Cümə günü, 20 noyabr 2026
     

"Metsamor"un regional təhlükəsi ABŞ və Avropa mediasının gündəmini tutur

Image


Ermənistanda təhlükəli şəraitdə fəaliyyəti davam etdirilən "Metsamor" atom elektrik stansiyasının (AES) yaratdığı təhdid artıq dünya miqyasında da açıq etiraf olunur. Bunun nəticəsidir ki, ABŞ və Avropa, eləcə də bir çox ölkələrin media orqanlarında gün keçdikcə "Metsamor"un yaratdığı təhdid barədə daha çox həyəcan siqnalı çalınır. Azərbaycan da bu xüsusda dünyanın vacib addımlar atmasını istəyir.
Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli qeyd edir ki, bu stansiya təkcə Qafqaz deyil, həm də bütün region üçün böyük təhlükə mənbəyidir: "Xarici və yerli ictimai-siyasi xadimlər və mütəxəssislər bu barədə dəfələrlə çıxış ediblər. Mən də bir neçə dəfə xəbərdarlıq etmişəm ki, Ermənistandakı AES-də yarana biləcək istənilən texniki nasazlıq ekoloji və iqtisadi nəticələrini proqnozlaşdırmağın çətin olduğu bir vəziyyətə gətirib çıxara bilər. Bu barədə Azərbaycan hökumətini də məlumatlandırmışam. "Metsamor" AES-in istismar müddəti bitib. Bundan əlavə, o, seysmik təkanların 8-9 bala çatdığı aktiv seysmik zonada yerləşir. Beynəlxalq ekspertlər də bölgədə zəlzələ ehtimalının çox yüksək olması barədə xəbərdarlıq edib. Hazırda "Metsamor" AES təhlükəli vəziyyətdədir, güclü zəlzələ böyük fəlakətlə nəticələnə bilər. Bu isə təkcə Qafqaz yox, həm də Yaxın Şərq ölkələri üçün faciə ola bilər. Baş verənləri nəzərə alaraq, Ermənistan rəhbərliyinin AES-in fəaliyyətini dayandırmasına nail olmaq lazımdır".
Məsələyə nəzər salan Rumıniyanın "Günün xəbərləri" qəzetinin internet səhifəsində yer alan "Ermənistanda nüvə silahı ilə oyun və Çernobıl qəzası modelində risq" başlıqlı məqalədə də bu stansiyanın böyük təhdidlərindən söz açılır. Qeyd olunur ki, erməni ictimaiyyəti ilə yanaşı, beynəlxalq ictimaiyyət üçün də narahatlıq yaradan birinci məsələ Ermənistanın sabiq baş naziri, hazırda deputat olan Qrant Baqratyanın 29 aprel tarixində mətbuata açıqlamasında Ermənistanın nüvə silahına malik olduğunu bildirməsidir. Narahatlıq doğuran ikinci məsələ isə cari ilin aprel ayının əvvəllərində baş vermiş dörd günlük müharibə kontekstində, xüsusilə də Azərbaycana mesaj kimi Ermənistanın "Metsamor" AES-in radioaktiv tullantılarının qəsdən Azərbaycanın işğal olunmuş ərazilərinə atılmasıdır. Qəzet Türkiyənin energetika naziri Berat Albayrakın Ermənistandakı AES-in fəaliyyətinə qarşı tədbirlər görülməsi üçün ekoloqlara müraciət etdiyini də vurğulayıb. O da qeyd edilir ki, Gürcüstanın da cəlb edildiyi uran qaçaqmalçılığı daxil olmaqla, Ermənistanda nüvə obyektlərinin təhlükəli vəziyyətdə olması real görünür. Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunun "Radiobiologiya" laboratoriyasının müdiri Elimxan Cəfərov da "AzərTAc"a açıqlamasında stansiya ilə bağlı çox maraqlı məqamlara toxunub. O qeyd edir ki, bu zonadakı su qıtlığı hər hansı qəza zamanı reaktorun soyudulmasında problem yarada bilər. Alim deyib ki, 1988-ci ildə Spitakda baş verən güclü zəlzələ 26 min insanın ölümünə səbəb olmaqla yanaşı, "Metsamor" AES-in fəaliyyətində də ciddi problemlər yaratmışdı: "Bunu nəzərə alaraq, Ermənistan SSR Nazirlər Soveti AES-in fəaliyyətinin dayandırılmasına dair qərar qəbul etmişdi. Reaktorlara baxış nəticəsində aydın olmuşdu ki, onlardan bu vəziyyətdə istifadə təhlükəsizlik baxımından məqbul deyil. Buna baxmayaraq, 1993-cü ildə Ermənistan hökuməti iqtisadi çətinlikləri, xüsusən Türkiyənin onları blokadada saxladıqlarını bəhanə gətirərək, ikinci blokun təkrar istismarına dair qərar qəbul etdi və 1995-ci ildə onu yenidən işə saldı".
Professor bildirib ki, çox ciddi narahatlıq doğuran amillərdən biri AES-də mümkün insident zamanı radiasiyanın ətraf mühitə sızmasının qarşısını ala biləcək hermetik dəmir-beton mühafizə örtüyünün olmamasıdır: "Reaktorun öz örtüyü isə uzun istismar müddəti ərzində aşınmaya məruz qalıb və hətta kiçik qəza nəticəsində asanlıqla dağıla bilər. Məsələn, "Metsamor" AES-də istifadə olunan VVER tipli reaktora malik Çernobıl AES-in dördüncü blokunda 1986-cı il aprelin 26-da baş verən məlum qəza zamanı məhz mühafizə örtüyünün olmaması ucbatından ətraf mühitə səpələnən 7 tondan çox radioaktiv maddə böyük ərazilərdə qlobal ekoloji fəlakət yaradıb. Dördüncü blokun sarkofaqının altında qalmış 150 tona yaxın radioaktiv nüvə yanacağı isə bu gün də böyük təhlükə mənbəyidir. Erməni ekspertləri utanmadan etiraf edirlər ki, AES-in tikintisinə bir qəpik belə xərcləməyiblər. Belə ki, stansiya SSRİ dövlətinin vəsaiti hesabına inşa olunub. Bu səbəbdən də elektrik enerjisi onlar üçün çox ucuz başa gəlir. Həmçinin ermənilər öz tarixi ənənələrinə sadiq qalaraq ağlaşırlar ki, yeni AES-in tikintisinə beş milyard dollar vəsait lazımdır. Ermənistanın Azərbaycanla müharibə şəraitində olması və Türkiyə tərəfindən blokadaya alınması isə guya onların bu arzularını reallaşdırmasına imkan vermir, investorların tapılması da müşkül məsələdir".
Nahid SALAYEV 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ