Cümə günü, 20 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Tarixdə iz buraxanlar: Mətə xan
Tarix: 28.05.2016 / 01:58
Bölmə: Siyasət
Böyük Hun imperatorluğunun xaqanı Mətə (Oğuz) xan m.ə. III əsrin ortalarında anadan olub. Mətə xan Orta Asiyada yaşayan hunların ilk yabqusu Tumanın (Teomanın) oğludur. Uşaqlığından etibarən yaxşı bir döyüşçü və komandan olaraq yetişdirilib. Onun adı sonradan verilib. Çin mənbələrində yazıldığı kimi onun adı "Moton, Maoton, Modok, Mado, Mode, Mətə" olaraq oxunub. Mətə xan gəncliyində: "Mən bir çadırda doğuldum, ona görə mənim adımı Oğuz qoymaq lazımdır", - deyib. Beləcə, onun istəyilə onu Oğuz deyə çağırıblar.
Mətə Teoman Yabqunun böyük oğlu olduğuna görə Hun vəliəhdi idi. Atası onu əmisinin qızı ilə evləndirdi. Fəqət evləndiyi qız Allaha iman etmədiyinə görə Mətə ona yaxınlaşmadı. Sonra iman edən bir qızla evləndi. Oğuzun bir Tək Allaha iman etdiyini eşidən aşırı dərəcədə bütpərəst olan atası onu bağlı olduğu qərb qonşusu yüecilərə bir dustaq olaraq göndərdi. O çağlarda Orta Asiyada zəif qövmlər güclü qövmlərə dustaqlar göndərərdilər. Lakin Mətə yüecilərin əlindən qurtulmağı və atasının yanına dönməyi bacardı. Belə olduqda atası onu bir ov dönüşü zamanı öldürməyi planlaşdırdı. Atasının bu planından xəbər tutan Mətə ehtiyatlı davrandı və ov dönüşü zamanı atası onu öldürmək istədikdə onların arasında atışma çıxdı. Ox yarası alan Teoman Yabqu dünyasını dəyişdi. Nəticədə, Mətə kağan oldu (m.ə. 209-cu il. Bu tarix Türkiyə Cumhuriyyətinin hərbi qüvvələri tərəfindən özlərinin quruluş tarixi olaraq qəbul edilib). Bu qeyri-adi hadisənin baş verməsindən sonra qeyri-adi hisslər keçirən, səmimi qəlbdən Uca Yaradana ibadət edən Mətə xan bütə tapınanlara heç mərhəmət etmədi.
Mətə xan millətə xidmət planını hər zaman öndə tutub. Onun millətinə olan sevgisini o zamanlar baş verən bu hadisə sübut edir: Hun taxtına gənc və təcrübəsiz bir xaqanın çıxdığını öyrənən Monqol tunquzlar bu fürsətdən istifadə etməyə başladılar. Onlar Mətədən ən sevdiyi atını istədilər. Mətə xan monqolların bu istəklərini yerinə yetirdi. Sonra xanımlarından birini istədilər. Onu da verdi. Tunquz hökmdarı bu dəfə də iki dövlət arasında boş olan bir şoran torpaq sahəsinin özünə verilməsini istədi. Mətə xan bu tələbi dövlət məclisində müzakirə etdirdi. Bəzi idarə üzvləri, at və qadın verildisə, bir şoran torpaq sahəsinin əhəmiyyətli olmadığını söyləyərək verməyə razı olduqlarını bildirdilər. Fəqət Mətə xan torpağın dövlətin əsası olduğunu, torpaqsız dövlət ola bilməyəcəyini söyləyərək "verəyin" deyənləri cəzalandırdı. O: "At və xanım öz malım idi, millətimin xətrinə verdim. Fəqət torpaq dövlətimindir, şoran da olsa onu verə bilmərəm", - dedi və qərarlı bir şəkildə ordusunu toplayaraq özündən əmin olan düşmənə qarşı ani bir hücum etdi və onları məğlubiyyətə uğratdı. Onların rəislərini öldürtdü.
Bu hadisə ilə Mətə xan dövlət malının millətə aid olduğunu və dövlətin malını istədiyi kimi istifadə edə bilməyəcəyini göstərib. Yəni Mətə xana görə, əvvəl dövlət və millət mənfəətləri gəlir. Sonra digər mənfəətlər... O, bu mövzuda: "Hər şeydən əvvəl dövlətim və millətim bir Oğuz türk törəsidir! Dövlətin torpağı verilməz!" - deyib. Beləcə, Hun dövlətinin sərhədləri Şərqdə Monqolustanın şərqinə qədər genişlənmişdir.
Bu zəfərdən sonra Mətə xan o qədər də sevincli görünmürdü. Çünki türklər dağınıq bir vəziyyətdə idilər. Hər bir türk boyu özbaşına hərəkət edir, bəzən bir-birlərilə belə anlaşa bilmir, savaşırdılar. Aradan günlər, həftələr, aylar keçdi. Bir gün Mətə xan dörd bir yana xəbərçilər göndərdi və bütün türk boylarını yanına dəvət etdi. Bu dəvətə böyük bir ziyafət hazırlatdı. Dəvətlilər oturub yemək yedilər. Yeməkdən sonra Oğuz xan söz aldı və danışmağa başladı: "Kim mənim buyruqlarımı qəbul edər və mənə baş əyərsə, onları qardaş qəbul edər, qoruyaram. Kim mənim buyruqlarımı dinləməz, qarşı çıxarsa, onları yox edərəm.
Mən sizlərə oldum kağan,
Alayım yay ilə qalxan.
Tale bizə olsun nişan,
Qurd səsi olsun bizə uran..." - dedi.
Beləcə, Mətə xan bütün türkləri birləşdirdi. Türk dünyasının tarixində mühüm yeri olan bu türk birliyini yaratdıqdan sonra Mətə xan hunları iqtisadi baxımdan gücləndirmək, Şərqi Qərbə bağlayan İpək yolunu əldə etmək məqsədilə ikinci səfərinə çıxdı. Nəticədə, qısa bir zamanda Xəzər dənizinə qədər olan sahəni itaəti altına aldı. Beləcə, türkün hakimiyyətini tək bir bayraq altında toplayıb birləşdirən ulu atamız Mətə xan böyük müvəffəqiyyətlər əldə etdi.
Mətə xanın qələbələrini diqqətlə izləyən Çin imperatoru Lyu Ban onun getdikcə qüvvətlənməsindən qorxuya düşdü. Sərkərdə Xan Sini hunlarla sərhəd olan Mai əyalətinə hakim təyin etdi və sərəncamına çoxlu döyüşçü verdi. Bundan xəbər tutan Mətə xan sürətlə hücuma keçib qalanı mühasirəyə aldı. Qısa müqavimətdən sonra Xan Sin təslim oldu və öz qoşunu ilə hunların tərəfinə keçdi. Onun sərkərdəlik qabiliyyətini yüksək qiymətləndirən Mətə xan Xan Sinə yeni ordu verərək Çin sərhəddinə göndərdi. Hunlar Ordosdan çıxıb Yantszı çayının şərq sahilinə - Tanyuyun əyalətinə daxil oldular. Lyu Ban qorxuya düşdü və güclü bir ordu ilə xəyanət edən sərkərdəsinin üzərinə yeridi. Məğlub olan Xan Sin yenidən hunlara qoşuldu.
Çin imperatoru hunların hərbi gücünü müəyyənləşdirmək və gələcək planlarından xəbər tutmaq üçün Mətənin yanına 10 nəfərlik bir elçi heyəti göndərdi. Uzaqgörən Mətə düşməni çaşdırmaq üçün elçilərə yaşlıları, uşaqları və arıq mal-qaranı göstərdi. Elçilər qayıdıb imperatora məlumat verdilər ki, hunlar bu vəziyyətdə hücuma cürət edə bilməzlər. Bununla kifayətlənməyən Lyu Ban sərkərdə Lyu Tszini yenidən hunlara elçi göndərdi. Lakin onun qayıtmasını gözləmədən 320 minlik ordu ilə yürüşü davam etdirərək Ordos istiqamətində irəlilədi. Geriyə dönən Çin sərkərdəsi yolda imperatorla qarşılaşdı və belə dedi: "Əvvəlki elçilər hunlarda bəslənməmiş heyvanlar, döyüşə yaramayan uşaqlar və yaşlıları görmüşlər. Əslində isə onlar əsas və seçmə dəstələrini gizlədərək hücum üçün əlverişli vaxt gözləyirlər. Mən yürüşü dayandırmağı təklif edirəm. Çünki hunlar istəsələr bir gündə Çin paytaxtının divarları önünü kəsdirə bilərlər".
İmperator sərkərdənin sözlərindən hiddətlənərək onu bu sözlərlə lənətlədi: "Yaxşı danış və özünü zabit kimi apar. Yaxşı düşünmədən və ölçüb-biçmədən söylədiyin sözlərlə mənim ordumu niyə ürküdür və döyüş gücünü qırırsan?"
Qəzəblənən imperator onu həbs etdirdi. Fəqət, sonrakı hadisələr sərkərdənin haqlı olduğunu sübut etdi. Belə olduqda İmperator onu çaşdırmış əyanları edam etdirmiş, Lyu Tszini həbsdən azad edərək belə demişdi: "Mən sizin sözünüzə qulaq asmadığıma görə bu şəhərdə belə bir fəlakətə düçar oldum".
Mətə xan m.ə.201-ci ildə Hun dövlətinin güclü ordusu ilə Çinə doğru səfərə çıxdı. Çin ordusu hücumu davam etdirirdi. Mətə xaqan hərbi taktika işlədərək geri çəkildi. 320 minlik Çin ordusu hunların qorxduğunu güman edərək onları təqib edirdi. Bu zaman Mətə xan əsas qüvvələri ilə şimala çəkilərək Çin ordusunu qabağa buraxdı. Əlavə qüvvələri təqib edən çinlilər çox yoruldular və şiddətli soyuqla qarşılaşdılar. Petenq yaylasında yerləşən Pinçen qalasına çatdıqda Mətə xan arxadan imperatoru qoşunu ilə birlikdə mühasirəyə aldı. Yeddi günlük mühasirə Çin ordusu üçün əsl faciə oldu. Ərzaqsız və köməksiz qalan ordu ağır vəziyyətə düşdü. Bu hadisə Çin tarixində və çin xalqının yaddaşında çox dərin iz buraxdı. Pinçen hadisəsinə həsr olunmuş bir çin mahnısında belə deyilir: "Pinçendə günlər acı keçdi, orada qoşun yeddi gün ac-susuz qaldı, döyüşçülərin yay dartmağa taqətləri qalmamışdı".
Nəhayət, Mətə xan Çin imperatorunu Bağ Teng dağında mühasirə altına aldı. Çinlilər sayca hunlardan çox olsalar da, bir nəticə əldə edə bilmədilər. Xanımının "Çin alına bilməz, alınsa belə, idarə edilə bilməz" sözlərinə əhəmiyyət verən Mətə xan diplomatik münasibətlərə girişdi. Beləcə, Çin imperatoru ilə anlaşıb mühasirəni qaldırdı. M.ə.198-ci ildəki Türk-Çin müqaviləsi müddətsiz olub, Çin kimi bir dövlət vergiyə bağlandı. Mətə xan düşmənləri olan monqollarla çinliləri məğlub edərək sərhədləri təhlükəsizlik altına aldıqdan sonra türkləri iqtisadi cəhətdən gücləndirdi, Hun dövlətini təşkilatlandırdı. Türk ordusunu onlu sistemə görə, onlu, yüzlü, minli, on minli bölümlərə ayıraraq onbaşı, yüzbaşı, minbaşı, tümenbaşı rütbələrində komandanlar təyin etdi.
Bütün bu müharibələrdə Mətə xanın yanında ağ saqqallı, ağ saçlı və çox ağıllı bir vəzir vardı. Onun adı Uluğ Türk idi. Uluğ Türk bir gecə röyasında qızıl bir yay və üç ədəd gümüş ox gördü. Qızıl yay gündoğandan qərbədək uzanırdı. Üç gümüş ox isə şimala doğru axırdı. Qoca vəzir gördüyü bu röyasını Mətə xana anlatdı, sonra da: "Ey kağanım, sənin ömrün xoş olsun, Tanrı gördüyüm röyanı gerçəkləşdirsin. Tanrı bütün dünyanı sənin soyuna bağışlasın". Mətə xan bu yaşlı vəzirin sözlərini çox bəyəndi. Sonra çox düşündü. Özü də artıq çox yaşlanmışdı. Ölkəsini etibarlı əllərə buraxmanın zamanı gəlmişdi. Sabahısı gün oğlanlarını çağırdı və: Mənim könlüm ova çıxmaq istəyir. Amma artıq mən gənc deyiləm. Bunu asanlıqla edə bilmərəm. İndi sözlərimə qulaq asın:
"Ey oğullarım, mən çox yaşlandım.
Çox döyüşlərə girib çıxdım,
Düşmənlərimi hey yenib sindirdim,
Dostlarımı sevindirdim.
Tanrıya borc ödədim.
Lazım olanı hey söylədim.
Mən artıq yaşlanıram,
Sizin olsun mənim yurdum", - dedi.
Mətə xan bunları söylədikdən sonra Türk elini oğlanlarına tapşırdı. Artıq könlü rahatdı.
Mətə xan türk dövlətçiliyi və hərb sənəti tarixində görkəmli rol oynayan bir hökmdar, sərkərdə, mahir diplomat olub. Onun yaratdığı qüdrətli Hun imperatorluğu özündən sonra düz 300 il yaşadı. Bu dövlət türkün xasiyyətindəki dinamikliyi, suveren yaşamaq arzusunu, təbiət ilə cəmiyyət və dövlətlərarası şəraitlərin dəyişmələri qarşısında davamlılığını, ölməzliyini göstərib. Qısası, türk bir dövlət halında dahiliyini inkişaf etdirib və dövlət halında böyük işlər görərək özünə mənəvi bir dünya, bir tarix yaradıb. Əgər biz tarixdə qurulan türk dövlətlərindən və onları quranlardan ibrət almasaq, həqiqi tarixin bütün nemətlərindən məhrum qalarıq. İnsanlıq tarixinin ən keçmiş çağlarından günümüzədək öz mənliyini və varlığını davamlı qılmaq, soyu təmiz, özü-sözü təmiz, ürəyi-ruhu təmiz, insanlıq məfkurəsinin ən yüksək xüsusiyyətlərinə sahib Ulu Türk Milləti tarixdən əvvəl də var idi, tarix boyunca da olub və dünya durduqca olmağa davam edəcək.
Mətə xan m.ə. 174-cü ildə vəfat edəndə Hun-türk dövlətinin sərhədləri Şərqdə Koreya sərhədlərinə, Şimalda Sibirə, Cənubda Hindistana, Qərbdə isə Xəzər dənizinə qədər uzanırdı.
Mətə xan Türk dünyasının yaddaşında Oğuz xan olaraq yaşadı, yaşayır və yaşayacaq.
Fazil QARAOĞLU,
professor
DİGƏR XƏBƏRLƏR
Tarix: 20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
Tarix: 20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
Tarix: 20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
Tarix: 20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...
Tarix: 20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
Tarix: 20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
Tarix: 20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
Tarix: 20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
Tarix: 20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
Tarix: 20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
Tarix: 20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
Tarix: 20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım
- çıxarış almaq mümkün olacaq...
20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var
20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi
- Ukraynada sülh üçün son tarix açıqlandı...
20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır
– vaxt verildi...
20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz
- hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı
20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...
20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb
20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası
20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi -
Madyar Orbanı sildi...
20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...
20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi
- FOTO
20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır
20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir
- qiyabi təhsil ləğv edilir...
20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində...
- FOTO
20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...
20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
- FOTO
20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır
- hər 100 nikahın 48-i dağılır...
20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur
20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir -
ABŞ müdafiə nazirinin yanlışı...
20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram”
- Paşinyan
20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib
- RƏSMİ AÇIQLAMA...
20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib
- FOTO
20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı
20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi
20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu
- Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...
20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi
20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib
20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq
20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI:
DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS
20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib
20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb
20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...
20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı
- körpülər vuruldu...
20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi
- sonra ondan üzr istəyirəm...
20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...
20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi
20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…
20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib
20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır
– nəzarət gücləndirilə bilər...
20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi
20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir
20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq
- YENİ QAYDA...
20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...
20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər
- Ombudsmandan təklif...
20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...
20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır
20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb
- FOTO/YENİLƏNDİ
20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı
– nələrin baş verəcəyini görəcəyik…
20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...
20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir
20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
- FOTO/YENİLƏNDİ
20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi
- FOTO
20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə -
yalnız ərazi güzəşti qarşılığında…
20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi -
Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir
20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib
- FOTO
20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi
20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar...
Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…
20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...
20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür
- Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...
19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri
19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…
19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...
19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir
- Rusiyadan gələn izaha cavab...
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ