Azərbaycanın Rusiyadakı səfirliyi Ermənistan XİN-in rəhbərinə cavab verib. Diplomatik missiyanın E.Nalbandyanın sözlərinə cavab verdiyi məlumatında deyilir:
"Səfirlərin fəaliyyətini üçüncü şəxslər deyil, onları göndərən dövlətlər və qəbul edən tərəflər qiymətləndirir. Buna görə də erməni nazir diqqətini tövsiyələr verməyə haqqı olduğu öz tabeliyindəki insanlara ayırsa yaxşı olardı. Azərbaycana qarşı təcavüz həyata keçirən Ermənistan xarici siyasət dairəsinin rəhbərinin parlamentdə Polad Bülbüloğlunun fəaliyyətini belə formada şərh etməsi faktı Azərbaycanın Rusiyadakı səfirinin işinin keyfiyyətinin bariz göstəricisidir".