Cümə günü, 20 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azərbaycan Xalq Cumhuriyyəti: milli istiqlalın təntənəsi...
Tarix: 28.05.2016 / 01:30
Bölmə: Siyasət
1918-ci il mayın 28-də Azərbaycan istiqlaliyyətinin elan edilməsində, Xalq Cumhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində cumhuriyyətə rəhbərlik etmiş şəxslərin - Əlimərdan bəy Topçubaşovun, Məmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur" .
Heydər Əliyev
Coxəsrlik dövlətcilik ənənələrinə malik olan ölkəmizdə 28 may 1918-ci ildə bütün türk dünyasının ilk müstəqil Respublikasi doğuldu. Butövlükdə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxdı. Millətimizin demokratik respublika quruculuğundakı ilk tarixi təşəbbüsü və uğuru bütün sonrakı dövrlərdə Azerbaycanın dünya siyasi sisteminde suverenlik hüququnu şərtləndirən taleyüklü tarixi bir amil idi.
Azərbaycan xalqının müstəqillik əzmini nümayiş etdirən Azərbaycan Xalq Cumhuriyyəti XX əsr dünya siyasi mədəniyyətinin ən qabaqcıl demokratik formalarını öz dövlət təsisatlarında milli zəmində tətbiq etməyin ilk təcrübəsi idi. Bu təcrübə zamanın sınağından uğurla keçərək yeni dövrdə Azərbaycanın dövlətçilik ənənəsinin əsasını yaratdı. Birinci Dünya Müharibəsinin sonlarına doğru qalib və məğlub imperialist dövlətlərin Qafqaz regionunda maraqlarının kəskin şəkildə toqquşduğu dramatik tarixi bir zamanda Azərbaycan öz müstəqilliyini elan etdi və cətinliklə də olsa, buna nail oldu. Bu bizim xalqımız üçün taleyüklü bir nailiyyət idi. Əgər o zaman cumhuriyyət yaranmasaydı, sonradan ölkəmizin Sovet İttifaqı tərkibinə müttəfiq respublika kimi daxil olması və bu İttifaq dağılarkən bir suveren dövlət kimi öz müstəqilliyini bərpa etməsi də mümkün olmayacaqdı. Buna görə də 28 may Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması günü ölkəmizdə Respublika Günü kimi qeyd olunur ve hər birimiz haqlı olaraq bu şanlı tarixlə fəxr edirik.
Azərbaycan Xalq Cumhuriyyəti yeni dünya tarixinin yetərincə mürəkkəb çağında - imperiya, müstəmləkə və istibdad rejimlərinin çökməsinə və milli müstəqillik hərəkatlarının zəfər çalmasına zərurət və şərait yarandığı bir dönəmdə ərsəyə gəlmişdi. 1918-ci ilin əvvəllərində - Birinci Dünya Müharibəsinin başa çatmasına bir neçə ay qalmış Zaqafqaziya Seyminin azərbaycanlı, gürcü və erməni deputatları, paytaxtı Tiflis olmaqla, Zaqafqaziya Federativ Demokratik Respublikasının yarandığını elan etmişdilər. Seymdə azərbaycanlı deputatların 44 nəfərlik fraksiyasına Azərbaycanın görkəmli siyasi xadimi Məmməd Əmin Rəsulzadə rəhbərlik edirdi.
Lakin bu federativ qurumun perspektivsizliyini görən Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə öz fəaliyyetini Azerbaycanın müsteqil dövlət quruculuğuna istiqametlendirdi. M.Ə.Rəsulzadənin başçılığı ilə F.Köçərli, F.Xoyski, N.Yusifbəyli, S.M.Qənizadə, Ş.Rüstəmbəyov, X.Xasməmmədov, M.Hacınski və 44 deputatdan ibaret Milli Şura mayın 28-də Tiflisdə, Qafqaz canişininin sarayında kecirdiyi tarixi iclasında Azərbaycanın istiqlaliyyətini elan etdi. Belelikle, tarixde ilk türk cumhuriyyəti doğuldu ve XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan məfkurəsinin ideoloqlarından biri olan Məmməd Əmin Rəsulzadə həm də Azərbaycan Xalq Cumhuriyyətinin banilərindən biri oldu.
Azərbaycan Xalq Cumhuriyyətinin Milli Şurası olduqca çətin bir vaxtda hakimiyyətə gəlirdi. Kommunarların əlində olan Bakı Soveti hakimiyyətdən çəkilmək istəmir, daşnak ordusu ilə birlikdə kütləvi soyqırım xarakterli qırğınlar törədirdi. Millətin ölüm-dirim savaşı qarşısında qaldığını görən Milli Şura Gəncə şəhərində təcili toplantısını keçirdi. Fətəli xan Xoyskinin başçılığı ilə müvəqqəti hökumət yaradıldı. Qəbul olunmuş bəyannaməyə əsasən, Milli Şura ali qanunverici, müvəqqəti hökumət isə ali idarəedici orqan kimi tanindı. Dövləti möhkəmlətmək, onu xarici təcavüzdən və daxili parçalanmadan qorumaq məqsədilə Türkiyə hökumətindən yardım istəmək qərara alındı. Azərbaycan və Türkiyənin hələ o zamandan vahid geosiyasi maraqlardan çıxış etməsi onu göstərir ki, qardaş xalqlar bu tandemin onların hər ikisi üçün həyati əhəmiyyətə malik olduğuna əmin idilər. Həmin ilin 23 sentyabrında Azərbaycanın milli ordusu türkiyəli komandan Nuru paşanın əsgərləri ilə birlikdə qondarma "Mərkəzi Xəzər diktaturası" və eser-daşnak qüvvələrini darmadağın edərək Bakıya girdi və həmin gün də Bakı Azərbaycan Xalq Cumhuriyyətinin paytaxtına çevrildi. Amma sürətlə dəyişən sonrakı hərbi-siyasi proseslər nəticəsində Türkiyə qoşunu ölkəni tərk etməli oldu. Antanta dövlətlərinin məqsədi Türkiyəni Azərbaycandan uzaqlaşdırıb, Bakını birdəfəlik Britaniya imperiyasının nəzarəti altına salmaq idi. İngilislərin Bakıya daxil olmasını anti-Azərbaycan və anti-Türkiyə meylli bütün qüvvələr, xüsusilə ermənilər sevinclə qarşıladılar. Ermənilərin və rusların təhriki ilə qızışdırılan milli-siyasi qarşıdurmaların ən qaynar çağında - dekabrın 7-də Bakıda Azərbaycan Parlamenti öz işinə başladı. Yenə də həmin qüvvələrin milli parlamentin ilk toplantısını pozmaq cəhdləri baş tutmadı.
Azərbaycan Xalq Cumhuriyyətinin möhkəmlənməsi yolunda tarixi işlər görmüş dövlətimizin ilk Parlamenti koalisiya hökumətini təsis etdi. Fətəli xan Xoyski yenidən Nazirlər Şurasının sədri seçildi. Britaniya hərbi qüvvələrinin komandanı general Tomson da rəsmi olaraq bu hökuməti tanıdı, rus milli şurasına da onu tanımağı tövsiyə etdi. Azərbaycanı yenidən Rusiya imperiyasının əsarəti altına verməyə çalışan qondarma "Qafqaz-Xəzər hökuməti" Azərbaycan Xalq Cumhuriyyətinin siyasi mövcudluğu ilə barışmadığına görə qanundankənar elan edildi və onun rəhbərləri 48 saata Azərbaycandan çıxarıldı. Milli hökumət tədricən ölkəyə nəzarəti tam olaraq öz əlinə alırdı. Avqusta qədər Britaniya hərbi qüvvələri də Bakıdan çıxarıldı. Bütün bunlar Azərbaycan Xalq Cumhuriyyətinin gözlənilməz dəyişikliklərlə müşayiət olunan qısa zaman kəsiyində yürütdüyü düzgün siyasətin və çevik diplomatiyanın bəhrəsi idi.
Azərbaycan hökuməti Birinci Dünya müharibəsində qalib gəlmiş ölkələrin 1919-cu ildə Fransada keçirilən Versal Beynəlxalq Sülh Konfransına öz nümayəndəsini göndərdi. Təbii ki, konfrans Antanta üzvü olan Rusiyadan qopmuş yeni milli dövlətlərin təzədən ona birləşdirilməsinə çalışırdı. Bütün bunlara baxmayaraq, müstəqilliyini qorumaq uğrunda qətiyyətlə mübarizə aparan Azərbaycan Xalq Cumhuriyyəti özünün bir sıra Avropa dövlətləri tərəfindən tanınmasına, ölkə daxilində quruculuq işlərinin davam etdirilməsinə nail olurdu.
Azərbaycan nümayəndə heyətinin 1920-ci ildə Parisə yeni səfəri də öz bəhrəsini verdi. Konfransın Ali Şurası Azərbaycanın suverenliyini tanıdı. Lakin Qafqazda müstəqil dövlətlərin yaranması faktı ilə heç cür barışmaq istəməyən sovet Rusiyası buradakı vəziyyəti öz xeyrinə dəyişə bildi. 18 martda erməni daşnak ordusunun Qarabağa qoşun yeritməsi və 28 apreldə Qızıl Ordunun Azərbaycana daxil olması, demək olar ki, eyni tarixi zamanda baş verdi. Azərbaycan Xalq Cumhuriyyəti erməni qüvvələrini darmadağın etsə də, artıq ölkədə də özünə siyasi-ideoloji dayaqlar yaratmış güclü sovet dövlətinin qarşısında tab gətirməyərək, idarəçiliyi bolşeviklərə təhvil verməli oldu. Cumhuriyyətçilər hakimiyyətə inqilab etmədən, qan tökmədən gəldikləri kimi, qansız-qadasız da hakimiyyətdən getdilər. Bu dövrdə Nəriman Nərimanovun şəxsində Azərbaycanın varlığını Rusiya ilə bir yerdə görən alternativ siyasi cərəyan da vardı. Təsadüfi deyil ki, Cumhuriyyət qurulanda Nəriman Nərimanov Həştərxana getmişdi. Gələcəkdə Azərbaycanın rəhbəri, bir qədər sonra isə Sovet dövlətinin rəhbərlərindən biri olacaq N.Nərimanov hələ 1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyətinin Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyliyə göndərdiyi məktubda cumhuriyyətçiləri hakimiyyəti bolşeviklərə təhvil verməyə çağırırdı. Beləliklə, iyirminci əsrin təlatümlü ilk iki onilliyində Azərbaycanın milli müqəddəratına yanaşmada iki xətt var idi: Məmməd Əmin Rəsulzadənın başçılıq etdiyi cərəyanda dövlətin tam müstəqilliyi, Nəriman Nərimanovun başçılıq etdiyi cərəyanda onun Sovet dövlətindən ayrılmazlığı xətti götürülmüşdü.
1920-ci ilin aprelində Məmməd Əmin Rəsulzadə milli parlamentdə Azərbaycan bolşeviklərinə müraciətlə tarixi sözlər demişdi: "Əgər siz məni təmin etsəniz ki, ümumi-idarə əlinizə keçdiyi təqdirdə Azərbaycan türk hökuməti təşkil edəcəksiniz, əgər mən bilsəm ki, Azərbaycan hökuməti adı ilə Rusiya sovetinin bir şöbəsini burada açmayacaqsınız, o vaxt sizinlə danışa bilərdik. Fəqət, siz həqiqi bir istiqlaliyyətçi deyil, digər bir üsyan hazırlayan sui-qəsdçisiniz". 1900-1920-ci illərdə imperiya müstəmləkəçiliyinə qarşı Qafqaz ölkələrində müstəqillik ideologiyası kifayət qədər qüvvətli olsa da, onu axıradək davam etdirmək real tarixi şəraitə görə mümkün olmadı. Çünki bu inqilabi müxalifətin öz arasında çox çətin həll edilə bilən barışmazlıq var idi. Bu barışmazlıqdan imperiyanın parçalanmasına qətiyyən yol verməyən qırmızı bolşeviklər də dərhal istifadə etdilər. Lakin Azərbaycan kommunistlərinin Ümumbakı konfransında irəli sürdükləri və sonra da Leninin təntənə ilə alqışladığı ən mühüm ideya - "Müstəqil Sovet Azərbaycanı" isə ancaq şüar olaraq qaldı. Əslində Azərbaycan Sovet Rusiyasi tərəfindən işğal olundu.
Lakin tarixin və milli iradənin də öz məntiqi var. Azərbaycan Sovet Sosialist Respublikası SSRİ-nin tərkibində olduğu müddətdə öz milli varlığını və mədəniyyətini imkan daxilində qorumağa və yaşatmağa çalışırdı. Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etməyə başladığı vaxtdan etibarən Azərbaycanın gələcək müstəqilliyinə əsaslı zəmin yaradılmağa başlandı. Bu gün özünü Azərbaycan Xalq Cumhuriyyətinin varisi elan etmiş suveren və demokratik respublikamız ilk respublikamızı quran böyük siyasi xadimlərə, Cumhuriyyətin siyasi-ideoloji irsinə dərin ehtiram bəsləyir. Cümhuriyyət yaradıcılarının irsi öyrənilir, fəaliyyətlərinə gerçək tarixi qiymət verilir. Heç şübhəsiz, istiqlal carçılarının ən böyük xidməti - müstəqil dünya dövlətləri sırasında Azərbaycanın da öz haqqı və yeri olduğuna həm xalqımızı, həm də beynəlxalq aləmi inandırmaqdan və ən başlıcası isə milli dövlətimizin mövcudluğu faktının beynəlxalq miqyasda təsdiqindən ibarətdir. "Azərbaycan" sözü də ilk dəfə olaraq təkcə coğrafi ərazi kimi deyil, həm də dövlət adı statusunda məhz Cumhuriyyət dövründə rəsmiləşdi. Respublika quruluşlu bu demokratik dövlət öz zamanını xeyli qabaqlamışdı. O vaxtlar nəinki Şərq, hətta inkişaf etmiş Avropa ölkələrinin çoxunda demokratik parlament və digər dövlət təsisatları tam təşəkkül tapmamışdı. Azərbaycan parlamenti hələ o zaman çoxpartiyalı sistem üzrə formalaşmağa başlamışdı.
Azərbaycan Xalq Cumhuriyyətini ərsəyə gətirən fədakar insanlar mükəmməl təhsil almış, öz dövrünün sivil dəyərlərinə yiyələnmiş, ictimai fikrin yüksəlişinə ciddi şəkildə təsir göstərməyi bacaran, həm də dövlət quruculuğunun ilk çətin mərhələsində atdıqları addımların məsuliyyətini dərk edən, bununla belə taleyüklü məsələlərdə qətiyyətli qərarlar qəbul etməkdən çəkinməyən sağlam və mübariz fikir sahibləri idi. Onların bir çoxu nəinki Azərbaycanda, ümumən türk dünyasında və İslam Şərqində milli düşüncə və dövlətçilik hərəkatının inkişafına təkan vermiş ideoloqlar idilər. Milli dövlətimizin üçrəngli bayrağını ilk dəfə qaldıran bu istiqlal mücahidləri üç aparıcı istiqamətdə - siyasət, mədəniyyət və cəmiyyət quruculuğu sahəsində sonrakı bütün inkişafımıza əhəmiyyətli təsir göstərən və nəhayət, Sovet İttifaqının dağıldığı ərəfədə milli müstəqillik hərəkatına ruh və ideya daşıyan fəaliyyətlərin təməlini qoymuşdular. Onların fədakar təşəbbüsləri nəticəsində suveren dövlətçilik atributlarımızın yaradılması, Azərbaycan türkcəsinin dövlət dili statusunda qəbul edilməsi, milli-mənəvi dəyərlərimizin, ədəbiyyat və mədəniyyətimizin, maarif və məktəb işinin, milli ideologiyamızın inkişafı istiqamətində böyük uğurlar qazanılmışdı.
Cumhuriyyət hərəkatı sözün əsl mənasında milli fikir intibahına yol açdı. Çarizmin devrilməsindən sonra Azərbaycanda yaranmağa başlayan müxtəlif siyasi partiya və təşkilatların azad fəaliyyətinə meydan verildi. Milli demokratiyanın müstəqil mətbuatı təşəkkül tapdı. Azərbaycan Xalq Cumhuriyyəti dövründə iki dəfə hökumət başçısı seçilmiş Nəsib bəy Yusifbəylinin rəhbərliyi və təşəbbüsü ilə 1919-cu il 15 oktyabrda mətbuat haqqında qanun qəbul edilmişdi.
Həmin illərdə Azərbaycanda səksəndən çox qəzet və jurnal dərc edilirdi. Azərbaycan kapitalı milli iqtisadiyyatın inkişafında necə böyük rol oynayırdısa, eyni dərəcədə maddi və mənəvi sərvətlərimizin yaradılmasında diqqətəlayiq işlərə, böyük xeyriyyəçilik məqsədlərinə sərf olunurdu. Bakıda estetik mədəniyyətin ən yüksək tələblərinə cavab verən memarlıq layihələri həyata keçirilir, nadir memarliq nümunəsi olan tikinti işləri aparılırdı.
Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev və başqa sərvət sahibləri öz varından millətin tərəqqisi naminə maarifçilik, quruculuq məqsədlərinə əhəmiyyətli yardımlar ayırırdılar. Azərbaycan ziyalılarının yaradıcılıq potensialı artıq özünün nəyə qadir olduğunu göstərirdi. Millətin bütün enerjisi yeni Azərbaycan dövlətinin, onun siyasi təsisatlarının, təhsil sisteminin, hərbi qüvvələrinin, inzibati ərazi vahidlərinin yaradılmasına yönəldilmişdi. Cumhuriyyət dövründə Dövlət Bankı, 40 minlik nizami ordu, Azərbaycan Teleqraf Agentliyi yaradıldı, pul-poçt markaları buraxıldı, Yelizavetpol yenə də Gəncə, Qaryagin isə Cəbrayıl adlandırıldı. Orden, medal, gerb, himn, üçrəngli, səkkizguşəli bayraq qəbul olundu.
Məlumdur ki, Azərbaycanın Rusiya imperiyasına birləşdirildiyi təqribən bir əsrlik dövrdə çarizm burada davamlı ruslaşdırma siyasəti aparmış, ölkəni akkulturasiyaya məruz qoymuşdu. Yerli mədəniyyət gəlmə mədəniyyətin təsiri altına salınmışdı. Bu prosesi dayandırmaq və milli mədəniyyət-dil quruculuğu sahəsində köklü islahatlar aparmaq, dövlət idarəçiliyini azərbaycanlaşdırmaq kimi mühüm tarixi vəzifə də istiqlalçıların çiyninə düşürdü. Azərbaycan Xalq Cumhuriyyəti rəhbərlərinin apardığı məqsədəyönlü siyasət nəticəsində dövlət idarələri tədricən milli dil praktikasına yiyələnməyə başlamışdı. Məhz həmin dövrdə milli kadrların məsul vəzifələrə gətirilməsi ənənəsi yarandı. Milli kadrların formalaşmasına, ümumən xalqın savadlanmasına böyük ehtiyacın olduğunu dərk edən Azərbaycan hökumətinin başlıca vəzifələrindən biri də xalq maarifinin inkişafı, xüsusilə ali təhsil müəssisələrinin yaradılması idi. 1919-cu ildə Bakıda Dövlət Universiteti, müəllim kadrları hazırlayan Darülmüəllim açıldı. Firudin bəy Köçərlinin rəhbərliyi ilə Zaqafqaziya müəllimlər seminariyasının Azərbaycan bölməsi Gürcüstanın Qori şəhərindən Qazaxa köçürüldü. Yüz nəfər tələbə ali təhsil almaq məqsədilə xarici ölkələrə göndərildi. Məktəblərin milliləşdirilməsinə, latın əlifbasına keçmək üçün hazırlıq işlərinə başlanıldı. 1919-cu ildə artıq Azərbaycanda 700-ə qədər məktəb vardı. Uğurlu təhsil siyasəti nəticəsində hələ köhnə düşüncənin hökm sürdüyü bir şəraitdə, qızların məktəbə cəlb olunmasına nail olundu. 50 minə yaxın şagird kontingentinin 2 mini qızlardan ibarət idi.
Azərbaycan yenə də elm, maarif və mədəniyyətin, siyasi, ictimai və ədəbi fikrin aparıcı istiqamətlərində Yaxın Şərq məkanında irəlidə gedirdi. Təsadüfi deyil ki, Məmməd Əmin Rəsulzadə bu öncüllükdən iftixar duyğusu ilə söz açırdı: "Şərq ölkələri arasında ilk türk dramaturqu azərbaycanlı, ilk türk bəstəkarı azərbaycanlı, məzhəb uzlaşmazlığını ilk ortadan qaldıran yenə azərbaycanlı, əlifba islahatını ilk düşünən azərbaycanlı, nəhayət, islam aləmində ilk dəfə cumhuriyyət elan edən də azərbaycanlıdır" .
Cumhuriyyət düşüncəsi milli olduğu qədər də, özünütəsdiq iradəsinə sahib olduğu qədər də ümumbəşəri səciyyə daşıyırdı. Azərbaycan ideologiyası hələ əsrin əvvəllərindən bu istiqamətə tuşlanmışdı. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri Məmməd Əmin Rəsulzadə 7 dekabr 1918-ci ildə dövlətimizin ilk parlamentinin toplantısında bildirmişdi: "Bir millət müstəqil və hürr olmalı, hürr olduqdan sonra digər millətlərlə ürəyi istədiyi kimi əqd-ittifaq etməlidir. Bütün dünya millətlərinin bir "cəmiyyəti-əqvam" vücudə gətirməsi bizim ən əziz fikirlərimizdəndir. Bu "federasyon" cəbrlərlə deyil, təbii bir meyl və arzu ilə hasil olmalıdır". Bu sözlərlə M.Ə.Rəsulzadə, əslində Azərbaycan - dünya münasibətlərinin mahiyyətini və istiqamətini açıqlamış, beynəlxalq siyasətdə bu gün də aktual olan suveren dövlətlərin hüquq bərabərliyi ideyasını ortaya qoymuşdu.
Cumhuriyyət qurucularının bir çoxu, həqiqətən, universal şəxsiyyətlər idi. Onlar ölkənin ictimai, siyasi, mədəni həyatında fəal iştirak edir, dövri mətbuatda fəal çıxış edir, cəmiyyətdə fikir mübadiləsinə geniş meydan açırdılar. Məmməd Əmin Rəsulzadə siyasətdən klassik ədəbiyyat problemlərinədək geniş bir mövzuda əsərlər yazırdı. Əlimərdan bəy Topçubaşov görkəmli jurnalist, publisist və siyasi xadim kimi tanınırdı. Üzeyir bəy Hacıbəyov milli mədəniyyət və musiqi tariximizdə bir çox yeni sahələrin əsasını qoymuş dahi sənətçi olmaqla yanaşı, sərrast məntiqə sahib mübariz bir publisist idi. Həmin dövrdə bir müddət dövlətin rəsmi orqanı olan "Azərbaycan" qəzetinin baş redaktoru kimi şərəfli bir vəzifəni aparırdı. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu kimi böyük türk dünyasının məfkurəsini yaradan mütəfəkkirlər milli ideologiya, humanitar elmlər və ədəbiyyat sahəsində də yorulmadan çalışır, ictimai şüurun inkişafına təkan verirdilər.
Təsadüfi deyil ki, o dövrdə dünya mədəniyyətinin bir sıra dahi sənətkarlarının - Firdovsi, Sədi, Rumi, Xəyyam, Şekspir, Molyer, Bayron, Hüqo, Puşkin, Krılov, Tolstoy və başqalarının əsərləri (əksəriyyəti orijinaldan olmaqla) Azərbaycan dilinə tərcümə edilir, oxunur və yayılırdı. Milli mədəniyyət quruculuğu sahəsində görülən işlər incəsənət dünyasını da hərəkətə gətirmişdi. Yaradıcılığın qaynar mühitində Dövlət teatrı, "İstiqlal" muzeyi, sənətkarlıq emalatxanaları fəaliyyətə başladı. 1919-cu ilin dekabrında açılmış "İstiqlal" muzeyində milli dekorativ sənət nümunələri, xalça və tikmələr, silahlar, əlyazmalar, kitablar, "Qurani-Kərim"in nadir nüsxələri toplanmışdı. "Molla Nəsrəddin", "Zənbur" jurnalları ictimai satiranın klassik nümunələrini yaradırdılar. Satirik qrafikanın banisi Əzim Əzimzadənin bir karikaturasında ciblərində Denikini, Kolçak və Andraniki gəzdirən ingilis qəsbkarı təsvir olunmuşdu. Bu, Azərbaycan sənətkarının öz dövründə cərəyan edən hadisələrə çox kəskin reaksiyasını sərgiləyirdi. Milli rəssamlıq, teatr və musiqi sənətinin inkişafı onları yaradan ilk azərbaycanlı peşəkarların coşqun fəaliyyəti ilə bağlı idi. "Leyli və Məcnun" kimi zərif klassik operanın yaradıcısı Üzeyir bəy Hacıbəyov həm də Dövlət himninin, inqilabi marşların müəllifi idi. Dahi bəstəkar Üzeyir bəy Hacıbəyov və həmin Himnin sözlərinin müəllifi Əhməd Cavad, artistlərdən Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski teatr və musiqimizin inkişafı sahəsində qızğın fəaliyyət göstərirdilər. Əzim Əzimzadə "Otello", "Aşıq Qərib", "Dəmirçi Gavə" tamaşalarının bədii tərtibatını hazırlamışdı. Bəhruz Kəngərli Naxçıvan teatrında "Hacı Qara" tamaşasına tərtibat vermişdi. Beləliklə, milli mədəniyyətin bütün sahələrini inkişaf etdirməyin yaradıcı pafosu, təbii ki, istiqlal ideallarını geniş xalq kütlələrinə çatdırmaqda məqsədəyönlü fəaliyyətlərin birləşmiş enerjisindən doğurdu.
Cəmi 23 ay içərisində bu qədər geniş və hərtərəfli fəaliyyətin təmin olunması xalqın ziyalı və ləyaqətli övladlarının Azadlıq və İstiqlal ideallarına sədaqətinin, öz həyat yollarını bütöv bir millətin mübarizə yoluna çevirə bilməyin və bu müqəddəs yolda hər cür fədakarlığa hazır olmağın ən parlaq təcəssümü idi. Azərbaycan Xalq Cümhuriyyəti təkcə suveren respublika qurmaq, milli siyasət və mədəniyyət təsisatlarını ərsəyə gətirmək təcrübəsini yaratmadı, həm də ən çətin tarixi zamanda yenilməz mənəviyyatın gücünü göstərmək, dövlətçilik əxlaqının müqəddəs dəyərlərini qorumaq ənənəsini yaratdı. Ümummilli liderimiz Heydər Əliyev məhz bu keyfiyyətlərinə görə Cumhuriyyət tariximizə istiqlaliyyətimizin sübhü kimi yüksək dəyər vermişdir. Cumhuriyyətlə təməli qoyulan suveren və demokratik respublika quruculuğu ənənəsi Heydər Əliyevin həm sovet dövründəki rəhbərliyi illərində, həm müstəqil dövlətimizin başçısı olduğu ən yaxın tariximizdə, həm də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ildən bəri yeritdiyi böyük inkişaf siyasətinin uğur qazanan hər mərhələsində davam etdirilmişdir. 2007-ci ilin mayında Bakı şəhərinin İstiqlaliyyət küçəsində "İstiqlal Bəyannaməsi"nin həkk olunduğu Cumhuriyyət abidəsinin açılışı oldu. 2008-ci il may ayının 28-də dövlət başçısının sərəncamı ilə Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 90 illiyi ölkəmizdə təntənəli şəkildə qeyd olunmuşdur. "Azərbaycan Xalq Cumhuriyyəti tarixinin hər bir səhifəsi bütün azərbaycanlılar üçün olduqca əzizdir" - söyləyən, "İstiqlal mücahidlərinin qurduğu dövlətin cəmi 23 ay yaşamasına baxmayaraq, milli özünüdərkin gerçəkləşməsinə böyük təsir göstərdiyini" vurğulayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər il Respublika Günü münasibətilə Cumhuriyyət abidəsini ziyarət edir.
Bir dəfə yüksələn və heç zaman enməyəcək bayrağımız indi paytaxtımızın "Bayraq meydanı"nda dünyanın ən möhtəşəm bayrağı kimi dalğalanır, Azərbaycanın hər bölgəsindəki, sərhəd və səngərlərindəki vətən bayraqlarının sanki bir ordu səfində irəliyə doğru yol göstərir. Qürurla yüksələn İstiqlal bayrağımız dalğalandıqca ulu öndərin "Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır!" həqiqətini Vətən torpağına və bütün dünyaya bəyan edir. Bu bayraq bizi gələcəyə səsləyir. XX esrin əvvəllərində Cumhuriyyət qurucularının canında və qanında coşan istiqlal idealları bizi bu bayrağı başımız üstə qaldırıb Qarabağa doğru zəfər yürüşünə; Şuşa, Xankəndi və digər torpaqlarımızda xəyanət qurbanı olmuş bayraqlarımızı yenidən yüksəltməyə səsləyir.
Cavanşir Feyziyev,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
DİGƏR XƏBƏRLƏR
Tarix: 20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
Tarix: 20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
Tarix: 20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
Tarix: 20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...
Tarix: 20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
Tarix: 20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
Tarix: 20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
Tarix: 20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
Tarix: 20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
Tarix: 20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
Tarix: 20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
Tarix: 20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım
- çıxarış almaq mümkün olacaq...
20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var
20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi
- Ukraynada sülh üçün son tarix açıqlandı...
20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır
– vaxt verildi...
20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz
- hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı
20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...
20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb
20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası
20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi -
Madyar Orbanı sildi...
20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...
20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi
- FOTO
20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır
20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir
- qiyabi təhsil ləğv edilir...
20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində...
- FOTO
20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...
20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
- FOTO
20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır
- hər 100 nikahın 48-i dağılır...
20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur
20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir -
ABŞ müdafiə nazirinin yanlışı...
20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram”
- Paşinyan
20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib
- RƏSMİ AÇIQLAMA...
20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib
- FOTO
20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı
20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi
20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu
- Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...
20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi
20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib
20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq
20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI:
DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS
20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib
20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb
20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...
20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı
- körpülər vuruldu...
20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi
- sonra ondan üzr istəyirəm...
20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...
20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi
20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…
20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib
20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır
– nəzarət gücləndirilə bilər...
20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi
20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir
20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq
- YENİ QAYDA...
20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...
20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər
- Ombudsmandan təklif...
20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...
20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır
20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb
- FOTO/YENİLƏNDİ
20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı
– nələrin baş verəcəyini görəcəyik…
20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...
20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir
20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
- FOTO/YENİLƏNDİ
20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi
- FOTO
20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə -
yalnız ərazi güzəşti qarşılığında…
20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi -
Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir
20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib
- FOTO
20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi
20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar...
Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…
20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...
20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür
- Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...
19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri
19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…
19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...
19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir
- Rusiyadan gələn izaha cavab...
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ