Cümə günü, 20 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Ankara ilə Moskva arasında Bakının vasitəçiliyinə ehtiyac yaranır
Tarix: 01.06.2016 / 02:46
Bölmə: Siyasət
Ankaranın bütün cəhdlərinə rəğmən, Moskva hələ də Rusiya və Türkiyə arasında davam edən gərginliyin çözümü istiqamətində səslənən çağırışları cavabsız qoyur. Bu iki ölkə arasında yaşanan münasibətlər isə onların tərəfdaşları üçün də məqbul sayılmır. Məsələn, rəsmi Bakı tərəflər arasında ziddiyyətlərin mümkün qədər tez aradan qalxmasını istəyir.
Azərbaycan Rusiya ilə Türkiyə arasında gərginliyin, ikitərəfli münasibətlərə kənar təsirlərin aradan qaldırılmasında maraqlı olduğunu bəyan edir. Rusiya və Türkiyənin öz səylərini ortaq maraqlar üzərində davam etdirməsi, gələcəyə istiqamətlənmiş birgə fəaliyyəti region, o cümlədən Azərbaycan üçün çox vacib sayılır. Xatırladaq ki, bundan əvvəl Azərbaycan, eləcə də Qazaxıstan tərəflərin münasibətlərinin normallaşması üçün vasitəçilik etməyə hazır olduqlarını bəyan edib. Rusiyalı politoloq Sergey Markov isə bildirir ki, Rusiya və Türkiyə rəhbərliyi Azərbaycana, Qazaxıstana onlar arasında vasitəçi olmaq imkanı verməlidir. Onun sözlərinə görə, Rusiya-Türkiyə münasibətlərində ən böyük problem etibarın bərpa edilməsidir: "Vasitəçilər də məhz etibarın olmadığı vaxt lazımdır. Azərbaycan və Qazaxıstan həm Türkiyə, həm də Rusiyaya yaxın ölkələrdir. Hər iki prezident - həm İlham Əliyev, həm də Nursultan Nazarbayev güclü liderdir. Onlar bu missiyanı reallaşdırmağı bacaracaq. Ankara və Moskva onların təşəbbüslərini ciddi qəbul etməlidir".
Qeyd edək ki, Ankara münasibətlərin düzəlməsində çox maraqlıdır. Türkiyənin yeni baş naziri Binəli Yıldırım bildirir ki, Rusiya-Türkiyə münasibətlərinin normallaşdırılması yeni hökumətin proqramında əsas bəndlərdən biridir: "Hökumət dialoq yolu ilə Türkiyə-Rusiya münasibətlərinin normallaşdırılması istiqamətində səyləri davam etdirəcək". Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə Rusiya-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə işçi qrupun yaradılmasını təklif edib. Amma Rusiya Federasiya Şurasının beynəlxalq əlaqələr komitəsinin üzvü İqor Morozov Ankaranın təklif etdiyi ortaq qrupun yaradılmasının mümkünsüz olduğunu dilə gətirib: "Bizim şərtlər yerinə yetiriləndən sonra heç bir ortaq qrupa ehtiyac qalmayacaq. Bu vəziyyəti Rəcəb Tayyip Ərdoğan düzəldə bilər. Türkiyə prezidenti beynəlxalq televiziyaya çıxaraq, baş verənlərə görə üz istəməlidir. Bundan sonra rus-türk münasibətləri əvvəlki vəziyyətinə qayıdacaq. Rusiya-Türkiyə münasibətlərinin düzəlməsi sadəcə bizim söylədiyimiz şərtlər yerinə yetiriləcəyi təqdirdə mümkün ola bilər. Ankara vurduğu Su-24 təyyarəsi və həyatını itirən pilotlar üçün üzr istəməli, təyyarənin zərərini qarşılamalıdır. Yalnız bunlar olduqdan sonra münasibətlər düzələ bilər".
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bildirir ki, Ankaranın Rusiya ilə münasibətlərin normallaşdırılması üzrə işçi qrupunun yaradılması ideyası problemləri həll etməyəcək, bunu yalnız Türkiyə rəhbərliyi edə bilər: "Düşünürəm ki, bu sözlərə cavabı bu günlərdə prezident Putinin verdiyi bəyanatda tapmaq olar. Prezident Putin bizim mövqeyimizi kifayət qədər səlis ifadə edib. O deyib ki, şübhəsiz, tənzimlənmə variantlarının axtarışı üçün bəzi danışıqlar aparılır, lakin heç bir işçi qrup bu problemi həll edə bilməz". O əlavə edib ki, yaranmış vəziyyətdə hər şey Türkiyə rəhbərliyindən asılıdır.
Eyni mövqeyi Rusiya prezidenti Vladimir Putin də sərgiləyir. O, əslində Türkiyə ilə münasibətləri bərpa etmək istədiyini bəyan edib. Putin qeyd edib ki, Rusiya müxtəlif kanallarla Türkiyə ilə əlaqədədir və qarşı tərəfdən konkret addımlar gözləyir: "Əlbəttə, biz düşünmürdük ki, Türkiyə qırıcısı bizim bombardmançı təyyarəmizi vura bilər. Biz Türkiyə ilə, Türkiyə Silahlı Qüvvələri ilə müharibəyə hazırlaşmırdıq. Əks halda biz başqa cür və başqa vasitələrlə hərəkət edərdik. Ümid edirəm ki, bu yerə gəlib çatmayacaq. Biz Türkiyə hakimiyyətindən izah eşitdik, üzrxahlıq eşitmədik. Dəyən zərərin qarşılanmasına hazır olmalarını da eşitmədik. Münasibətlərin bərpa olunması istəklərini eşidirik. Biz də münasibətləri bərpa etmək istəyirik. Onları biz pozmamışıq. Əlimizdən gələni etmişdik ki, Rusiya-Türkiyə münasibətləri on illər ərzində dostluq və tərəfdaşlıq səviyyəsinə qalxsın. Niyə bu edildi, hələ də ağlıma heç bir fikir gəlmir. Lakin olan oldu. Bundan savayı, təkcə təyyarə vurulmadı, katapult edən pilot da güllələndi. Bu isə beynəlxalq hüquqa görə hərbi cinayətdir".
Putin bildirib ki, Ankaradan bəyanatlardan savayı konkret addımlar gözləyir: "Biz Türkiyə tərəfi ilə müxtəlif kanallarla əlaqədəyik. Onlar bizim cavabımızı bilir. Biz qarşı tərəfdən konkret addımlar gözləyirik. Lakin hələlik bu yoxdur".
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə fərqli mövqedən çıxış edir. O bildirib ki, Rusiya bunu həqiqətən istəyirsə, Ankara Moskva ilə münasibətləri bərpa etməyə hazırdır: "Nəyin baş verdiyini hamı bilir. Biz münasibətlərin pozulmasını istəməmişik. Məgər Putin bizə doğru addım atıb, biz də buna cavab verməmişik?". Ərdoğan Putinin dediklərini şərh edərkən xatırladıb ki, şəxsən Putinə Türkiyə hava məkanının dəfələrlə pozulduğu barədə məlumat çatdırıb. Onun sözlərinə görə, ötən ilin noyabr ayında Antalyada "G20" sammiti zamanı o həmin məlumatı Putinə çatdıranda Rusiya prezidenti bu barədə məlumatsız olduğunu deyərək yanında duran Lavrova məsələni araşdırıb çözmək tapşırığı verib: "Lakin bir neçə gündən sonra bizim hava məkanımız yenə pozuldu, bu hərəkəti etmiş naməlum təyyarə xəbərdarlıq siqnallarına məhəl qoymayanda, həmin təyyarəyə qarşı belə vəziyyətlərdə tələb olunan müvafiq tədbirlər görüldü. Rusiya tərəfinin pilotun ölümünə görə Türkiyəni suçlaması düzgün deyil. Təyyarənin pilotu sağ olaraq təyyarədən qurtuldu. Amma Suriyada müxalifətin əlinə düşdü. Öldürülən pilotun cənazəsini Türkiyə danışıqlar nəticəsində geri aldı, bu zaman bütün dini mərasim qaydaları yerinə yetirildi. Türkiyə olaraq, o hadisədə üzərimizə düşəni yerinə yetirdik".
Tahir TAĞIYEV
DİGƏR XƏBƏRLƏR
Tarix: 20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
Tarix: 20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
Tarix: 20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
Tarix: 20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...
Tarix: 20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
Tarix: 20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
Tarix: 20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
Tarix: 20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
Tarix: 20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
Tarix: 20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
Tarix: 20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
Tarix: 20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var
20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi
- Ukraynada sülh üçün son tarix açıqlandı...
20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır
– vaxt verildi...
20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz
- hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı
20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...
20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb
20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası
20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi -
Madyar Orbanı sildi...
20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...
20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi
- FOTO
20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır
20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir
- qiyabi təhsil ləğv edilir...
20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində...
- FOTO
20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...
20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
- FOTO
20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır
- hər 100 nikahın 48-i dağılır...
20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur
20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir -
ABŞ müdafiə nazirinin yanlışı...
20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram”
- Paşinyan
20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib
- RƏSMİ AÇIQLAMA...
20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib
- FOTO
20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı
20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi
20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu
- Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...
20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi
20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib
20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq
20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI:
DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS
20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib
20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb
20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...
20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı
- körpülər vuruldu...
20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi
- sonra ondan üzr istəyirəm...
20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...
20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi
20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…
20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib
20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır
– nəzarət gücləndirilə bilər...
20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi
20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir
20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq
- YENİ QAYDA...
20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...
20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər
- Ombudsmandan təklif...
20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...
20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır
20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb
- FOTO/YENİLƏNDİ
20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı
– nələrin baş verəcəyini görəcəyik…
20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...
20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir
20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
- FOTO/YENİLƏNDİ
20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi
- FOTO
20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə -
yalnız ərazi güzəşti qarşılığında…
20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi -
Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir
20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib
- FOTO
20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi
20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar...
Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…
20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...
20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür
- Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...
19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri
19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…
19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...
19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir
- Rusiyadan gələn izaha cavab...
19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ