə narkotik plantasiyası aşkarlandı
- VİDEO
12.05.2026 / 09:15
Sərnişinlər metroda boş vaqonları əvvəlcədən görə biləcəklər
12.05.2026 / 09:03
Lökbatanda yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar
12.05.2026 / 05:56
ABŞ-ın sursat anbarları boşalır -
Körfəz ölkələri Türkiyədən silah almağa başladı
11.05.2026 / 23:34
14 il əvvəl sosial mediada "hantavirus" paylaşımı dünyanı silkələdi
- təsadüf, ya öncədən planlaşdırılmış pandemiya...
11.05.2026 / 22:55
Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü...
11.05.2026 / 22:43
ABŞ-ın 700 milyardlıq qızıl ehtiyatı oğurlanıb?
- Tramp “Fort Knox”u alt-üst edəcək...
11.05.2026 / 21:50
İran Çinlə bağlı Trampa xəbərdarlıq etdi
- Pekinə qələbə ilə gedəcəyinizi düşünməyin... sizi məğlub etdik...
11.05.2026 / 21:17
İran kürdləri Trampı məyus etdi
- pul almadan döyüşmürlər...
11.05.2026 / 20:38
Heydər Əliyev haqda... lütfən, o adamların adlarını çəkin...
11.05.2026 / 19:19
Paşinyan Putinin “boşanma” sözünə etiraz etdi
- bəzən bunu səhv salırıq...
11.05.2026 / 17:59
İnkişafa vurulan zərbə və ya ABB-nin 9 il əvvəl itirdiyi imkan
– NİCAT DAĞLAR yazır
11.05.2026 / 17:44
Makron Keniyada konfrans iştirakçılarına bağırdı
- ya susun, ya da bayıra çıxın…
11.05.2026 / 15:19
Avropa Putinin keçmiş kansler Şröder üzərində qurduğu "vasitəçi" tələsini ifşa etdi
– Berlindən yeni təklif gəldi...
11.05.2026 / 14:43
ABŞ-ın təklifinə İrandan sərt reaksiya
- məcbur qalsaq, döyüşəcəyik...
11.05.2026 / 14:27
Bakıda marketdən elektron siqaretlər oğurlayan şəxs saxlandı
11.05.2026 / 14:02
“Qırxdan sonra…” filmi qadın taleyinə və sənətin görünməyən tərəflərinə işıq salır
11.05.2026 / 13:48
Binəqədidə şirkətdən 7 min manatlıq kabel oğurlanfı
11.05.2026 / 13:05
İran XİN: “ABŞ əsassız tələblərində israr edir”
11.05.2026 / 12:54
İran XİN Avropaya xəbərdarlıq etdi: “Təhriklərə aldanmayın”
11.05.2026 / 12:38
Kinematoqrafçılar İttifaqının yeni sədri kim olacaq?
11.05.2026 / 12:33
Fransada hantavirusa ilk yoluxma halı qeydə alınıb
11.05.2026 / 12:07
Gürcüstan Pravoslav Kilsəsi bu gün 142-ci Patriarxını seçəcək
11.05.2026 / 11:17
WUF13 tədbirində təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb
11.05.2026 / 10:40
8 ildir nəvələrinə özü baxır-Səbəb?
“Böyük qayıdış” müasir şəhərsalma mədəniyyətinə böyük töhfələr verir...
Populyar xəbərlər
Tarix: 02.05.2026 / 10:35
Şərəfli ömür yolu
Tarix: 10.05.2026 / 18:40
Xalq şairi Zəlimxan Yaqub haqqında unudulmaz dost xatirələri
Tarix: 09.05.2026 / 18:22
Prezident: "Yaşayışla, təhsillə bağlı məsələlər həll olunduqca, məşğulluq məsələləri də həll edilir"
Tarix: 02.05.2026 / 13:09
Bloomberg: Hindistanla əlaqəli tanker Hörmüz boğazından keçməyə çalışır
Tarix: 16.04.2026 / 19:57
Rusiyanın vurduğu AZAL təyyarəsinin bütün mübhəmləri açıldımı?
XƏBƏR ARXİVİ