Bu gün Rusiya prezidenti Vladimir Putin Yunanıstana səfər edəcək və səfər çərçivəsində Yunanıstan prezidenti Prokopis Pavlopulos və baş nazir Aleksis Siprasla görüşəcək. "APA-Economics” Rusiya mətbuatına istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlər və energetika sahəsində birgə layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələr olacaq.