Cümə günü, 20 noyabr 2026
     

Cənubi Osetiya müstəqillik referendumuna, Haaqa Məhkəməsi isə oradakı cinayətləri araşdırmağa hazırlaşır

Image


NATO-nun Varşava sammiti ərəfəsində Qafqazda separatçı rejimlərlə bağlı yeni oyunlar başlaya bilər

Qafqazda separatçı rejimlərlə bağlı yeni təhlükəli oyunlara start verilir. Söhbət belə rejimlərin mövcud olduğu ərazilərin, Krımda olduğu kimi, Rusiyaya birləşməsindən gedir. Hələlik bu təhlükə ölkəmizin enerji resurslarının dünya bazarlarına çıxarılmasında vacib rol oynayan Gürcüstana münasibətdə özünü daha qabarıq büruzə verir.
Qərbdə isə hesab olunur ki, hadisələrin qeyd olunan təhlükəli məcrada inkişafının qarşısını almaq üçün Qafqaza daha çox diqqət ayrılmalıdır. Hələlik isə Kreml separatçı rejimlərə münasibətdə öz siyasətini diqtə edir.
Belə bir vaxtda isə bəlli olub ki, separatçı rejimlərdən biri olan Cənubi Osetiyada 2017-ci ildə Rusiyanın tərkibinə daxil olması barədə referendum keçiriləcək. Bununla bağlı müvafiq bəyanatı separatçı qurumun lideri Leonid Tibilov və "parlamentin spikeri" Anatoli Bibilov imzalayıb. Bəyanat "Prezident yanında Siyasi Şura"nın iclasının nəticəsinə görə qəbul edilib.
Qeyd edək ki, 1990-cı ildə Gürcüstandan ayrılaraq birtərəfli qaydada müstəqilliyini elan edən Cənubi Osetiya de-fakto Rusiyanın işğalı altındadır. Rusiya prezidenti Vladimir Putin cari ilin aprel ayında bildirib ki, Moskva Cənubi Osetiyanın Rusiyaya birləşməsi haqqında referenduma müqavimət göstərməyəcək: "Cənubi Osetiya xalqı referendumu keçirmək istəyir. Düşünürəm ki, biz buna müqavimət göstərə bilmərik". O, həmçinin qeyd edib ki, bu mövzu Cənubi Osetiya rəhbərliyi ilə təfərrüatı ilə müzakirə edilməyib. ABŞ-ın Karnegi Fondunun siyasi eksperti Pol Stronski isə bildirir ki, Rusiya qondarma Cənubi Osetiyanın özünə birləşdirilməsi ideyasını əlində Gürcüstan və Qərbə qarşı rıçaq kimi saxlayır. Onun sözlərinə görə, Moskva Varşava sammiti ərəfəsində NATO ilə Gürcüstanın daha da yaxınlaşmasından narahatdır: "Ruslar bu ideyanın reallaşmasına soyuq münasibət bəsləyirlər. Hazırda Rusiya iqtisadi problemlərlə üz-üzədir. Bu isə əhalidə diskomfort yaradır. Ona görə də əhali öz üzərinə daha çox yük götürməməlidir".
Gürcü tərəfi isə ərazilərinin Rusiyaya birləşdirilməsinə heç bir halda imkan verməyəcəyini bəyan edir. Gürcüstan prezidenti Georgi Marqvelaşvili qeyd edir ki, Rusiya gərək ölkəsinin ərazi bütövlüyünü və suverenliyini tanısın. O, Rusiyanın 2008-ci ildə törətdiklərindən yan qaça bilməyəcəyini deyib. Qeyd edək ki, 2008-ci il avqust müharibəsindən sonra Rusiya və Gürcüstanın münasibətləri pozulub. Rəsmi Moskva Gürcüstanın tərkib hissəsi olan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.
ABŞ-ın xarici siyasət üzrə "Duqlas və Sara Ellison" Mərkəzinin direktoru Lyuk Koffi isə bu şəraitdə Qərbin, xüsusən də Vaşinqtonun Qafqaza diqqətinin artırılmasını zəruri sayır. Amerikalı analitik öz hesabatında Birləşmiş Ştatların əsas diqqətini Cənubi Qafqaza yönəltməsini vacib edən səbəblər arasında Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verənləri və Rusiyanın Ermənistanda hərbi iştirakını artırmasını da göstərir. Qalan iki səbəb isə Cənubi Osetiyada Rusiyaya birləşmək üçün keçiriləcək referendum və sanksiyalardan sonra İranın iqtisadi-siyasi baxımdan mövqelərini gücləndirməsidir. Hesabatda deyilir ki, Vladimir Putinin dostu və keçmiş KQB agenti Leonid Tibilov regionun Rusiyaya birləşdirilməsi üçün referendum elan edib. O qeyd edir ki, Rusiya Ermənistanda da hərbi iştirakını durmadan artırır. Krım Rusiyaya Qara dənizə çıxış üçün lazım idisə, Ermənistan onun Cənubi Qafqazdakı hərbi iştirakı üçün lazımdır. Digər tərəfdən, bölgədə məhz separatçı rejimlər də Moskvaya bölgədə hərbi və siyasi varlığını möhkəmləndirməyə imkan verir.
Haaqa Beynəlxalq Məhkəməsinin prokuroru Fatu Bensuda isə məsələyə hüquqi müstəvidən yanaşır. O bildirir ki, Cənubi Osetiya Gürcüstanın ərazisi olub və belə olaraq qaldığından ölkədəki, o cümlədən bu bölgədəki bütün cinayətlər araşdırılmalıdır. Prokuror deyib ki, Cənubi Osetiya və Rusiya hakimiyyətinin onun başçılıq etdiyi ofislə əməkdaşlıq edəcəyinə ümidvardır: "Biz bu yaxınlarda bütün Gürcüstan ərazisində törədilən cinayətlərin araşdırılması ilə bağlı icazə almışıq. Başçılıq etdiyim ofis hesab edir ki, Cənubi Osetiyada baş verən və verəcək cinayətlər elə Gürcüstana aiddir. Çünki Cənubi Osetiya Gürcüstanın ərazisi olub və belə də qalmaqdadır. Adıçəkilən bölgədəki "məsul şəxslər"in bizimlə əməkdaşlıq edəcəyindən danışmaq hələ tezdir. Sizi əmin edirəm ki, biz məsələ ilə bağlı onlara uyğun sorğunu göndərəcəyik". "Rusiya və Cənubi Osetiya əməkdaşlıqdan imtina edərsə, istintaq işləri dalana dirənəcəkmi" sualına cavabında prokuror deyib: "Bu problem olmayacaq".
Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ